Məhkəmə qərarları › İş №2-1(106)-980/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-980/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-980/2025 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili X6, cavabdeh Cavabdeh nümayəndəsi X4, üçüncü şəxs üçüncü şəxs1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının ##.##.2002-ci il tarixli *** saylı sərəncamın və ona əlavə edilmiş adlı siyahının X1 aid hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibаti Məhkəməsinin müvafiq qərardadları ilə “xxxx” MMC-nin, üçüncü şəxs2 və üçüncü şəxs1 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddianı qaldırmaqla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1988-ci il tarixdə X2 ilə nigaha daxil olmuşlar. X1 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Biləsuvar rayon IHB-nın ##.##.2001-ci il tarixli *** saylı sərəncamı ilə X3 Qafar oğlunun icarəsinə verilmiş 50 ha torpaq sahəsinin 30 ha hissəsinə Cavabdeh başçısının ##.##.2002-ci il tarixli *** saylı sərəncamı ilə qanunsuz olaraq xitam verilmişdir. X12 adı qeyd edilməsə də, həmin sərəncama əlavə edilmiş adlı siyahının 6-cı sırasında Vaqif Muradovun adı qeyd edilmişdir. Qeyd olunanlardan mübahisəsiz qaydada məlum olur ki, Cavabdeh başçısının həmin sərəncamı qanunsuzdur. Biləsuvar RIHB-nın **** nömrəli, ## ###### 2006-cı il tarixli məktubuna əsasən həmin torpaq sahəsinin X2 tərəfindən ikinci əldən icarəyə verilməsinə etiraz etmədiklərini bildirmişdir. Həmin məktub əsasında Biləsuvar rayon Notariat ofisi tərəfindən 50 hektar DEF torpağının Vaqif Muradov tərəfindən “xxxx” MMCnin Təcrübə-sınaq təsərrüfat filialına icarəyə verilməsi barədə ikinci əldən icarə müqaviləsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş ## ##### 2022-ci il tarixli **************** nömrəli məktubdan məlum olur ki, Biləsuvar RIHB- mn ## ### 2001-ci il tarixli *** saylı sərəncamı və ## #### 2001-ci iı tarixli *** saylı torpaq icarə müqaviləsinə əsasən X2 tərəfindən 30 il müddətinə 50 ha torpaq sahəsi icarəyə götürülmüş, həmin torpaq sahəsinə görə 2006-cı ildə 180 manat, 2008-ci ildə 220 manat, 2010-cu ildə 50 manat, 2014-cü ildə 380 manat, 2016-cı ildə 200 manat, 2017-ci ildə 300 manat, 2019-cu ildə 400 manat, 2020-ci ildə 1820 manat cəmi 3350 manat torpaq icarə haqqı dövlət büdcəsinə ödəmişdir. “X7 Kompleksi” MMC-nin Təcrübə-sınaq təsərrüfatı tərəfindən verilmiş ** nömrəli ## ### 2023-cü il tarixli arayışdan məlum olur ki, X2 rayon Icra Hakimiyyəti Başçısının ## ###### 2006-cı il tarixli **** nömrəli məktubuna əsasən 50 hektar torpaq sahəsi təsərrüfata icarəyə verilmişdir. 2006-ci ildən 2021-ci il tarixə qədər olan müddət üçün təsərrüfat tərəfindən Vaqif Muradova torpaq icarə haqqı ödənilmişdir. Vaqif Muradov vəfat etdiyindən 2022-ci ildən etibarən torpaq icarə haqqı ödənilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Biləsuvar RIHB-nın ## ### 2001-ci il tarixli *** nömrəli sərəncamı ilə iddiaçının həyat yoldaşı X1 mal-qara və kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 50 hektar torpaq sahəsi 30 il müddətinə icarəyə verilmiş və onunla torpaq icarə müqaviləsi bağlanmışdır. 2002-ci ilin sentyabr ayında aparılmış torpaq islahatı zamanı torpaq payı almamış icarəyə torpaq sahəsi istəyən çox saylı vətəndaş müraciətlərini nəzərə alaraq X13 yüksək hektarlarla icarəyə torpaq sahəsi götürmüş icarədarlara “icarələrindəki torpaq sahəsinin bir hissəsinin geri qaytarılması və həmin torpaqların torpaq payı almayan və şəhər ərazisində yaşayan vətəndaşlara icarəyə verilməsi ilə bağlı məktublar göndərilmişdir. Məktub göndərilmiş şəxslərdən bir hissəsi yazılı və bir hissəsi isə şifahi olaraq təkliflərə razı olduqlarını bildirmişdirlər. Bundan sonra Biləsuvar RIHB-nın “Cavabdeh başçısının fiziki və hüquqi şəxslərə torpaq sahəsi ayrılması barədə bir sıra sərəncamlara qismən dəyşikliklər edilməsi barədə” ## ####### 2002-ci il tarixli *** nömrəli sərəncamı verilmişdir. Həmin vaxt, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsinin Biləsuvar rayon filialının mütəxəssisləri tərəfindən sərəncamın icrası təmin edilərək hər bir icarəçiyə faktiki icarələrində qalan torpaq sahələri naturada göstərilmişdir. Vaqif Muradovun icarəsinə verilmiş 50 hektar torpaq sahəsinin 30 hektarına məlum sərəncamla xitam verilmiş, 20 hektarı isə icarəsində saxlanılmışdır. 22 ildən çoxdur ki, icarədar Vaqif Muradov və ailə üzvləri 20 hektar torpaq sahəsindən istifadə edirlər. Vaqif Muradovun icarəsində olan 50 hektar torpaq sahəsinin azaldılaraq götürülmüş 30 hektar torpaq sahəsinin 20 hektarı Biləsuvar RIHB-nın ## ######## 2003-cü il tarixli *** nömrəli sərəncamı ilə X5 5 il müddətinə icarəyə verilmişdir. Qalan 10 hektarı isə Biləsuvar RIHB-nın ## ###### 2007-ci il tarixli ** nömrəli sərəncamı ilə üçüncü şəxs2 icarəsinə verilmiş və hal-hazırda onun icarəsindədir. X5 vəfat etdikdən sonra məlum 20 hektar torpaq sahəsi Biləsuvar RIHB-nın ## ###### 2011-ci il tarixli *** nömrəli sərəncamı ilə “xxxx” MMC-nə 99 il müddətinə icarəyə verilmişdir. ##.##.2002-ci il tarixli *** nömrəli sərəncama əlavə edilmiş siyahıda qeydə alınmış 36 nəfər icarədardan heç biri, o cümlədən iddiaçının əri mərhum Vaqif Muradov ötən 20 ildən yuxarı müddət ərzində məlum sərəncamın mübahisələndirilməsi ilə bağlı nə icra hakimiyyətinə nə də Mərkəzi icra hakimiyyəti orqanlarına heç bir müracəti olmamışdır. V.Muradov icarəsində saxlanılmış 20 hektar torpağa görə 2006-cı ildən 2020-ci ilə kimi hesablamaya əsasən 2520 manat icarə haqqı ödəməli olduğu halda 1730 manat, yəni 790 manat az icarə haqq ödəmişdir. V.Muradov 2020-ci ildə isə birdən birə 1820 manat icarə haqqı ödəmişdir. Ondan əvvəlki illərdən ödənilməmiş 790 manat icarə haqqını çıxsaq, qalan 1030 manatın hansı məqsəd üçün ödənildiyi məlum deyildir. Əgər ötən dövrlə bağlı 50 hektar torpaq sahəsinə görə ödəyibsə, o 3350 manat deyil, 9,000 min manat ödəməli idi. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, Biləsuvar rayon Notariat ofisinin ## ##### 2024-cü il tarixli, *** nömrəli məktubunda bildirmişdir ki, Biləsuvar rayon IHB-nın ##.##.2001-ci il tarixli *** saylı sərəncamı ilə X3 Qafar oğlunun icarəsinə verilmiş 50 ha torpaq sahəsinin 30 ha hissəsinə Biləsuvar RIHB-nın ##.##.2002-ci il tarixli *** saylı sərəncamı ilə xitam verildiyindən vərəsəlik işinin icrasından imtina edilmişdir. Ona görə də mübahisələndirilən sərəncamın mövcudluğu ilə bağlı həmin məktubu aldıqdan sonra məlumatı olmuş və ##.##.2024-cü il tarixdə hazırki iddianı məhkəməyə təqdim etmişdir. Prosessual məsələlər Iddiaçı və vəkili məhkəmə iclasında ayrı-ayrılıqda şikayəti müdafiə etmişlər, iddiaçı əlavə olaraq bildirmişdir ki, mərhum əri rəhmətə gedən günədək 50 ha torpaq sahəsindən istifadə etmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının mərhum ərinə icarəyə verilmiş 50 ha torpaq sahəsinin 30 ha hissəsi onun razılığı ilə geri alınmış və həmin vaxtdan 20 ha torpaq sahəsindən istifadə etmişdir. Eyni zamanda 20 ha torpaq sahəsinin icarə haqqını ödəmiş və 2017-ci ildə həmin həcmdə sahəni subicarəyə vermişdir. Iddiaçının ərinin 2019-cu ildə “xxxx” ASC-ə 50 ha torpaq sahəsini subicarəyə verməsinə RIH-nin razılığı olmamış, həmçinin icarəsində 50 ha sahə olmadığı halda bu həcmdə sahəni subicarəyə verə bilməzdi. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxs gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunur ki, birinci instansiya məhkəməsi iddianı nəticə etibarilə mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlük şərtlərinə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi konteksindən qiymət verməklə, düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Cavabdeh başçısının ## ### 2001-ci il tarixli, *** nömrəli sərəncamın surətindən görünür ki, X2 dövlət fondundan 50 hektar torpaq sahəsi uzun müddətli icarəyə verilmişdir. -Biləsuvar RIHB-nın ##.##.2002-ci il tarixli, *** saylı sərəncamın surətindən görünür ki, sosial ədalət prinsiplərinin bərpası və vətəndaşların maddi rifahının yaxşılaşdırılması məqsədi ilə adlı siyahısı sərancama əlavə edilmiş fiziki və hüquqi şəxslərin istifadəsində və icarəsində olan 20 hektardan artıq torpaq sahələrindən istifadə və icarə hüququna xitam verilməsi və bağlanmış icarə müqavilələrinin sərəncama uyğunlaşdırılmasının təmin edilməsi qərara alınmışdır. -Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2021-ci il tarixdə ölmüşdür. Şərh olunan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçının mərhum əri X2 icarəsinə ## ### 2001-ci il tarixli sərəncamla 50 ha torpaq sahəsi verilsə də, bundan sonra ##.##.2002-ci il tarixli sərəncamla 30 ha sahə geri qaytarılmış və 20 ha hissəsi ## ######## 2003-cü il tarixli sərəncamla X5, 10 ha hissəsi isə ## ###### 2007-ci il tarixli sərəncamla üçüncü şəxs2 icarəsinə verilmiş, X5 vəfat etdikdən sonra həmin 20 ha torpaq sahəsi ## ###### 2011-ci il tarixli sərəncamla “xxxx” MMC-ə 99 il müddətinə icarəyə verilmişdir. Qeyd edilməlidir ki, 30 ha torpaq sahəsinin geri alınması ilə bağlı X3 öldüyü anadək məlumatı olsa da bu halı, yəni torpaq sahəsinin geri alınması barədə sərəncamı mübahisələndirmədiyindən və bu hüquq vərəsəlik hüququnun predmeti olmadığından hazırda iddiaçının həmin sərəncamı mübahisələndirmək hüququ istisna olunur. X3 sözügedən sərəncamla bağlı məlumatlı olması isə onunla “xxxx” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin məzmundan görünür. Belə ki, müqavilədə 50 ha deyil, məhz 20 ha sahəsinin icarəyə verilməsindən bəhs olunur və sahənin hissəvi icarəyə verilməsi sənədin məzmunundan görünmür. Bu hal onu deməyə əsas verir ki, mərhum saglığında sahənin bir hissəsinin geri alınması halı ilə razılaşmış və bunu mübahisələndirməmişdir. Iddiaçı mərhum ərinin faktiki olaraq icarəsində 50 ha torpaq sahəsinin olmasını əri ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilədə sahənin həcminin 50 ha yazılması ilə əsaslandırır. Bununla bağlı qeyd olunur ki, mərhum V.Muradov tərəfindən 20 ha torpaq sahəsi 5 il müddətinə “xxxx” MMC-nin icarəsində verildiyi, həmin müqavilə ləğv edilmədiyi halda 2 ildən sonra 50 ha sahənin “xxxx” MMC-nin icarəsinə verilməsi ağlabatan görünmür və müqavilə tərəflərinin iradə ifadəsini, faktiki olaraq 50 ha sahənin icarəyə verilməsi halını şübhə altına alır. Başqa sözlə, şərti olaraq qəbul edilsə ki, mərhumun icarəsində 50 ha sahə olmuşdur və 2017-ci ildə onun 20 ha hissəsini icarəyə vermişdir, demək 2019-cu ildə yalnız qalan 30 ha hissəni icarəyə verə bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini fərqli əsasla qiymətləndirmiş olsaydı belə, iddiaçı üçün uğurlu nəticə əldə etmək mümkün olmayacaqdı. Belə ki, yuxarıda qeyd edildiyi kimi, ləğv olunması tələb olunan qərardan hüquq sahibinin sağlığında məlumatlı olması və mövcud vəziyyətlə barışması hazırda onun vərəsəsi tərəfindən həmin qərarın mübahisələndirilməsi imkanını aradan qaldırır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar