Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-96/2022 24.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ ( Açar sözlər: qərarın ləğv edilməsi ) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, **********566300 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2021ci il tarixli, 2-1(120)-66/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək, əsas fəaliyyəti neft məhsullarının pərakəndə satışı ilə məşğul olmaq olmuşdur. Cavabdeh 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 barəsində kameral qaydada xx.xx.2020-ci il tarixli, **********566300 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan qərarını belə əsaslandırmışdır ki, iddiaçı satdığı neft məhsullarının bir hissəsini Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətlərindən aşağı satdığından və bu hal həmin məhsulların topdan satılması kimi qiymətləndirildiyindən, lakin həmin mallara dair elektron-qaimə faktura təqdim edilmədiyindən, elektron qaimə fakura təqdim edilmədən satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə nəzərə alınaraq, vergiyə cəlb olunmalıdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər idarəsinə qarşı «Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin qərarlarının qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin ünvanına göndərdiyi məktubdan ona məlum olmuşdur ki, o, 13 mart 2020-ci il tarixli **********566300 saylı qərarı ilə kameral yoxlama nəticəsində neft məhsullarının alqısatqısı ilə bağlı 123298 (bir yüz iyirmi üç min iki yüz doxsan səkkiz) manat 96 qəpik məbləğində ƏDV üzrə vergi və 2594 (iki min beş yüz doxsan dörd) manat 80 məbləğində faiz, cəmi 125349 (bir yüz iyirmi beş min üç yüz qırx doqquz) manat 16 qəpik məbləğində ƏDV üzrə vergi hesablanmışdır. xx.xx.2020-ci il tarixli, **********114900 saylı qərarı ilə isə cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi onun ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiiyası üzrə borcunun 105 faizi həcmində ƏDV sub-uçot hesabında olan pul vəsaitini dondurmuşdur və həmin qərarla ona izah etmişdir ki, qərarı rəsmi aldığı gündən 30 gün müddətinə yuxarı vergi orqanına və ya Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər. Hüququndan istifadə Şirvan Komersiya Məhkəməsində Vergi ödənilməsi ilə bağlı mübahisəyə dair iddia qaldırmış və tələb etmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsinin kameral yoxlama nəticəsində 123298 (bir yüz iyirmi üç min iki yüz doxsan səkkiz) manat 96 qəpik məbləğində ƏDV üzrə vergi və 2594 (iki min beş yüz doxsan dörd) manat 80 məbləğində faiz, cəmi 125349 (bir yüz iyirmi beş min üç yüz qırx doqquz) manat 16 qəpik məbləğində ƏDV üzrə vergi hesablanmasına dair 13 mart 2020-ci il tarixli **********566300 saylı və pul vəsaitinin vergi ödəyicisinin ƏDV subuçot hesabında dondurulmasına dair 19 mart 2020-ci il tarixli **********1 14900 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilsin. Hesablanmış vergi məbləği ilə razı olmadığını cavabdehə şifahi qaydada dəfələrlə bildirsə də, müsbət cavab ala bilmədiyi üçün ona rəsmi qaydada etiraz məktubu göndərib xahiş etmişdir ki, onun tərəfindən aparılmış kameral yoxlamanın nəticələrini qəbul etməməyini nəzərə alsın və hal-hazırda başqa vergi ödəyicisi tərəfindən istismar edilən (işlədilən) həmin yanacaqdoldurma məntəqəsində xronometraj metodu ilə yeni müşahidə keçirsin və verginin hesablanmasında etdiyi yanlışlıqları aradan qaldırsın. Hesab edir ki, cavabdeh onun fəaliyyəti ilə bağlı əlavə hesabladığı vergi məbləği həqiqətə uyğun deyil və həddindən artıq şişirdilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixdə **********404700 nömrə ilə cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş “Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrin”dən Çıxarışa və 2008-ci ildə təsdiq olunmuş Nizamnaməsinə, həmçinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən **********29-06301 reyestr nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX №0826156 Çıxarışa və xx.xx.2019-cu il tarixdə tərtib olunmuş Texniki Pasporta əsasən "xxxx" MMC-nin təsisçiləri və əmlakının mülkiyyətçiləri X4 və X5 ilə İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-85 nömrə ilə qeyd olunmaqla 24 aprel 2019-cu il tarixdə təsdiq edilmiş 5 il müddətinə icarə müqaviləsi bağlamışdır. Səhhəti ilə əlaqədar olaraq müqaviləni vaxtından əvvəl, yəni 29 fevral 2020-ci il tarixdə ləğv etmiş və həmin tarixdən fəaliyyətini dayandırmışdır. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş **********4 saylı bildirişlə təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdə Azərbaycanın Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Vergi qanunvericiliyinə uyğun olaraq bütün bəyannamələri vergi orqanına vaxtlı-vaxtında təqdim etmiş və həmin bəyannamələrdə real apardığı alqı-satqı və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində ƏDV üzrə hesabladığı vergi ümumilikdə 70034,10 manat hesablanmış vergi məlumatlarını göstərmiş və bank vasitəsi ilə ödəmiş, hal-hazırda ƏDV üzrə vergi borcu yoxdur. Cavabdeh isə şifahi olaraq ona izah etmişdir ki, o, artıq vergi məbləğini Aİ-92 benzinin hər litr üçün satış qiymətini 0,90 manat, Dizel yanacağının isə hər litr üçün qiymətini 0,60 manat olduğunu əsas götürüb üzərinə yuxarıda qeyd olunan 125349 (bir yüz iyirmi beş min üç yüz qırx doqquz) manat 16 qəpik dəyərində ƏDV üzrə vergi və faiz məbləğini ehtimal edilib hesablanmışdır. Bu zaman cavabdeh nəzərə almamışdır ki, ay ərzində yalnız orta hesabla 15-20 min litr yanacağın pərakəndə satışını həyata keçirmiş, yəni aylıq gəliri orta hesabla 1500-2000 manat olubdur, xərcinə isə ayda orta hesabla 3750-4500 manat pul tələb olunurdu. Ona görə də məcburyyət qarşısında qalıb pərakəndə satışdan kənar hər bir litr yanacağın üzərinə 1-2 qəpik qoymaqla topdansatış qiymətinə hər alıcıya 1000 litrdən az olmamaq şərti ilə satış həyata keçirmək məcburiyyətində qalırdı, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr ərzində elektron-qaimə əsasında 9772169,19 manat dəyərində (ƏDV daxil olmaqla) aldığı neft məhsullarının əsas hissəsini topdan satdığı üçün əldə etdiyi gəlirə münasibətdə 70034 (yetmiş min otuz dörd) manat 10 qəpik məbləğində ƏDV üzrə vergi hesablayıb ödəmişdir. Bundan başqa, cavabdeh nəzərə almamışdır ki, aldığı yanacağın hər bir litri üçün qaimə-faktura ilə aldığı qiymətin üstünə 0,001-0,0016 manata satmışdır. Beləliklə, yanacaqdoldurma məntəqəsinin bütün xərclərini ödəmək və ziyanla işləməmək məqsədi ilə dövriyyəni çoxaldıb yanacağın hər bir litrini 0,844 manata alıb 0,854-0,86 manata satmış və ümumi dövriyyədə yaranmış həmin fərqə görə ƏDV üzrə vergini heablayıb vergi orqanına ödəmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 24.0.2. və 24.0.3-cü maddələrinin tələblərini pozaraq vergi ödəyicisi kimi uzun müddət, 9 ay ərzində göstərdiyi fəaliyyət dövründə hüquqlarını və qanuni mənafelərini gözləməmiş və müdafiə etməmişdir, vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə ona fərdi qaydada əvəzsiz olaraq məlumat verməmişdir, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməmişdir, vergilərin (o cümlədən ƏDV üzrə verginin hesablanması) və ödənilməsi barədə izahatlar verməmişdir, vergi ödəyicisi kimi hüquq və vəzifələrini izah etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.2, 67.2.2, 67.2.3, 67.3 və 67.4-cü maddələrinin tələblərini pozaraq Vergi ödəyicisi kimi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, həmçinin fəaliyyət göstərilən ərazi meyarları nəzərə alınmaqla vergi ödəyicisi kimi fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozub 2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına dair ƏDV üzrə vergi bəyannamələrini təqdim etdiyi günün üstündən 30 gün keçməsinə baxmayaraq kameral yoxlama metodu ilə həmin aylara aid ƏDV üzrə əlavə vergi hesablayıb 2020-ci ilin yanvar ayına dair bəyannaməni verdiyi tarixdən sonra 30 gün ərzində qadağan olunduğu halda kameral yoxlama keçirərək ƏDV üzrə 9 ay fəaliyyət göstərdiyi dövrə aid əlavə vergi və faiz hesablayıb 2020-ci ilin yanvar ayının üzərinə hesablamışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, **********566300 nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. 17 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, iddia tələbinə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, **********566300 nömrəli qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəlaiyyətidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1460 nömrəli fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəlaiyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməlidir. Neft məhsullarının topdandsatışı həyata keçirilərkən elektron-qaimə faktura təqdim edilmədiyi halda satılsan mallar vergiyə Tarif Şurasının müəıyyən etdiyi pərakəndə satış qiymətləri ilə cəlb edilməlidir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəlaiyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyənnamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyət və səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İddiaçı X3 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində elektron qaimə faktura əsasında Taarif Şurasının müəyyən etdiyi topdansatış qiymətləri ilə 9772169,19 manat dəyərində (ƏDV daxil olmaqla) neft məhsulları alındığı və təqdim edilmiş bəyənnamələr üzrə dövriyyənin 9959508,6 manat (ƏDV daxil olmaqla) təşkil etdiyi müəyyən edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində 18312,3 manat (ƏDV daxil olmaqla) dəyərində mal qalığı və həmin dövr ərzində elektron qaimə faktura əsasında satılmış malın dəyəri 211436,85 manat (ƏDV daxil olmaqla) olduğu müəyyən edilmişdir. Elektron qaimə faktura təqdim edilmədiyi üçün satılan mallar vergiyə Taarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə nəzərə alınaraq, pərakəndə qaydada satılmış malın dəyəri 10625448,48 manat (ƏDV daxil olmaqla) cəmi satış dövriyyəsinin 10836885,33 manat (ƏDV daxil olmaqla) olması ehtimal edildiyi üçün dövriyyədə 877376,73 manat (ƏDV daxil olmaqla) kənarlaşma yaranması vergidən vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********294400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların)tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Məktubla kameral vergi yoxlamasının başa çatdırılması üçün iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi tələb olunsa da, qeyd olunan sənədlər təqdim edilməmişdir. Yaranmış uyğunsuzluq əsasında Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2020-ci ilin yanvar ayı üçün 125349,16 manat ƏDV hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********566300 nömrəli qərar qəbul olunmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsi nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isöə vergi ödəyicisinin hesablarında və kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-66/2021 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin olunaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********566300 nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərilmişdir ki, Şirvan inzibati Məhkəməsinin 2-1(120)-66/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli qərarı ilə razı deyil və hesab edir ki, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə göstərilir ki, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, qeyd olunan maddə birmənalı şəkildə neft məhsullarının topdansatışını yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməli olduğunu tələb etdiyinə baxmayaraq məhkəmə iddiaçı tərəfindən neft məhsullarının topdansatışını həyata keçirdiyini təsdiq etmək məqsədi ilə təqdim edilmiş heç bir hüquqi əsası olmayan sənədlərə əsaslanaraq iddia tələbini təmin etmişdir. Bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş Vergi Məcəlləsinin 13.2.63-cü, 16.1.3-cü, 23.1.1-ci, 71.1 -ci, 71-1 -ci 130.1-ci və 130.2-ci maddələrinin müddəalarına, habelə Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununa, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na zidd olaraq tərtib edilmiş qaimə fakturalar qaydalara və qanunvericiliyə əsasən sübut kimi öz təsdiqini tapmamalıdır və məhkəmə araşdırması zamanı sübüt kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1 -ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanununun 3.3-cü maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara (mallara, işlərə, xidmətlərə) müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər. Xam neft, Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı və bitum Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli, 178 nömrəli qərarı ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında yer almışdır. Vergi hesablanan dövrdə, yəni 2020-ci ilin yanvar ayı üçün qüvvədə olan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarı və bu qərarda dəyişikliklər edilməsi haqqında” 28 noyabr 2016-cı il tarixli, 16 nömrəli və 14 iyul 2017-ci il tarixli, 8 nömrəli qərarları ilə ölkə daxilində neft məhsullarının tarifləri tənzimlənmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən birmənalı şəkildə göründüyü kimi Neft məhsullarının topdansatışı elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməli olduğuna baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq elektron-qaimə faktura təqdim edilmədiyi halda satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə cəlb olunmalı olduğunu nəzərə almadan, iddiaçının təqdim etdiyi əsassız sənədlərə əsaslanaraq neft məhsullarının satışını topdansatış qiymətləri ilə nəzərə alınmasını əsaslı hesab etmişdir. Bundan başqa məhkəmə belə qənatə gəlmişdir ki, yuxarda qeyd olunan qaydalara uyğun olmayaraq topdan satışı həyata keçirmiş sahibkarın məsuliyyəti yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə uyğun tətbiq edilmiş maliyyə sanksiyasından ibarət olmalı idi. Bununla əlaqədar olaraq maliyyə sanksiyasının tətbiq edilib-edilməməsi vergi ödəyicisini vergi öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Bu Məcəlləyə əsasən elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməsi maddədə göstərilən pozuntular yerində aşkar edildikdə həyata keçirilir. Halhazırda məhkəmədə mübahisələndirilən qərar isə kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərardır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Məhkəmə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində alınmış mallara təqdim edilmiş bəyannamələr üzrə 30 iş günü keçdiyindən kameral qaydada vergi borcu hesablanmasını əsassız hesab etmişdir. Bununla bağlı məhkəməyə təqdim edilmiş bütün sənədlərdən və etiraz ərizəsindən də görünür ki, mübahisələndirilən məbləğ vergi ödəyicisi tərəfindən təqdim etdiyi 2020-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsindəki uyğunsuzluqlara əsasən 2020-ci ilin yanvar ayı üçün hesablanmış 125349,16 manat əlavə dəyər vergisi məbləğindən ibarət olmuşdur. Göründüyü kimi, məhkəmə qərarında vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş bəyannamələr üzrə 30 iş günü keçəndən sonra kameral qaydada vergi borcu hesablanması barədə qeydin heç bir əsası yoxdur. Qeyd olunan hesablamalar vergidən yayınmanın aşkar olunduğu hesabat dövrünə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesablanmışdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Yuxarda qeyd olunanlara əsaslanaraq hesab edir ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir. Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, 2-1(120)-66/2021 nömrəli qərar apellyasiya instansiyası tərəfindən ləğv edilməlir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)- 66/2021 nömrəli qərarı 8 saylı Ərazi Vergilər İdarəsinə poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə görə işin hərtərəfli, tam və obyektiv tədqiqi məhkəmə baxışının əsas prinsipləridir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci nstansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, 2-1(120)-66/2021 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-66/2021 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və onun nümayəndəsi və vəkilinə rəsmi qaydada məlumat verilməsinə (bildirişdə - məhkəmə baxışına gəlmədiyi halda işə baxılaraq, qərar qəbul edilməsi barədə xəbərdarlıq edilmişdir) baxmayaraq, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə qərar, məktublar və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 37.6. kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 58.8. səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda Maddə 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Maddə 58.13. bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Maddə 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; Maddə 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; Maddə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; Maddə 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; Maddə 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; Maddə 67.1.7. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar (67.1.6); vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; Maddə 67.1.9. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri (67.1.8); vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 185.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsasızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin 13 mart 2020-ci il tarixli qərarın ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisələndirilən qərar 13 mart 2020-ci il tarixdə qəbul olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş poçt zərfinin üzərindəki ştamp əksindən müəyyən olunur ki, iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir. İddiaçı1 və vəkili X2 tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubda aşağıdakılar qeyd olunmuşdur: “Mübasiləndirilən qərarı əldə etdikdən sonra dəfələrlə 8 saylı Ərazi Vergilər idarəsinə müraciət edərək xx.xx.2020-ci il tarixli qərarla aparılmış hesablamanın qanunsuz olduğunu və hesablsnmış vergilərlə bağlı üzləşmə aktının təqdim olunmasını xahiş etdik. Ancaq müraciətlərimiz təmin olunmadı. Daha sonra məcbur qalıb məhkəməyə müraciət etdik. Həmin ərəfədə inzibati və kommersiya məhkəmələri yeni təşkil olunmuşdu. Nəzərinizə çatdırırıq ki, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunununtətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il sərəncamı ilə digər məhkəmələri ilə yanaşı, Şirvan Kommersiya Məhkəməsi və Şirvan İnzibati Məhkəməsi təşkil edilmişdir. Həmin dövrdə sahibkarlıq fəaliyyəti məşğul olan şəxslərin mübahisəsinə kommeriya və ya inzibati məhkəmələrdə baxılmasına dair konkret mövqe olmadığını nəzərə alaraq hazırkı tələblə kommersiya məhkəməsinə müraciət etdik. Digər tərəfdən, mübahisələndirilən qərarda hansı məhkəməyə (inzibati və ya kommersiya) müraciət etməli olduğumuz da qeyd olunmamışdır. Həmin qərarda sadəcə məhkəməyə müraciət etmək hüququmuz qeyd olunmuşdur. Şirvan Kommerisya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edəsindən imtina edildi və aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edildi. Qərardadı əldə etdikdən dərhal sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etdik. Odur ki, hüquqlarımız izah olunduğu vaxtdan iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət etdiyimizdən iddianın mümkünlük şərtlərinə tərəfimizdən əməl olunmuşdur.” Məhkəmə tərkibi yuxarıda qeyd olunanlarla razılaşaraq qeyd edir ki, iddiaçının təqsiri ucbatından qanunverciliklə müəyyən edilmiş iddia müddəti ötürülməsi halı müəyyən edilmədiyindən, başqa sözlə, mümkünlük şərtlərinə cavab verdiyi üçün hazırkı tələb mümkün iddiadır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan qərarın iddiaçıya Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. İşin hallarından müəyyən edildiyi kimi, iddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək, əsas fəaliyyəti neft məhsullarının pərakəndə satışı ilə məşğul olmaq olmuşdur. Cavabdeh 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 barəsində kameral qaydada xx.xx.2020-ci il tarixli, **********566300 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan qərarını belə əsaslandırmışdır ki, iddiaçı satdığı neft məhsullarının bir hissəsini Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətlərindən aşağı satdığından və bu hal həmin məhsulların topdan satılması kimi qiymətləndirildiyindən, lakin həmin mallara dair elektron-qaimə faktura təqdim edilmədiyindən, elektron qaimə fakura təqdim edilmədən satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə nəzərə alınaraq vergiyə cəlb olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan elektron-qaimə faktura təqdim edilmədən satılan malları Tarif Şürasının müəyyən etdiyi pərakəndə satış qiymətləri həcmində qiymətləndirərək vergi borcunun hesablanmasında haqlı olmamışdır. Başqa sözlə, bu qaydada vergi borcunun hesablanması vergi qanunvericilyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinin tələbindən aydın olur ki, topdansatışla məşğul olan şəxs malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirməlidir. Bu qaydada satışı həyata keçirməyən sahibkarın məhsuliyyətinin nədən ibarət olması müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı satışını həyata keçirdiyi məhsulları topdan satdığından (bu hal cavabdeh tərəfindən mübahisə edilmir), lakin bu satışını qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyindən, yəni elektron qaimə faktura təqdim etməklə həyata keçirmədiyindən, bu zaman iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə uyğun (elektron qaimə faktura təqdim etmədiyinə görə) maliyyə sanksiya tətbiq edilməli idi. Yəni, iddiaçı tərəfindən neft məhsullarını topdan satdığına və buna dair elektron qaimə faktura təqdim etmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə uyğun maliyyə sanksiyası tətbiq oluna bilərdi. Yuxarıda sadalanan hüquq normalarının mətnindən açıq-aydın görünür ki, vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş halı (elektron qaimə fakturanın olub-olmamasını) kameral qaydada deyil, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı müəyyən etməli və pozuntu aşkar etdiyi halda maliyyə sanksiyası tətbiq etməli idi. Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, cavabdeh inzibati orqan özü də İddiaçı1 məxsus obyektdə (YDM-də) operativ vergi nəzarəti həyata keçirərkən məqsədi malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə dair qaydalara əməl olunub-olunmamasını yoxlamaq olmuşdur. Hansı ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8-ci maddəsi maliyyə sanksiyasının tətbiqi ilə bağlı normadır. Lakin, qəbul edilmiş inzibati aktdan görünür ki, elektron qaimə faktura təqdim etmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində maliyyə sanksiyası deyil, əlavə vergi borcu hesablanmışdır. Bundan başqa məhkəmənin qənaətinə görə vergi orqanı (cavabdeh) kameral qaydada yoxlama apararkən əslində iddiaçının topdan şəkildə satdığı məhsulları pərakəndə qiymətinə uğunlaşdırmaq əvəzinə, həmin malların Tarif şurasının müəyyən etdiyi topdan satış qiymətinə uyğun olub-olmadığını müəyyən etməli idi. Çünki Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə qərarı yalnız pərakəndə satış qiymətlərini deyil, həmçinin topdan satış qiymətlərini də tənzimləyir ki, iddiaçı da satdığı neft məhsullarını topdan satışın həyata keçirmişdir, lakin satışına dair elektron-qaimə faktura sənədi təqdim etməmişdir. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçı ayrı-ayrı dövrlərdə idxal etdiyi məhsulların satışını müəyyən dövrlər ərzində həyata keçirmiş və həmin dövrlərə (2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına) görə hesabat və bəyannamələr təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan aşağıda qeyd edilən hüquq normasının tələbinə zidd çıxaraq, sonuncu hesabat dövrü üçün təqdim edilmiş bəyannaməyə əsasən əvvəlki dövrlərə görə də vergi hesablamışdır. Hansı ki, həmin dövrlər üçün iddiaçı tərətindən bəyannamə və hesabat təqdim edilmiş, lakin cavabdeh inzibati orqan həmin bəyannaməyə əsasən kameral qaydada vergi hesablamamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Görüdüyü kimi, qanunvericilik tələb edir ki, kameral qaydada yoxlama bəyannamə təqdim edildikdən sonra 30 iş günü ərizndə həyata keçirilsin. Lakin, hazırki işdə müəyyən olunur ki, təqdim edilmiş sonuncu bəyannamə üzrə 30 iş günü keçməsə də, əvvəlki dövrlər üçün təqdim olunmuş bəyannamələr üzrə 30 iş günü keçmişdir. Yəni, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş və 30 iş günü keçmiş bəyannamələrin əhatə etdiyi dövrlərə (2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına) görə vergi borcu hesablamışdır. Cavabdeh inzibati orqan iddiaçının satışının həyata keçirdiyi və hazırda vergiyə cəlb olunan dövriyyəsinin məhz sonuncu bəyannamə üzrə təqdim olunan dövrü əhatə etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq cavabeh inzibati orqan etirazında qeyd edir ki, iddiaçının idxal etdiyi məhsullar xx.xx.2019-xx.xx.2020-ci illər aid dövrlər üçün olmuşdur. Həmçinin, iddiaçı da vergiyə cəlb olunan dövriyyənin müəyyən dövrlər ərzində hayata keçirilmiş satışa aid olduğunu, həmin dövrlərə görə vergi bəyannaməsinin və hesabatların vaxtında vergi orqanına təqdim edildiyini və hazırki mübahisələndirilən qərar istisna olmaqla təqdim edilmiş bəyannamələrdəki uyğunsuzluğa görə maliyyə sanksiyası və yaxud əlavə vergi hesablanmadığını qeyd edir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozaraq, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş və təqdim edildiyi vaxtdan 30 iş günü keçmiş əvvəlki bəyannamələr (2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları) üzrə həmin bəyannamələrin əhatə etdiyi dövrə görə kameral qaydada yoxlama aparmış və nəticədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda mübahisə predmetini 13 mart 2020-ci il tarixli qərarın qanuni olub-olmaması təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozmuşdur. Həmin vaxt qüvvədə olan 37.2-ci maddənin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İşdə olan xx.xx.2022-ci il tarixli, **********546300 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı1 (VÖEN**********) tərəfindən 2019-cu ilin noyabr ayı üzrə cari ƏDV bəyənnaməsi xx.xx.2019-cu il tarixdə, 2019-cu ilin dekabr ayı üzrə cari ƏDV bəyənnaməsi xx.xx.2020-ci il tarixdə, 2020-ci ilin yanvar ayı üzrə cari ƏDV bəyənnaməsi xx.xx.2020-ci il tarixdə və 2020-ci ilin fevral ayı üzrə cari ƏDV bəyənnaməsi xx.xx.2020ci il tarixdə təqdim edilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5020 nömrəli ekspert rəyindən görünür ki, 2020-ci ilin yanvar ayı üçün əlavə dəyər vergisinin hesablanması ilə bağlı İddiaçı1 dövriyyəsində kənarlaşma olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd edilir ki, iş materiallarından göründüyü kimi, 13 mart 2020-ci il tarixli, **********566300 nömrəli qərarla hesablanan vergi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə alınmış və satılmış mallara görə olmuşdur. Məhkəmə tərkibi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5020 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək satış dövriyyəsi müəyyən edilərək cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli kameral qərar əsasında vergi hesablamışdır. Halbuki, təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində keçirilə bilərdi. Başqa sözlə, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay təqdim etdiyi bəyannamələr üzrə onların təqdim edildiyi tarixdən 30 iş günü müddət keçməsinə baxmayaraq kameral vergi yoxlaması keçirilməklə mübahisələndirilən qərar qəbul edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq kameral vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti qurtardıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(120)-66/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-96/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-96/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver