Məhkəmə qərarları › İş №2-1(106)-975/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-975/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-975/2025 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 1153.3 kvadrat metr “Əmlak kompleksi kimi müəssisə”, həmçinin onun yerləşdiyi və istifadəsində olan 21907.6 kvadrat metr torpaq sahəsi iddiaçının mülkiyyətindən və istifadəsindən məhrum edilərək söküntü, tikinti, təmir işləri aparıldığı üçün 590000 AZN kompensasiyanın cavabdeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## #### 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti adi cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Iqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonun Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətində olan, xəstəxana tikintisi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 2.0 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanmasından ötrü Cəlilabad Rayonu Icra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli *** nömrəli məktubu X11 Təşkili üzrə Dövlət Agentliyinə daxil olmuşdur. Həmin müraciətə əsasən yerquruluşu planının hazırlanmasından ötrü, Əmlak Məsələləri Dövlət Xidtmətinin Cəlilabad Ərazi şöbəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad Layihə Tədqiqat Idarəsinin nümayəndəsinin, Cavabdeh nümayəndəsinin iştirkaları ilə naturada həmin torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib edilmiş, hazırlanmış yerquruluşu planı ##.##.2020-ci il tarixdə ********** nömrəli məktubla aidiyatı üzrə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, müraciətdə qeyd edilən akt naturada baxış keçirilən zaman tərtib edilmiş baxış aktıdır və müraciətinzə qoşma etdiyiniz baxış aktı "xxxx” publik hüquqi şəxsinin * saylı Cəlilabad Ərazi Idarəsinin elektron sənəd dövriyyəsində olan baxış aktı ilə eynilik təşkil edir. Həmin 2020-ci il tarixli baxış aktı ilə baxış zamanı torpaq sahəsinin mülkiyyət növünün dövlət, kateqoriyasının ehtiyat fondu torpaqları, uqodiyasının örüş, ərazidə tikili və obyektin mövcud olmaması, kommunikasiya xətlərinin 10 kv elektrik xəttinin olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş əmlak kompleksinin cavabdeh tərəfindən sökülməsi öz təsdiqini tapmır, həmçinin iddiaçı tərəfindən də həmin halı sübut edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulduğunu əsaslandıra bilmir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən Əmlak kompleksi kimi müəssisə ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak kompleksinin üzərindəki qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1153.3 kvadrat metr olmaqla (xususi mülkiyyət), əmlak kompleksinin istifadəsindəki ümumi torpaq sahəsi 21907.6 kvadrat metr (istifadə hüququ) təşkil etməkdədir. Bildirir ki, İddiaçı mülkiyyət hüququ kobud şəkildə pozulmuş, heç bir əsas olmadan, məhkəmə qərarı olmadan, kompensasiya ödənilmədən Cəlilalabad rayonu Göytəpə şəhərində yerləşən ona məxsus əmlak kompleksi kimi müəssisə sökülərək, həmçinin istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq istifadəsindən alınaraq mülkiyyətindən məhrum edilmişdir. Belə ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən şifahi şəkildə bildirilmişdir ki, onlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında ərazidə xəstəxana tikintisi aparılmaqdadır. Mülkiyyətçi tərəfindən müvafiq qurumlara müraciətlər edilmiş, lakin nəticə əldə olunmamışdır. Torpaqların dövlət ehtiyacları üçün alınması dedikdə, dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına həmin torpağın könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. Torpaqların dövlət ehtiyacları üçün alınması müxtəlif qanunvericilik aktları ilə tənzimlənir ki, bunlar Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən etiraz onunla əsaslandırılır ki, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 # ###### 2020-ci il tarixində notarial qaydada ərizə verərək Cəlilabad rayonu, Göytəpə şəhəri, Fəzail Bayramov küçəsində yerləşən mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 21769.2 kv.m torpaq sahəsinin 20000 kv.m-dən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətinə ümumi sahəsi 1153.3 kv.m əmlak kompleksi kimi müəssisə və istifadəsinə 0.1214 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tikilməkdə olan X14 şəhər xəstəxana binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə rayon icra hakimiyyətinə müraciəti əsasında Göytəpə şəhəri, Fəzail Bayramov küçəsində 2,0 ha torpaq sahəsi seçilmişdir. 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası üçün torpaq sahəsinin ayrılmasına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən etiraz edilməmişdir. Torpaq sahəsinin ayrılmasına müvafiq qurumlardan verilən rəylər zamanı ərazidə hər hansı tikili mövcud olmamış və rayon icra hakimiyyəti tərəfindən hər hansı söküntü, tikinti işləri aparılmamışdır. Cavabdeh başçısının ## ####### 2020-ci il tarixli, ** nömrəli sərəncamı ilə Göytəpə şəhər xəstəxanasının tikintisi üçün qeyd olunan ərazidən 2,0 ha torpaq sahəsi ayrılmışdır. Inşası nəzərdə tutulan 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binasının layihə sənədlərinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzindən və layihə sənədlərinin ekspertiza olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Ağentliyi Təsisatdan kənar Dövlət Ekspertiza Baş Idarəsindən müvafiq rəylər verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı İddiaçı iddia ərizəsinin məhkəmə qaydasında araşdırılmasına etiraz edirlər. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etmişdir, əlavə olaraq bildirmişlər ki, Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. Apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Üçüncü şəxslər AR Səhiyyə Nazirliyi və “X4” MMC məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən nümayəndələri məhkəmə iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətində olan və istifadəyə verilmiş 0.1214 ha torpaq sahəsində ümumi sahəsi 1153.3 ha Əmlak kompleksinə dair mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin ##.##.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi əsasında xəstəxana binasının tikintisi məqsədilə aynimasına rəy bildirilməsi barədə ##.##.2020-ci il tarixli, *** nömrəli məktubunuza Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, yuxarıda qeyd olunan məktuba qoşma edilmiş cizgi üzrə ayrılması təklif olunan 2,0 ha torpaq sahəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli, *** nömrəli Fərmanının müddəalarına riayət etmək, həmçinin torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə ayrılmasına etiraz etmirik. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətinə aid 2,0 hektar torpaq sahəsinin Azerbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında xəstəxana tikintisi məqsədilə aynlmasına rəy bildirilməsi barədə # ###### 2020-ci il tarixli *** nömrəli müraciətinizə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. ## ###### 2020-ci il tarixli ************ nömrəli cavab məktubuna əlavə olaraq bildiririk ki, qeyd edilən 2,0 hektar torpaq sahəsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında xəstəxana tikintisi məqsədilə ayrılmasına etiraz etmirik. Cavabdeh Başçısının ##.##.2020-ci il tarixli, ** nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2020-cı il ## ###### tarixli **/**-*** nömrəli, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-cı il ## ####### tarixli ************ nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2020-ci il ## #### tarixli **/****-R nömrəli məktubları və Memarlıq və tikinti şöbəsinin 2020-cu il ## ####### tarixli ** nömrəli vəsatəti nəzərə alınaraq Goytəpə şəhər xəstəxanasının tikintisi uçun Göytəpə şəhəri ərazisində dövlət mülkiyyətinə aid 2.0 ha torpaq sahəsi ayrılsın. Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ************* nömrəli, 0# ###### 2020-ci il tarixində notarial qaydada verdiyi ərizədən müəyyən olunur ki, o, Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsində yerləşən mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 21769.2 kv.m torpaq sahəsinin 20000 kv.m-dən imtina etmiş və 1769.2 kv.m istifadəsində qalmaqla texniki pasportda cari dəyişiklik edilməsinə və yeni çıxarış verilməsinə etiraz etməmişdir. Cavabdeh Başçısının aparatının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığı ##.##.2020-ci il tarixli, **** nömrəli məktubunda qeyd edilmişdir ki, Göytəpə şəhərində xəstəxana tikintisi ilə əlaqədar Cavabdeh başçısının 2020-ci il ## ####### tarixli ** nömrəli Sərəncamı ilə rayonun Göytəpə şəhəri ərazisində 2,0 hektar torpaq sahəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin istifadəsinə ayrılmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdehlər üçüncü şəxs1 MMC-yə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-**(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan istehsal təyinatlı, ümumi sahəsi 1153,3 m2 (torpaq sahəsi 0,1214 ha) olan “Əmlak kompleksi kimi müəssisə”də, həmçinin onun yerləşdiyi və (dövlət mülkiyyətində olmaqla) istifadəsində olan torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, söküntü, tikinti, təmir işlərinin aparılması üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər şəxslərə qadağan olunmuşdur. Müvəqqəti təminat tədbiri 1 ay müddətinə tətbiq edilməklə, ##.##.2024-cü il qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 X10 Ekspertiza Baş Idarəsinin “Cəlilabad rayonu, 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası” obyektinin tikinti layihəsinə aid № ***** nömrəli, ##.##.2023-cü il tarixli ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Cəlilabad rayonu, 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binası (İ mərhələ üzrə ümumi tikinti işləri)nın resurs metodu ilə hesablanan lokal smetalar üzrə cəmi - 4995,378 min manat, o cümlədən TQI 4995,378 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonun Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətində olan, xəstəxana tikintisi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 2.0 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanmasından ötrü Cəlilabad Rayonu Icra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli *** nömrəli məktubu X11 Təşkili üzrə Dövlət Agentliyinə daxil olmuşdur. Həmin müraciətə əsasən yerquruluşu planının hazırlanmasından ötrü, Əmlak Məsələləri Dövlət Xidtmətinin Cəlilabad Ərazi şöbəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad Layihə Tədqiqat Idarəsinin nümayəndəsinin, Cavabdeh nümayəndəsinin iştirkaları ilə naturada həmin torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Hazırlanmış yerquruluşu planı ##.##.2020-ci il tarixdə ********** nömrəli məktubla aidiyatı üzrə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, müraciətnizdə qeyd etdiyiniz akt naturada baxış keçirilən zaman tərtib edilmiş baxış aktıdır və müraciətinzə qoşma etdiyiniz baxış aktı “xxxx” publik hüquqi şəxsinin * saylı Cəlilabad Ərazi Idarəsinin elektron sənəd dövriyyəsində olan baxış aktı ilə eynilik təşkil edir. Həmin 2020-ci il tarixli baxış aktı ilə baxış zamanı torpaq sahəsinin mülkiyyət növünün dövlət, kateqoriyasının ehtiyat fondu torpaqları, uqodiyasının örüş, tikili və obyektin mövcud olmaması, kommunikasiya xətlərinin 10 kv elektrik xəttinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikasinin Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Dövlət reyestrindən verilmiş 806011001723-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, 20000 kv.metr torpaq sahəsindən imtina etməsi barədə və həmin ərizənin icra olunmadan geri qaytarılması barədə İddiaçı nümayəndəsi X7 ərizələrinin təsdiq olunmuş surətləri göndərilir. Eyni zamanda, qeyd olunur ki, əmlak kompleksinin məhv olunması və onun üzərində əmlakın məhvinə dair hər hansı əməliyyat aparılması üçün xxxx publik hüquqi şəxsin * saylı Cəlilabad Ərazi Idarəsinə müraciət daxil olmadığından 806011001723-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış qüvvədə qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunan əsaslarla iddianı mümkün hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Iddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. X1 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə, qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa, iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. X5 ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə iddianın qeyd olunan hissəsi hüquqi müdafiəyə ehtiyacdan söhbət gedə bilməz. Hüquqi müdafiəyə ehtiyac yoxdursa, deməli, iddia da mümkünsüzdür. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xisməti xxxx PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən daxil olmuş ## ####### 2025-ci il tarixli məktubdan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhər ərazisində yerləşən dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarından xəstəxana tikintisi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 2 hektar torpaq sahəsinin yerquruluşu planı hazırlanarkən torpaq sahəsi üzərində hər hansı bir tikili olmamışdır. Iş materiallarından göründüyü kimi, iddiaçı Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 1153.3 kvadrat metr “Əmlak kompleksi kimi müəssisə”, həmçinin onun yerləşdiyi və istifadəsində olan 21907.6 kvadrat metr torpaq sahəsi iddiaçının mülkiyyətindən və istifadəsindən məhrum edilərək söküntü, tikinti, təmir işləri aparıldığı üçün 590000 AZN kompensasiyanın cavabdeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini tələb etsə də, söküntü işlərinin məhz Cavabdeh tərəfindən aparılması, ona hər hansı məbləğdə ziyan dəyməsinə dair hər hansı sübut təqdim etməmişdir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar