Məhkəmə qərarları › İş №2-1(106)-925/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-925/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-925/2025 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli, *******0004 saylı və ##.##.2023-cü il tarixli, *******005 saylı qərarların ləğv edilməsi və ##.##.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh təşkilatın ## ###### 2023-cü ildə əyani müayinə barədə qəbul etdiyi aktı etibarsız hesab edilməklə, ona 2-ci qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “inzibati orqanın ##.##.2023cü il tarixli, *******0005 saylı qərarın ləğv edilməsi və ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə 2 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli, *******0004 saylı və ##.##.2023-cü il tarixli *******005 saylı qərarların ləğv edilməsi və ##.##.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.1995-ci ildə hərbi xidmətə çağrılmaqla döyüş zonasında hərbi xidmət keçən zaman səhhətində problemlər yaranmış və 2006-cı ilin avqust ayının 1-dən 18-dək DIN DQ-nın hospitalında “xroniki qastritin kəskinləşməsi” diaqnozu ilə müalicə almışdır. Sonrakı vaxtlarda da müalicəni davam etmişdir. Hərbi Həkim Komissiyasının ##.##.2013- cü il tarixli * saylı qərarı ilə səhhətində olan problemin hərbi xidmət dövründə alınmış xəstəlik olması qeyd edilmişdir. Bundan sonra ona Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ** saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən «12.B.B xora xəstəliyi tez-tez kəskinləşmə və qanaxma fəsadı, xroniki qastroduodenit qastroezofaqal retlüks. Həzmin pozulması xr bel-oma radikuliti L1-L2 fəqərəarası diskin sol tərəfli faraminal yırtığı L4-L5 fəqərəarası disklərin vrotruzivası» diaqnoza görə ##.##.2016-cı il tarixdə 2-ci qrup əlillik təyin edilmişdir. Əlillik təyinindən əvvəl də sonra da mütəmadi olaraq müalicə olunmuşdur. Sonuncu dəfə cari ilin aprel ayının 20-də Masallı RMX-da müayinədən keçmiş. Diaqnoz əlilliyin təyini üçün əsas kimi qiymətləndirilərək sənədlər cavabdeh qruma göndərilmiş, dekabr ayının 2də isə Bakı şəhərində yenidən komissiyadan keçirilmişdir. Dekabr ayının 17-də ona diaqnozun əlillik əlaməti təyin etməməsi əsasına görə əlilliyin təyinindən imtina edilməsi barədə mesaj gəlmişdir. Halbuki əlilliyin ilkin təyini zamanı eyni diaqnoza görə ona 2-ci qrup əlillik təyin edilmişdir. O mütəmadi olaraq, hər il müalicə alır. Ona əlilliyin təyinindən imtina edilməsi müalicəyə görə vəsaitdən məhrum edilməyidir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xxxxnın ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, 12 barmaq bağırsağın xorası, tez-tez kəskinləşmələrlə, qanaxma ilə. Dispepsiya.”;.Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Masallı rayon sakini ##.##.1976-cı il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAV** nömrəli ##.##.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş *-**-*/*-*-*****/**** nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən tərəfindən ##.##.2013-cü il tarixli * nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki qastritin kəskinləşməsi." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qusma, ürəkbulanma, mədə qanaxmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Maaloks, Nolpaza qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 173 sm, çəkisi 70 kq, BKI - 23.4 müəyyən edilmiş, xroniki həzm pozğunluğu, anemiya əlamətləri qeyd edilməmişdir. Ə.Cəbiyev adına xxxxnın ##.##.2021-##.##.2021ci il tarixli **** nömrəli Epikrizində diaqnoz “72 barmaq bağırsağın xəra xəstəliyi. Tez-tez kəskinləşmə. Qanaxmalarla. Qatroezofaqial reflüks. Xroniki gastroduodenit+mədə çıxacağının stenozu. Defisitli anemiya. L1-L2 fəqərə arası diskin yırtığı 4mm. Hərəkətin pozulması." kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli ** nömrəli Qanın ümumi analizinin nəticəsi “Hb-109a/L Levkosit-8.7x109 İ, EÇS-10 mrn/s" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə bilən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. AdsızlaşdırıImiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin xəstədə ağırlaşmaların olub-olmaması hər hansı qaydada müəyyən edilməmişdir. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Prosessual məsələlər: Iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının ##.##.2013-cü il tarixli, * nömrəli Qərarından müəyyən olunur ki, Masallı rayon SHXÇ şöbəsi tərəfindən ##.##.1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və DIN DQ hospitalında ##.##.2006-cı ildən ##.##.2006-cı ilədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (DIN DQ Komandanının R/**** №-li ##.##.2012-ci il göndərişi, Masallı rayon Səfərbərlik və Hərbi-Xidmətə Çağırış Şöbəsindən ##.##.2012-ci il tarixli **** №-li göndəriş və ##.##.2012-ci il tarixli *** №-li arayış, DIN DQhospitalından ***/** nömrəli çıxarış epikrizi). Xəstəlikdir, hərbi xidmət dövründə almışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ** saylı Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli, *******000* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli, *******0004 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2023-cü il tarixli, *** saylı rəyinin surətindən görünür ki, İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü “3. Həzm sistemi orqanlarının xəstəlikləri” bölməsinin 3.2-ci “Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri” yarımbölməsinin (3.2.4 ikibarmaq bağırsağın xorası və s.) əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0005 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarından görünür ki, Masallı rayon sakini ##.##.1976-cı il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAV** nömrəli ##.##.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş *- **-*/*-*-*****/**** nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən tərəfindən ##.##.2013-cü il tarixli * nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki qastritin kəskinləşməsi." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir;’ Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qusma, ürəkbulanma, mədə qanaxmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Maaloks, Nolpaza qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 173 sm, çəkisi 70 kq, BKI-23.4 müəyyən edilmiş, xroniki həzm pozğunluğu, anemiya əlamətləri qeyd edilməmişdir. Ə.Cəbiyev adına xxxxnın ##.##.2021-##.##.2021ci il tarixli **** nömrəli Epikrizində diaqnoz “12 barmaq bağırsağın xora xəstəliyi. Tez-tez kəskinləşmə. Qanaxmalarla. Qütroezofagial reflüks. Xroniki qastroduodenit+mədə çıxacağının stenozu. Defisitli anemiya. L1-L2 fəqərə arası diskin yırtığı 4mm. Hərəkətin pozulması." kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli ** nömrəli Qanın ümumi analizinin nəticəsi “Hb-109q/l, Leykosit-8.7x 1091, EÇS-10 mm/s” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə bilən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti ##.##.2014-cü il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbiiə bir ii müddətinə (##.##.2015-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı apanimışdır. Növbəti dəfə vətəndaşa ##.##.2015-ci il tarixində aparılmış hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı ##.##.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaş əliliik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xxxxnın *******AAV** nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq ##.##.2021 və ##.##.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ##.##.2024-cü il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-7. SN-nin “xxxx” Phş müalicə müəssisəsi olmadığından onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası, 12 barmaq bağırsağın xorası tez-tez kəskinləşmələrlə, qanaxma ilə, dispepsiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də ##.##.2023-cü il tarixdə vətəndaş İddiaçı DTSERA-da əyani müayinədə olan zaman anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə bilən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 8-9. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Apellyasiya icraatı zamanı alnmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3,6,7. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə XBT 10 kodu üzrə qeyd edilən "Əsas diaqnoz: K26 - onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşmələrlə, qanaxma ilə; Ağırlaşma: K92.1 - melena-qara rəngdə nəcisin olması, K30 - dispepsiya-həzm funksiyasının pozulması, R26 - hərəkətin və yerişin pozulmaları, yerişin pozulması, K31.2 - mədənin stenozu və qum saatına bənzər strukturası, mədə çıxacağının stenozu, M51.1-bel və digər şöbələrinin fəqərəarası radikulopatiya ilə, LI-LII fəqərəarası disk yırtığı-(4 mm) və L4-L5 fəqərəarası diskin protruziyası (3 mm); Yanaşı xəstəliklər: K29- qastrit və duodenit, xroniki qastroduodenit, K21- qastroezofaqeal reflüks, M54.1 - radikulopatiya, xroniki bel-oma radikuliti" diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir və diaqnozlar 2016-cı ildə qiymətləndirmə nəticələrindəki diaqnozlarla ümumən eynilik təşkil edir və hazırda da iddiaçı həmin xəstliklərdən əziyyət çəkir. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Respublika Klinik Xəstəxanasına göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona "XBT 10 üzrə kod: K29.1 - Antral eroziv qastrit, K31.5 - Çapıq deformasiyası- xora deformasiyası, K44 - Qida borusu dəliyin yırtığı, K21.0 - Refluks ezofagit" diaqnozu qoyulmuşdur. Həmin tarixli EQDS (ezofaqastroduodenoskopiya) müayinəsi nəticəsində refluks ezofagit (Grade B), qida borusu dəliyinin yırtığı (SLIDING Tipe), kataral qastrit, antral eroziv qastrit, duodenal çapıq-xora deformasiya müəyyən edilmişdir.

4. Vətəndaş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə qeyd edilən diaqnozun təsdiqi üçün aparılan müayinələr yetərlidir.

5. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 8,9. Ümumiyyətlə, həmin xəstəliklər tam reabilitasiya olunmurlar, vətəndaş İddiaçı hazırkı sağlamlıq durumu ilə əlaqədar yenidən müayinə və müalicə olunsa da, tam sağalma ehtimalı yoxdur, aparılmış müalicə isə yalnız xəstəliyin daha da ağırlaşmasının və kəskinləşməsinin qarşısını alır. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar öz təsdiqini tapmqla iddiaçıya əlillik təyin edilməsinə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Bununla yanaşı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı barəsində əlillik təyinatından imtina barədə cavabdehin həm ##.##.2021-ci il tarixli, *******0004 saylı, həm də ##.##.2023-cü il tarixli *******005 saylı qərarları Masallı RMX-nın ## ##### 2021-ci il tarixli 0286003AAV44 göndərişi əsasında qəbul edilmişdir. Iddiaçının iddia ərizəsi isə ##.##.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisə predmeti sonuncu, yəni ##.##.2023-cü il tarixli *******005 saylı qərar olmalıdır. Birinci instansiya məhkəməsi isə ##.##.2021-ci il tarixli, *******0004 saylı qərarı ləğv etməklə yanlış nəticəyə gəlmişdir. Kollegiya həmçinin diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyin edilməsindən imtina etməsinin hüquqi və faktiki əsaslarının müəyyən edilməməsi və imtinanın əsassız olması barədə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini, əlillik vəziyyətində olmanın müddətini müəyyən etməmişdir. Respublika Klinik Xəstəxanasında tərtib edilmiş **** saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş və ona "XBT 10 kodu üzrə: K26.4, K31.5, D64.9, K25, E43, M51.1, K81.1-12 barmaq bağırsağın residiv verən qanaxmaya meyilli xora xəstəliyi, çapıq deformasiyası, II-li anemiya, antral eroziv qastrit, dəqiqləşdirilməmiş ağır dərəcəli zülal-enerji çatmamazlığı, L1, L5 radikulopatiya davamlı ağrı sindromu ilə, xroniki xolesistit" diaqnozu qoyulmuşdur. Xəstənin şikayəti epiqastral nahiyədə olan ağrıdan, ağrıların gecələr daha artıq olmasından, ürəkbulanmadan, öyümədən, qıcqırmadan, iştahsızlıqdan, yorulmadan, halsızlıqdandır. Xəstə 2013-cü ildən öncə özünü xəstə hesab edir. Daimi ambulator və stasionar müalicə olunmasına baxmayaraq şikayətləri tez-tez təkrarlanır. Hal-hazırda vəziyyəti qeyrikafidir. Xəstəliyin gedişi xronikidir. EQDS (##.##.2025): Reflüks ezofagit, qida borusu dəliyinin yırtığı (SLIDING Tipe), kataral qastrit, antral eroziv qastrit, duodenal xora, deformasiya (qanaxma mənşəli); üst qarın boşluğu USM (##.##.2025): öd kisəsi deformasiyalı, tərkibi qatılaşıb. Analizlər (##.##.2025): RBC-3,28, HGB-9 g/dL, MCHC-29,1, PLT-125, RDW-10,1, RDW-CV-15, EÇS-51 mm/saat. Xəstəyə yaşadığı yerdə həkim nəzarətində olmaq məsləhət görülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndinə uyğun olaraq iddiaçıya orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə 2 il müddətinə əlillik təyinatı aparılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “iddiaçı İddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli, *******0004 saylı qərarı ləğv edilsin” hissəsində dəyişdirilsin. Iddiaçı İddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******005 saylı qərarı ləğv edilsin və həmin tarixdən iddiaçıya hərbi xidmətlə əlaqədar orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar