Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-97/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X32 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hacıyev Pərviz Vaqif oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi üçüncü şəxs X5 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ünvan 1 ünvanına X8 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 iyun 2023-cü il tarixli 2- 1(120)-228/2023 nömrəli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ünvan 1 ünvanına X8 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1225/2021 nömrəli qərardadı ilə X22 və X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(120)-732/2022 nömrəli qərardadı ilə üzrə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(049)-111/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh X10 tərəfindən qanunsuz zəbt olunmuş İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,6 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m. hissəsindən çıxarılması, həmin hissədə cavabdeh X10 tərəfindən inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(106)-2692/2019 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2236/2020 saylı qərarı ilə cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(049)- 111/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin borclu X5 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında, 0,6 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m. hissəsindən çıxarılması ilə bağlı Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Lənkəran Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(049)-111/2019 saylı qətnaməsi ilə bağlı icra vərəqəsinin icrası zamanı məlum olmuşdur ki, məhkəmə qətnamələrində göstərilən 35 kv.m. hissəsindən cavabdehin çıxarılmasının təmin edilməsinə baxmayaraq, yanlış olaraq 380 kv.m. hissədə cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********21-10301 olan ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli inventar sənəd verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Çıxarış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)- 2236/2020 saylı qərarından sonra, yəni qətnamə qanuni qüvvəsini almasından sonra verilmişdir ki, bu da birbaşa hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla əlaqədar xx.xx.20201-ci il tarixli sorğu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş, cavabdeh orqandan ünvan 4 ünvanına X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********21-10301 olan ********** qeydiyyat nömrəli çıxarışı (35 kv.m. hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli inventar sənədi ləğv etməsi xahiş olunmuşdur. Cavabdeh orqanın tərəflərindən xx.xx.2021-ci il tarixdə alınmış xx.xx.2021-ci il tarixli, **********68 nömrəli cavab məktubunda göstərilmişdir ki, Lənkəran rayon İcra və Probasiya şöbəsinin müvafiq icra sənədi ərazi idarəsinə daxil olmamışdan əvvəl həmin “Çıxarış”ın qismən ləğv edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu təqdirdə tərəflərindən baxıla bilər. Göründüyü kimi cavabdeh orqan xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********21-10301 olan ********** qeydiyyat nömrəli çıxarış və 31 avqust 2020-ci il tarixli, 1302 nömrəli inventar sənədin verilməsini Lənkəran rayon İcra və Probasiya şöbəsinin müvafiq icra sənədi ərazi idarəsinə gec daxil olması ilə əsaslandırmışdır ki, belə olan halda həmin inzibati aktı ləğv etmək vəzifəsindən yayınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(120)-228/2023 nömrəli qərarı ilə (hakim Şahəli Musayev) iddia təmin edilmiş, Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X8 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədi ləğv edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1; 139.-1.1.4; 140; 152.1; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4; 2.1 və 8.0.4 -cü maddələrinə əsaslanmaqla belə qənaətə gəlmişdir ki, iddiaçının Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X8 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsi ilə bağlı müraciətindən cavabdehin imtinası qanuna ziddir və bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün hallarını araşdırmamışdır. Başqa sözlə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X10 apellyasiya şikayətində göstərmişdir ki, Lənkəran şəhəri, M.Ağayev küçəsi, 9 saylı ev mənə bağışlama yolu ilə mərhum nənəsi X6 qalmışdır. Həmin zaman nənəsi X14ma məxsus torpaq və üzərində tikinti sahəsi ümumən 403.5 kv.m olmuşdur. Hətta Lənkəran dövlət Notariat Kontorunda vərəsəlik əsasında həmin torpaq sahəsi və tikililər mərhumə nənəm X9 adına qeydiyyatdan keçən zaman belə həmin sahə 403,5 kv.m sahəni əhatə edir. Həmin mülkiyyətindəki ərazi və torpaq sahəsi daima bu vəziyyətdə mülkiyyətlərində və istifadələrində olmuş və bu sahədən ətraf qonşuların keçməsi üçün hər-hansı yol olmayıbdır. Əlimizdə mülkiyyət hüquqlarımızı təsdiq edən sənədlərimizin olmasına baxmayaraq mülkiyyətimdəki evin və sahənin əks istiqamətdə nənəsi ilə X19 qonşu olmuş və yaşamışdır. O vəfat edəndən sonra isə R.X.Rzayevanın nəvəsi olan cavabdeh İddiaçı sonradan torpağın 0,03 ha hissəsini nənəsi sağlağında ikən dayısı oğlu X2 baxmayaraq heç bir azaltma aparmadan bu barədə qanunsuzluğa yol verərək Kərimova X17 Rayon icra Hakimiyyətinə və digər dövlət qurumlarına heç bir məlumat vermədən hazırki cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən adına satdığı 0,06 ha ərazini yenidən tam özünə məxsus olduğu kimi göstərməklə mənim mülkiyyət hüquqlarımı pozmaqla və mülkiyyətimdəki ərazidən keçməklə düzgün olmayan məlumatlar daxil edərək, sahəsi qanunsuz olaraq artıq göstərilməklə 0,06 ha göstərməklə çıxarış alaraq, həmin sahədə daxil sxem çəkdirmişdir. Bir xüsusatı qeyd edim ki, iş üzrə iddiaçı olan İddiaçı qanunsuz olaraq rəsmiləşdirdiyi 600 kv.m torpaq sahəsindən hələ sağlığında ikən mərhumə nənəsi X3 şəhər X26 İcraiyyə Komitəsinə müraciət edərək 300 kv.m toraq sahəsini 1987-ci il may ; ayında mərhumə R.X.Rzayevanın dayısı oğlu X15 vermiş və orada fərdi ev tikmək üçün onun adma keçirmişdir. X19 və dayısı oğlu X11 həyətlərindən küçə istiqamətinə çıxış üzrə ünvanları 1980-2000-ci illər ərzində ünvan 5 X34 küçəsi, dalan 2 ünvanı üzrə olmuşdur. X27 və ailə üzvləri aldıqları torpaq sahəsində yaşayış evi tikdiklərindən həyətin küçə istiqamətinə olan çıxışına maneələr yarandığından öz aralarında ailə daxili mübahisələri olmuşdur. Hazırda mərhumə X12 nəvəsi İddiaçı mübahisəli olan həmin sahəni azaltmadan qanunsuz olaraq 600 kv.m toraq sahəsinə qanunsuz yollarla düzgün olmayan məlumatları daxil etməklə cavabdehə müraciət edərək, satmış olduğu həmin ərazini azaltmadan 0,06 ha sahə göstərilməklə 19 aprel 2013-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adma qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. Qeyd edirəm ki, mənim mülkiyyətimdə olan ünvan 7 ünvanının daxilindən ümumiyyətlə B.X.Kərimovanın mərhumə nənəsi R.X.Rzayevanın və sonradan çıxarış almış nəvəsi İddiaçınm küçəyə doğru istifadə etdiyi yol olmayıbdır. Əgər 50 il bundan əvvəlki sənədlərə baxılarsa sənədlərin hər birində mənə mülkiyyət hüququ əsasında məxsus olan ərazidə İddiaçı məxsus ərazi tərəfdən küçəyə tərəf yolun olmamasını görə bilərik. Bu barədə hətta X9 yaşadığı dövrdən bəri fotoşəkillər və arxiv şəkilləridə mövcuddur. Həmçinin mənim mülkiyyətimdəki sahədən keçən yol ünvan 8 ünvanı üzrə, mərhumə X23ma məxsus sonradan nəvəsi İddiaçınm adma keçmiş sahənin yolu isə ünvan 5 X34 küçəsi, dalan 2 ünvanı tərəfdən olmuşdur. Bu həyətlərin küçə istiqamətinə; yolları illər ərzində ayrı-ayrı istiqamətlərə olmuşdur. İddiaçı 2013-cü ilin aprel ayında cavabdehə müraciət edərək sənədlərinə düzgün olmayan məlumatları daxil etməklə, sahəsi 0,03 ha azaldılmalı olduğu halda qanunsuz olaraq sahəni artıq göstərilməklə 19 aprel 2013-cü ildə Azərbaycan j Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına; qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. Göründüyü kimi arxiv sənədlərinə baxarkən mərhumə X19 öz ərazisi ilə özünə məxsus ərizəsində öz sahəsini bilərəkdən artıq göstərsə də Lənkəran şəhər X26 İcraiyyə Komitəsi sənəd üzrə R.X.Rzayevanın mürajiəti ilə 300 kv.m toraq sahəsini 1987-ci il may ayında dayısı oğu X15 verdikdən sonra əslində qərar ilə istifadəsində 300 kv.m torpaq sahəsinin qaldığı göstərilir. Lakin sonradan 19 aprel 2013-cü ildə cavabdehə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adma qanunsuz olaraq tam sahə göstərilməklə çıxarışın bu qaydada verilməsindən ümumiyyətlə onun məlumatı olmayıbdır. Məlumatı olduqdan sonra isə iddiaçının nənəsi Rəviyyə Rzayevanın çıxarışının ləğv edilməsi və sonradan iddiaçının öz adına azaltma aparmadan aldığı çıxarışın qismən ləğvinə dair iddia tələbləri ilə müraciətlərə baxılmaqda davam olunsa da Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixində işi yekunlaşdırmaqla mübahisəni daha da mürəkkəbləşdirmişdir. Yuxarıdakı səbəblərdən Şirvan İnzibatı Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarını ləğv edib, İddiaçı İsmayıl qızının iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə prosesinin iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(120)-228/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq yuxarıda göstərilən şəxslərin iştirakı olmadan məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1, 139.-1.1.4, 140, 152.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4, 2.1, və 8.0.4-cü maddələrinə istinad edərək iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, iddiaçının Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X8 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədinin ləğv edilməsi ilə bağlı müraciətindən cavabdehin imtinası qanuna ziddir və bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün hallarını araşdırmamışdır. Başqa sözlə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, İddiaçı mülkiyyətində Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində 0,06 hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyat tarixi 09 aprel 2013-cü il, qeydiyyat nömrəsi isə **********-dır. İş materiallarında olan 10 dekabr 2008-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X13 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli MH№0009374 saylı Çıxarışa və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci ildə verilmiş 22/7-331 saylı arayışına əsasən ona məxsus Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 87.2 kv.m. yaşayış, 248.0 kv.m. köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evini nəvəsi X8 bağışlamışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, №0009421 saylı Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 87,2 kv.m. yaşayış, 248,0 kv.m. köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, M-048 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir: ünvan 9 ünvanında reyestr nömrəsi **********56 olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolu cavabdeh X10 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolunun hər iki tərəfində (şimalqərb və cənub-şərq) cavabdeh X10 tərəfindən daş hasar inşa etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 19 aprel 2019-cu il tarixli, 9694 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: ünvan 9 ünvanında reyestr nömrəsi **********56 olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolu cavabdeh X10 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolunun hər iki tərəfində (şimal-qərb və cənub-şərq) cavabdeh X10 tərəfindən daş hasar inşa etmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, xx/xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon Məhkəməsinin icraatında olmuş 2(049)-111/2019 nömrəli mülki iş üzrə məhkəmənin 16 may 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Qeyd olunan iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin olunması, cavabdeh X10 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, İddiaçı Xudaverdi qızının mülkiyyətində olan Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsi 9-da olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsindən çıxarılması, həmin hissədə cavabdeh X10 tərəfindən inşa olunmuş hasarın cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarının müəyyən etdi hissəsindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-111/2019 nömrəli, 16 may 2019-cu il tarixli qətnaməsi cavabdeh münasibətdə dəyişdirilmədən saxlamışdır və cavabdeh X5 apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarının qərara aldı hissəsindən görünür ki, cavabdeh X10 və vəkili X16 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(106)- 2962/2019 nömrəli qətnaməsi cavabdeh X8 münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunur ki, İddiaçı cavabdeh X10 arasında mübahisə predmeti olan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı təsdiqedici sübut nə birinci, nə də apellyasiya icraatı zamanı təqdim edilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək konkret halda iddiaçıya öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneçilik yaratdığından o, cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş hasarın sökülməsini tələb etməkdə haqlı olmuşdur. İş materiallarında olan (i.v.52) xx.xx.2020-ci il tarixli Çıxrışdan görünür ki, Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsi ev 9 tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan (i.v. 72) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 iyul 2022-ci il tarixli, №**********57 saylı məktubundan görünür ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ləğvi qoyulmuş həmin “Çıxarış” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər əsas götürülməklə (üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların əsas götürülməsinə münasibətdə) tərəflərindən verilmişdir. Belə ki, əvvəllər Lənkəran rayon Məhkəməsinin icraatında olan 2(049)-111/2019 saylı iş üzrə qəbul edilmiş 16 may 2019-cu il tarixli qətnamənin icrası ilə əlaqədar Lənkəran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 11 sentyabr 2020-ci il tarixli, 95843/05 nömrəli icra sənədinin icrası olaraq faktiki yerində aidiyyatı mütəxəssisin iştirakının təmin olunması ilə əlaqədar müvafiq bildirişə əsasən keçirilən müayinə zamanı həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçı şəxsin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolunun 35 kv.m. hissədə boşaldılması və borclu şəxs X10 tərəfindən yaradılan maneələrin aradan qaldırılması məlum olmuşdur. Hazırkı iş üzrə ləğvi qoyulmuş “Çıxarış” Lənkəran rayon İcra və Probasiya şöbəsinin yuxarıda barəsində qeyd olunan müvafiq icra sənədi ərazi idarəsinə daxil olmamışdan əvvəl verilmişdir. Belə ki, həmin icra sənədi qətnamə qanuni qüvvəsini aldıqdan çox sonra Ərazi İdarəsinə göndərildiyindən hazırkı vəziyyət yaranmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-938/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsi ilə X5 cavabdehlər İddiaçı və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş və həmin qətanmədən iddiaçı R.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və qətanmə dəyişdirlmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 23 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 938/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-120/2024 saylı qərarı ilə iddiaçı R.İsmayılov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-938/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, İddiaçı mülkiyyətində Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində 0,06 hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyat tarixi 09 aprel 2013-cü il, qeydiyyat nömrəsi isə **********-dır. İddiaçı həmin torpaq sahəindən təyinatı üzrə istifadə edilməsi və yaranan maneənin aradan qadlırılması ilə bağlı R.İsmayılova qarşı iddia qaldırmışdır. Həmin iddia tələbi üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, R.İsmayılov tərəfindən İddiaçı məxsus 0,06 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 0,35 kv.m. torpaq sahəsi qanuni əsas olmadan zəbt edilmişdir. Lənkəran rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsi ilə İddiaçı Xudaverdi qızının iddia tələbi qismən təmin olunmuş, cavabdeh X10 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, İddiaçı Xudaverdi qızının mülkiyyətində olan Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsi 9-da olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsindən çıxarılması, həmin hissədə cavabdeh X10 tərəfindən inşa olunmuş hasarın cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Lakin buna baxmayaraq sonradan, yəni xx.xx.2020-ci il tarixdə sözügedən mübahisəli 0,35 kv.m. olan torpaq sahəsinə R.İsmayılovun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydə alınmış və onun adına xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. Hazırda iddiaçı məhkəmə qətnamələri ilə təsdiq edilmiş yəni onun torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 0,35 kv.m. torpaq sahəsi üzərində R.İsmayılovun mülkiyyət hüququnun qeydə alınmasına və onun adına çıxarış verilməsi ilə razılaşmır və çıxarışın (qeydiyyatın) həmin hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin R.İsmayılovun adına qeydə alınmasının əsasında X7 adına tərtib olunmuş 1302 inventar nömrəli Texniki Pasport olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi, ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin, o cümlədən faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən, o cümlədən faktiki xarakterli digər fəaliyyətini tənzimləyən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, «İnzibati iсraat haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nörməli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. ... Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci, 15.1.3-cü və 15.1.5-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə və daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün konkret əsaslar müəyyən edilmişdir. Həmin əsaslar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda yer almışdır. Həmin hüquq normalarında əks olunan sənədlər hüquq sahibinə imkan verir ki, daşınmaz əmlak üzərində hüququ qeydiyyata alınsın. İşdən görünür ki, R.İsmayılovun mülkiyyətində Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsində 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 87,2 kv.m. yaşayış, 248,0 kv.m. köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi olmuş və buna dair adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyat aparılmış və xx.xx.2008-ci il tarixli, № ******* saylı Çıxarış verilmişdir. Həmin qeydin aparımasının və çıxarışın verilməsinin əsasında X13 ilə X10 arasında bağlanmış 10 dekabr 2008-ci il tarixli bağışlanma müqaviləsi olmuşdur. Həmin müqavilədən görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli MH№0009374 saylı Çıxarışa və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci ildə verilmiş 22/7-331 saylı arayışına əsasən X9 mülkiyyətində 0,03 ha torpaq sahəsi olmuşdur və həmin həcmdə torpaq sahəsi X8 bağışlanmışdır. Yəni, araşdırma zamanı müəyyən edilmişdir ki, X4 əvvəlki sahibində mülkiyyətində cəmi 0,03 ha torpaq sahəsi olmuşdur və həmin həcmdə torpaq sahəsi X1. Lakin, cavabdeh sonradan yəni, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında əks olunan texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu əsas götürərək R.İsmayılovun adına hazırda mübahisələndirilən 0,35 kv.m. torpaq sahəsini qeydə almış və onun adına xx.xx.2020-ci il tarixli Çıxarış vermişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, “Texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu özlüyündə hüququn qeydiyyata alınması üçün əsas olsa da, həmin hüquq istənilən şəxsin adına deyil, Texniki pasportda adı keçən şəxsin adına qeydə alına bilərdi. İşdə olan 1302 inventar nömrəli Texniki pasportdan görünür ki, həmin sənəd X5 adına deyil, X7 adına tərtib edilmişdir. Bu baxımdan həmin sənədə əsaslanaraq X5 mülkiyyət hüququnun qeydə alınması əsassız olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə 1302 inventar nömrəli Texniki pasportda adı keçən X7 vəfat etdiyi müəyyən olunur. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərdən çıxış edərək hesab edir ki, qanuni əsas olmadan qeyd alındığı üçün mübahisəli 0,35 kv.m. torpaq sahəsinin X5 adına qedyə alınması ilə bağlı aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarış 0,35 kv.m. aid hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün hallarını araşdırılmamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən "İnzibati icraat haqqında" Qanunun yuxarıda qeyd edilən müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. İddiaçının hazırki iddia tələbi hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqan olan 10 saylı Lənkəran Ərazi İdarəsinin publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nörməli Qərarının 17-ci bəndinə əsasən inzibati orqan tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir və bu fəaliyyət nəticəsində qeydiyyatın düzgün aparılmadığı mübahisələndirildiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərdən çıxış edərək hesab edir ki, cavabdeh inzibati orqan İddiaçı Xudaverdi qızının mülkiyyətində olan Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsi 9-da olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m torpaq sahəsini qanuni əsas olmadan X5 adına xx.xx.2020-ci il tarixli çıxarış və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədi verdiyi üçün, həmin qeydiyyat və çıxarış ləğv edilməlidir. Bundan əlavə, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarının müəyyən etdi hissəsindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(106)-2962/2019 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-111/2019 nömrəli, 16 may 2019-cu il tarixli qətnaməsi cavabdeh münasibətdə dəyişdirilmədən saxlamışdır və cavabdeh X5 apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarının əsaslandırma hissəsindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X10 arasında mübahisə predmeti olan 35 kv.m torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı təsdiqedici sübut nə birinci, nə də apellyasiya icraatı zamanı təqdim edilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək konkret halda iddiaçıya öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneçilik yaratdığından o, cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş hasarın sökülməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının hazırkı iddia tələbi sözügedən məhkəmə qətnaməsinin nəzərə alınmadan, Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X8 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) ləğv edilməsindən ibarətdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almadan Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanında yerləşən 35 kv.m hissəyə (qətnamə ilə müəyyən edilmiş iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan əraziyə) X5 adına xx.xx.2020-ci il tarixli çıxarış vermişdir. Belə ki, həmin qətnamənin icrası ilə əlaqədar Lənkəran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş icra sənədinin icrası olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsininin aidiyyəti mütəxəssisinin iştirakının təmin olunması ilə əlaqədar müvafiq bildirişə əsasən keçirilən müayinə zamanı həmin qətnamə ilə hazırki iş üzrə İddiaçı şəxsi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə gediş-gəliş yolunun 35 kv.m hissədə boşaldılması və üçüncü şəxs X10 tərəfindən yaradılan maneələrin aradan qaldırılması cavabdeh inzibati orqana məlum olmuşdur. Hazırki iş üzrə ləğvi qoyulmuş "Çıxarış” Lənkəran rayon İcra və Probasiya şöbəsinin yuxarıda barəsində qeyd olunan müvafiq icra sənədi ərazi idarəsinə daxil olmamışdan əvvəl verilmişdir. Belə ki, həmin icra sənədi qətnamə qanuni qüvvəsini aldıqdan sonra Ərazi İdarəsinə göndərildiyindən hazırki vəziyyət yaranmışdır. İddiaçı Lənkəran rayonu Mirhaşim Ağayev küçəsi 9 ünvanına X8 cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) ləğv edilməsini xahiş etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) ləğv edilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 iyun 2023-cü il tarixli 2-1(120)-228/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1(bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-97/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-97/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver