Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-945/2025 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: icraata xitam, hüquq varisliyinə yol verilməməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin cavabdeh Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...##.##.1972-ci il təvəllüdlü Cavabdeh Masallı şəhəri, H.Əliyev prospekti ərazisində torpaq sahəsinin ayrılıbayrılmaması barədə məlumat mövcud deyil.” Masallı Bələdiyyəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Masallı Bələdiyyəsi tərəfindən Cavabdeh torpaq sahəsi ayrılması ilə bağlı məlumat yoxdur. Masallı şəhəri, Azərbaycan prospekti (keçmiş ünvan Heydər Əliyev prospekti) ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən tikili mərhum Cavabdeh istifadəsində olmuşdur.” “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh ##.##.2026-cı il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən, qanunsuz tikinti işləri nəticəsində yan divar və dam örtüyünün tikintisi başa çatmış qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Agentlik tərəfindən tikintiyə dövlət nəzarəti çərçivəsində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsində Cavabdeh qeyri-yaşayış obyektini qanunsuz inşa etməsi faktı aşkarlanmışdır. Bununla əlaqədar Agentlik tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunvericiliyin tələblərini pozmaqla qeydi-yaşayış obyekti inşa etmişdir. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə ## ###### 2021-ci il tarixli **** saylı Qərar verilmişdir. Lakin cavabdeh tərəfindən qanunsuz tikinti işləri davam etdirilmişdir. Hal-hazırda tikinti obyektinin yan divarlarının və dam örtüklərinin inşası başa çatdırıldığına görə, Agentlik tərəfindən qeyd olunan özbaşına tikilinin sökülməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək zərurəti yaranmışdır. Bununla əlaqədar Cavabdeh Agentlik tərəfindən ## ######## 2024-cü il tarixli və ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş, qeyri yaşayış obyektinin tikintisinə dair icazəverici sənədlərin təqdim edilməsi və ya qanunsuz inşa etdiyi obyektin öz vəsaiti hesabına sökülməsi tapşırılmış, əks təqdirdə obyektin sökülməsinin məhkəmə qaydasında həyata keşirilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra ## ### 2025-ci il tarixində X1 Tikinti müfəttişliyinin müfəttişi, Masallı rayon İcra hakimiyyətinin nümayəndələri, Masallı rayon bələdiyyəsinin sədri və Cavabdeh iştirakı ilə sözü gedən qeyri yaşayış obyektinə baxış keçirilmişdir. Hal hazırda obyektdə tamamlanma işlərinin aparılması müəyyən olunmuşdur. Cavabdeh bir daha tikinti işlərinin dayandırılması barədə qanunvericiliyin tələbləri izah olunmuş, 18 sebtyabr 2024-cü il tarixli, ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubları bir daha işçi qaydada ona təqdim edilmiş, yerində ## ### 2025-ci il tarixli akt tərtib olunmuş, Cavabdeh isə öz növbəsində məktubları qəbul etməkdən və tərtib olunmuş aktı imzalamaqdan boyun qaçırmış, eyni zamanda tikinti işlərinin davam etdirməsində israrlı olmasını bildirmişdir. Cavabdehin etirazı: Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərardadı (hakim Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2-1 (***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçısına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin araşdırılması ilə müəyyən edilmişdir ki, sökülməsi tələb edlən qeyri-yaşayış sahəsi üzərində cavabdehin hər hansı bir hüququ qeydiyyata alınmamışdır. Cavabdeh isə ##.##.2026-cı il tarixdə ölmüşdür. Sökülməsi tələb edilən əmlaka münasibətdə cavabdehin hər hansı bir hüququ qeydiyyata alınmadığından barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin cavabdeh Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-945/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-945/2025
26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver