Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-98/2025 02.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), X10 və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2487/2024 nömrəli qərarından cavabdeh Fövqaladə Hallar Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərar verdi. İ.İşin halları: İddiaçı cavabdeh Fövqaladə Hallar Nazirliyinə qarşı “1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmrin İddiaçı aid hissəsində ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X12 Hissəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmrin İddiaçı aid hissəsində ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X12 Hissəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin 15 avqust 2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh X12 Xidmətinin Kürdəmir Rayon Dövlət X3 daxili xidmət çavuşu olaraq manqa komandiri vəzifəsində işləmişdir. 25 avqust 2023-cü il tarixdə Kürdəmir Rayon Dövlət X3 aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, guya o, heç bir səbəb olmadan xidmətə çıxmamışdır. Amma onun həmin gün xidmətə çıxmamağına səbəb rəisin ona icazə verməsi olmuşdur. Lakin bütün bunlara baxmayaraq o, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri, cənab Kəmaləddin Heydərovun 06 oktyabr 2023-cü il tarixli, 1994/Ş əmri ilə Fovqəladə hallar orqanlarında xaric edilmişdir. Onun işdən azad olunmağı ona maddi və mənəvi cəhətdən çox böyük ziyan vurmuşdur. Eyni zamanda işdən qanunsuz azad olunmağı onun səhətinə də zərbə vurmuş və ona psixoloji təsir etmişdir. Buna görə də o, işə pərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun ümidi ancaq məhkəməyədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2487/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Fövqaladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş 1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmr İddiaçı aid hissədə ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X12 Hissəsinə əvvəlki vəzifəsinə işə bərpa edilməsi öhdəliyi cavabdeh Fövqaladə Hallar Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi qərar qəbul edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmadığından əsassızdır və ləğv edilməlidir. Belə ki, Nazirliyin X12 Xidmətinin Kürdəmir rayon Dövlət X3 25 avqust 2023-cü il tarixində aparılan yoxlama zamanı hissənin manqa komandiri İddiaçı və digər əməkdaşların heç bir üzürlü səbəb olmadan xidmətə çıxmadığı müəyyən edilmişdir. Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı və digər əməkdaşlar Cavabdeh 06 oktyabr 2023-cü il tarixli 1994/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlardan xaric edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 13 aprel 2006-cı il tarixli 041 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh X12 Xidməti haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən Xidmət yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını təmin etməlidir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. İddiaçın izahatında Kürdəmir rayonu Xırdapay kəndində usta fəaliyyəti ilə məşğul olduğunu və bu səbəbdən 25 avqust 2023-cü il tarixdə iş yerinə gəlmədiyini bildirmiş, hər hansı üzürlü səbəbinin olması barədə Nazirliyin X12 Xidmətinin Kürdəmir rayon X12 hissəsinə sənəd təqdim etməmişdir. İddiaçı 25 avqust 2023-cü il tarixdə işdə olmamış və izahatında onun həmin gün Kürdəmir rayonu Xırdapay kəndində usta fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Kürdəmir rayon X12 hissəsinin 12 iyun 2024-cü il tarixli X1 heç bir üzürlü səbəb olmadan işə çıxmadığı, 2023-cü il avqust ayı üçün iş vaxtının uçotu tabelində 25 avqust 2023-cü il tarixdə “naməlum səbəb”dən işə gəlmədiyi qeyd edilmişdir. İddiaçı işə gəlmədiyinə dair hər hansı bir üzürlü səbəbinin olduğunu bildirməmiş və bu barədə sənəd təqdim etməmişdir. Şirvan İnzibati Məhkəməsi Əmək Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş “kobud pozuntu” hesab edilən halları nəzərə almamış və nəticədə əsassız Qərar qəbul etmişdir . Birinci instansiya məhkəməsi İddiaçı heç bir üzürlü səbəb olmadan işə çıxmamısını “kobud pozuntu” halı kimi qiymətləndirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərini nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2487/2024 nömrəli qərarının ləğv edilməsini və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Prosses iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini əsassız hesab edərək, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 3.3., 15.2., 55.3., 55.6., 82, və 87.6.-87.8-ci maddələrində qeyd olunmuşdur: -İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. -Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. – -İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz -İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. - Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun; -2.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. -2.2-ci maddəsinıə görə fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. -10-cu maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: qanunvericiliyin tələblərinə riayət etməyə (10.0.1), fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə (10.0.2), fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə (10.0.3), vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə (10.0.4), vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə (10.0.5), öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə (10.0.6), qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə (10.0.7), qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə (10.0.8), dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa (10.0.9), etik davranış və intizam qaydalarına əməl etməyə (10.0.10), qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə (10.0.11). -11-ci maddəsinə əsasən, Fövqəladə hallar orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyət: 11.1. Fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir. 11.2. Fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə; 11.2.4. fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; -31.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: (31.1.1) məzəmmət (irad); (31.1.2) töhmət; (31.1.3) şiddətli töhmət; (31.1.4) tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; (31.1.5) aşağı vəzifəyə keçirmə; (31.1.6) xüsusi rütbənin bir pillə aşağı salınması; (31.1.7) vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); (31.1.8) fövqəladə hallar orqanlarından xaric etmə; (31.1.9) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. -31.5-ci maddəsinə görə bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Lakin hazırkı iddiaçıya intizam tənbehinin tətbiqində onun xidməti və şəxsi keyfiyyətlərinin nəzərə alındığı məhkəmə icraatında cavabdeh tərəfindən təqdim olunmuş sübut və dəlillərlə, habelə mübahisələndirilən 6 oktyabr 2023-cü il tarixli 1994/Ş nömrəli əmrin məzmunu ilə öz təsdiqini tapmır. Belə ki, inzibati orqan iddiaçıya münasibətdə onun ilk dəfə pozuntuya yol verdiyini, törədilmiş pozuntunun xarakterini,əvvəllər barəsində hər hansı intizam icraatının olmadığını və intizam tənbeh tədbirinin tətbiq edilmədiyini və digər yuxarıda sadalanan müsbət xarakterizə edilən halları nəzərə alaraq mümkün qanunauyğun qərarlardan birinin seçim imkanına malik olması səlahiyyətindən istifadə edərək daha ədalətli şəkildə qiymətləndirmə aparılmaqla adekvat tənbeh tədbiri seçə bilərdi. Qanunvericiliyin bu nomasını hazırki tələbə münasibətdə tətbiq edərək məhkəmə bildirir ki, xüsusi rütbəyə və xidmətdə yüksəlməyə layiq görülmüş əməkdaş kimi hazırkı iddiaçının yuxarıda qeyd olunan tərzdə ifadə olunan və biruzə verilən bir hərəkətinə görə xidmətdən xaric olunması inzibati orqanın (cavabdehin) apardığı inzibati icraat üzrə güddüyü qanuni məqsədə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsində təsbit olunmuş “mütənasiblik” prinsipi ilə uzlaşmır. İnzibati Kollegiya qeyd edir ki, Kürdəmir rayon X12 hissəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:14 radələrində Kürdəmir rayon Dövlət X3 xidmətin təşkili aparılması və işə davamiyyəti yoxlanılan zaman hissənin manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı və digər əməkdaşların xidmət yerində olmadıqları aşkar edilmişdir. Həmin halla bağlı İddiaçı xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər işə gəlib, düzülüşdə iştirak edib, hissənin rəisi Fateh Ağayevdən icazə alıb dam örtüyü vurmaq üçün usta işlədiyi evə getmişdir. Saat 15:13 radələrində ona idarədən zəng gəlmiş və işini yarımçıq qoyub idarəyə qayıtmışdır. Həmin faktla bağlı Daxili təhlükəsizlik Baş idarəsinin rəisinin X14 ünvanladığı təqrirdə qeyd edilmişdir ki, Nazirliyin X12 Xidmətinin Kürdəmir rayon Dövlət X3 şəxsi heyət arasında işə davamiyyət və nizam-intizamın zəif təşkil olunması, bir qrup əməkdaşların mütamadi olaraq xidmətdən yayınmasını, hissə rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyi barədə məlumat Daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuşdur. Məlumata əsasən Daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayon Dövlət X3 25 avqust 2023-ci il tarixdə yoxlama aparılmış, aparılan yoxlama zamanı Kürdəmir rayon X12 hissəsinin rəisi daxili xidmət mayoru X19, rəis müavini daxili xidmət mayoru X6, həmin hissənin əməkdaşları İddiaçı, X15 və X7 döyüş hesabında göstərilməsinə baxmayaraq növbədə olmamaları müəyyən edilmiş və araşdırma nəticəsində məlumatda göstərilən digər xüsusatlar öz təsdiqini tapmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayon X12 hissəsinin rəis müavini X12 hissəsinin daxili xidmət mayoru X6 xidməti yerində olmamasına baxmayaraq 23 avqust 2023-cü il tarixində hissə rəisinə müraciət edərək təqrir yazmış 2425 avqust 2023-cü il tarixində övladının əməliyyatı üçün Bakı şəhərində olacağını bildirmişdir. Hissə rəisi Ağayev Fateh həmin təqriri qeydiyyata almamış və Xidmətə məlumat verməmişdir. Yoxlama zamanı Kürdəmir rayon X12 hissəsinin manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı izahatında rayon ərazisində usta kimi fəaliyyət göstərdiyini, hal-hazırda Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evində işlədiyini, 25 avqust 2023-cü il tarixində hissə rəisi X8 işlədiyi evinin dam örtüyünün vurulması üçün icazə aldığını, həmçinin hissənin daxili xidmət çavuşu X7 onunla birlikdə həmin evdə usta kimi işlədiyini göstərmişdir. Yoxlama zamanı Kürdəmir rayon X12 hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu X16 izahatında, 25 avqust 2023-cü il tarixində daxili xidmət baş çavuşu İddiaçıla birlikdə Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evində işləmək üçün hissə rəisi X8 icazə aldığını göstərmişdir. Yoxlama zamanı Kürdəmir rayon X12 hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu X17 izahatında, 25 avqust 2023-cü il tarixində saat 15:14-də xidmətdə olmamağının səbəbi barədə bildirmişdir ki, hissənin istifadəsində olan generatora sürtkü materialı alınması üçün icazə alıb hissəni tərk etdiyini göstərmişdir. Kürdəmir rayon X12 hissəsinin dispetçeri daxili xidmət çavuşu X18 izahatında Kürdəmir rayon Dövlət X3 şəxsi heyət arasında işə davamiyyət və nizam-intizamın zəif təşkil olunması, bir qrup əməkdaş mütamadi olaraq xidmətdən yayınmasını, hissə rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyini bildirmişdir. Yoxlama zamanı Kürdəmir rayon X12 hissəsinin rəisi daxilixidmət mayoru X19 izahatında 25 avqust 2023-cü il tarixində saat 15:14-də yoxlama zamanı özünü yorğun hiss etdiyi üçün evdə olmuş, hissənin rəis müavini d/x mayoru X2 övladının səhəti ilə bağlı 25-26 avqust 2023-cü il tarixlərində Bakı şəhərinə getməyinə icazə verdiyini Səbuhi Vahidovun yazdığı təqriri qeydiyyata almamış, həmin hissənin daxili xidmət çavuşu X11 hissənin istifadəsində olan generatora sürtkü materialı alınması üçün icazə verdiyini, daxili xidmət çavuşu X16 və daxili xidmət baş çavuşu İddiaçı işlədikləri evin dam örtüyünü vurulması üçün onlara icazə verdikləri, əvəzinə əməkdaş təyin etməməyini və bunlar barədə Xidmətə məlumat vermədiyini etiraf etmişdir. Beləliklə, araşdırma zamanı Kürdəmir rayon X12 hissəsinin rəisi daxili xidmət mayoru X19, manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı, yanğınsöndürənlər daxili xidmət çavuşu X16 və daxili xidmət çavuşu X9 xidmət vaxtı iş yerində olmadıqları öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, Kürdəmir rayon X12 hissəsinin rəisi daxili xidmət mayoru X19, daxili xidmət baş çavuşu İddiaçı, daxili xidmət çavuşu X16 və daxili xidmət çavuşu X17 barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyən edilmişdir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Qeyd olunan hallar inzibati mübahisənin halları ilə təhlil edildikdə müəyyən olunur ki, İddiaçı iş vaxtı ərzində fərdi əməklə məğul olmaq üçün icazə alması və iş yerində olmaması üzürlü hal sayıla bilməz. Nəzərə alınmalıdır ki, Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. İşin halları ilə həmçinin müəyyən olunmuşdur ki, hissə rəsinin ümumiyyətlə İmran Hüsebov və qeyrilərinə icazə vermək səlahiyyəti olmamış, onlar növbətçi olduğu gün xidməti yerlərində olmadıqları müddətdə başqa hərbi qulluqçularla əvəzləşdirilməmişlər. İddiaçı hissə rəisindən icazə almasını bildirsə də, vəzifə təlimatına əsasən o, bilirdi ki, ödənişli fəaliyyətlə məşğul olması Xidmət Keçmə Haqqında Qanunun 11.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyət hesab olunur. Bundan başqa birinci instansiya məhkəməsi İddiaçı tətbiq edilən intizam məsuliyyətinin mütənasiblik prisipinə uyğun olmaması qənaəti, ictimai maraqların şəxsi maraqlardan üstün olması baxımından düzgün deyil. Belə olan halda cavabdeh tərəfin mövqeyi qanuni hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərarın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2487/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Fövqaladə Hallar Nazirliyinə qarşı “1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmrin İddiaçı aid hissəsində ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X12 Hissəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası təmin olunmasın. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-98/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-98/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver