Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-938/2025 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, hüquqi marağın olmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı “mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinin koordinatlarının arxiv sənədlərinə əsasən dəyişdirilərək 0.36 ha torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli 2- *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: “xxxx” ÜİEM-in ## ###### 1996-cı il tarixli ** saylı əmri ilə İskəndərova Nüşabə Sabir qızına şərab zavodunun günçıxan tərəfindən, yanacaq anbarının günbatan tərəfindən boş torpaq sahəsindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmiş, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0.12 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. JN-749A Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə X5, İddiaçı, X1 və üçüncü şəxs2 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş, yaşayış məntəqələrinin torpaqlarına aid 0.12 ha torpaq sahəsi üzərində onların ümumi birgə xüsusi mülkiyyət hüququ ##.##.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2022-ci il tarixli reyestrdə 4Ə-520 nömrə ilə qeyd edilmiş müqavilədən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad Rayonu Qarazəncir Bələdiyyəsi tərəfindən üçüncü şəxs2 0.0713 ha torpaq sahəsi satılmış və sonuncunun yaşayış məntəqələrinin torpaqlarına aid 0.0713 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ ##.##.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xxxx Publik Hüquqi Şəxs tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisi, Cəlilabad Rayonu Qarazəncir Bələdiyyəsinin sədri və iştirakınız ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddia etdiyiniz torpaq sahəsi mülkiyyətinizdə olan torpaq sahələrinin cənub tərəfində olmaqla Cəlilabad Rayonu Qarazəncir Bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri kateqoriyasına aid torpaqlardır və bu torpaq sahəsinin qeydiyyatı ilə bağlı cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsinə hər hansı müraciət daxil olmamışdır. Eyni zamanda torpaq sahəsində digər vətəndaşa məxsus fərdi yaşayış evi mövcuddur.” Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Cəlilabad Rayonu Qarazəncir kənd inzibati ərazi nümayəndəliyinin Ocaqlı kəndi üzrə arxiv sənədlərindən, o cümlədən 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabda mərhum həyat yoldaşınız X5 torpağının cəmi 0.36 ha qeyd edilmişdir.” cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: “xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin ##.##.1996-ci il tarixli ** nömrəli əmri və ##.##.1996-cı il tarixli təhkim aktı ilə İsgəndərova (Məmmədova) Nüşabə Sabir qızına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı tərtib edilmiş seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilkin sənədə uyğun şəkildə işlənməmişdir. Belə ki, təhkim aktında ayrılan torpaq sahəsi “xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin yanacaq çənindən qərb tərəfdə Əliqasımlı kəndinə gedən yola paralel göstərilsədə, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin yanacaq çənindən şərq tərəfdə Əliqasımlı kəndinə gedən yola perpendikuliyar formada işlənmişdir. 2-ci sual üzrə: X5, İddiaçı, X1 və üçüncü şəxs2 Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş seriya JN-749A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən sonradan mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tərtib edilmiş seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları kəndin kompleks yerquruluşu layihəsində göstərilən JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin cizgilərinə uyğun şəkildə işlənmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinatlarının arxiv sənədlərinə əsasən dəyişdirilərək 0.36 ha torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı vəfat etdikdən sonra savadsızlığından və uşaqlarının kiçik olmasından istifadə edən kəndin ərazi nümayəndəsi və bələdiyyə sədri tərəfindən saxta sənədləşmələr əsasında mülkiyyəti qanunsuz olaraq xəbəri olmadan həmkəndlisi X3 mülkiyyətinə verilmişdir. Halbuki, Həbib Ağayevin həyətyanı torpaq sahəsi kəndin başqa ərazisində olmuşdur. Həbib Ağayev tərəfindən mənimsənilmiş torpaq ərazisi kəndin mərkəzində, Bakı-Astara yolunun yaxınlığında, bir neçə kəndə gedən ümumi yol olduğu üçün kommersiya işlərinə əlverişli şəraitin olması və digər əlverişli səbəblərdən mülkiyyəti qanunsuz sənədləşmələrlə mənimsənilmişdir. Cavabdehin etirazları: İddiaya etirazda mübahisəyə mahiyyəti üzrə münasibət bildirilməmiş, tələbin təmin edilməməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 Publik Hüquqi Şəxs ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafə edərək, bildirdi ki, “xxxx” ÜİEM-in ## ###### 1996-cı il tarixli ** saylı əmri ilə İskəndərova Nüşabə Sabir qızına verilmiş torpaq sahəsinin ilkin yeri hazırki yer olmamış, torpaq sahəsinin koordinatları qanunsuz olaraq dəyişdirilmişdir. Atasına məxsus olmuş torpaq sahəsi istifadələrindədir. Torpaq sahələrinin iddiaçının adına sənədləşdirilməsi ilə bağlı mübahisə yoxdur. Sonda F.O.Məmmədov birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq edilən hər üç torpaq sahəsinə münasibətdə uyğunsuzluq və mübahisə aşkarlanmadığından, belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət və ya digər hüquqları pozulmamışdır. İddiaçının tələbi 0.12 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilərək 0.36 ha torpaq sahəsi kimi göstərilməsi və yeni plan ölçü sənədinin verilməsindən ibarətdir ki, mübahisəli torpaq sahəsinin ölçüsündə dəyişiklik edilməsi üçün iddiaçı ilk növbədə mümkünlük şərtlərinə əməl etməklə mülkiyyət hüququnun yaranmasına əsas olmuş Cəlilabad Rayonu Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** nömrəli qərarını mübahisələndirməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən (əsaslandırma ilə bağlı) razılaşaraq, qəbul edilmiş məhkəmə aktı ilə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə fərqli olmadığı üçün onun ləğv edilməsini zəruri hesab etmir və gəldiyi nəticə üzrə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən edildi ki, “xxxx” ÜİEM-in ## ###### 1996-cı il tarixli ** saylı əmri ilə İskəndərova (Məmmədova) Nüşabə Sabir qızına şərab zavodunun günçıxan tərəfindən, yanacaq anbarının günbatan tərəfindən boş torpaq sahəsindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı seriya RX ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə X5, İddiaçı, X1 və üçüncü şəxs2 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı JN-749A Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş və onların 0.12 ha torpaq sahəsi üzərində ümumi birgə xüsusi mülkiyyət hüququ ##.##.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cəlilabad Rayonu Qarazəncir Bələdiyyəsi tərəfindən üçüncü şəxs2 ##.##.2022-ci il tarixdə 0.0713 ha torpaq sahəsi satılmış və onun 0.0713 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ ##.##.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad Rayonu Qarazəncir kənd inzibati ərazi nümayəndəliyinin Ocaqlı kəndi üzrə arxiv sənədlərində, o cümlədən 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabda X5 torpağı 0.36 ha qeyd edilmişdir. cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, “xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin ##.##.1996-ci il tarixli ** nömrəli əmri və ##.##.1996-cı il tarixli təhkim aktı ilə İsgəndərova (Məmmədova) Nüşabə Sabir qızına verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı tərtib edilmiş seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilkin sənədə uyğun şəkildə işlənməmişdir. Belə ki, təhkim aktında ayrılan torpaq sahəsi “xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin yanacaq çənindən qərb tərəfdə Əliqasımlı kəndinə gedən yola paralel göstərilsədə, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin yanacaq çənindən şərq tərəfdə Əliqasımlı kəndinə gedən yola perpendikuliyar formada işlənmişdir. X5, İddiaçı, X1 və üçüncü şəxs2 Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş seriya JN-749A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən sonradan mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tərtib edilmiş seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları kəndin kompleks yerquruluşu layihəsində göstərilən JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin cizgilərinə uyğun şəkildə işlənmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı “mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinatlarının arxiv sənədlərinə əsasən dəyişdirilərək 0.36 ha torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə cavabdeh inzibati orqana müraciət etməmişdir. İş materiallarından görünür ki, iddiaçı belə bir tələbi yalnız ##.##.2025-ci ildə telqramla (İ cil, səh. 231) məhkəməyə müraciət edərək irəli sürmüş, ##.##.2025-ci il tarixli qərardad ilə həmin tələb üzrə iddianın dəyişdirilməsi barədə tələb icraata qəbul edilmiş, ##.##.2025-ci il tarixdə isə mübahisələndirilən qərardad qəbul edilmişdir. Bundan başqa, həmin məsələ həllini tapmış olsa idi belə, yenə də bu qəbul edilmiş nəticəyə təsir etməzdi. Belə ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Onun çatmaq istədiyi məqsədə qaldırılmış iddia ilə nail olmaq mümkün olsun. Belə ki, iddiaçı Cəlilabad Rayonu Qarazəncir kənd inzibati ərazi nümayəndəliyinin Ocaqlı kəndi üzrə arxiv sənədlərində, o cümlədən 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitaba əsasən həyat yoldaşı X5 0.36 ha torpağı olmasına əsaslanaraq əri vəfat etdiyi üçün həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasını, həmçinin bu zaman vaxtı ilə ona “xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin ##.##.1996-ci il tarixli ** nömrəli əmri və ##.##.1996-cı il tarixli təhkim aktı ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin koordinatlarının ilkin sənədə uyğun düzgün şəkildə işlənməsini tələb edir. Nəzərə almaq lazımdır ki, iddiaçının iddia etdiyi 0.36 ha torpaq sahəsinin tərkibinə ona və ailə üzvlərinə torpaq islahatı zamanı verilən 0.12 ha, özünə “xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin ##.##.1996-ci il tarixli ** nömrəli əmri ilə verilmiş 0.12 ha, oğlu üçüncü şəxs2 Cəlilabad Rayonu Qarazəncir Bələdiyyəsi tərəfindən ##.##.2022-ci il tarixdə satılmış 0.0713 ha torpaq sahəsi və digər torpaq sahəsi daxildir. İddiaçı zənn edirsə, iddiasında olduğu torpaq sahəsi islahata məruz qalmamalı, 0.36 ha torpaq sahəsi ərinə məxsus olmuşdur və hazırda onun həmin torpaq sahəsinə vərəsə kimi mülkiyyət hüququ var, onda bu zaman o, Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirə bilər. Hansı ki, yuxarıda qeyd edildiyi kimi Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 0.36 ha torpaq sahəsi (müəyyən bir hissəsi) islahat vaxtı ona və ailə üzvlərinə, müəyyən hissəsi Bələdiyyəyə verilmiş, sonradan oğlu üçüncü şəxs2 satılmışdır. Bundan başqa, iddiaçının nümayəndəsinin ümumi birgə xüsusi mülkiyyətdə olan 0.12 ha və qardaşı üçüncü şəxs2 mülkiyyətində olan 0.0713 ha torpaq sahəsinin anasının adına rəsmiləşdirilməsi ilə bağlı heç bir problemin olmaması ilə bağlı mövqeyə münasibətdə bildirilir ki, bu məsələ ilə bağlı məhkəmə aktı lazım deyil. Həmin əmlaklar xüsusi mülkiyyətdədir və onlar qeyd edilən məsələni müvafiq orqanda (əmlak barədə sərəncam verilməsi və vərəsəlik üzrə) həll edə bilərlər. İddiaçı “xxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin ##.##.1996-ci il tarixli ** nömrəli əmri ilə verilmiş 0.12 ha torpaq sahəsinin ilkin vəziyyətə uyğun olaraq, düzgün yerdən verilməməsi ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli * nömrəli Qərarının 6.1 və 6.2-ci maddələrinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İşin araşdırılması onu deməyə əsas verir ki, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddia ilə mümkün deyil. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-938/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-938/2025
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver