Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-978/2025 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı İsa oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İsa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli **** nömrəli qərarında qeyd edilmişdir ki, “...İmişli RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı İsa oğlunun hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən ##.##.1997-ci ildə aldığı və ##.##.1997-ci ildən ##.##.1997-ci ilə kimi Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin ##.##.2018-ci il tarixli **** nömrəli göndərişi, ##.##.2018-ci il tarixli *** nömrəli arayışı, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2018-ci il tarixli *** nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və ##.##.2018-ci ildə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə. III (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası, remissiya mərhələsində. Vegetativ-damar distoniyası” (MN Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli ** nömrəli xəstəlik haqqında şəhadətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X1 tərəfindən əsas diaqnoz: K73.2-Başqa rubrikalarda təsnif olunmayan xroniki aktiv hepatit, xroniki aktiv hepatit, persistəedici forma; Ağırlaşmalar: R18 -Assit, assit (Meduz başı), hepatorenal sindrom, I85.9- Qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, qida borusu venalarının varikoz genişlənməsi II dərəcə, K74.6-Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, qaraciyərin qarışıq tip (C virusu + toksiki) sirrozu, dekompensasiya mərhələsi, R16.2 - Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, hepatosplenomeqaliya, R16-Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya və hepato-toksik sindromla gedən ensefalopatiya, K76.6-Portal hipertenziya, portal hipertenziya; Yanaşı xəstəliklər: D50.0-Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, xroniki hipoxrom anemiya, orta ağır forma, I67.8-Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, hipertenziv ensefalopatiya, F44.8-Digər dissosiativ (konversion) pozuntular, konversion tipli nevrotik pozuntu, G40.5-Xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə), I67.4-Hipertenziv ensefalopatiya, beynin xroniki işemiyası; G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegetodamar distoniyası olmaqla iddiaçı barəsində ##.##.2024-cü il tarixli U********BEI nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qərara sistemə ##.##.2024cü il tarixdə yerləşdirilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı İsa oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: T.İ.Cəbrayılov “X2” PHŞ-in terapiya şöbəsində 06.02-##.##.2026-cı il tarixlərdə müayinə və müalicədə olduğu “K70.4qaraciyərin fibrozu və qarışıq tip (C virusu toksiki) sirrozu dekompensasiya mərhələsində, K76.6portal hipertenziya qida borusu venalarının varikozu II-III dərəcə, R16.2-hepatorenal sindrom, D50.0-xroniki hipoxrom anemiya orta ağır forma, G93.6-posttravmatik ensefalopatiya, serebral radikulopatiya, İ10-essensial hipertenziya II dərəcə III risk qrupu” müayinə və mülaicədə olmuşdur. O, ##.##.2026-cı il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda (əyani və rentgenoloji) müayinələrdən keçdikdən sonra “Sol bazu sümüyünün başının deformasiyası və bazu sümüyünün proksimal metadiafızinin 30 mm ölçüdə defekti osteolizisindən sonra sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 5 dərəcə) aktiv hərəkətin olmaması, əzələ gücün itməsi, atrofiyası daimi ağrı sindiromu, sol yuxarı ətrafın funksiyasının pozulması, sol diz oynağının qeyri stabiİliyi, axsaması, yerişin çətinləşməsi, daimi ağrı sindiromu ilə (S42.2, M84.1, M24.5, M62.5, R52.1, Z73.6, M23.5, M26.2, R52.2)” diaqnozu qoyulmuşdur. “X2” PHŞ-in terapiya şöbəsində onun 06.02-##.##.2026-cı il tarixlərdə müayinə və müalicədə olduğu “K70.4-qaraciyərin fibrozu və qarışıq tip (C virusu toksiki) sirrozu dekompensasiya mərhələsində, K76.6-portal hipertenziya qida borusu venalarının varikozu II-III dərəcə, R16.2-hepatorenal sindrom, D50.0-xroniki hipoxrom anemiya orta ağır forma, G93.6posttravmatik ensefalopatiya, serebral radikulopatiya, İ10-essensial hipertenziya II dərəcə III risk qrupu” diaqnoz şəxsin ##.##.2024-cü il tarixli U00177783BEI Forma-88 göndərişində qeyd edilən diaqnozlarla qismən eynilik təşkil edir və xəstəliklərdən əsas xəstəliyi və onun ağırlaşmaları hazırda remissiya mərhələsindədir.” Məhkəmə sorğusu əsasında “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ və “X2” PHŞ tərəfindən verilmiş mütəxəssis rəyləri alınaraq iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ##.##.2019-cu il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Uzun illərdir “XR.virus hepatit C persistəedici forma. Hepatosplenomeqaliya, qaraciyər çatmamazlığı II dərəcəli assist” xəstəliyindən əziyyət çəkir. Növbəti qiymətləndirmə zamanı ##.##.2024-cü il tarixli qərar ilə əsassız olaraq əlillik təyinatından imtina edilmişdir. Diaqnozda isə “XR.virus hepatit C persistəedici forma, hepatosplenomeqaliya, qaraciyər çatmamazlığı II dərəcəli asist” diaqnozu deyil, “Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegeto-damar distoniası” diaqnozu qeyd olunmuşdur. Tibbi sənədlər əlillik vəziyyətində olmasını təsdiq edir. Cavabdehin etirazları: Etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlilik vəziyyətinə sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxansının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış, Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan xroniki aktiv hepatit, xroniki aktiv hepatit persistəedici forma. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegeto-damar distoniası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. İmişli rayon sakini ##.##.1978-ci ildə təvəllüdlü İddiaçı İsa oğlunun (FİN: *******) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli **** nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” və “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə III (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası, remissiya mərhələsində. Vegetativdamar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiq, başağrıları, qarın nahiyəsində ağrılar, sol yuxarı ətrafda keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2014-cü ildən hepatit xəstəliyindən əziyyət çəkdiyini, soyuq havalarda sol yuxarı ətrafının keyidiyini bildirmişdir. Müayinə zamanı vətəndaş kəkələməni simulasiya etmiş, sol çiynində çapıqlar, sağtərəfli perarektal kəsiyin çapığı (appendektomiya) izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Görünən selikli qişalar adi rəngdə, təmiz, dili nəm və təmiz olmuş, qaraciyər əllənməmiş (bədən kütləsi çox olduğundan), qarnı yumşaq və ağrısız olmuşdur. X3 ##.##.2024-##.##.2024-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz: “Hipertenziv ensefalopatiya. Hipertoniya xəstəliyi, III mərhələ. Beyinin xroniki işemiyası. Vegetativ damar distoniyası. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Konversion tipli nevrotik pozuntu” kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024-cü il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə, T2 və Flair rejimlərində hiperintens ocaqlar (demielinizasiya) qeyd edilmişdir. Sağ maksilyar, sfenoidal sinuslarda retension kistalar, etmoidal sinusda mülayim iltihabi dəyişiklik qeyd edilmişdir” kimi müəyyənləşdirilmişdir. xxxxnın ##.##.2024-cü il tarixli bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “L4-L5 fəqərəarası diskin sağ lateral-foraminal protruziyası (3.5mm), sağ lateral sinir kökcüyünün sıxılması, L5-S1 fəqərəararası diskin sol lateral-foraminal və ekstratoraminal yırtığı (ölçüsü-5.0 mm), sol lateral sinir kökcüyünün sıxılması diqqəti cəlb etmişdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X3 ##.##.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beynin paroksizmal aktivliyi (müvafiq şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsinə meyillik) və biopotensialların artması (əsasən sol yarımkürədə) qeyd olunur” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da ##.##.2024-cü il tarixli X4 müayinəsinin nəticəsi: “Hepatomeqaliya, hepatosteatoz (grade II-III)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da ##.##.2024-cü il tarixli * nömrəli biokimyəvi analizin nəticəsi “ALAT 42 U/l (norma<41), ASAT 31 U/l (norma<37), Bilirubin ümumi 0.81 mg/dl (norma 0.3-1.2), dəqiq 0.39 mg/dl (norma 0.1-0.3), qeyri-düz 0.42 (norma 0.2-0.9)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeçiliyində DTSERA-da ##.##.2024-cü il tarixli Qanın ümumi analiz nəticəsi “WBC-Leykositlərin sayı 7.2×10^91/LYM%,Limfositlər 32.5%, MON%-Monositlər 11,7% GRA%- Qranulositlər 55.8%, RBC-Eritrositlərin sayı 4.64x10^121, HGB-Hemoglobin 132g/l, HCT- Hemotokrit 38.1%, MCV-Eritrosit. Orta həcmi-82.1 fl, MCH-HGB. Erit. Otra tutumu 28.4 pg, MCHC-HGB. Erit. Orta Konsen-346 q/l, RDW-Erit. Pay.enliliyi 13.7%, PLT-Trombositlərin sayı 220×10^91, MPV-Tromb. Orta həcmi 7.1 fl, PCT-Trombokrit 0.156 %, PDW-Tromb. Pay.enliliy 16.0 %, EÇS-Erit. Çökmə sürəti 10 mm/s” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Şahəli Musayev) ilə iddianın qismən təmin edilməsi, Tibbi-sosial ekspert komissiyası tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsı, iddiaçı İddiaçı İsa oğlu barəsində ##.##.2024-cü il tarixdən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş U********BEI nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq hərbi xidmətlə əlaqədar travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ekspertiza təyin etmədən vətəndaşdakı diaqnozu işdəki sənədlər əsasında müəyyən edərək və bu hallarını onun xeyrinə tövsif etməklə qərar qəbul etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, xəstəliyini tibbi sənədlər sübut edir. SondaT.İ.Cəbrayılov şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
3.5. Qaraciyər xəstəlikləri 3.5.2 qaraciyərin K74 fibrozu və sirrozu Qiymətləndirmə 3.5.2.2 subkompensasiya 65-80 2 il olunan qaraciyər sirrozu, aktivliyin aşkar əlamətləri ilə, mülayim portal hipertenziya ilə
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlər iddiaçıya əlillik təyin edilməsinə əsas verir. Lakin orqanizminin funksiyalarının pozulması faizi və əlilliyin müddəti hissəsində iddiaçının tələbi qismən əsaslıdır. Kollegiya gəldiyə nəticə üzrə aşağıdakıları qeyd edir. İddiaçının hüquqi marağı qərarın ləğv edilməsindən və əlilliyin təyin edilməsindən ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli **** nömrəli qərarında qeyd edilmişdir ki, “...İmişli RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı İsa oğlunun hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən ##.##.1997-ci ildə aldığı və ##.##.1997-ci ildən ##.##.1997-ci ilə kimi Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Sol körpücüyün akromion ucunun qapalı küt travmatik yerdəyişən köhnə sınığı” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin ##.##.2018-ci il tarixli **** nömrəli göndərişi, ##.##.2018-ci il tarixli *** nömrəli arayışı, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2018-ci il tarixli *** nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və ##.##.2018-ci ildə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə. III (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası, remissiya mərhələsində. Vegetativ-damar distoniyası” (MN Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli ** nömrəli xəstəlik haqqında şəhadətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X1 tərəfindən əsas diaqnoz: K73.2-Başqa rubrikalarda təsnif olunmayan xroniki aktiv hepatit, xroniki aktiv hepatit, persistəedici forma; Ağırlaşmalar: R18 -Assit, assit (Meduz başı), hepatorenal sindrom, I85.9- Qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, qida borusu venalarının varikoz genişlənməsi II dərəcə, K74.6-Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, qaraciyərin qarışıq tip (C virusu + toksiki) sirrozu, dekompensasiya mərhələsi, R16.2 - Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, hepatosplenomeqaliya, R16-Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya və hepato-toksik sindromla gedən ensefalopatiya, K76.6-Portal hipertenziya, portal hipertenziya; Yanaşı xəstəliklər: D50.0-Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, xroniki hipoxrom anemiya, orta ağır forma, I67.8-Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, hipertenziv ensefalopatiya, F44.8-Digər dissosiativ (konversion) pozuntular, konversion tipli nevrotik pozuntu, G40.5-Xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə), I67.4-Hipertenziv ensefalopatiya, beynin xroniki işemiyası; G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegetodamar distoniyası olmaqla iddiaçı barəsində ##.##.2024-cü il tarixli U********BEI nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qərara sistemə ##.##.2024-cü il tarixdə yerləşdirilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı İsa oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: T.İ.Cəbrayılov “X2” PHŞ-in terapiya şöbəsində 06.02-##.##.2026-cı il tarixlərdə müayinə və müalicədə olduğu “K70.4qaraciyərin fibrozu və qarışıq tip (C virusu toksiki) sirrozu dekompensasiya mərhələsində, K76.6portal hipertenziya qida borusu venalarının varikozu II-III dərəcə, R16.2-hepatorenal sindrom, D50.0-xroniki hipoxrom anemiya orta ağır forma, G93.6-posttravmatik ensefalopatiya, serebral radikulopatiya, İ10-essensial hipertenziya II dərəcə III risk qrupu” müayinə və mülaicədə olmuşdur. O, ##.##.2026-cı il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda (əyani və rentgenoloji) müayinələrdən keçdikdən sonra “Sol bazu sümüyünün başının deformasiyası və bazu sümüyünün proksimal metadiafızinin 30 mm ölçüdə defekti osteolizisindən sonra sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 5 dərəcə) aktiv hərəkətin olmaması, əzələ gücün itməsi, atrofiyası daimi ağrı sindiromu, sol yuxarı ətrafın funksiyasının pozulması, sol diz oynağının qeyri stabiİliyi, axsaması, yerişin çətinləşməsi, daimi ağrı sindiromu ilə (S42.2, M84.1, M24.5, M62.5, R52.1, Z73.6, M23.5, M26.2, R52.2)” diaqnozu qoyulmuşdur. “X2” PHŞ-in terapiya şöbəsində onun 06.02-##.##.2026-cı il tarixlərdə müayinə və müalicədə olduğu “K70.4-qaraciyərin fibrozu və qarışıq tip (C virusu toksiki) sirrozu dekompensasiya mərhələsində, K76.6-portal hipertenziya qida borusu venalarının varikozu II-III dərəcə, R16.2-hepatorenal sindrom, D50.0-xroniki hipoxrom anemiya orta ağır forma, G93.6posttravmatik ensefalopatiya, serebral radikulopatiya, İ10-essensial hipertenziya II dərəcə III risk qrupu” diaqnoz şəxsin ##.##.2024-cü il tarixli U00177783BEI Forma-88 göndərişində qeyd edilən diaqnozlarla qismən eynilik təşkil edir və xəstəliklərdən əsas xəstəliyi və onun ağırlaşmaları hazırda remissiya mərhələsindədir.” Məhkəmə sorğusu əsasında “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ və “X2” PHŞ tərəfindən verilmiş mütəxəssis rəyləri alınaraq iş materiallarına əlavə edilmişdir. Kollegiya bildirir ki, “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmiş - “Sol bazu sümüyünün başının deformasiyası və bazu sümüyünün proksimal metadiafızinin 30 mm ölçüdə defekti osteolizisindən sonra sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 5 dərəcə) aktiv hərəkətin olmaması, əzələ gücün itməsi, atrofiyası daimi ağrı sindiromu, sol yuxarı ətrafın funksiyasının pozulması, sol diz oynağının qeyri stabiİliyi, axsaması, yerişin çətinləşməsi, daimi ağrı sindiromu ilə (S42.2, M84.1, M24.5, M62.5, R52.1, Z73.6, M23.5, M26.2, R52.2)” diaqnozlar İmişli Rayon Mərkəzi Xəstəxanası” X1 tərəfindən iddiaçı barəsində rəsmiləşdirilmiş ##.##.2024cü il tarixli U********BEI nömrəli göndərişdə yoxdur. Əlillik isə göndərişdəki diaqnozların qiyəmətləndirilməsi nəticəsində təyin edilir. “xxxx” X1 tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli tibbi rəydə qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2025-ci il tarixdə müayinə nəticələri ilə birlikdə tibb müəssisəmizdə yenidən ambulator müraciət etmiş və nevroloq Könül Mansirova tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı müayinə nəticələrinə əsasən (Diaqnoz:I67.4 Hipertenziv ensefalopatiya, M51.2- L4-L5 və L5-S1 fəqərəarası diskin sol lateral recessi və M51.1-daraldan 4 mm ölçüdə yırtıqlar, sol tərəfli kökçün ağrı sindromu) nevroloq Könül Mansirova xəstədə hazırda neyrocərrahi patalogiya olmadığını bildirmiş, yaşayış yeri üzrə nevroloqun müayinə və müalicəsini tövsiyə etmişdir.” Qeyd edilən diaqnozlar da İmişli Rayon Mərkəzi Xəstəxanası” X1 tərəfindən iddiaçı barəsində rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli U********BEI nömrəli göndərişdə əsas diaqnoz və ya onun ağırlaşmaları kimi göstərilməmişdir. “X2” PHŞ tərəfindən verilmiş mütəxəssis rəyindən, o cümlədən “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, iddiaçının müayinəsi zamanı ona “K70.4-qaraciyərin fibrozu və qarışıq tip (C virusu toksiki) sirrozu dekompensasiya mərhələsində, K76.6-portal hipertenziya qida borusu venalarının varikozu II-III dərəcə, R16.2hepatorenal sindrom, D50.0-xroniki hipoxrom anemiya orta ağır forma, G93.6-posttravmatik ensefalopatiya, serebral radikulopatiya, İ10-essensial hipertenziya II dərəcə III risk qrupu” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnoz iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na “3.5.2 qaraciyərin fibrozu və sirrozu K74, Qiymətləndirmə: 3.5.2.2 subkompensasiya olunan qaraciyər sirrozu, aktivliyin aşkar əlamətləri ilə, mülayim portal hipertenziya ilə” orqanizmin funksiyalarının pozulması faizi - 68-80, orqanizmin funksiyalarının pozulması müddəti - 2 il müddətinə” uyğun əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə bildirilir ki - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli **** nömrəli qərarında qeyd edilmiş - “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində, qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə. III (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası, remissiya mərhələsində. Vegetativ-damar distoniyası” diaqnozu yuxarıda qeyd edilmiş diaqnoza uyğundur və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə həmin xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. kimi qiymətləndirilmişdir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2024-cü il tarixdən müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi qərarında orqanizmin funksiyalarının pozulması faizini, müddətini göstərməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *******0010 nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı İsa oğluna ##.##.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 65-80 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.