Məhkəmə qərarları › İş №2-1(106)-969/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-969/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-969/2025 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1427/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0008 nömrəli qərarın ləğv olunması, qərar ləğv olunduğu tarixdən (hazırda qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) əlilliyin təyin edilməsi barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Salyan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 30 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-1427/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Akademik C.M.Abdullayev adına X1” X7 3-28-7/2-447/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı anadangəlmə ürək qüsuru, xroniki ürək çatışmazlığı əlamətləri qeyd olunmuş və 2001-ci ildə trikuspidal qapağının protezləşdirilməsi və atrial spetal defekt ləğvi əməliyyatı olmuşdur. Müayinə nəticələrinə əsasən S.Y.Bünyadov sağ ürək çatmamazlığı əlamətləri qeydə alındığından daimi həkim nəzarətində olmağı həkimkardioloq tərəfindən tövsiyyə edilmişdir. Bundan əlavə “Akademik C.M.Abdullayev adına X1” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyində İddiaçı Z95.8 AÜQ: Ebşteyn anomaliyası+trikuspid qapaq protezləşdirilməsi əməliyyatından sonrakı vəziyyət. İ36.1 Trikuspidal çatışmazlıq İİ d.i50.0 Xroniki ürək çatışmazlığı İİ fs diaqnozu müəyyən edilmişdir. Əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2025-cü il tarixli, U00195948LRM nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 2.3. Ürək çatışmazlığı -İ50 xüsusiyyətlərinə uyğun gəlir. . Həmin xəstəlik üzrə qiymətləndirmə 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ -(85-100 % -müddətsiz) qeyd olunan bəndə uyğun gəlsə də, qiymətləndirmə səlahiyyəti cavabdeh inzibati orqana aid olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı barədə qiymətləndirmə aparılaraq müvafiq əlilliyin təyin edilməsi cavabdeh inzibati orqana həvalə olunmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, ürək qapağının protezinin olması, AUQ. Ebşteyn anomalogiyasının cərrahi koreksiyası + Triquspital qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət Durğunluq ürək çatışmamazlıq, xroniki ürək çatmamazlığı, İİ (ikinci) FS. Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı, Trikuspital çatmamazlıq İİ dər. Xəstəliyindən əziyyət çəkir. İki dəfə İran İslam Respublikasında ağır əməliyyat keçirmişdir. O, hər gün “kseralta” adlı dərmanı qəbul edir. Həmin dərmanın dəyəri 110 manatdır. İşləmir və heç yerdən gəliri yoxdur. İşləməməyinin səbəbi səhhəti ilə bağlıdır. Ona 2009-cu ildən 2017-ci ilə qədər əlillik dərəcəsi təyin olunmuşdur. 2017-ci ilə qədər İİİ qrup, son beş il isə İİ dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. İİ dərəcəli əlillik dərəcəsi 2023-cü ilin fevral ayından ləğv edilmişdir. Ona komisiya zamanı əlavə müalicə ehtiyac olması, 1 gün də olsa stasionar müalicə almadığı və xəstəliyinin başlanğıcının dəqiqləşdirilməsi göstərilmişdir. Onun xəstəliyinin müalicəsi yoxdur. 6 ay müddətində ürəyi “Exo” olunur. İki dəfə Ebşteyin anomaliyasının cərrahi əməliyyatını keçirmişdir. Sonuncu əməliyyatı 2017-ci ildə olmuşdur. Hər əməliyyat zamanı bioloji qapağın dəyişilməsi zəruridir. Bu əməliyyat 7-10 il ərzində baş tutmalıdır. Artıq onun həmin əməliyyata ehtiyacı var. Əməliyyatın məsrəfi də böyükdür. Bu məsrəfi onun ailəsi qarşılayır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan rayon Mərkəzi Xəstəxanasının 30.05 2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 150.0 Durğunluq ürək çatmamazlığı. Durğunluq ürək çatmamazlığı. İİİ FS. Q22.5 Ebşteyn anomaliyası. A.G.Ü.Q. Ebşteynanomaliya. Triskupidalq Protezi 136.1 Üçtayı qapağın qeyri-revmatik çatmamazlığı. Trikuspidal çatmamazlıq İİİ dər 197.1 Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar. Ürək üzərində aparılan əməliyyatdan sonrakı hal. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən məlumatlara əsasən şəxsə ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyə edilir səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçının barəsində verilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnoz öz təsdiqini tapmadığı halda, birinci instansiya məhkəməsi inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmiş və səhv nəticəyə gəlmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. İddiaçı şikayətin dəlillərinə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlarla müəyyən edilir ki, iddiaçıya xx.xx.2010-cu il tarixli qərarla müddətsiz İİİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2018-ci il tarixli qərarla 5 il müddətinə İİ dərəcə təyin edilmiş, növbəti qiymətləndirmələr nəticəsində xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarla müvafiq olaraq, göndərişin natamam doldurulması və əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatından imtina edilmişdir. -İddiaçı həmin qərarlardan narazı qalaraq, xx.xx.2024-cü il tarixdə əlilliyin müəyyən edilməsi ilə bağlı məhkəmdə iddia qaldırmışdır. -Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən inzibati icraatın aparılması üçün cavabdehə 15 gün vaxt verilmişdir. -Həmin qərardadın icrası istiqamətində cavabdeh orqan tərəfindən iddiaçının əyani müayinəsi həyata keçirilmiş və hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarı ilə “diaqnozun təsdiqini tapmaması” əsası ilə əlillik təyinatından imtina edilmişdir. -Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli U00195948LRM saylı tibbi göndərişində (Forma 88) İddiaçı “Q22.5 Ebşteyn anomaliyası, A.G.Ü.Q.Ebşteynanomaliya.Triskupidalıq Protezi; Ağırlaşmaları-İ50.0 Durğunluq ürək çatmamazlığı, Durğunluq ürək çatmamazlığı.İİİFS; İ36.1 Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı, Triksupidal çatmamazlıq İİİ dər; Yanaşı xəstəliklər-İ97.1 Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Ürək üzərində aparılan əməliyyatdan sonrakı hal; Z95 Ürək qapağının protezinin olması, Triskupidalıq protezi.” diaqnozu qoyulmuşdur. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin T782/2024 saylı ekspert rəyində qeyd olunur olunur ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Səlyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli U00195948LRM saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “İ50.0- Durğunluq ürək çatmamazlığı.Durğunluq ürək çatmamazlığı İİİFS; Q22.5-Ebşteyin anomaliyası.A.G.Q.Ü. Ebşteynanomaliya.Triskubidal protezi; İ36.1-Üçtaylı qapağğın qeyri-revmatik çatmamazlığı.Triskupidal çatmamazlıq İİİdər.; İ97.1-Ürək üzərində aparılan cərrahi əməliyyatdan sonra baş verən hal”. diaqnoz ona stasionarlarda müalicəsi zamanı kliniki, anamnestik, labarator-instrumental müayinələri əsasında müəyyən edilsə də, şəxsin əyani müayinələri zamanı (həm də DTSERA-da) periferik ödem, aşağı ətraflarda durğunluq əlamətləri müşahidə edilməmiş, əllik təyinatına əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Buna görə də, diaqnoz nəzərə alınmaqla əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istər xx.xx.2015-ci ol tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müyarlarına dair Əsasnamə”nin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əliliyin müəyyən olunması müyarlarına dair Əsasnamə”nin maddələrindən hər hansı birinə aid etmək mümkün olmadı. -Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi -X3” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəydə iddiaçıda aşkar edilmiş patofunksional pozuntular “Z95.8 AÜQ: Ebşteyn anomaliyası+trikuspid qapaq protezləşməsi əməliyyatından sonrakı vəziyyət.İ36.1 Trikuspidal çatışmazlıq İİ d.i50.0 Xroniki üərk çatışmazlığı İİ f.s” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli U00195948LRM saylı tibbi göndərişində İddiaçı “Q22.5 Ebşteyn anomaliyası, A.G.Ü.Q.Ebşteynanomaliya.Triskupidalıq Protezi; Ağırlaşmaları-İ50.0 Durğunluq ürək çatmamazlığı, Durğunluq ürək çatmamazlığı.İİİFS; İ36.1 Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı, Triksupidal çatmamazlıq İİİ dər; Yanaşı xəstəliklər-İ97.1 Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Ürək üzərində aparılan əməliyyatdan sonrakı hal; Z95 Ürək qapağının protezinin olması, Triskupidalıq protezi.” diaqnozu qoyulsa da, ixtisaslaşmış tibb müəssisəsi tərəfindən onun orqanizmində olan pozuntu XBT üzrə Z95 kodu ilə İİ f.s. müəyyən edilmişdir. Yuxarıda qeyd olunan Meyarlarda XBT üzrə Z95 kodu ilə müəyyən edilmiş əlillik təyinatına əsas verən xəstəliklər aşağıdakı qaydada müəyyən edilmişdir: Ürək və damar implantlarının Z95 və qreftlərin (transplantlarının) olması Döş qəfəsi orqanlarının T91.4 travmasının nəticələri Süni ürək ritmi Z95.0 aparıcısının olması Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim 3 1 il disfunksiyası: FS 5-60 İİİ, XÜÇ İİA mərhələ 2.3.2. ÜDS-nin ciddi 6 2 il disfunksiyası: FS 5-80 İİİ, XÜÇ İİB mərhələ 2.3.3. ÜDS-nin ağır və 8 müddə davamlı disfunksiyası: FS 5-100 tsiz İV, XÜÇ İİİ mərhələ ürək ritminin süni tənzimləyicisi qoyulduğu 8 müddə 2.3.4. hallarda ürək qüsurları və ya 0 tsiz miokardda baş vermiş dərin dəyişikliklər ürək ritminin süni 5 müddə 2.3.5. tənzimləyicisi qoyulduğu 0 tsiz hallarda Göründüyü kimi meyarlar Ürək-damar sisteminin disfunksiyası yalınız İİİ və İV FS olduğu halda əlillik təninatına əsas verir. Qeyd edilməlidir ki, ürək xəstəliklərində funksional sinif (f.s) xəstənin ürək problemi səbəbindən gündəlik fiziki fəaliyyətə nə qədər dözə bildiyini göstərən tibbi qiymətləndirmədir. Birinci instansiya məhkəməsi iddiaçının əvvəllər də eyni diaqnoza əsasən əlillik vəziyyətində olmasına baxmayaraq, hazırki vəziyyətdə təyinatdan imtina edilməsinin qanunsuz olması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli 235 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”da “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 2.3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada İİ F.S ağırlıq dərəcəsi əlilllik təyinatına əsas versə də, yeni redaksiyaya əsasən minimal ağırlıq dərəcəsi İİİ F.S. olmalıdır. Başqa sözlə, ürək-damar sisteminin xəstəliklərinə görə əlillik təyinatı üçün xəstəliyin İİİ-İV dərəcə F.S. ağırlaşması tələb olunur. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığı vaxt həmin dəyişiklik artıq qüvvədə olmuş, həmçinin xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirmişdir ki, bu qərar da qəbul edilən vaxt sözügedən dəyişiklik qüvvədə olmuşdur və təbii olaraq, inzibati orqan qeyd olunan dəyişikliyə uyğun qiymətləndirmə aparmışdır. Bu əsnada qeyd edilməsi zəruridir ki, əlillik altsisemində olan məlumatlardan görünür ki, tibbi göndərişə əsasən verilmiş sonuncu imtina qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və iddiaçıya xx.xx.2024-cü il tarixdə bu barədə məlumat verilmişdir. Bu baxımdan iddiaçıya məhz həmin qərarı mübahisələndirmək imkanının olması ilə bağlı hüquqi yardım edilməsi də həm müddətlə bağlı mümkünlük şərtlərinə, həm də həmin qərarın qəbul edildiyi tarixdə sözügedən dəyişikliyin artıq qüvvədə olması baxımından onun xeyrinə qərarın qəbulu ilə nəticələnməyəcək. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına uyğun olmayan nəticəyə gəlməklə, həmçinin maddi hüquq normalarının tələblərinə riayyət etməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Bundan əlavə, Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Salyan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. -28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər-hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, Salyan rayon Mərkəzi Xəstəxanası X7 üzərinə hər-hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Qeyd edilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Salyan rayon Mərkəzi Xəstəxanası X7 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1427/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Salyan rayon Mərkəzi Xəstəxanası X7 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar