Məhkəmə qərarları › İş №2-1(106)-976/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-976/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-976/2025 19.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X28 oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Salyan rayonunun Yolüstü Bələdiyyəsinə qarşı “Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3732/2025 nömrəli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Salyan rayonunun Yolüstü Bələdiyyəsinə qarşı “Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 21 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-3732/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi Salyan rayonu, Düzənlik bələdiyyəsinin mülkiyyətindədir, bundan başqa xx.xx.2007-ci il tarixli qərarlaX6 25 il müddətinə icrayə verildiyi üçün subyektiv hüquq Salyan rayonu, Düzənlik bələdiyyəsinə və icarəçi X6 məxsusdur. İddiaçılar mübahisələndirdikləri torpaq səhəsinin onlara məxsus olamasına (mülkiyyət, istifadə və icarə) dair hər hansı sübutu məhkəməyə tədim etməmişdirlər. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 xx.xx.2007-ci ildə Salyan rayonu Düzənlik Bələdiyyəsindən 25 il müddətinə 8.55 ha, 7.85 ha, 5.7 ha və 7.9 ha torpaq sahəsi olmaqla cəmi 30 ha ehtiyat fondu torpaqdan icarəyə götürmüşdür. Həmin icarə hüquqları üzrə 8.55 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 7.85 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 5.7 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** və 7.9 ha torpaq sahəsinə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışlar almışdır. Hazırda həmin torpaq sahəsində şəhid ailəsi olan bacısı Nümayəndə etibarnamə ilə istifadə etmək istədiyi zaman ona maneçilik hərəkətləri törədilir. Artıq uzun müddətdir ki, bu problemlə üzləşmişlər. Həmin torpaq sahəsinə şumlamaq üçün texnika aparılan zaman əlbir olaraq texnikanın işləməyə qoymurlar və bununlada torpaqdan normal istifadəyə maneəçilik törədirlər. Kənd sakinləri X18, X32, X8, X22, X27, X12, X23, X9, X15, X19, X34,X13, İddiaçı2, İddiaçı1, X10 və X20 olmaqla onun torpaq sahəsinə gedən yola çıxararaq maneəçilik edirlər. Salyan Rayon Polis şəbəsində araşdırma aparılmış və həmin bəzi təqsirkar şəxslər barəsində tədbir görülmüşdür. Barələrində cəza təyin edilmişdir. Buna baxmayaraq torpağını yenə də əkə bilmir. X18, X32, X8, X22, X27, X12, X23, X9, X16, X19, X17, X13, İddiaçı2, İddiaçı1, X10, X20 maneəçilik hərəkətlərini davam etdirir, tarla işlərini aparması, texnikanın iş görməsi, əkin işlərinin aparılması, torpağın əkinə hazırlanması üçün olan hərəkətləri aparılmasına xuliqanlıq etməklə maneəçilik törədir və bu şəxslər barələrində heç bir tədbir görülmür. Həmin torpaq sahəsi onunla icarə müqaviləsi bağlanılmaqla verilmişdir. Kənd sakinləri 30 ha torpaq sahəsində qazanc əldə edəcəyimə maneə törətməklə ziyan vurmuşlar. Bildirmək istəyirlər ki, X5 qeyd etdikləri yalan və cəfəngiyatdır. Belə ki, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı 1284 ha təşkil edirdi. Hal-hazırki X5 atası X1 olan dövrdə həmin torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərin istifadə və sərancamına verilmişdir. Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı halhazırda 50 ha təşkil edir və onun 30 ha hissəsi iddiaçı qismində çıxış edən X11 ilə qanunsuz icarə müqaviləsi bağlanılaraq onun istifadəsinə verilmişdir. İcarə müqaviləsi X11 ilə Salyan rayonu Düzənlik Bələdiyyəsi arasında bağlanmışdır. Tərəflərindən Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinə vəkil sorgusu təqdim edərək müvafiq icarə müqavilələrinin təqdim edilməsini xahiş etmişlər. Sorğularına cavab olaraq bildirilmişdir ki, hal-hazırda adı çəkilən icarə müqavilələri Bələdiyyənin arxivində mövcud deyildir. Hesab edirlər ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Bunun da nəticəsi olaraq 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** və 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışlar etibarsızdır və heç bir hüquqi əsası yoxdur. Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsasən məhkəmədən Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın,Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın,Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, X5 qeyd etdikləri yalan və cəfəngiyatdır. Belə ki, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı 1284 ha təşkil edirdi. Hal-hazırki X5 atası X1 olan dövrdə həmin torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərin istifadə və sərancamına verilmişdir. Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı hal-hazırda 50 ha təşkil edir və onun 30 ha hissəsi iddiaçı qismində çıxış edən X11 ilə qanunsuz icarə müqaviləsi bağlanılaraq onun istifadəsinə verilmişdir. İcarə müqaviləsi X11 ilə Salyan rayonu Düzənlik Bələdiyyəsi arasında bağlanmışdır. Tərəflərindən Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinə vəkil sorgusu təqdim edərək müvafiq icarə müqavilələrinin təqdim edilməsini xahiş etmişlər. Sorğularına cavab olaraq bildirilmişdir ki, hal-hazırda adı çəkilən icarə müqavilələri Bələdiyyənin arxivində mövcud deyildir. Hesab edirlər ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Bunun da nəticəsi olaraq 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi **********, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** və 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2024-cü ildə qeydiyyat nömrəsi ********** ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışlar etibarsızdır və heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi, 7.85 ha torpaq sahəsi, 5.7 ha torpaq sahəsi və 7.9 ha torpaq sahəsi çıxarışlara əsasən X14 verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahələri Bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. İddiaçılar hazırda həmin qərarlarla ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməli olan torpaq sahəsi olduğunu iddia edir. Başqa sözlə, iddiaçılar hesab edir ki, mübahisələndirilən bələdiyyə qərarları, onun əsasında verilmiş icarə müqavilələri və çıxarışlar etibarsız hesab edilməlidir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıların mübahisələndirdiyi torpaq sahələrinin hər hansı hüquqi əsasla iddiaçılara məxsus olsun. Başqa sözlə, hazırkı iddianı qaldırmaqda iddiaçıların subyektiv hüququ o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən iddiaçılara məxsus torpaq sahəsi başqa şəxslərin istifadəsinə verilmiş olsun. Lakin iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçıların iddia etdiyi, hazırda mübahisələndirilən bələdiyyə qərarı üçüncü şəxsə ayrılmış torpaq sahələrinin iddiaçılarla ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıların iddia etdiyi, hazırda mübahisələndirilən bələdiyyə qəraı ilə üçüncü şəxsə ayrılmış torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə tam olaraq qanunsuzdur və birbaşa olaraq qanunlara ziddir. Məhkəmənin mövqeyindən fərqli olaraq hesab edir ki, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı 1284 ha təşkil edirdi. X1 olan dövrdə həmin torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərin istifadə və sərancamına verilmişdir. Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik kəndinin ümumi istifadəsində olan örüş torpağı hal-hazırda 50 ha təşkil edir və onun 30 ha hissəsi X11 ilə qanunsuz icarə müqaviləsi bağlanılaraq onun istifadəsinə verilmişdir. İcarə müqaviləsi X11 ilə Salyan rayonu Düzənlik Bələdiyyəsi arasında bağlanmışdır. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasənyerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Prosessual məsələlər: İddiaçılar məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişlər. Üçüncü şəxsin nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Salyan rayonu, Düzənlik bələdiyyəsinin xx.xx.2007-ci il tarxli qərarı ilə X6 bələdiyyə mülkiyyəti məxsus ərazidən kənd təsərüfatı məhsulları istehlak etmək üçün 47,0 (qırx yeddi) ha torpaq səhəsinin icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayonu, Düzənlik bələdiyyəsi ilə X11 arasında xx.xx.2007-ci il tarixdə torpaq icarə müqaviləs bağlanmış, həmin müqaviləyə əsasən kənd təsərüfatı məhsulları istehlak etmək üçün 47,0 (qırx yeddi) ha torpaq səhəsinin 25 (iyirmi beş) il müddətinə icarəyə verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlikkəndində yerləşən 7.85 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlik kəndində yerləşən 5.7 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlik kəndində yerləşən 8.55 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024- cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Salyan rayonu, Düzənlik kəndində yerləşən 7.9 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. İddiaçıların hazırkı iddia tələbi Azərbaycan Respublikası Salyan Rayonunun Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsinin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. Həmin Məcəllənin (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) 16-cı maddəsinin 3cü bəndinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarasıüçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) 16-cı maddəsininin 4-cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Həmin Məcəllənin 47-ci maddəsininin 2-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsininin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 47-ci maddəsininin 3-cü bəndinə əsasən 6-cı bəndinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıların iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqi əsasla onlara məxsus olmasıdır. İşin faktiki hallarından isə görünür ki, iddiaçıların mübahisəli torpağa dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Bu zaman torpaq sahəsinin qanuni əsaslarla digər şəxsin icarəsinə verilməsi onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması anlamına gəlmir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ilə onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə iddiaçıların subyektiv hüququnun olması üçün torpaq sahəsi bələdiyyələrin ümumi istifadəsində olan, o cümlədən əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahəsi olmalıdır. Hazırki iş üzrə iddiaçılar apellyasiya şikayətinin dəlili kimi mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmasını irəli sürsələr də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunun əksi olaraq iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Salyan rayonu Yolüstü bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş və bələdiyyənin qərarına əsasən üçüncü şəxsə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış, üçüncü şəxsin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3732/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar