Məhkəmə qərarları › İş №2-1(106)-958/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-958/2025

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-958/2025 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mənzilə dair yüklülüyün qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsi, apellyasiya şikayətinin mümkün sayılmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi nümayəndə3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx Publik Hüquqi Şəxsə qarşı “iddiaçının mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Masallı şəhəri Qarabağ küçəsində yerləşən ev 16, mənzil 12 ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *- *(***)-***/**** saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: ##.##.2012-ci il qeydiyyat tarixli seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrin çıxarışdan görünür ki, ünvan 6 ünvanı üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır. ##.##.2015-ci il tarixli KT-*** nömrəli kredit müqaviləsindən görünür ki, “AFS Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti, onun İdarə Heyətinin sədri Zeynalov Farid Ərəstun oğlu şəxsində bir tərəfdən və ünvan 2 ünvanında yaşayan “AFS Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvü olan fiziki şəxs üçüncü şəxs2 öz adından çıxış edərək, müqaviləni bağlamışdır. Müqaviləyə əsasən kredit verən borcalana onun sahibkarlıq fəaliyyəti ilə bağlı 60 ay müddətinə, illik 7 faizlə 200.000 manat kredit xətti açır (bənd 2.1). ##.##.2015-ci il tarixli KT-***/** nömrəli ipoteka müqaviləsindən görünür ki, “AFS Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri Zeynalov Farid Ərəstun oğlu adından Lənkəran rayonu * saylı notariat kontorunun xüsusi notariusu İsmayılov Səfər Yusifəli oğlu tərəfindən verilmiş ## ###### 2014-cü il tarixli etibarnamə əsasında X2 çıxış edərək, Azərbaycan Respublikası vətəndaşı olan, ünvan 6 ünvanı üzrə qeydiyyata alınmış İddiaçı (ipoteka qoyan) çıxış edərək ikinci tərəfdən və Azərbaycan Respublikası vətəndaşı olan, ünvan 3 ünvanı üzrə qeydiyyata alınmış üçüncü şəxs2 üçüncü tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müqavilə bağlamışlar. İpoteka müqaviləsinə əsasən ipoteka qoyan bağlanmış ##.##.2015-ci il tarixli KT-** nömrəli əsas müqaviləsi və gələcəkdə bağlana biləcək əsas müqaviləyə əlavə kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ona məxsus olan ünvan 6 ünvanında yerləşən əmlakını kreditoripoteka saxlayana verir (bənd 1.3.5). ##.##.2015-ci il qeydiyyat tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrin çıxarışdan görünür ki, ünvan 5 ünvanı “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır. “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə ünvanladığı ##.##.2017-ci il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşayan vətəndaş üçüncü şəxs2 arasında bağlanmış ## ###### 2015-ci il tarixli KT-*** saylı kredit müqaviləsinin üzrə borc bağlanmışdır. Bununla bağlı ünvan 6 ünvanı üzrə qeydiyyata alınmış vətəndaş İddiaçı ilə bağlanmış ## ###### 2015-ci il tarixli KT- ***/** saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuşdur. Bununla bağlı ona məxsus olan ünvan 6 ümumi sahəsi 73.7 kv.m dən ibarət mənzili yüklülükdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı ##.##.2022-ci il tarixli ************ nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında cavabdeh1 * saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, “AFS Kredit İttifaqı” MMC-nin adına İddiaçı məxsus Masallı şəhəri Qarabağ k məxsus Masallı rayonu, Mollaoba kəndində yerləşən qeyri-yaşayış binası mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi ilə birlikdə “AFS Kredit İttifaqı” MMC-nin adına ## ###### 2015-ci il tarixdə 805013000394-***** reyestr nömrəli çıxarışla ipoteka ilə yüklü edilmişdir. Yuxarıda göstərilən səbəblərdən ərizənizin tələbi Publik * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “Daşınmazəmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli 6-1.**-*-****-***** nömrəli məktubunda qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin bank hesabları və maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) toplanmır. Məlumat üçün bildiririk ki, kredit ittifaqlarının hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsi öhdəliyi 2021-ci il # #### tarixli ***-VIQD nömrəli Qanunla “Kredit ittifaqları haqqında” Qanuna əlavə edilmişdir. Cəmiyyətə məhdud bank fəaliyyəti üçün Mərkəzi Bank tərəfindən verilmiş 222-Kİ saylı lisenziya isə ##.##.2017-ci il tarixində ləğv edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında * saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli, **************** nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrindən “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2010-cu il tarixdən dövlət qeydiyyatından keçməsi (VÖEN: **********), fəaliyyətinin aktiv olması, yenidən təşkil və ləğv edilməməsi, ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixə qədər rəhbərinin X5 (FİN: 3LSUQ9M) və ##.##.2011-ci il tarixdən Zeynalov Farid Ərəstun oğlu (FİN: 0YRPKJ5) olması barədə məlumatlar mövcuddur. “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabları barədə məlumatlar əlavə edilmişdir. “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2017-ci il tarixli *** nömrəli arayışından görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan üçüncü şəxs2 “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2015-ci il tarixli 150.000 (bir yüz əlli min) manat aldığı kredit məbləğini tam ödəmişdir. Hal-hazırda bu kredit müqaviləsi üzrə kreditin əsas, hesablanmış faiz və cərimə borcu yoxdur. “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2017-ci il tarixli *** nömrəli arayışından görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan üçüncü şəxs2 “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2015-ci il tarixli 50.000 (əlli min) manat aldığı kredit məbləğini tam ödəmişdir. Hal-hazırda bu kredit müqaviləsi üzrə kreditin əsas, hesablanmış faiz və cərimə borcu yoxdur. * saylı Ərazi Vergilər İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2010-cu il tarixdə vergi orqanında ********** saylı VÖEN-lə uçota alınması, hüquqi ünvanının AZ4441, ünvan 4 olması, qanuni təmsilçisinin Zeynalov Farid Ərəstun oğlu olması, hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olması barədə məlumatlar mövcuddur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ##### 2021-ci il tarixli *-(***)-***/**** nömrəli hökmü ilə Zeynalov Farid Ərəstun oğlu Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilimiş, ona Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Zeynalov Farid Ərəstun oğluna cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Zeynalov Farid Ərəstun oğluna Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2018ci il tarixli hökmü və Şirvan Apelyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-in 66.5 və 66.4-cü maddələrinə əsasən əsasən hazırkı hökm üzrə təyin olunmuş əsas və əlavə cəza ilə qismən toplanmış və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə sorğusu əsasında daxil olmuş ** saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli *-**-**/**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, daxil olmuş ##.##.2026-cı il tarixli *-*(***)-***/**** saylı sorğunuza əsasən müəssisədə cəza çəkən məhkum Zeynalov Farid Ərəstun oğlu tərəfindən yazılmış cavab məktubu Sizə təqdim olunur. Ooşma: 1 vərəq. Həmin məktuba əlavə edilmiş Zeynalov Farid Ə.o tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli sorğuya cavabda qeyd edilmişdir ki, “...Məhkəmənin sorğusuna cavab olaraq aşağıdakıları bildiririk: 1-ci bənd üzrə üçüncü şəxs2 tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər tam həcmdə icra edilmişdir. Kredit müqaviləsi üzrə əsas borc, faiz və digər ödənişlər tam şəkildə ödənildiyindən, ona hər hansı borcun qalmaması barədə müvafiq arayış verilmişdir. Bu səbəbdən, məhkəmənin sorğusunda qeyd olunan 50.000 manat məbləğində ödənişin həyata keçirilməsi və ümumilikdə kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunması faktı məhz borcun olmaması barədə verilmiş arayışla təsdiq edilir. Həmin arayış kredit öhdəliklərinin tam yerinə yetirildiyini göstərir. 2-ci bənd üzrə Məhkəmənin sorğusunda qeyd olunan kredit müqaviləsinin tarixləri ilə arayışlarda göstərilən tarixlər arasında mövcud olan uyğunsuzluğun texniki xarakter daşıdığı ehtimal olunur. Belə ki, kredit müqaviləsinin tarixi ilə ipoteka (yüklülük) müqaviləsinin tarixinin hazırlanması zamanı səhv salınması nəticəsində müxtəlif tarixlərin göstərilməsi mümkün olmuşdur. Bu hal borcun mövcudluğunu və ya öhdəliyin icra edilməməsini ifadə etmir. Əsas hüquqi fakt ondan ibarətdir ki, üçüncü şəxs2 tərəfindən kredit öhdəlikləri tam icra edilmiş, kredit üzrə əsas borc və hesablanmış faizlər tam ödənilmiş və nəticədə ona borcun olmaması barədə arayış verilmişdir. 3-cü bənd üzrə Məhkəmənin tələb etdiyi “Qeydiyyat kitabı”nın təqdim edilməsi hazırda obyektiv səbəblərdən mümkün deyildir. Belə ki, “A.F.S Kredit İttifaqı” MMC 2017-ci ilin may ayından etibarən fəaliyyət göstərmir və ofisi fəaliyyətini dayandırmışdır. Bundan əlavə, məlum olduğu kimi, həmin hüquqi şəxslə bağlı aparılmış cinayət işi üzrə istintaq zamanı cəmiyyətə məxsus demək olar ki, bütün sənədlər, o cümlədən qeydiyyat və maliyyə sənədləri istintaq orqanı tərəfindən götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Bu səbəbdən hazırda həmin sənədlərə faktiki çıxış imkanımız yoxdur və onların məhkəməyə təqdim edilməsi mümkün deyildir. Bir daha bildiririk ki, üçüncü şəxs2 adına bağlanmış kredit müqaviləsi üzrə bütün ödənişlər tam həcmdə həyata keçirilmiş, kredit öhdəliyi tam icra olunmuş və nəticədə onun banka (kredit ittifaqına) hər hansı borcu qalmamışdır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçının mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Masallı şəhəri Qarabağ küçəsində yerləşən ev 16, mənzil 12 ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 805011000047-05101- ****** daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli ## ### 2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 73.7 kv.m-dən ibarət mənzil iddiaçının tam pay üzrə xüsusi mülkiyyətindədir. üçüncü şəxs2 ilə “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında KT-102 nömrəl ## ###### 2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi”nin təminatı kimi iddiaçı ilə “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ###### 2012ci il tarixdə bağlanmış KT-***/** nömrəli “İpoteka müqaviləsi”nə əsasən mülkiyyətimdə olan Masallı şəhəri, Qarabağ küçəsində yerləşən ** saylı evin, ** saylı mənzili Kreditor-İpoteka saxlayan “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş *** nömrəli, ## #### 2017-ci il tarixli arayışına əsasən Masallı şəhəri, Qarabağ küçəsində yerləşən ** saylı evin, ** saylı mənzili üzərində olan ipotekaya xitam verilmişdir. Bu səbəbdən “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin *** nömrəli ## #### 2017-ci il tarixli arayışını rəhbər tutaraq Masallı şəhəri, Qarabağ küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilinin üzərindən yüklülüyün götürülməsi məqsədi ilə ## #### 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının cavabdehə ünvalanmış olduğu ## #### 2022-ci il tarixli məktubuna 35 gün keçməsinə baxmayaraq cavab verilməmişdir. Masallı şəhəri, Qarabağ küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilin üzərində olan ipoteka yüklülüyünün götürülməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ** saylı Cəlilabad Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı məxsus Masallı şəhəri Qarabağ küçəsi ev 16, ** saylı mənzil ## ### 2012-ci il tarixdə 805011000047- 05101-****** reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Həmin mənzil “A.F.S Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına ##.##.2015-ci il tarixdə ipoteka ilə yüklü edilmiş və əmlakın üzərinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyinin müvafiq məktubu ilə nəzarət qoyulmuşdur. Həmin səbəbdən iddiaçının tələbin icrası * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Məhkəmə prosesinə Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyinin nümayəndəsinin cəlb edilməsi məqsədəmüvafiqdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü; onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddiaçı İddiaçı cavabdeh1 * saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Cəlilabad Ərazi İdarəsinə qarşı mənzilinin üzərində olan ipoteka yüklülüyünün götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə qarşı etirazın (münasibətin) məhkəməyə təqdim edilməsi haqqında daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində aidiyyəti üzrə baxılmışdır. üçüncü şəxs2 ilə “AFS Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında KT-*** nömrəli ## ###### 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi iddiaçı İddiaçı ilə “AFS Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ###### 2012-ci il tarixdə bağlanmış KT-***/** nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda üçüncü şəxs2 ayrılmış kredit üzrə “AFS Kredit İttifaqı" MMC-nin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 189012.42 manat məbləğində kredit borcu olduğunu nəzərə alaraq sözügedən mənzil üzərində ipotekaya xitam verilə bilməz. Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Masallı şəhəri Qarabağ küçəsində yerləşən ev 16, mənzil 12 ilə bağlı ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi, Fikrət Hüseynov və Pərviz Hacıyev) ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1(106)-71/2025 qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbuledilməsi və ya işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxs ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında Agentliyin vəsaiti hesabına “A.F.S. Kredit İttifaqı” MMC tərəfindən üçüncü şəxs2 verilmiş 200 000.00 (iki yüz min) manat kreditdən üçüncü şəxs2 xəbəri olmadığını, həmin vəsaiti ödəmədiyini məhkəmə prosesində, eyni zamanda iş materiallarında olan (səhifə 174) ərizəsində iddiaçı İddiaçı tanımadığını, habelə “A.F.S. Kredit İttifaqı” MMC ilə heç bir kredit və ya hər hansı öhdəliyinin olmadığını bildirsədə, Məhkəmə həmin fakta hüquqi qiymət verməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2019-cu il tarixli *(***)-**/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək üzərində 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və hazırda cəza çəkən “A.F.S Kredit İttifaqı” MMC-nin İdarə Heyətinin sədri Zeynalov Farid Ərəstun oğlunun verdiyi və heç bir rəsmi ödənişlərlə təsdiq olunmayan əsassız arayışlara və məktuba istinad edərək kredit müqaviləsi üzrə borc öhdəliyinin olmaması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə prosesində “A.F.S. Kredit İttifaqı” MMC ilə bağlanılan müqavilə əsasında tərəf olan üçüncü şəxs2 kreditdən xəbəri olmadığını və heç bir ödəniş etmədiyini bildirmişdir. Eyni zamanda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən “A.F.S. Kredit İttifaqı” MMC ilə Agentlik arasında bağlanılmış müavifiq müqavilələr, o cümlədən iş materiallarında olan ## ###### 2015-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə “A.F.S. Kredit İttifaqı” MMC-dən ümumilikdə 2 200 033 (iki milyon iki yüz min otuz üç) manat borcun tutulması qət edilmişdir. Məhkəmənin iddiaçı İddiaçı ilə Agentlik arasında ipoteka müqaviləsi bağlanılmamış və həmin müqavilədə iddiaçı İddiaçı Agentlik qarşısında hər hansı öhdəlik götürməsinin nəzərdə tutulmamasına əsasən Agentliyin ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb edə bilməməsi ilə bağlı mülahizəsi də tam əsassızdır. Belə ki, iş materiallarında olan (səhifə 86) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə “A.F.S. Kredit İttifaqı” MMC arasında “Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” ## ###### 2015-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı olan “A.F.S. Kredit İttifaqı” MMC-nin Agentliyə kredit ayrılması barədə sifarişi əsasında girovun yüklənməsi barədə çıxarışın surəti müvəkkil kredit təşkilatı tərəfindən Agentliyə təqdim edilməsi müvəkkil kredit təşkilatının vəzifələrinə aiddir. Həmin müqavilənin 8.1-ci bəndinə görə sahibkara kredit vəsaiti Agentliyə tam ödənilənə kimi müvəkkil kredit təşkilatı təminatın dəyişiklik edilməsini Agentlik ilə razılaşdırmalıdır. Qeyd edilənləri, həmçinin həmin müqavilə üzrə Agentliyin dövlət orqanı olaraq kənd təsərrüfatının inkişafı məqsədilə “A.F.S. Kredit İttifaqı” MMC vasitəsi ilə sahibkar üçüncü şəxs2 ayrılmış 200 000.00 manat büdcə vəsaitindən 189 012.42 manat kredit borcunun geri qaytarılmamasını və bununla da Agentlik qarşısında öhdəliyin icra edilməməsini və iş materiallarında olan ## ###### 2015-ci il tarixli KT-***/** nömrəli ipoteka müqaviləsinə əsasən iş materiallarında olan ## ###### 2015ci il tarixli KT *** nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi müvafiq əmlakın ipotekaya qoyulmasını nəzərə alaraq Agentlik ipoteka- hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb etməkdə haqlıdır. Belə ki, kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilmədiyinə görə borcun təminatı üzrə ipoteka (girov) müqaviləsinədə xitam verilə bilməz. Eyni zamanda iddiaya inzibati məhkəmədə deyil, mülki icraat qaydasında baxılmalı idi. Məhkəmə bu halda da qanunvericiliyin tələblərini pozaraq iddiaya inzibati məhkəmədə baxılması mümkün olmadığı halda iddiaya baxmış və düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, məsələ ilə əlaqədar olaraq Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il ## ##### tarixli Qərarının (bundan sonra- Plenum Qərarı) 6.2-ci bəndində göstərilir ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 17-ci hissəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı işdə isə qeydiyyat ##.##.2015-ci il tarixli KT-***/** nömrəli ipoteka müqaviləsi əsasında aparılmış və daşınmaz əmlakın dövlət reyestri tərəfindən ##.##.2015-ci il tarixli RX ******* nömrəli çıxarış verilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əmlakını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə deyil, “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ipoteka qoymuşdur. Həmin kredit öhdəlikləri ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yaxud Nazirliyin başqa bir qurumu ilə iddiaçı İddiaçı arasında ipoteka müqaviləsi bağlanmamış, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir qurumu qarşısında heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, iddiaçı ilə “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ipoteka müqaviləsində iddiaçının Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında hər hansı öhdəlik götürməsi nəzərdə tutulmamışdır. Belə olan halda, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb edə bilməz və cavabdeh həmin Agentliyin məktubuna əsaslanaraq, qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxsləri məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin və apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, oxşar mübahisə üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının mövqeyi var. Sonda nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsini dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən mübahisə üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli *- *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, onun iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməli, apellyasiya şikayətinin mümkün sayılması barədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Mübahisələndirilən Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamışdır, bu halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar üçüncü şəxsin qanunla qorunan maraqlarına toxunmur. Belə ki, sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə verilən dövlət vəsaitləri həmin kredit təşkilatlarının adından və onların öz riskləri hesabına verilir. Başqa sözlə, dövlət vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinə qaytarılmasına görə məsuliyyəti müvəkkil kredit təşkilatları daşıyır. İş materiallarından göründüyü kimi, iddiaçı öz əmlakını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə deyil, “AFS Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ipoteka qoymuşdur. Bundan başqa, “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2017-ci il tarixli *** nömrəli və ##.##.2017-ci il tarixli *** nömrəli arayışlarından görünür ki, üçüncü şəxs2 “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətindən götürdüyü 200.000 (iki yüz min) manat kredit məbləği tam ödənilmişdir. Hal-hazırda kredit müqaviləsi üzrə kreditin əsas, hesablanmış faiz və cərimə borcu yoxdur. Məhkəmə sorğusu əsasında daxil olmuş ** saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli *-**-**/**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, daxil olmuş ##.##.2026-cı il tarixli *-*(***)-***/**** saylı sorğunuza əsasən müəssisədə cəza çəkən məhkum Zeynalov Farid Ərəstun oğlu tərəfindən yazılmış cavab məktubu Sizə təqdim olunur. Ooşma: 1 vərəq. Həmin məktuba əlavə edilmiş Zeynalov Farid Ə.o tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli sorğuya cavabda qeyd edilmişdir ki, “...Məhkəmənin sorğusuna cavab olaraq aşağıdakıları bildiririk: 1-ci bənd üzrə üçüncü şəxs2 tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər tam həcmdə icra edilmişdir. Kredit müqaviləsi üzrə əsas borc, faiz və digər ödənişlər tam şəkildə ödənildiyindən, ona hər hansı borcun qalmaması barədə müvafiq arayış verilmişdir. Bu səbəbdən, məhkəmənin sorğusunda qeyd olunan 50.000 manat məbləğində ödənişin həyata keçirilməsi və ümumilikdə kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunması faktı məhz borcun olmaması barədə verilmiş arayışla təsdiq edilir. Həmin arayış kredit öhdəliklərinin tam yerinə yetirildiyini göstərir. 2-ci bənd üzrə Məhkəmənin sorğusunda qeyd olunan kredit müqaviləsinin tarixləri ilə arayışlarda göstərilən tarixlər arasında mövcud olan uyğunsuzluğun texniki xarakter daşıdığı ehtimal olunur. Belə ki, kredit müqaviləsinin tarixi ilə ipoteka (yüklülük) müqaviləsinin tarixinin hazırlanması zamanı səhv salınması nəticəsində müxtəlif tarixlərin göstərilməsi mümkün olmuşdur. Bu hal borcun mövcudluğunu və ya öhdəliyin icra edilməməsini ifadə etmir. Əsas hüquqi fakt ondan ibarətdir ki, üçüncü şəxs2 tərəfindən kredit öhdəlikləri tam icra edilmiş, kredit üzrə əsas borc və hesablanmış faizlər tam ödənilmiş və nəticədə ona borcun olmaması barədə arayış verilmişdir. 3-cü bənd üzrə Məhkəmənin tələb etdiyi “Qeydiyyat kitabı”nın təqdim edilməsi hazırda obyektiv səbəblərdən mümkün deyildir. Belə ki, “A.F.S Kredit İttifaqı” MMC 2017-ci ilin may ayından etibarən fəaliyyət göstərmir və ofisi fəaliyyətini dayandırmışdır. Bundan əlavə, məlum olduğu kimi, həmin hüquqi şəxslə bağlı aparılmış cinayət işi üzrə istintaq zamanı cəmiyyətə məxsus demək olar ki, bütün sənədlər, o cümlədən qeydiyyat və maliyyə sənədləri istintaq orqanı tərəfindən götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Bu səbəbdən hazırda həmin sənədlərə faktiki çıxış imkanımız yoxdur və onların məhkəməyə təqdim edilməsi mümkün deyildir. Bir daha bildiririk ki, üçüncü şəxs2 adına bağlanmış kredit müqaviləsi üzrə bütün ödənişlər tam həcmdə həyata keçirilmiş, kredit öhdəliyi tam icra olunmuş və nəticədə onun banka (kredit ittifaqına) hər hansı borcu qalmamışdır.” Kredit borcunun tam ödənilib-ödənilməməsi barədə aparılmış digər araşdırmalar müsbət nəticə verməmişdir. Belə ki, “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dayandırılmış vəziyyətdədir, Cəmiyyətin hüquqi ünvanına göndərilmiş məhkəmə sənədləri geri qaytarılır. Cəmiyyətin qanuni təmçilçisi, o cümlədən Cəmiyyətin İdarə Heyətinin sədri Zeynalov Farid Ərəstun oğlu azdlıqdan məhrumetmə növündə cəza çəkir. Köhnə il üzrə götürülmüş kredit olduğu üçün kreditin ödənilib-ödənilməməsi barədə dövlət orqanlarında məlumat yoxdur. Göründüyü kimi, həmin kredit öhdəlikləri ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yaxud Nazirliyin başqa bir qurumu ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmamış, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir qurumu qarşısında heç bir öhdəlik götürməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “sahibkara kredit vəsaiti Agentliyə tam ödənilənə kimi müvəkkil kredit təşkilatı təminatın dəyişiklik edilməsini Agentlik ilə razılaşdırması” dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 294.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verilməsi girova xitam verilməsi hallarından biridir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1 və 48.1.2-ci maddələrinə əsasən əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam verilməsinə səbəb olur. Hazırkı halda mənzilin yüklü edilməsinin əsası “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyət ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi olduğundan və sonuncu tərəfindən kreditin qaytarılması öhdəliyi tam yerinə yetirdiyindən həmin müqavilə üzrə girova xitam verilməsi Agentliyin MMC-yə hər hansı razılıq verib-verməməsindən asılı olmayaraq həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyət ilə kassator arasında olan müqavilə üzrə öhdəliyin yerinə yetirilib-yetirilməməsi hazırkı iş üzrə iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarında eyni mövqe göstərilmiş, hətta həmin işdə də kredit verən “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyət, kassasiya şikayəti verən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi olmuşdur. Agentlik həmin işdə də kassasiya şikayətinin dəlilləri kimi “A.F.S. Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən kreditin ödənilməməsini və kredit vəsaiti Agentliyə tam ödənilənə kimi müvəkkil kredit təşkilatının təminatın dəyişiklik edilməsini Agentlik ilə razılaşdırmasını göstərmişdir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, onun iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməli, apellyasiya şikayətinin mümkün sayılması barədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar