Məhkəmə qərarları › İş №2-1(106)-97/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-97/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-97/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, iddiaçı Qarabucaq-1 X1 nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1416/2024 nömrəli qərarından cavabdehin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərar qəbul etdi. İ. İşin halları: İddiaçı Qarabucaq-1” KFT cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110.6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-4185/2023 nömrəli qərardadı ilə İddiaçı KFT-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110.6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon İcra hakimiyyəti Başçısının 1996-cı il 15 noyabr tarixli 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi daimi istifadəyə verilmişdir. Sözügedən torpaq sahəsinin ümumi sahəsi 110,66 hektardır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 00076 saylı “torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı tərtib olunaraq verilmişdir. Dövlət aktında torpaq sahəsi iki hissədən ibarət olmaqla 28,1 hektarı 3-cü keyfiyyət, 82,5 hektarı isə 4-cü keyfiyyət qrupuna aid edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən və uzun müddətdir onun istifadəsində olan torpaq sahəsində tərəfindən xeyli vəsait sərf olunaraq şor suların axıdılması üçün kanallar qazılmış, suvarma şəbəkəsi qurulması üçün su xətti çəkilmişdir. Eyni zamanda torpağın münbitliyinin artırılması üçün müxtəlif mineral və üzvi gübrələr verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində taxıl əkinləri aparılaraq hər il dövlətdən taxıl məhsulu istehsalına görə subsidiya alır. Lakin, sonuncu dəfə subsidiya üçün müvafiq dövlət orqanına müraciət etdikdə ona artıq dövlət aktı əsasında subsidiya verilmədiyini, istifadə hüquqlarınıza dair çıxarışın təqdim olunduqdan sonra subsidiya verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra Kürdəmir rayon X11 mərkəzinə ərizə ilə müraciət edərək, hansı səbəbdən bizə subsidiya verilməsindən imtina olunduğunun səbəblərinin izah edilməsini istədik. Müraciətə verilən cavab məktubundan qeyd olunur ki, EKTlS-də operator tərəfindən axtarış verilən zaman Qarabucaq kəndi üzrə fermer olaraq şəxsi elektron kabinetinizdə yerləşən JN-0076, kod 90610058 nömrəli qeyd edilən sənəd əsasında 110.66 ümumi torpaq sahəsinin 106.6582 sahəsinə payızlıq buğda bitkisi bəyan edildiyi görünür. Lakin iddia etdiyiniz müvafiq torpaq sahəsinə aid sənəd 2022-2023-cü il sənədlərin təsnifatı halları üzrə ediləcək hərəkətlər barədə müvafiq reqlamentə əsasən Çıxarış sənədinə çevrilmədiyi üçün müvafiq elektron bazada tapılmadığı üçün sistem tərəfindən avtomatik təsdiqlənməmişdir. Daha sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, subsidiyanın verilməsini xahiş etsələr də, onlarında cavabı eyni qaydada olmuşdur. Verdikləri imtina əsaslarının qanunsuz olduğunu müraciət məktublarında izah etməyə çalışsalar da əsassız olaraq çıxarışın olmamasını bəhanə gətirərək subsidiyanın verilməsindən imtina etmişlər. Cənab Prezidentin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına uyğun olaraq dövlət aktının çıxarış ilə əvəz olunmasının 2025-ci ilin yanvarın 1-dən məcburi olduğu aydın məsələdir. Onlara isə müraciətdə çıxarış olmadığı üçün sistemdə təsdiqlənmədiyi bildirilir. Sistemin yalnış şəkildə qurulması onların iradəsindən asılı olan hal deyil. Təbii haldır ki, əgər onların çıxarışı mövcud deyilsə sistem bunu tapmayacaq. Ama yuxarıda qeyd edilən Fərmana istinadən bir daha qeyd edir ki, çıxarış yalnız 2025-ci ilin yanvarın birindən istisnasız tələb oluna bilər. Onların isə hazırda dövlət aktı var və qüvvədədir, buna uyğun olaraqda hər il subsidiya alırlar. Onlara ünvanlanan məktubda həmçinin 2022-2023-cü il sənədlərin təsnifatı halları üzrə ediləcək hərəkətlər barədə müvafiq reqlamentdən bəhs edilir. Necə ola bilər ki, hər hansı bir reqlament normativ hüquqi akt hesab edilən Azərbaycan Respublikasının Fərmanından üstündür və yaxud ona ziddir. Əgər ziddirsə, bunun həll yolu qanunvericiliklə tənzimlənib. Həll yolu odur ki, daha üstün hüquqi qüvvəyə malik olan Fərman tətbiq olunmalıdır. Reqlament qanunvericiliyə uyğun müəyyən edilməlidir. Qanunvericiliyin tətbiq edilməsi üsullarını sadələşdirməlidir. Hazırkı halda isə qanunla yanaşı onların hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən 2022-2023-cü il üzrə 110,6582 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1416/2024 saylı qərarı ilə iddia təmin edilmiş, 2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: 01 yanvar 2020-ci il tarixdən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’na (bundan sonra - Qayda) uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (bundan sonra - EKTİS) üzərindən həyata keçirilir. Adı çəkilən Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının 30-dək, yazlıq əkinlər və meyvə bağları ducvöm) və yeni) üzrə növbəti il fevralın 1-dən başlayaraq may ayının 31dək müəyyən edilmişdir. 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə (01.09-xx.xx.2022 il tarixlərində) EKTİS-ə daxil edilən 110,66 hektar payızlıq buğda əkini qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı kəndli fermer təsərrüfatı tərəfindən sığortalanmamış və sığorta müqaviləsinə dair məlumatlar SİS-ə daxil edilməmişdir. Həmçinin 2022-2023-cü əkin ili üzrə EKTİS-ə daxil edilən 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd təlvöD) aktı JN: 0076, ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənməmişdir. Qeyd edilənləri, o cümlədən “Qarabucaq-T’ kəndli fermer təsərrüfatının rəhbəri Qanuni nümayəndə oğlu tərəfindən qanunvericiliyin tələbləri pozularaq bitkilərin sığortalanmamasını, habelə hüquqi aktlarla müəyyən olunmuş müddətdə sənədləri təqdim etməli olduğu halda vaxtında sənədlərin təqdim olunmamasını nəzərə alaraq iddiaçıya subsidiya hesablanması mümkün olmamış və ödənilməmişdir. Məhkəmə gəldiyi nəticəni qanunvericilik normaları ilə əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanının tələbləri açıq-aşkar pozulmuşdur. Hazırkı iddia tələbinin təmin olunması ilə bağlı məhkəmə qərarının qüvvədə saxlanılması həm də subsidiya alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsi və prosedurlara riayət etməsində lazımi məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxaracaqdır. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1416/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı Qarabucaq-1 X1 nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)- 1416/2024 nömrəli qərarının qüvvəsində saxlanımasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: -Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X6” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X7 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik vəheyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X11 mərkəzlərinin (bundan sonra-DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-Agentlik) həyata keçirir. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti) 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı 11 avqust 2023-cü il tarixli, 3- 22/2-A-30xx-xx- 3227/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, əkin subsidiyasını ala bilməməyiniz barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Növbəti əkin ili (2023-2024) üzrə əkin subsidiyasından yararlanmaq üçün sığorta predmeti olan əkinlərin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanması, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək istifadənizdə olan 110,66 hektar torpaq sahəsinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya həmin torpaq sahəsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədinin əldə edilərək EKTİS-ə daxil edilməsi tövsiyə olunur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı 21 dekabr 2023-cü il tarixli, 3-22- 2/2-2620/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 2022-ci ilədək İddiaçı kəndli (fermer) təsərrüfatına subsidiyanın verilib-verilməməsi barədə məlumatın və subsidiyanın alınması üçün təqdim edilmiş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız müraciətə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X5 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Habelə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin “X6” informasiya sisteminə (bundan sonra - EKTİS) inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Bununla əlaqədar fermerlərə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadələrində olan torpaq sahələrinə dair məlumatların EKTlS-ə inteqrasiyasının təmin edilməsi və ya torpaq sahələrindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədlərini əldə edərək EKTİS-ə daxil etmələri tövsiyə olunur. 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 110,66 hektar payızlıq buğda əkini qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmamışdır. İddiaçı KFTnin EKTİS-ə daxil edilmiş, lakin inteqrasiyadan daxil olmayan 110,66 hektar torpaq sahəsinə dair təqdim etdiyi sənədlərin surətləri əlavə olunur (EKTİS-ə daxil edilmiş nüsxələrlə eynidir). Əlavə olaraq bildiririk ki, 2022-ci ilədək İddiaçı KFT-yə EKTİSdə subsidiya hesablanmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı KFT xx.xx.2004-cü il tarixdən etibarən ********** nömrəli VÖEN-ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. xx.xx.1997-ci il tarixli, Kod 90610058, JN-0076 nömrəli Torpağdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə 110.66 ha torpaq sahəsi İddiaçı KFT-nin (Qanuni nümayəndə) mülkiyyətinə verilmişdir. Aqrar Sığorta Fondunun məhkəməyə ünvanladığı 14 mart 2024-cü il tarixli, 12-9/2- 224/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəməyə məlumat və sənədlərin təqdim olunması ilə əlaqədar Şirvan İnzibati Məhkəməsi tərəfindən göndərilmiş 2024-cü il 23 yanvar tarixli, 2-1(120)-1416/2024 nömrəli sorğunuza Aqrar Sığorta Fondunda (bundan sonra - Fond) aidiyyəti qaydada baxılmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı Kəndli fermer təsərrüfatı ilə Fond arasında 110,66 hektar payızlıq buğda əkini sahəsinin 2022- 2023-cü il əkin mövsümü üzrə sığortalanması barədə sığorta müqaviləsi mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/1581 nömrəli arayışından görünür ki, Kürdəmir rayonu, Qarabucaq kəndində İddiaçı KFT-nin adına 110.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. X6 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Qanuni nümayəndə 2022 noyabr tarixli əkin tarixi üzrə 82.516 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qarabucaq kənd inzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-56-27/2-84/2024 nömrəli arayışından görünür ki, İddiaçı KFT 2022-2023-cü təsərrüfat ilində onlara məxsus 110,66 ha torpaq sahəsində buğda əkmişdir. Kürdəmir rayon Qarabucaq qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 133 nömrəli arayışından görünür ki, İddiaçı KFT 2022- 2023-cü təsərrüfat ilində onlara məxsus 110,66 ha torpaq sahəsində buğda əkmişdir xx.xx.2023-cü il tarixli, BD2 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı KFT tərəfindən sığortalanmalı olan bitkinin becərilməsinə görə Aqrar Sığorta Fonduna 1576,33 manat ödəniş edilmiş, lakin texniki səhv olaraq İddiaçı KFT –nin adından deyil "xxxx" MMC-nin sığortalanması kimi qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının 15 noyabr 1996-cı il tarixli 325 saylı Sərəncamı ilə İddiaçı KFTnin mülkiyyətinə 110,66 hektar torpaq sahəsi və mülkiyyət hüququnu təsdiq edən JN-0076, kod 90610058 nömrəli Dövlət Aktı verilmişdir. Cavabdeh tərəfin izahatından aydın olur ki, iddiaçı həmin sənəd əsasında əvvəlki illər üçün nəzərdə tutulmuş subsidiya ödənişlərində istifadə etmişdir. İddiaçı KFT Qarabucaq kəndi üzrə fermer olaraq şəxsi elektron kabinetinizdə yerləşən JN-0076, kod 90610058 nömrəli qeyd edilən sənəd əsasında 110.66 ümumi torpaq sahəsinin 106.6582 sahəsinə payızlıq buğda bitkisi bəyan edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir, digər səndlərlə həqiqətən iddiaçı tərəfindən 110,66 ha torpaq sahəsində buğda əkilməsi sübuta yetirilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, İddiaçı KFT tərəfindən sığortalanmalı olan bitkinin becərilməsinə görə Aqrar Sığorta Fonduna 1576,33 manat ödəniş edilmiş, lakin texniki səhv olaraq İddiaçı KFT –nin adından deyil "xxxx" MMC-nin sığortalanması kimi qeyd edilmişdir. 110,66 ha torpaq sahəsi İddiaçı KFT istifadəsindədir, həmin torpaqlarda hər il əkin həyata keçirilməklə biçin nəticəsində məhsul götürülür. Bundan başqa yuxarıda qeyd olunan Qaydaların 3.8.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi təqdim etməlidirlər. Cavabdeh tərəfin imtina əsaslarına biri olan torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 2025-ci il yanvarın 1-dən etibarən tələb olunmalıdır. Göründüyü kimi, həm sığortaolunma, həmçinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı cavabdeh tərəfin mövqeyinin əsassız olduğu tam sübuta yetmişdir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1416/2024 qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar