Məhkəmə qərarları › İş №2-1(106)-953/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-953/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-953/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2-1(120)-2213/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 nömrəli qərarının ləğv olunması, həmin tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi (hazırda qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) ilə bağlı əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 13 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-2213/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 ekspert rəyinə tənqidi yanaşmış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Kilinik Xəstəxanası” X11 və “LOR” Hospiatalının mütəxəssisləri (həkimləri) tərəfindən verilmiş rəylərdə İddiaçı müayinə nəticəsində iki tərəfli koxlear nevrit-iki tərəfli neyrosensor ağır eşitmə İV dərəcə diaqnozu təyin olunmuşdur. İddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozun eyni (hətta artıq hər iki qulaqda İV dərəcə olmaqla) olduğu müəyyən edilmişdir. Cavabdeh eyni xəstəlik əsasında iddiaçıya əvvəlki göndəriş əsasında sonuncuya əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq 2024-cü il tarixli göndəriş əsasında təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, P00219936XSH nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 9.1 Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri. Həmin xəstəlik üzrə qiymətləndirmə 9.1.4: eşitmə zəifliyi İV dərəcə, ikitərəfli (50 faiz, müddətsiz) qeyd olunan bəndə uyğun gəlsə də, qiymətləndirmə səlahiyyəti cavabdeh inzibati orqana aid olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı barədə qiymətləndirmə aparılaraq müvafiq əlilliyin təyin edilməsi cavabdeh inzibati orqana həvalə olunmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən onun barəsində əlilliyin təyin olunmasından əsassız olaraq imtina edilmişdir. O, 44 günlük Qarabağ müharibəsində iştirak etmişdir və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 216 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarında İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqi iki qulaqda eşitməməsi, danışıq nitqinin sağ qulaqda eşitməməsi, danışıq nitqinin sağ qulaqda eşitməməsi, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi qeyd olunmuşdur. Şəhadətnaməyə əsasən aldığı travmanın hərbi travma olduğu, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış olduğu təsdiq olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən ona əlillik təyin olunmasından imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadına əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının J000751VXU nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinədə olmuşdur. Agentliyin xx.xx.2024-cü il tarixli qərarına əsasən Audiometriya müayinə nəticəsində “Sağ qulaqda 85 db (İV dərəcə eşitmə zəifliyi), sol qulaqda 60 db (İİİ dərəcə eşitmə zəifliyi) izlənilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının J00075133VXU nömrəli, xx.xx.2023-cü il tarixli göndərişinə əsasən həmin vaxtı qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na OFP 40 faiz olmaqla 1 (bir ) il müddətinə (xx.xx.2023-xx.xx.2024-cü il tarixədək) təyinat aparılmışdır. Lakin xx.xx.2024cü il tarixdə ona yenidən əlillik təyinatı aparılmasından imtina olunmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Koxlear nevrit Neyrosensor ağrıeşitmə İV dərəcə iki qulaqda ÜİX: Gərginlik stenokardiyası İİİ-İV f.s. Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin ekspert rəyinin özündə onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söylənməmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etmədiklərini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -216 №-li, xx.xx.2023-cü il tarixli “Xəstəlik haqqında” şəhadətnamənin surətindən müəyyən olunur ki, Qarayev X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 1221 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 12-ci bəndindən müəyyən olunur ki, sonuncu barəsində diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəbi haqqında hhk-nın qərarı - ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini qulaqda eşitməməsi, danışıq nitqinin sağ qulaqda eşitməməsi, sol qulaqda 3 (üç) metr məsafədə eşitməsi ilə.. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. -Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) xx.xx.2023-cü il tarixli qərardadına əsasən Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 tərəfindən verilmiş 895/2023 saylı ekspert rəyinin nəticə hissəsində 1992-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Foma 88 saylı göndərişində qeyd edilən “H90.3” Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcə, hər iki qulaqda. Ağırlaşma: Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, neyrosensor ağıreşitmə İV dərəcə, hər iki qulaqda.Yanaşı xəstəliklər: R45 Emosional hallara aid olan simptomlar və nişanələr, astenik vəziyyət” diaqnoz şəxsin hazırkı səhhətini əks etdirir. Həmin diaqnoz xəstənin anamnestik, kliniki, labaratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. İddiaçı əziyyət çəkdiyi xəstəliklər tam reabilitasiya olunmurlar (sağalmırlar), belə xəstələr dispanser qeydiyyatda olurlar, mütəmadi müayinə və müalicə alırlar, vaxtı çatdıqda eşitmə aparatı dəyişdirilir. -Tibbi-sosial ekspert komissiyasının 3-17-4/3-3-4119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı orqanizim funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-877/2024 saylı qərardadına əsasən İddiaçı 3-17-4/1-12788/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 216 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini iki qulaqda eşitməməsi, danışıq nitqinin sağ qulaqda eşitməməsi, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki qulaqda küydən, hər iki qulağın eşitməməsindən şikayətlənmişdir. Zahirən səliqəli, baxımlı olmuş, sol qulağında eşitmə cihazı izlənmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli Audiometriya müayinə nəticəsi “Sağ qulaqda 85 db (İV dərəcə eşitnə zəifliyi), sol qulaqda 60 db (İİİ dərəcə eşitmə zəifliyi) izlənilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının J00075133VXU)” izlənilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının J00075133VXU nömrəli xx.xx.2023-cü il tarixli göndərişinə əsasən həmin vaxtı qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na OFP 40 faiz 1 il müddətinə təyinat aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1(bir) il müddətinə orqanizm funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. -Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 xx.xx.2025-ci il tarixli, T225/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyasının siyasi tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcə hər iki qulaqda” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixində əyani müayinəsi zamanı ünsiyyətdə ikitərəfli 4-cü dərəcəli ağıreşitmə öz təsdiqini tapmamış, müayinə zamanı aqravasiya hiss olunmuşdur. Neyrosensor ağıreşitmə daxili qulaq və ya mərkəzi sinir mənşəli eşitmənin azlığıdır. Eşitmə cərrahi sinir köçürülməsi ilə bərpa olunsa belə, bu əməliyyat hər zaman müvəffəqiyyətlə sonlanmır. Odur ki, tibbi praktikada daha çox qeyd edilən patologiyanın aradan qaldırılması üçün mütəxəssislər tərəfindən xəstələrə eşitmə cihazı yazılır. Ümumiyyətlə, həmin xəstəliklər tam reabilitasiya olunmurlar. -Azərbaycan Tibb Universitetinin X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə bildirilir ki, xx.xx.2024-cü il tarixdə medikamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 90 dBnHL intensivlikdə V dalğa əldə edilmədi, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: İddiaçı hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. -Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X11 otorinolarinqologiya şöbəsinin həkimi X9 tərəfindən verilmiş məlumatda qeyd edilmişdir ki, İddiaçı ikitərəfli koxlear nevrit ikitərəfli neyrosensor ağıreşitmə İV dərəcə diaqnozu qoyulmuşdur. -“Lor Hospital”ın 16/25 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2025-ci il tarixində mərkəzlərində lor-həkimin endoskopik müayinəsində olmuş və yekun olaraq pasiyentdə hər iki qulaqda İV dərəcə neyrosensor tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 xx.xx.2025-ci il tarixli, T225/2025 saylı ekspert rəyində yuxarıda qeyd edilən Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2024-cü il tarixli tibbi rəyinə istinad edildiyi halda, nəticə hissədə iddiaçıda 4-cü dərəcə neyrosensor tip ağıreşitmənin öz təsdiqini tapmadığı qeyd edilmişdir. Həmçinin rəy üzrə gəlinmiş qənaət şəxsin əyani müayinəsi zamanı yalnız ünsiyyət yolu ilə müəyyən edilmiş, müvafiq xüsusi müayinə metodlarından istifadə edilməmişdir. Sadalanan hallar həmin ekspert rəyinin mötəbərliyini və obyektivliyini şübhə altına alır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı dəfələrlə analoji ixtisaslaşdırılmış tibb müəssisələrində müayinələrdə olmuş və ona “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli” diaqnozu qoyulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.4-cü bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.4-cü bəndində “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 50% müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2-1(120)-2213/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar