Məhkəmə qərarları › İş №2-1(106)-931/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-931/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-931/2025 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “Xarrat” Kooperativinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı çıxarış və plan-ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Xarrat” Kooperativi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 0.18 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi ilə kooperativin mülkiyyəti kimi dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən qanuni əsaslarla əldə edildyi və onun tərəfindən faktiki istifadə edildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Qərardan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Xarrat” Kooperativi ##.##.1988-ci il tarixli Lənkəran şəhər X1 (XDS) icraiyyə Komitəsinin Qərarı ilə qeydiyyata alınmışdır. Kooperativ 1990-ci ildə şəhər rəhbərliyinə müraciət edərək kooperativin səmərəli fəaliyyət göstərməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmiş, ##.##.1990-ci il tarixdə X2 Sovetinin qərarı ilə “Xarrat” Kooperativinə şəhərin Fizuli (indiki B.Mirsalayev) küçəsində 0.18 ha torpaq sahəsi və torpaq sahəsinə gedən yol ayrılmışdır. “Xarrat” Kooperativi 30 (otuz) ildən artıqdır ki, əraziyə faktiki sahiblik edir. Müvafiq vergilər müntəzəm olaraq ödənilir. Kooperativ Azərbaycan Respublikasının İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, lakin ƏMDX kooperativi mülkiyyətçi kimi qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Lənkəran şəhər X1 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, ** nömrəli qərarına əsasən “Xarrat” Kooperativinin fəaliyyəti üçün 0.18 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən “Xarrat” Kooperativinin Xarrat sexinə Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2002-ci il tarixli, *** nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasporta əsasən ayrılmış 0.18 ha dövlət mülkiyyətinə aid torpaq sahəsində “Xarrat” Kooperativinin mülkiyyətində olan xarrat sexi və talvar olmuşdur. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilmiş baxış zamanı hazırda sözügedən tikililərin söküldüyü aşkar olunmuşdur. İddiaçı torpaq sahəsi üzərindən onun mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, dövlət mülkiyyətində olan həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və digər qanunvericilik aktlarına əsasən hüquqi və ya fiziki şəxslərin inşa etdiyi müəssisə və ya obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən dövlət mülkiyyətində olan torpaq sahələri səlahiyyətli dövlət orqanının aktı əsasında fiziki və ya hüquqi şəxsin mülkiyyətinə keçə bilər. Bu səbəbdən, Lənkəran şəhər X1 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, ** nömrəli qərarına əsasən “Xarrat” Kooperativinin fəaliyyəti üçün ayrılmış 0.18 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair səlahiyyətli dövlət orqanının (Əmlak Məsələləri Dövlət Xidmətinin) aktı mövcud olmadığından, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanına bilməz. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qeydə alınması tələb olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, həmçinin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməmiş və müvafiq inzibati icraat aparılmamışdır. Birinci instansiya məhkəməsi işin bu halına qiymət verməmişdir. Prosessual məsələlər Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, * nömrəli iclas protokolundan çıxarışdan görünür ki, “Xarrat” inşaat materialları tədarükü və satışı kooperativinin tam fəaliyyət göstərməsindən ötrü Füzuli küçəsində, əhaliyə məişət istehsalat idarəsinin təsərrüfat həyətinin istifadəsiz hissəsindən 60x30M=1800 kvm ölçüdə torpaq sahəsi ayrılmışdır. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Xarrat” kooperativinin istifadəsində olan 0,18 hektar torpaq sahəsinin və ora gedən yolun kooperativin adına qeydiyyata alınması barədə Xidmətin elektron ünvanına daxil olmuş ## #### 2023-cü il tarixli müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müraciətinizdə qeyd olunan torpaq sahəsi ilə bağlı məsələ məhkəmə predmeti olduğundan və hazırda məhkəmədə baxıldığından məsələyə məhkəmənin qəbul edəcəyi qərara uyğun münasibət bildiriləcəkdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin alt sistemindən çıxarılmış Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan görünür ki, “Xarrat” Kooperativinin qanuni təmsilçisi X4r. -Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2002-ci il tarixli, *** nömrəli Sərəncamında qeyd edilmişdir ki, Lənkəran şəhərinin Füzuli küçəsində “Xarrat” kooperativinə məxsus 1800 kv.m torpaqda tikilmiş 117,6 kv.m ölçülü sex və 55,2 kv.m ölçülü inzibati bina kooperativ üçün qeydə alınmış və rayon dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi vətəndaşların ev sənədlərində müvafiq düzəliş aparsın və bu barədə aidiyyəti bələdiyyələrə məlumat versin. -Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş, 3A-1091 inventar nömrəli, ##.##.2002-ci il tarixli Qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən qeyri yaşayış binasının texniki göstəriciləri “Xarrat” Kooperativinin adına işlənmişdir. -Lənkəran şəhəri, Füzuli küçəsində “Xarrat” İnşaat materialları tədarükü və satışı kooperativinə məxsus torpaq sahəsinin planından görünür ki, “Xarrat” Kooperativinə məxsus topaq sahəsi, sex və inzibati binanın planı ##.##.2001-ci il tarixdə Lənkəran şəhərinin baş memarı tərəfindən tərtib edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2025-ci il tarixli **/**** nömrəli Ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhər X1 İcraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli, * nömrəli iclas protokolundan çıxarışa əsasən “Xarrat” Kooperativinə ayrılmış 0,18 ha torpaq sahəsinin və torpaq sahəsinə gedişgəliş yolunun döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur; “Xarrat” Kooperativinə ayrılmış 0,18 ha torpaq sahəsinin və torpaq sahəsinə gediş-gəliş yolunun hüquqi statusunun dövlət mülkiyyətinə və kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid olması müəyyən edilmişdir; Sözügedən torpaq sahəsinin və torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 0,18 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd (Texniki Pasport nəzərə alınmaqla) üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun (konfiqurasiya fərqinin), torpaq sahəsinə gedişgəliş yolunun isə faktiki iddia olunan vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun (yerləşmə fərqinin) mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulan gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya və eləcə də faktiki vəziyyətdə iddia olunan gediş-gəliş yoluna uyğun olmaması müəyyən olunmuşdur; “Xarrat” Kooperativinə ayrılmış 0,18 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin istifadəsində olan dövlət mülkiyyətinə aid 0,326 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Yol kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,037 ha olması müəyyən edilmiş) torpaq sahəsinin üzərində X5 məxsus tikililərin (inzibati binanın bir hissəsinin və besetkanın) mövcud olması müəyyən olunmuşdur; “Xarrat” Kooperativinə ayrılmış 0,18 ha torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması müəyyən olunmuşdur, (həmçinin faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə ölçüsündən 0,01 ha çox olmaqla 0,19 ha təşkil etməsi müəyyən olunmuşdur). Sözügedən torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulan gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya və eləcə də faktiki vəziyyətdə iddia olunan gediş-gəliş yoluna uyğun olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin istifadəsində olması müəyyən olunmuşdur; Faktiki vəziyyətdə iddiaçının istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin istifadəsində olan torpaq sahəsinin şimal sərhədi boyu mövcud olması müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0 maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;[37] 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən:- 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, kollegiya hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi səlahiyyətli dövlət qurumu tərəfindən iddiaçıya verildiyindən və sahənin verilməsinə dair sənəd qüvvədə olduğundan, həmçinin yuxarıda qeyd edilmiş normaların tələbləri baxımından torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları qeydə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etməməsi barədə digər dəlilinə münasibətdə qeyd edir ki, əvvəla, işdə olan sənədlərlə bu dəlil təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı həmin orqana müraciət etmişdir. Eyni zamanda iş materiallarının 22-ci səhifəsində həmin qurumun ##.##.2023-cü il tarixli iddiaya qarşı etiraz dəlillərində yer almışdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə mahiyyəti üzrə düzgün qiymət verilməklə, əsaslı qərar qəbul edilsə də, qərarın nəticə hissəsində “0.18 ha torpaq sahəsinin uyğunsuzluq aradan qaldırılmaqla “Xarrat” Kooperativinin mülkiyyəti kimi dövlət reyestrində qeydə alınması” ifadəsi yer almışdır ki, həm qərarın nəticə hissəsində, həm də əsaslandırıcı hissəsində uyğunsuzluğun nədən ibarət olması və aradan qaldırılması mexanizmi şərh edilməmişdir. İş materiallarından və iş üzrə təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi, sözügedən 0,18 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd (Texniki Pasport nəzərə alınmaqla) üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluq (0.01 ha artıq istifadə) olsa da, iddiaçıya sənəd üzrə ayrılmış torpaq sahəsinin faktiki olaraq da iddiaçının istifadəsində olması müəyyən olunmuşdur. Odur ki, hər-hansı uyğunlaşdırma aparılmadan torpaq sahəsinin Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş, 3A-1091 inventar nömrəli, ##.##.2002-ci il tarixli Qeyri-yaşayış binasının texniki pasportunda əksini tapmış “torpaq sahəsinin planı”na uyğun konfiqurasiyada qeydə alınması mümkün və məqsədəuyğundur. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, * nömrəli iclas protokoluna əsasən ayrılmış 0.18 ha torpaq sahəsinə dair “Xarrat” Kooperativinin mülkiyyət hüququ Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş 3A-1091 inventar nömrəli, ##.##.2002-ci il tarixli “Qeyri-yaşayış binasının texniki pasportu”nda əksini tapmış torpaq sahəsinin planında göstərilmiş konfiqurasiyaya uyğun dövlət reyestrində qeydə alınması və plan-ölçü sənədinin verilməsi öhdəliyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar