Məhkəmə qərarları › İş №2-1(106)-963/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-963/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-963/2025 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, üçüncü şəxs X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı Baxış qızının cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın və orderin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Baxış qızının cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X6 İmişli şəhəri, H.Əliyev prospekti, *** saylı binanın * saylı mənzilinə order verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli, *** saylı sərəncamının və ##.##.2006-cı il tarixli, *** saylı orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə həmin qərardad ləğv edilərək, inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxs X6 iddiaçının mərhum əri X3 ilə şifahi razılaşması nəticəsində heç kimin etirazı olmadan mübahisəli mənzilə köçmüş, kommunal xidmət haqqları tərəfindən bugünədək ödənilmiş və daha sonra adına sərəncam, order verilərək dövlət tərəfindən mülkiyyət hüququ qanuna uyğun şəkildə tanınaraq müvafiq çıxarış verilmişdir. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum K.Orucov 1994-cü il tarixdə bacısının ailəsinə mübahisəli mənzili təhvil verərək, mənzildən ailəsi ilə birlikdə köçüb getmiş, uzun müddət Bakı şəhərində yerləşən yaşayış sahəsindən istifadə etmiş, mənzilin kirayə haqqlarını ödəməmişdir. Bundan əlavə mənzilə dair mülkiyyət hüququnu mübahisələndirməmiş, həmçinin Orucov Kamranın da öz sağlığında da belə bir iddiası olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 3-cü şəxs X6 mübahisəli mənzilə mülkiyyət hüququnu həmin dövrdə qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə uyğun şəkildə əldə edib-etməməsini mübahisələndirmək üçün qanunvericinin müəyyən etdiyi müddəti ötürmüşdür. Belə ki, iddiaçının 30 ildən artıq müddətdə vaxtilə istifadəsində olmuş mənzilin aqibəti ilə bağlı aparılan işlərdən və qəbul edilmiş sərəncamdan məlumatsız olması həqiqətə uyğun və ağlabatan hesab oluna bilməz. İddia tələbi mübahisələndirmə növündə iddiaya aiddir və o, mübahisə üzrə qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra, yəni inzibati aktın qəbul edildiyi vaxtdan kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il * nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki, “İnzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon X7 İcraiyyə Komitəsinin ## #### 1978-ci il tarixli, ** saylı qərarı ilə X3 İmişli şəhəri, H. Əliyev prospekti, (əvvəlki adı: İmişli şəhəri, Kommunist küçəsi) ev 68 ünvanda yerləşən * nömrəli mənzil verilmişdir. Həmin mənzil uzun müddət onların istifadəsində olmuşdur. Ərizəyə əlavə edilmiş ev kitabından görünür ki, əri X3 və o, İmişli rayonu Kommunist küçəsi * saylı evdə daimi qeydiyyatdadır. X3 həmin mənzili bacısına müvəqqəti istifadəsinə verməsinə baxmayaraq bacısının əri X6 saxtalaşdıraraq həmin mənzili mülkiyyətinə keçirmişdir. Belə ki, X6 H. Əliyev Prospekti, *** saylı binanın * saylı mənzilə order verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ## ### 2006-cı il tarixli *** saylı sərəncam verilmişdir. İmişli RİH tərəfindən verilmiş ## ### 2006-cı il tarixli, *** nömrəli orderlə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi X6 verilmişdir. O, X3 varisi kimi tanınmışdır. Həyat yoldaşı mənzili qohum kimi bacısının ərinin istifadəsinə vermişdir. Həyat yoldaşının adına verilmiş mənzildən istifadəyə dair order hal-hazırda da qüvvədədir. Kamran Orucova verilmiş order ləğv edilməmişdir. Ona görə də mənzildən istifadə və sahiblik hüququ Kamran Orucovun ailəsində qalmaqdadır. İmişli Rayon İcra hakimiyyəti order vermək hüququndan bir dəfə istifadə edə bilər. Həmin hüquqdan istifadə etdikdən sonra yenidən həmin hüquqdan istifadə edilməsi qanunsuz hərəkətdir. Bundan başqa həmin mənzilə dair 27.05-2021-ci il tarixdə DƏDRX-nin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X6 Seriya MA №******* saylı Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışın alınması üçün əsas olan sərəncam və order etibarsız hesab edildiyi halda reyestrdən çıxarış da ləğv edilməlidir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, hazırki iddianın müddətlə bağlı mümkünlük şərtlərinə birinci instansiya məhkəməsinin digər hakimi tərəfindən qiymət verilməsinə və müddətin bərpa edilməsinə baxmayaraq, məhkəmənin hazırki qərardadı qəbul etmiş hakimi tərəfindən yenidən həmin məsələyə baxılmış və bu əsasla iddia mümkünsüz hesab edilmişdir. Həmçinin məhkəmə mübahisənin inzibati məhkəmə icraatının predmeti olmasına baxmayaraq, sanki mülki icraat qaydasında qiymət verərək, iddia müddəti tətbiq etmişdir. Həmçinin mübahisəli mənzil mərhum əri tərəfindən öz bacısına (üçüncü şəxsin arvadına) müvəqqəti yaşamaq üçün verildiyindən, onun və ərinin mənzilin özəlləşdirilməsindən məlumatı olmamışdır. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Üçüncü şəxs şikayətin dəlillərini qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı və mərhum əri 1993-cü ildən həmin mənzildən çıxaraq, özlərinə məxsus fərdi yaşayış evinə köçmüşlər. Mənzilin onun istifadəsində qalması müqabilində həmin fərdi yaşayış evinin inşası üçün onlara maddi yardım da etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İmişli rayon XDS İcraiyyə Komitəsinin ##.##.1978-ci il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən, əvvəllər X4 məxsus Kommunist küçəsi, * saylı evdəki 2 otaqlı, 36.8 kv.m-lik mənzil sahəsinin 4 nəfər ailə üzvü olan X3 verilməsi təsdiq edilmiş, Mənzil istismarı təşkilatının rəhbərinə mənzil kirayəsinin vaxtında alınmasının təmin eidlməsi tapşırılmışdır. -İmişli Rayon İcra Hakimiyyətinin *** saylı, ##.##.2006-cı il tarixli sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyəti Mənzil Komissiyasının ##.##.2006-cı il tarixli protokolunu nəzərdən keçirərək, H.Əliyev prospekti *** saylı binanın II blok, İ mərtəbə, yaşayış sahəsi 38 kv.m olan 3 otaqlı * saylı mənzili X6 mənzildən istifadəyə dair order verilməsi qərara alınmışdır. -İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş *** saylı, ##.##.2006-cı il tarixli orderdən görünür ki, İmişli şəhəri, H.Əliyev pr, ev 168, * saylı mənzil X6 ailə tərkibi ilə birlikdə yaşaması üçün verilmişdir. -Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, ##.##.2011-ci il tarixli çıxarışa əsasən həmin mənzil X6 adına qeydə alınmışdır. -“Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, X3 qanun üzrə vərəsələri qismində İddiaçı Baxış qızı və qeyriləri tanınmışdır. Qeyd olunan sənədlərin ümumi xülasəsi ilə müəyyən edilir ki, İmişli şəhəri, H.Əliyev pr, *** nömrəli evin * nömrəli mənzili İmişli rayon XDS İcraiyyə Komitəsinin ##.##.1978-ci il tarixli, ** saylı qərarı ilə 4 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün X3 verilmişdir. Bundan sonra İmişli Rayon İcra Hakimiyyətinin *** saylı, ##.##.2006-cı il tarixli sərəncamı ilə həmin mənzil X6 verilmiş, sərəncam əsasında order və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin iş materiallarında həmin mənzilin X3 verilməsi barədə İmişli rayon XDS İcraiyyə Komitəsinin ##.##.1978-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi, etibarsız sayıılması, qüvvədən düşməsi və s. barədə hər-hansı sübut mövcud deyil. Bundan əlavə, işdə olan İmişli Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qərarlarından görünür ki, hazırki iş üzrə iddiaçı X6 və qeyrilərinə qarşı çıxarışın ləğvi, orderin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair iddiasına ##.##.2022-ci il tarixdə birinci instansiya məhkəməsində baxılmış, apellyasiya instansiyasında tələbin çıxarışın ləğvi və orderin etibarsız hesab edilməsi hissəsinə inzibati məhkəmə icraatının predmeti olması əsası ilə xitam verilmişdir. Bundan sonra iddiaçı sözügedən sərəncamın ləğv edilməsi ilə bağlı RİH-nə müraciə etmiş, müraciətinə ##.##.2023-cü il tarixli cavab verildikdən sonra ##.##.2023cü il tarixdə məhkəməyə iddia vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti iddiaçının mənzil qanunvericiliyi ilə müəyyən etdiyi müddəti ötürməsi, həmçinin iddiaçının 30 ildən artıq müddətdə vaxtilə istifadəsində olmuş mənzilin aqibəti ilə bağlı aparılan işlərdən və qəbul edilmiş sərəncamdan məlumatsız olmasını həqiqətə uyğun və ağlabatan hesab oluna bilməməsi ilə əsaslandırsa da, nəzərə almamışdır ki, Mənzil Məcəlləsi mənzil münasibətlərini tənzimləyən maddi normalardan ibarətdir və inzibati aktlardan şikayət verilməsi müddətlərinə bu normalarlla deyil, İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə əsaslanmaqla qiymət verilməlidir. İş materiallarından görünür ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraatın nəticələri barədə iddiaçıya hər-hansı qaydada məlumat verilməmiş, iddiaçı həmin akt barədə məhkəmə çəkişməsi zamanı məlumat almış və qanunla müəyyən edilmiş müddəti ötürmədən həmin aktın ləğvi ilə bağlı inzibati orqana müraciət etmiş və nəhayət məhkəmədə iddia qaldırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırki iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması xüsusatına düzgün qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar