Məhkəmə qərarları › İş №2-1(106)-967/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-967/2025

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-967/2025 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi ilə bağlı əsassız hesablanmış borcun ləğv edilərək pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “cavabdeh inzibati orqanın pensiyanın dayandırılması və artıq ödəmənin hesablanması barədə hərkətlərinin qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni ##.##.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçı İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, mübahisəli dövr kimi hesab edilən ## ###### 1979-cu ildən ## ####### 2005-ci il tarixlərlə bağlı İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda # ###### 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid edilməsi nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericilin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçının 2002-ci il üzrə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 06 ayı ümumi iş stajına əlavə edilməlidir. Eləcə də iddiaçı tərəfindən iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək işləməsini və əmək haqqı almasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və araşdırma nəticəsində müəyyən edilməmişdir. Buna qarşılıq məhkəmə sorğusu nəticəsində müəssisənin həmin dövrdə fəaliyyətdə olduğu, işləyən işçilərlə bağlı müvafiq məcburi dövlət sosial sığorta xərcləinin ödənildiyi və həmin işçilərin qeyd edilən dövrdə əmək haqqı aldıqları müəyyən edilir. Iddiaçıya münasibətdə isə müəssisə tərəfindən təqdim edilən sənədlərə əsasən əmək haqqı almadığı və ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilir. Belə olan halda isə iddiaçının əmək haqqı aldığı dövrlər yəni 20 il 05 ay 23 gün mübahisələndirilməyən iş stajı, iyun 1995ci ildən oktyabr 1997-ci ilədək məzuniyyət dövrü üzrə 06 ay və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyət dövrü üzrə 06 ay topnadıqda ümumi iş stafının 25 ildən az olduğu müəyyən edilir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və X6) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, idia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarının ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X1 və X3) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, işə təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1977-1979-cu illərdə isə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqda sonra 1979-cu ilin sentyabr ayında əmək fəaliyyyətinə başlamaqla ##.##.2009cu ilədək işləmiş, ## ###### 2015-ci ildə ona pensiya təyin edilmişdir. Sonradan pensiyanın artırılması barədə cavabdehə müraciət edərək, əmək haqqı barədə müəyyən sənədlər təqdim etsə də, pensiyanıın yenidən hesablanacağı barədə ona əvvəlcə məktub ünvanlanmış, sonra isə əsassız olaraq 16788,02 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” QSC-nin ona dair ##.##.2022-ci il tarixli **-**/g nömrəli arayışında ona 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun tələb olunan ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya ##.##.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı ##.##.2015 -##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin yeganə dəlili birinci instansiya məhkəməsinin iş üzrə geniş və hərtərəfli araşdırma aparmaması ilə bağlıdır. Prosessual məsələlər Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1989-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. Işdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2015-ci il tarixli, ***-g nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən ##.##.1979-cu ildən ##.##.2005-ci il tarixinə qədər ***/k saylı, ##.##.1979-cu il tarixli əmrə əsasən Azərbaycan Ixtisaslaşmış Idarəsində müxtəlif dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. ##.##.2005-ci ildə işdən azad edilmişdir. (əmr-39/k, ##.##.2005-ci il) ##.##.2007-ci ildə “xxxx” QSC-ə 5-ci dərəcəli maşinist peşəsinə qəbul edilmişdir. (əmr 9/k, ##.##.2007) ##.##.2009-cu il tarixində işdən azad edilmişdir. (əmr 11/k, ##.##.2009-cu il) Arayış ##.##.1979-cu il tarixindən ##.##.2005-ci il tarixə qədər işlədiyi dövrün forma T-2, şirkət üzrə əmrlər kitabı və əmək haqqının şəxsi hesabı əsasında verilmişdir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması barədə ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında ##.##.2016-cı il tarixli qərar “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilsin. Adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılsın və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilsin. “Inzibati icraat haqqında" Qanununun 67.13cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilsin. İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülsün. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi “xxxx” QSC-nin ona dair ##.##.2022-ci il tarixli **-**/g nömrəli arayışında 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensıyaiarı haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müdaətinı iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin tələb olunan ümumi iş stajınız 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ##.##.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona ##.##.2015- ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş etmişdir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılması nəticəsində adıçəkilən şəxsə pensiya ödənişi ##.##.2022-ci il tarixdən dayandırılıb. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Daha sonra İddiaçı dayandırılmış əmək pensiyasının bərpası barədə ərizə ilə Mərkəzi Filiala müraciət edib. Həmin müraciətə əlavə olunmuş “xxxx” QSC-nin adıçəkilən şəxsə dair ##.##.2022-ci il tarixli **-**/g nömrəli arayışında ona 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də adıçəkilən şəxsin tələb olunan ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona ##.##.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ##.##.2015-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Işdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli, ***-**/g nömrəli məktubunda qeyd edilmişdir ki, cəmiyyət tərəfindən İddiaçı 1979-2009-cu illər üzrə əmək haqqı ödənişləri şəxsi əmək haqqı hesab vərəqəsinə əsasən ## ### 2022-ci il tarixli **-**/g saylı arayışda göstərilmişdir. Həmin dövrlə bağlı əmək haqqı cədvəlləri ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. Cəmiyyətdə şəxsi əmək haqqı hesab vərəqələri vardır. İddiaçı ## ###### 1979-cu ildə işə qəbul edilmişdir. ## ####### 2005-ci ildən işdən azad edilmişdir. ## ##### 2007-ci ildən işə qəbul edilmiş və ## #### 2009-cu ildən işdən azad olunmuşdur. Cəmiyyətin Muğan sahəsi tərəfindən yerinə yetirilən tikinti quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. Işdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli, **-**/g nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş 1 və * saylı siyahıda nəzərdə tutulmuş müəssisədə, “xxxx” Qapalı Səhmdar Cəmiyyətində (“xxxx” Qapalı Səhmdar Cəmiyyəti Arpaçay Ixtisaslaşmış idarəsinin, Azərbaycan Ixtisaslaşmış idarəsinin və “xxxx” QSC-nin hüquqi varisidir) ##.##.1979-cu il tarixdən ##.##.2005-ci il tarixədək işləyib. O cümlədən: ##.##.1979-cu il tarixdən ##.##.2005-ci ilə kimi əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləyib, (əmr - 157/k ##.##.1979-cu il. * saylı siyahının 33-cü fəsili, ümumi peşələr, kod 23200000 - 19906). ##.##.2005-ci il tarixdən işdən azad edilib. ##.##.2007-ci il tarixdən ##.##.2009-cu il tarixinədək 5-ci dərəcəli qazma qurğuları maşinisti vəzifəsində işləyib. (Əmr 9/k, ##.##.2007-ci il, kod 2010100a-13590). ##.##.2009cu il tarixdən işdən azad edilib. (Əmri 1/k, ##.##.2009-cu il). Arayış ##.##.1979-cu il tarixdən işlədiyi dövrün cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. Cəmiyyətin tikinti-quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. (Azərbaycan Respublikası Milli arxiv idarəsinə ləğv olunması üçün verilmiş aktların surəti məktuba əlavə olunur) “xxxx” QSC-i 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. Qeyd: “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Arpaçay Ixtisaslaşmış Idarəsinin, Azərbaycan Ixtisaslaşmış idarəsinin və “xxxx” QSC-nin hüquqi varisidir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 57 yaşı tamam olduğu ##.##.2015-ci il tarixindən Fondun Masallı rayon şöbəsi tərəfindən güzəştli şərlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Mərkəzi Filiala ##.##.2022-ci il tarixində daxil olmuş ərizəsinə əlavə olunmuş “xxxx” QSC-nin adlçəkilən şəxsə dair ##.##.2022-ci il tarixli **-**/g nömrəli arayışında ona 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini İddiaçı iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil etdiyindən ona əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən ona “xxxx” QSC-də 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı müəyyən edildiyindən, həmin müəssisədə qarşılıqlı yoxlamanın aparılması tərəflərindən məqsədəmüvafiq hesab edilməmişdir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli, **************** nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxx” QSC ##.##.1993-cü il tarixdə qeydiyyata alınmışdır. Əlavə olaraq bildiririk ki, ##.##.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən “xxxx” MMC-nin (VÖEN: **********) 0,98 manat borcu olduğu aşkar edilmiş və hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Işdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, **-**/g nömrəli məktubunda qeyd edilmişdir ki, cəmiyyət 1972-ci ildən resbublikamızın ərazisində tikintiquraşdırma işlərini yerinə yetirir. Hər bir rayonda işlər aparılarkən həmin ərazi üzrə sahə yaradılır və işçilər işə qəbul edilir. Sahədə işlər maliyyə və ya digər səbəblərdən dayandıqda işlər bərpa olunanadək işçilər öz hesabına məzuniyyətə buraxılır. İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999cu ildən 2005-ci ilədək Cəmiyyətin Muğan sahəsi üzrə (C.Cəbivevin çalışdığı sahə) tikinti-quraşdırma işləri Sifarişçi tərəfindən maliyyə vəziyyəti ilə dayandığından öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrdə cəmiyyətin digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə bütün səhmdarlara divident şəklində verilmişdir. ##.##.2018-ci il tarixli **-**/g nömrəli məktubda İddiaçı o dövrə qədər işiədiyi vaxtlar üçün əmək haqqı və dividentin verildiyi nəzərdə tutmuşuq. Öz hesabına məzuniyyətdə olduğu dövrdə İddiaçı cəmiyyətin siyahı sayında olmuş lakin əmək haqqı almadığı üçün DSMF-yə ödəmələr aparılmamışdır. Digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə divident verilmişdir və onun şəxsi hesab vərəqəsinə dividentlər yazılmışdır. Dividentlərdən DSMF-yə ayırmalar aparılmır. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məhkəməyə təqdim etdiyi etiraza əlavəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 5-ci maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və va təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və va) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göstərilənlərə əsasən İddiaçı iş stajı 25 ildən az olduğuna görə onun pensiya hüququ yaranmır. Belə ki, məhkəmənin sorğusuna “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş **-**/g saylı, ## ###### 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 1995-ci ilin iyun ayından 1997-ci ilədək və 1999-cu ilin mart ayından 2005-ci ilədək Muğan sahəsi üzrə tikinti-quraşdırma işləri sifarişçi tərəfindən maliyyə vəziyyəti ilə bağlı dayandığından öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrdə cəmiyyətin digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə bütün səhmdarlara divident şəklində verilmişdir. ##.##.2018-ci il tarixli 49-01/g nörməli məktubda İddiaçı o dövrə qədər işlədiyi vaxtlar üçün əməkhaqqı və dividentin verildiyi nəzərdə tutulmuşdur. Öz hesabına məzuniyyətdə olduğu dövrdə İddiaçı cəmiyyətin siyahı sayında olmuş, lakin əməkhaqqı almadığı üçün DSMF-yə ödəmələr aparılmamışdır. Digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə divident verilmişdir və onun şəxsi hesab vərəqəsinə dividentlər yazılmışdır. Dividentlərdən DSMF-yə ayırmalar aparılmır. Iddiaçının işlədiyini iddia etdiyi müəssisənin cavab məktubundan görünür ki, iddiaçı faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmamış, ona əməkhaqqı ödənilməmiş və ona münasibətdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bu halda iddiaçının işlədiyini iddia etdiyi dövrlərin onun sosial sığorta stajına əlavə edilməsi yuxarıda sadalanan qanunvericilik normalarına əsasən mümkün deyildir. Bundan əlavə qeyd edirik ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş vəya digər fəaliyyət müddətləri göstərilsə də, ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrlər üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti sığorta stajına daxil etmək mümkün deyildir. Mübahisələndirilən dövrlərdə bu kimi münasibətləri tənzimləyən qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını qeyd edərək əsaslandırmışdır. Yuxarıda göstərilən normalardan da göründüyü kimi, ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Bundan başqa, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, # #### 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə ## ###### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında məhkəmə iddiaçının “Bakı Təcrübə Eksperimental Zavodu”nda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən ##.##.1997-##.##.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun olduğunu bildirmişdir. Həmçinin sözügedən analoji qərardad iddiaçının ödənişsiz məzuniyyətinin qısa müddətli olmadığı və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan halların mövcud olmadığı qeyd olunmuşdur. Sonuncu qərarda məhkəmə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna da aydınlıq gətirərək bildirmişdir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının ##.##.1997-##.##.2005-ci il tarixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apellyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Iddiaçı ##.##.1997-##.##.2005-ci il tarixlərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Həmin qərarın 44-cü və 45-ci bəndlərində məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda # ###### 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Həmçinin Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilərək ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının qanunvericilik əsası yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Iddiaçı İddiaçı iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2-ci bəndinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (* nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Işi təkrar apellyasiya baxışına qaytaran kassasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, cavabdeh iddiaçıya pensiya təyin edilən zaman həqiqətən də “xxxx” QSC-nin ##.##.2015-ci il tarixli arayışına istinad etmişdir. Lakin cavabdehin sonradan özünün pensiya qərarını ləğv edərkən istinad etdiyi əsas (iddiaçıya 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətində əmək haqqı ödənilməməsi) “xxxx” QSCnin ##.##.2015-ci il tarixli arayışında öz əksini tapmamışdır. Belə ki, həmin arayışda yalnız iddiaçının hansı illərdə hansı vəzifələrdə işlədiyi və işdən azad olunduğu göstərilmiş, ona hansı dövrlərdə əmək haqqının ödənilməməsi barədə isə heç bir məlumat verilməmişdir. Bununla belə, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatı nəzərə almamışdır. Xüsusilə qeyd edilməlidir ki, məhz Dövlət Sоsiаl Müdаfiə Fоndunun Yasamal rayon şöbəsindən həmin idarənin Masallı rayon şöbəsinə göndərilmiş ##.##.2016-cı il tarixli aktında “xxxx” QSC-nin ##.##.2015-ci il tarixli arayışının öz təsdiqini tapması bildirilmişdir. Lakin sonradan təqdim edilmiş “xxxx” QSC-nin ##.##.2022-ci il tarixli arayışında isə iddiaçıya münasibətdə 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Həmçinin “xxxx” QSC-nin məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli məktubunda Cəmiyyətin Muğan sahəsi tərəfindən yerinə yetirilən tikinti quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək iddiaçının öz razılığı ilə öz hesabına məzuniyyətdə olması və həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilməsi bildirilmişdir. Göründüyü kimi, “xxxx” QSC-in tərəfindən verilmiş 2015-ci il tarixli arayışla sonradan verilmiş arayışlar arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər olmuşdur. Dövlət Sоsiаl Müdаfiə Fоndunun Yasamal rayon şöbəsindən göndərilmiş ##.##.2016-cı il tarixli aktında QSC-nin ##.##.2015-ci il tarixli arayışının öz təsdiqini tapmasının qeyd olunması isə, öz növbəsində, bu ziddiyyətləri daha da dərinləşdirmişdir. Buna baxmayaraq işə baxan apellyasiya məhkəməsi bu ziddiyyətli halları ümumiyyətlə araşdırmadığından, eləcə də QSC-nin ##.##.2015-ci il tarixli arayışında iddiaçıya 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətində əmək haqqı ödənilməməsi barədə məlumat verilmədiyi halda, bu faktın cavabdehə necə və hansı tarixdən məlum olmasını müəyyənləşdirmədiyindən təkrar apellyasiya baxışı zamanı bu hallara dəqiq hüquqi qiymət verilməlidir. Məhz bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının mübahisəli dövr ərzində işləməsi, yaxud razılığı ilə öz hesabına məzuniyyətdə olması məsələsinə də düzgün qiymət verilə bilər. Kollegiya diqqətə çatdırır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış əvvəlki illərdə təyin edilmiş pensiyaların qanunvericiliyə uyğun olub-olmaması barədə monitorinqlər aparılarkən İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” QSC-nin ona dair ##.##.2022-ci il tarixli **-**/g nömrəli arayışında ona 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan 10 il 11 ay müddətin iddiaçının iş stajına daxil edilməsi mümkün olmamış, bu səbəbdən də iddiaçının pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi, inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Kollegiya həmçinin diqqətə çatdırır ki, “xxxx” QSC-nin ##.##.2015-ci il tarixli arayışı ilə sonradan təqdim edilmiş ##.##.2022-ci il tarixli arayış arasında iddiaçının işlədiyi dövrlərlə bağlı ziddiyyətlər olduğundan apellyasiya baxışı zamanı sorğu verilmişdir. “xxxx” QSC-nin ## #### 2026-cı il tarixli arayışında ##.##.2015-ci il tarixli arayışıın QSC-nin keçmiş rəhbərliyi tərəfindən verildiyindən yaranmış ziddiyyətlərə aydınlıq gətirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Kassasiya instansiya məhkəməsi həmçinin öz qərarında qeyd etmişdir ki, iddiaçının 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci illər ərzində razılığı ilə öz hesabına məzuniyyətdə olması halı təsdiq edildiyi halda, bu illərin ümumi sığorta stajına daxil edilməsinə də təkrar apellyasiya baxışı zamanı hüquqi qiymət verilməlidir. Kollegiya diqqətə çatdırır ki, İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (o cümlədən, C.Osmanov Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; M.Qafarova Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2 *-*(***)- ****/**** nömrəli; Z.Rzayev Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 05.04.24-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda # ###### 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericilin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçının 2002-ci il üzrə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 06 ayı ümumi iş stajına əlavə edilməlidir. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr qismində 06 ayı ümumi iş stajına əlavə edildikdə belə qanunvericilikdə nəzərdə tutulmuş 25 illik sığorta stajı şərti ödənilmir. Kollegiya onu da vurğulayır ki, mübahisəli dövr kimi hesab edilən ## ###### 1979-cu ildən ## ####### 2005-ci il tarixlərlə bağlı İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (o cümlədən, C.Osmanov Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; M.Qafarova Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2 *-*(***)- ****/**** nömrəli; Z.Rzayev Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 05.04.24-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda # ###### 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericilin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçının 2002-ci il üzrə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 06 ayı ümumi iş stajına əlavə edilməlidir. Kollegiya həmçinin diqqətə çatdırır ki, iddiaçı tərəfindən iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək işləməsini və əmək haqqı almasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və araşdırma nəticəsində müəyyən edilməmişdir. Buna qarşılıq məhkəmə sorğusu nəticəsində müəssisənin həmin dövrdə fəaliyyətdə olduğu, işləyən işçilərlə bağlı müvafiq məcburi dövlət sosial sığorta xərcləinin ödənildiyi və həmin işçilərin qeyd edilən dövrdə əmək haqqı aldıqları müəyyən edilir. Iddiaçıya münasibətdə isə müəssisə tərəfindən təqdim edilən sənədlərə əsasən əmək haqqı almadığı və ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilir. Belə olan halda isə iddiaçının əmək haqqı aldığı dövrlər yəni 20 il 05 ay 23 gün mübahisələndirilməyən iş stajı, iyun 1995ci ildən oktyabr 1997-ci ilədək məzuniyyət dövrü üzrə 06 ay və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyət dövrü üzrə 06 ay toplaadıqda ümumi iş stajının 25 ildən az olduğu müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar