Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-947/2025 13.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsinin yerinə yetirərkən” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1015/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsinin yerinə yetirərkən” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, əlillik dərəcəsinin verilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılması iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsinin yerinə yetirərkən” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-1015/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, əlillik dərəcəsinin verilməsi” tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsinin yerinə yetirərkən” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Azərbaycan Respublikası Lənkəran şəhərində anadan olmuşdur. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-2011-ci ilə kimi Lənkəran DİN daxili qoşunlarında rütbəsi MAXE CAVUŞ, Azərbaycan Respublikası DİN DQ N saylı hərbi hissənin XTD-də sürücü kimi xidmət etmişdir. xx.xx.2010-cu ildə hərbi hissənin ərazisində təlim-məşq zamanı yıxılaraq huşunu itirmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ona ilk tibbi yardım göstərilmişdir. xx.xx.2010-cu ildə “Qapalı kəlllə beyin travmasından 60 gün hospitalda müalicə olunmuşdur. Dəfələrlə Hospitalda müalicə almağına dair sənədləri də vardır. 2020-ci ildə Masallı RMX-da müalicə olunmuşdur. İİ qrup üzrə 2021-ci ilə qədər əlillik almışdır.Psixi vəziyyətində dəyişiklik bir neçə illərdir ki, başlamışdır. PSM-də stasionar 2023-cü ildə müalicə almışdır. Professor F.İsmayılov tərəfindən müayinə olunmuşdur. Diaqnoz” F62.8 – xx.xx.2014-cü il tarixində hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik 1 il müddətinə. – xx.xx.2015-ci il tarixində hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik 1 il müddətinə;– xx.xx.2016-cı il tarixində hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik 5 il müddətinə; xx.xx.2011-ci il tarixdə Müdafiə Nazirliyinin Baş X6 bölməsinin rəisi t\xp-k/l-ntı Elxan Muradovun rəyi: “Davamlı asteno-nevrotik vəziyyət. Vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik hipoksik ensefalopatiya”; xx.xx.2011. Müdafiə Nazirliyinin Baş X1 bölməsinin rəisi t/x p-k/l-ntı Çingiz Əlləzovun rəyi: “C1 fəqərəsinin (atlasın) sağ yan kütləsinin sınığı nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcə pozulması” Diaqnoz: “C1 fəqərəsinin (atlasın) sağ yan kütləsinin sınığı nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcə pozulması. Davamlı astteno-nevrotik vəziyyət. Vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik hipoksik ensefalopatiya” HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və.s. Yararlıq haqında qərarı: “Xəstəliklər cədvəlinin 23 “b”, 82 “b” maddələrinin İİİ qrafasına və ƏTS-nə (Azərbaycan Respublikası Nazirlətr Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən: Azərbaycan Respublikası DİN DQ Hərbi-həkim Komissiyasının 5 nömrəli xx.xx.2011-ci il tarixli qərarına əsasən: “C”Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini yerinə Yetirərkən Alınmışdır”. Özü 2 dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X19 tərəfindən xx.xx.2023- cü il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, xx.xx.2023-cü ildə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Diaqnoz: uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi F62.8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona imtina vermişdir. İmtinanın əsası kimi aşağıdakılara əsaslanmışdır: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Hesab edir ki, ona verilmiş imtina qanuni hesab edilə bilməz. Ona görə ki, cavabdehin dəlilləri əsas deyil. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibəti (etiraz) da göstərilmişdir ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Lənkəran Şəhər Psixatriya mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Baş beynin xəstəliyi, travrrası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində. Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin adı SN-nin pulsuz dərman alan ruhi xəstələrin reyestrində qeydə alınmayıb. Göründüyü kimi, İddiaçı Forma 88-də qeyd edilən diaqnozu əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmədiyi üçün ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Göndərişdə qeyd edilmiş diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Qərarla razılaşmayan iddiaçı əyani müainəyə dəvət edilmiş, xx.xx.2023-cü ildə əyani müayinəsi həyata keçirilmişdir.Lənkəran şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AAKYA nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin B00128155DZE nömrəli göndərişi əsasında xx.xx.2022-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 26/2011 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “C 1 fəqərəsinin (atlasın) saq van kütləsinin sınığı nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcə pozulması. Davamlı asteno-nevrotik vəziyyət. Vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik hipoksık ensefalopativa” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaşsızlıq, başağrıları, başgicəllənmə, yüksək arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutma öncəsi arterial təzyiqinin yüksəldiyini, bədənində əsmələrin yarandığını, tutma zamanı özüncə olmadığını, iynə vurulduqdan sonra ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Depakin 500” (gah gündə 1 dəfə, gah da 2 dəfə) qəbul etdiyini qeyd etmişdir. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin nəticəsinə əsasən qıcolma tutmaları təsdiqlənməmiş, anamnestik olaraq da verilən məlumatlar epitutmaları inkar etmişdir. Həmçinin təqdim olunmuş hərbi şəhadətnamədə “vegetativ damar davamsızlığı” haqqında məlumat qeyd olunmuşdur. Psixi statusunda əsas şikayətləri somatik istiqamətli olmuş, lakin bununla bağlı ixtisaslaşmış tibb müəssisələrindən müvafiq müalicə sənədlərini təqdim etməmiş, psixiatrik müəssisəyə müraciətini əsaslandıra bilməmiş, “məsləhət gördülər” kimi izah etməyə çalışmışdır. Anamnestik məlumatlara əsasən qabarıq şəxsiyyət dəyişikliyi (və ya pozuntusu) izlənilməmiş, vətəndaşın klinik əlamətləri asteno-nevrotik sindrom, şəxsiyyətin isterik tip inkişafı (somatik şikayətlər fonunda) kimi dəyərləndirilmişdir. X11 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Qapalı kəllə-beyin travması. Cı-Cııı-Cıv fəqərələrinin qeyri-düzgün bitişmiş sınığından sonrakı vəziyyət. Boyun fəqərələrinin kəskin kontrakturası, hərəkət pozğunluğu. Onurğanın boyun-döş, bel yayılmış osteoxondrozu. Sol yuxarı ətrafın orta sinirin nevropativası. Aşağı ətrafın radikulopatiyası. Hər iki bazu oynağının artrozu, kontrakturası (bükmə 80 dərəcə,açma 20 dərəcə, uzaqlaşma 80 dərəcə). Hər iki yuxarı ətrafın əzələ atrofiyası. Onurğanın qeyri stabilliyi. Yerişin çətinləşməsi. Dayaq hərəkət funksiyasının pozulması. Daimi ağrı sindromu”kimi qeyd olunsa da, kinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023- xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi qeyd olunsada, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 2389 nömrəli Tibbi rəyində diaqnoz “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı səxsiyyət dəyişikliyi kimi qeyd olunsa da. klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X4 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5614/23 nömrəli Çıxarışında diaqnoz “Uzun sürən xəstəlikdən sora yaranan davamlı səxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 7 saylı E müayinəsinin nəticəsi qıcıqlanmadan sonra Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli Ensefaloqramma “Aparılan müayinə çərçivəsində fon aktivliyi desinxronlasıb. Afferentsaq frontal nahiyədə paroksizmal aktivlik izlənildi. Spesifik epileptiform aktivlik yox” kimi qeyd. Təbabət Klinikasının 1 sağ aşağı ətrafların olunmuş, əlillik təyinatına əsas verməmişdir. X9 xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Müayinə zamanı sol və sol yuxarı ətrafın sinirlərinə Peroneus,n, Tibialis,n Suralis və Medianus,n, Ulnaris elektronevroqrafiya icra olundu. Motor cavabın amplitudası bilateral asağı ətraflarda saxlanılıb, «ötürücülük sürəti sol tərəfdə yoxlanan sinirlərdə enib. Sensor cavabın amplitudası bilateral Suralis normal. Motor cavabın amplitudası. Erba nöqtəsində həmin. Medianus Uharis kobud enib. Sensor cavablar yuxarı ətrafda saxlanılıb. Aparılan müayinə sol aşağı və yuxarı ətrafların poliradikulopatiyası lehinə dəyərləndirilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Berlin Klinikasının xx.xx.2023-cü il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “İntraparenximatoz həcmli proses qeyd olunmur. İnvolyutiv-atrofik dəyişikliklər. Hər iki yarımkürənin serebelvar ad maddəsində millimetrik ölçülü xroniki anqiopatik gliotik ocaqlar” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kim iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - F.06 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində dəyişikliyi diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Bundan əlavə, İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli göndəriş əsasınca baxıldıqdan sonra xx.xx.2023-cü il tarixdə verilən əlillik təyinatından imtina qərarı xx.xx.2023-cü ildə sms bildiriş vasitəsilə göndərilmiş iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o xx.xx.2024-cü ildə, yəni təxminən 7 ay sonra xx.xx.2023cü il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan libb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair gücləndirilmiş elektron tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən imza ilə imzalanır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s məsələləri yoxlamaldır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edirik. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1015/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1015/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq, sırf ekspert rəyinə əsaslanaraq, şəxsin əyani müayinəsində yetərincə təcrübəli həkim mütəxəsisslər tərəfindən əyani müayinə nəticəsində əldə edilən məlumatlara məhəl qoymadan iddiaçının marağlarına uyğunlaşdırılmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. X11 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Qapalı kəllə-beyin travması. C -C -C fəqərələrinin qeyri-düzgün bitişmiş sınığından sonrakı vəziyyət. Boyun fəqərələrinin kəskin kontrakturası, hərəkət pozğunluğu. Onurğanın boyun-döş, bel yayılmış osteoxondrozu. Sol yuxarı ətrafın orta sinirin neyropatiyası. Aşağı ətrafın radikulopatiyası. Hər iki bazu oynağının artrozu, kontrakturası (bükmə 80 dərəcə, açma 20 dərəcə, uzaqlaşma 80 dərəcə). Hər iki yuxarı ətrafın əzələ atrofiyası. Onurğanın qeyri stabilliyi. Yerişin çətinləşməsi. Dayaq hərəkət funksiyasının pozulması. Daimi ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 2389 nömrəli Tibbi rəyində diaqnoz “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X4 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5614/23 nömrəli Çıxarışında diaqnoz “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli Ensefaloqramma müayinəsinin nəticəsi “Aparılan müayinə çərçivəsində fon aktivliyi desinxronlaşıb. Afferent qıcıqlanmadan sonra sağ frontal nahiyədə paroksizmal aktivlik izlənildi. Spesifik epileptiform aktivlik yox” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X12 xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi M“ üayinə zamanı sol və sağ aşağı ətrafların və sol yuxarı ətrafın sinirlərinə n. Peroneus,n. Tibialis,n. Suralis və n.Medianus,n. Ulnaris elektroneyroqrafiya icra olundu. Motor cavabın amplitudası bilateral aşağı ətraflarda saxlanılıb, ötürücülük sürəti sol tərəfdə yoxlanan sinirlərdə enib. Sensor cavabın amplitudası bilateral n.Suralis normal. Motor cavabın amplitudası. Erba nöqtəsində həm n.Medianus həm n.Ulnaris kobud enib. Sensor cavablar yuxarı ətrafda saxlanılıb. Aparılan müayinə sol aşağı və yuxarı ətrafların poliradikulopatiyası lehinə dəyərləndirilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Berlin Klinikasının xx.xx.2023-cü il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “İntraparenximatoz həcmli proses qeyd olunmur. İnvolyutiv-atrofik dəyişikliklər. Hər iki yarımkürənin serebelyar ağ maddəsində millimetrik ölçülü xroniki angiopatik qliotik ocaqlar” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1015/2025 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-947/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə kollegiyasının hüquqi yardımını nəzərə alaraq tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edir və iddia tələbində dəyişiklik etdiyini bildirir. İddiaçı tələbinə "cavabdehin 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən mənə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 65-80 faiz olmaqla 02 il müddətinə əlillik müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Kamran Abdulrəhimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1015/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1015/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsinin yerinə yetirərkən” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, 2011-ci il tarixdən 2021-ci il tarixədək ona müddətli əlillik təyin edilsədə iddiaçının sağlamlıq vəziyyətinin yaxşılaşmasını həmçinin yuxarda sadalanan tibb müəssələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2011-ci il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 26/2011 nömrəli tibbi şəhadətləndirmə barədə Arayışı qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar müəyyən edilməsi hazırda da ona təyin edilən əlilliyin səbəb əlaqəsinin hərbi xidmət ilə əlaqədar hesab edilməlidir. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya 2011-ci il tarixdən başayaraq xx.xx.2021-ci il tarixədək müddətli əlillik təyin edilmişdir. İddiaçının əvvələr 10 (on) ildən artıq müddətə əlliliyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətsiz əlillik təyin edilməsinə əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan qərarda hüquqi müdafiə vasitələri göstərilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Qeyd edilməlidir ki, həmin Qanunun 73.2-ci bəndinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İşin hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsindən israrlıdır və əlilliyin təyin olunması ilə bağlı davamlı şəkildə inzibati orqana müraciətlər etmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Göndərişin natamam doldurulması” əsası ilə ona imtina verildikdən (hərçənd ki, həmin qərar ona təqdim edilməmişdir) sonra həmin qərarla razılaşmayıb “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci və 73.2-ci maddələrinin tələbinə əsasən şikayət etmiş və həmin şikayəti üzrə xx.xx.2023cü il tarixdə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqana qanunla müəyyən edilmiş müddətdə vaxtında müraciət etmişdir. Bu arada xüsusilə qeyd etmək lazımdır ki, “Göndərişin natamam doldurulması” əsası ilə əlilliyin təyin olunmasından imtina edilməsi ümumiyyətlə Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə və qanunvericiliyin tələbinə görə imtina əsası kimi çıxış edə bilməz. İddiaçı göndərişi təqdim etmək səlahiyyətinə malik olmadığı üçün onun məzmununa da cavabdeh ola bilməz və bu natamamlığın aradan qaldırılması vəzifəsi ondan tələb oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı haqlı olaraq “Göndərişin natamam doldurulması” əsası ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar üzrə ilkin olaraq məhkəməyə deyil, inzibati orqanın özünə şikayət etmişdir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci və 73.2-ci maddələrinin tələbinə tam uyğundur. İnzibati orqan “Göndərişin natamam doldurulması” əsası qəbul etdiyi əvvəlki xx.xx.2023-cü il tarixli qərarı ləğv etmədiyi, əksinə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etdiyi üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının müraciəti (şikayəti) əsasında cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2023cü il tarixdə qərarda da hüquqi müdafiə vasitələri göstərilməmişdir. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DQ Hərbi-Həkim Komissiyasının 26/2011 nömrəli, 11 yanvar 2011-ci il tarixli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, X qrafasına və ƏTS-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən: Azərbaycan Respublikası DİN DQ Hərbi-həkim komissiyasının 5 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən “C”-Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz: “Eynidir”. “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır”. İş materiallarında olan AO seriyalı ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 18051/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişi əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının B00128155DZE nömrəli göndərişi və müraciəti əsasənda xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və hayata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********4 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarının surətindən görünür ki, Lənkəran şəhər sakini İddiaçı dair tibb müəssisəsinin 0495003AALUM nömrəli göndərişi DTSERAda əyani müayinə nəticəsində xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müayinə olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 26/2011 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “C1 fəqərəsinin (atlasın) sağ yan kütləsinin sınığı nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Davamlı astenonevrotik vəziyyət. Vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik ensefalopatiya” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” Kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması qeyd edilmiş “Baş beyin diffuz travması, Keçirilmiş ağır qapalı kəllə-beyin travması, klinik ölümdən sonrakı vəziyyət. Nevrasteniya, kəskin ifadə olunmuş ANV Hidrosevaliyanın digər növləri, Kəllədaxili hipertenziya. Digər rublikalarda təsnif olunan xəstəliklər zamanı mielopatiya, Vegetativ damar distoniyası (postravmatik). Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya. Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sol aşsğı ətrafın spastik parezi. Digər daimi ağrı, Daimi kökcük ağrı sindromu ilə. Astiqmatizm, OU-Sadə miopik astiqmatizm. Sadə sinirin hissəvi atrofiyası. Sadə miopik astiqmatizm. VİS OU-0.6 k/ilə 0.7. Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı, C1 fəqərəsinin (atlant) qəlpəli yerini dəyişəm sınığı, fəqərə sütününün boyun şöbəsinin funksiyasının pozulması” diaqnozu araşdırılmışdır. Anamnestik Əlillik təyinatına əsas verən funksional pozuntular müəyyən edilmir. Nevroloji sınıqları rahat yerinə yetirir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz Əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 3- 17-4/3/3-3-19263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, Lənkəran şəhər sakini İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AAKYA nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlilli əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin B00128155DZE nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 26/2011 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “C1 fəqərəsinin (atlasın) sağ yan kütləsinin sınığı nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Davamlı asteno-nevrotik vəziyyət. Vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik ensefalopatiya” diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaşsızlıq, başağrıları, başgicəllənmə, yüksək arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutma öncəsi arterial təzyiqin yüksəldiyini, bədənində əsmələrin yarandığını, tutma zamanı özündə olmadığını, iynə vurulduqdan sonra ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Depakin 500” (gah gündə 1 dəfə, gah da 2 dəfə) qəbul etdiyini qeyd etmişdir. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutlamalarını təstiqləyən EEQ müayinəsinin nəticəsinə əsasən qıcolma tutmaları təsdiqlənməmiş, anamnestik olaraq da verilən məlumatlar epitutmaları inkar etmişdir. Həmçinin təqdim olunmuş hərbi şəhadətnamədə “vegetativ damar davamsızlığı” haqqında məlumat qeyd olunmuşdur. Psixi statusunda əsas şikayətləri somatik istiqamətli olmuş, lakin bununla bağlı ixtisaslaşmış tibb müəssisələrindən müvafiq müalicə sənədlərini təqdim etməmiş, psixiatrik müəssisəyə müraciətini əsaslandıra bilməmiş, “məsləhət gördülər” kimi izah etməyə çalışmışdır. Anamnestik məlumatlara əsasən qabarıq şəxsiyyət dəyişikliyi ( və ya pozuntusu) izlənilməmiş, vətəndaşın klinik əlamətləri steno-nevrotik sindrom, şəxsiyyətin isterik tip inkişafı (somatik şikayətlər fonunda) kimi dəyərləndirilmişdir. İş materiallarında olan X11 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz ”Qapalı kəllə-beyin travması. C1-Cİİİ-CİV fəqərələrinin qeyri-düzgün bitişmiş sınığından sonrakı vəziyyət. Boyun fəqərələrinin kəskin konstruksiyası, hərəkət pozğunluğu. Onurğanın boyun-döş, bel yayılmış osteoxondrozu. Sol yuxarı ətrafın orta sinirin neyropatiyası. Aşağı ətrafın radikulopatiyası. Hər iki bazu oynağının artrozu, kontrakturası (bükmə 80 dərəcə, açma 20 dərəcə, uzaqlaşma 80 dərəcə). Hər iki yuxarı ətrafın əzələ atrofiyası. Onurğanın qeyri stabilliyi. Yerişin çətinləşməsi. Dayaq hətrəkəti funksiyasının pozulması. Daimi ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 2389 nömrəli Tibbi rəyində diaqnoz “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İş materiallarında olan 2 nömrəli X4 xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 5614/23 nömrəli Çıxarışında diaqnoz “uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalara, üzvi zəmində” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İş materiallarında olan 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli Ensefaloqramma müayinəsinin nəticəsi ”Aparılan müayinə çərçivəsində fon aktivliyi desinxronlaşıb. Afferent qıcıqlanmadan sonra sağ frontal nahiyyədə paroksizmal aktivlik izlənildi. Spesifik epileptiform aktivlik yox” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. İş materiallarında olan X12 xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Müayinə zamanı sol və sağ aşağı ətrafların və sol yuxarı ətrafın sinirlərinə n. Peroneus n, Tibialis.n, Suralis və n. Medianus.n. Ulnaris elektroneyroqrafiya icra olundu. Motor cavabın amplitudası bilateral aşağı ətraflarda saxlanıb, ötürücülük sürəti sol tərəfdə yoxlanan sinirlərdə enib. Sensor cavabın amplitudası bilateral n. Suralis normal. Motor cavabın amplitudası. Erba nöqtəsində həm n.Medianus həm n. Ulnaris kobud enib. Sensor cavablar yuxarı ətrafda saxlanılıb. Aparılan müayinə sol aşağı və yuxarı ətrafların poliradikulopatiyası lehinə dəyərləndirilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. İş materiallarında olan Berlin Klinikasının xx.xx.2023-cü il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “İntraparenximatoz həcmli proses qeyd olunmur. İnvolyutiv-atrofik dəyişikliklər. Hər iki yarımkürənin sereberyal ağ maddəsində millimetrik ölçülü xroniki angiopatik qliotik ocaqlar” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi X15 Şəxsinin 18 sentyabr 2024-cü il tarixli, 18-1-58/2-1229/2024 nömrıli məktubunun surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Lənkəran şəhərində anadan olmuş, Lənkəran rayonu, Liman şəhəri M.İbayev küçəsində qeydiyyatda olan İddiaçı Lənkəran RMX-nın Həkim Məsləhət Komissiyasına müraciəti qeydə alınmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Lənkəran MRX-nın TTTY stansiyasının “Dəqiqləşdirilməmiş nevroloji pozuntular” diaqnozu ilə müraciəti qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 11411 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Lənkəran şəhərində anadan olmuş, Lənkəran rayonu, Liman şəhəri M.İbayev küçəsində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1015/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmışdır. 2 nömrəli X4 1/257 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmnində”. İş materiallarında olan Lənkəran şəhər X8 Hüquqi Şəxsinin 93 nömrəli, 24 yanvar 2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində anadan olan, Lənkəran rayonu, Liman şəhəri, M.İbayev küçəsində qeydiyyatda olan İddiaçı xx.xx.2023-cü ildən Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Diaqnoz: Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntularla, funksional tutmalarla üzvi zəmində. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 3 fevral 2025-ci il tarixli, 3-28-26/2-131/2025 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə mərkəzə müayinə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. Diaqnoz: uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi F.62.8. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək PSM-nin Gündüz Stasionarda müalicədə olub. Təkrar olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə müraciət edib. Təyinat verilib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X10” X18 xx.xx.2025-ci il tarixli, 2334 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi (xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1988-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoza, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə qeyd edilən diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması müyarları”nın hansı bəndinə uyğundur, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğun olmuşdur? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” qeyd olunur. Sualın digər hissəsini cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 2-ci sual: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” müəyyən edilir. Hazırda müəyyən edilən diaqnoz əvvəllər qeyd edilən diaqnoza uyğundur. 3-cü sual: Mütəxəssis rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı sağlamlıq vəziyyətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə müəyyən edilmişdir ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə” İİ-ci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə xx.xx.2014-cü il tarixdə 1 il müddətinə “Qapalı kəllə beyin travmasından sonrakı travma qalıqları” diaqnozu ilə 2-ci dərəcə əlillik təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə eyni müddətə (1 il) “Qapalı kəllə beyin travması qalıq əlaməti kəllədaxili hipertenziya və kəskin ifadə olunmuş astenik nevrotik sindrom” diaqnozu ilə eyni dərəcə əlillik təyin olunmuşdur. xx.xx.2016-cı il tarixdə 5 il müddətinə eyni diaqnozla eyni dərəcədə əlillik təyin olunmuşdur. Əlilliyin müddəti bitdiyi xx.xx.2021-ci il tarixindən sonra bir neçə dəfə əlilliyi qiymətləndirilmiş, lakin imtina olunmuşdur. Sonuncu dəfə Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli B00128155DZE nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixli Qərarla “Göndərişin natamam doldurulması” səbəbi ilə əlilliyin təyin olunmasından imtina olunmuşdur. Daha sonra iddiaçının müraciəti əsasında cavabdeh xx.xx.2023-cü ildə əyani müayinə etmiş və əvvəlki xx.xx.2023-cü il tarixli imtina qərarı qüvvədə saxlanılmışdır. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2. bəndində göstərilən “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” (F07.8) mövcud olduqda əlilliyin qiymətləndirilməsi xəstəyə qoyulmuş diaqnozlardan asılı olaraq Əlavənin 7.6.2.1. və ya 7.6.2.2. bəndinə əsasən aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edilir ki, Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən “F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində. Ağırlaşma F62,8 Şəxsiyyətin digər davamlı dəyişiklikləri, uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində” diaqnozu xx.xx.2023-cü il tarixində B00128155DZE nömrəli göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Göndəriş əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli TSEK qərarında həmin diaqnoz mətni “Əsas diaqnoz F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində. Ağırlaşma F62,8 Şəxsiyyətin digər davamlı dəyişiklikləri, uzun sürən xəstəlikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional tutmalarla, üzvi zəmində”, imtina səbəbi kimi “Göndərişin natamam doldurulması” göstərilmişdir. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadına əsasında ambulator məhkəmə psixiatrik ekspertizası təyin olunmuş, həmin ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X10nin ekspertlərinə həvalə edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə X10 tərəfindən verilən 10 aprel 2025-ci il tarixli 1104 nömrəli rəydən görünür ki, Yoxlanılan şəxs İddiaçı “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi (xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Hazırda müəyyən edilən diaqnoz əvvəllər qeyd edilən diaqnoza uyğundur. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. İşdə olan həkim müayinəsinin nəticələrindən də göründüyü kimi iddiaçı “Zahirən gərgindir. Ünsiyyətə həvəssiz daxil olur. Suallara aqressiv halda, qısa cavablar verir. Əsəbilikdən, əsəbləşəndə özünü idarə edə bilməməsindən, ətrafa zərər verməsindən, yuxusuzluq, qıcolma tutmaları, başağrıdan şikayət edir. Əhval-ruhiyyə fonu dəyişkəndir. Emosional qeyri-sabitdir. Öz psixi vəziyyətinə tənqidi münasibəti hissəvidir.” Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2ci (Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları-F07.8) bəndinə uyğundur və həmin Əlavənin 7.6.2.2-ci bəndinə əsasən (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) nəzərə alınaraq həmin bəndə əsasən ona 61-80 faiz olmaqla 2 il müddətinə əlillik müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməıi, iddia təmin edilməli, cavabdehin 14 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və həmin tarixdən iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməsi əlaqədar 65- 80 faiz olmaqla 02 il müddətinə əlillik müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan hazırki məhkəmə qərarı üzrə icra hərəkətlərini apararkən işin halları müddətsiz əlilliyin təyin edilməsinə əsas verdikdə iddiaçının hüquqi marağına uyğun müddətsiz əlilliyin təyin edilməsi məsələsinə baxmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 1.8-ci bəndinə əsasən əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək məhkəmə kollegiyası cavabdeh inzibati orqanın nəzərinə çatdırır ki, hazırki tələb üzrə iddiaçıya müddətli əlilliyin təyin edilməsinə baxmayaraq, hazırki məhkəmə qərarı icra olunarkən iddiaçının 61-80 faiz (əvvəlki 2-ci dərəcə) aralığında ardıcıl olaraq 10 il müddətində əlillik vəziyətində olması müəyyən olunarsa, ona qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1015/2025 qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 sentyabr 2023cü il tarixli qərarı ləğv edilsin və həmin tarixdən iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar 65-80 faiz olmaqla 02 il müddətinə əlillik müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-947/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-947/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver