Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-977/2025 19.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətə qəbul edilməyi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2-1(120)-2274/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasınin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətə qəbul edilməyi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibаti Məhkəməsinin 27 fevral 2025-ci il tаriхli, 2-1(120)-2274/2025 nömrəli qərardadı ilə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh sırasından çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tanınması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 20 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-2274/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrin elan olunduğu və onun həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı vaxtdan, yəni hərbi hissəni tərk etdiyi xx.xx.2023-cü il tarixdən başlamışdır. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1993-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. xx.xx.2011-ci il tarixində əsgər rütbəsi ilə hərbi xidmətə başlamışdır. xx.xx.2017-xx.xx.2023-cü illərdə kəşfiyyatçı kimi xidmət göstərmişdir. xx.xx.2023-cü il tarixində “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin “e” bəndinə əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmətdə olduğu müddətdə döyüşlərdə iştirak etmiş, həmişə fərqlənmiş heç vaxt ona intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2023-cü ildə antiterror əməliyyatlarında iştirak edən zaman yaralanmış hərbiçiyə tibbi xidmət göstərən zaman, digər bir əsgəryoldaşı tərəfindən video görüntü ilə çəkilmiş və sonra həmin əsgər tərəfindən digər şəxsə göndərilmişdir. Sonradan İddiaçı təkidi nəticəsində video telefondan silinsə də, göndərilmiş şəxs tərəfindən sosial şəbəkələrdə paylaşılmışdır. Antirerror əməliyyatlarından qayıdandan sonra İddiaçı çağırmışdılar və bu barədə izahat almışdırlar. İzahat alındıqdan sonra yenidən hərbi hissəyə qayıtmış və xidmətə davam etmişdir. Daha sonra 2023-cü ilin noyabr ayının sonunda hərbi xidmətdən uzaqlaşdırıldığı barədə ona məlumat vermişlər. Halbuki öz xidmət etdiyi hərbi hissə belə bu barədə məlumatlı olmamışdır. İddiaçı ilə heç bir söhbət aparılmadan, məlumat verilmədən xidməti uyğunsuzluğa görə “Hərbi Xidmətkeçmə haqqında əsasnamənin 156 “e” (Xidməti uyğunsuzluq) əsasən ehtiyata buraxılmışdır. Ona hərbi hissəni tək etmək bildirilsə də hansı əsasla bunun edildiyi bildirilməmişdir. xx.xx.2023-cü il tarixli əmr isə ona təqdim edilməmişdir. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinın xx.xx.2023cü il tarixli əmrinin ləğv edilməsi və həqiqi hərbi xidmətə qəbul edilməyi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, hərbi qulluqçu olmuşdur. xx.xx.2023-cü il tarixində xidmətə uyğunsuzluqla işdən çıxarılmışdır. İşdən çıxarılandan sonra Müdafiə Nazirliyinə müraciət etmiş, lakin müsbət nəticəsi olmamışdır. Digər dövlət orqanlarına müraciət etməmişdir. Xəstə olduğu, o cümlədən müalicə aldığı üçün məhkəməyə gec müraciət etmişdir. Ambulator şəraitində müalicə almışdır. 1 il 10 gün sonra məhkəmədə iddia qaldırmışdır. Səhhətilə əlaqədar ötürülmüş müddəti bərpa edərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Cavabdeh ərizə ünvanlayaraq üzrlü səbəbdən nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Müdafiə Nazirliyinin Quru Qoşunlarının Komandanının xx.xx.2023-ci il tarixli, 0120gm nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 1-ci Əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat tağımının əməliyyat qrupunun komandiri İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. - İddiaçının barəsində əmr qəbul edilməmişdən öncə 16.102.2023-cü il tarixdə söhbət vərəqəsi tərtib edilmiş, o ehtiyata buraxılmamasını və qalıb xidmətini davam etdirməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimat tərtib edilmişdir. xx.xx.2023-ci il tarixli, 0120gm nömrəli əmrindən sonra Azərbaycan Respublikasınin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində qeydiyyata düşmüşdür. Bundan başqa iddiaçı xidməti vəzifəsinin icrası ilə bağlı xidmət keçdiyi hərbi hissəyəburaxılmadığı halda artıq onun xidmətdən təxris edildiyi barədə məlumatlı olmasına əsas verir. Bu halların mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi əmrin məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. - Kitabçadan çıxarışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə ambulator qaydada müalicədə olmuşdur. İddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə təxminən 11 (on bir) ay sonra məhkəməyə daxil olmuşdur. Digər ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçı xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə ambulator qaydada müalicədə olmuşdur. Bu hal onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsi məhkəməyə təqdim edilən zaman həmçinin iddia ərizəsi tədim edildikdən sonra iddiaçı ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Belə ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrin elan olunduğu və onun həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığı vaxtdan, yəni hərbi hissəni tərk etdiyi xx.xx.2023-cü il tarixdən başlamışdır. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə, İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2-1(120)-2274/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-977/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-977/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver