Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-983/2025 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğludan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsindən silinmənin aparılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” xanasında qeyd olunmuş 22 111,04 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 16.03.-##.##.2023-cü il tarixləri aralığında təqdim etdiyi malların onun alışında və idxalında aşkar edilməməsi əsası ilə inzibati orqanın ##.##.2023-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir (iddiaçı tərəfindən sözügedən qərar mübahisələndirilməmişdir). Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi–müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Belə ki, 2023-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi ## ###### 2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 1849,27 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 5 307,54 manat qeyd olunmuşdur. Vergi ödəyicisinin 2023-cü il üzrə satış dövriyyəsi 55 478,18 manat olmuşdur. Lakin iddiaçı 46 231, 81 manat xərc göstərmiş, vergi oraqanı tərəfindən isə vergi ödəyicisinin 26 003,70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən etdiyi üçün 46 231,81 manatdan 26 003,70 manat azaldılaraq vergi ödəyicisinin xərci müəyyən edilərək analoji qaydada vergi məbləği hesablanmışdır. Bundan başqa, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz. Iddiaçının vergi uçotunu düzgün aparmadığı vergi orqanın ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ilə müəyyən edilmiş, riskli vergi ödəyicisi hesab olunaraq, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Buna görə də, iddiaçının gəlirlərinə 75% güzəşt hüququ tətbiq edilə bilməz. 75 faiz güzəşti iddiaçıya münasibətdə tətbiq etmək üçün əsaslar olduğundan yəni, xərc sənədləri olmadığı halda cavabdeh vergi orqanı bütün gəlirə 20 faiz tətbiq etməklə gəlir vergisi hesablamaqda da haqlı olmuşdur. Belə ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi hesablanmışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarına əsasən ona kameral vergi yoxlaması ilə 2023-cü il üzrə 5307,54 manat əlavə gəlir vergisi hesablanmışdır. Hesablamanın əsası kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il gəlir vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 26003,70 manat məbləğində olan xərclərin qəbul edilməməsi və qeyd olunan əsasla vergi ödəyicisinin riskli ödəyici hesab olunması və bununla da mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə tətbiq edilən 75 faiz həcmində güzəşt hüququnun ləğv edilməsi olmuşdur. Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə o riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi orqanı bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Vergi ödəyicisi aldığı maldan fərqli çeşiddə mal təqdim etməmişdir, sadəcə olaraq malların alışına dair alış aktları vergi orqanı tərəfindən alış sənədi kimi qəbul edilməmişdir. ##.##.2024 cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarla vergi orqanı vergi ödəyicisinin alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20 faiz tətbiq edilməklə, 5307,54 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsası kimi yalnız 75 faiz güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin vergi ödəyicisinin xərcləri bütövlükdə nəzərə alınmamışdır. Malların alış sənədləri qəbul edilməsə də, faktiki olaraq həmin malların alınmasına xərc çəkilmişdir. Belə olan hallarda Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin gəlirlərini və xərclərini müəyyən etmək mümkün olmadıqada mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən verigi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabintinin ** saylı qərarının tələblərinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Cavabdehin imtinasının dəlilləri ondan ibarətdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Uçot-baza məlumatlarına əsasən İddiaçı ##.##.2013-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, ##.##.2023-cü il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlər”dən ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə 2023-cü il üçün təqdim edimiş dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsi üzərində "Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu) , "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (46231.81 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (33575.72 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 33575.72 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (13347.61 manat) çıxılması nəticəsində yaranan (20228.11 manat) məbləğin müqayisəsi nəticəsində 26003.70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir" məzmunlu uygunsuzluq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilmiş, cari bəyannamənin və ya müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Iddiaçı tərəfindən əsaslandırılmış izahat məktubu və ya cari vergi bəyannaməsi təqdim edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən analoji qaydada 5307,54 manat vergi hesablanmış və bu barədə ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul olunmuşdur. Həmçinin hesablama aparılarkən vergi ödəyicisinin vergi orqanının bazasında olan bütün xərcləri (13881,58 (alış aktı) +19694,14 (elektron vhf) =33575.72 (cəmi xərc)), eləcə də ilin sonuna saxladığı mal qalığı (13 347.61 manat məbləğində) nəzərə alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında şikayətin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdi, eyni zamanda bildirdi ki, riskli vergi ödəyicisi hesab edilməsi barədə qərardan şikayət verməməsinin səbəbi cavabdehin əməkdaşlarının ona yalan məlumat verməsi olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən, yəni “şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” xanasında qeyd olunmuş 22 111,04 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı 2023-cü il “Gəlir vergisi” üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə onun (vergi ödəyicisi) tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 1 849,27 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 7 156,81 manat, Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5 307,54 manat hesablanmışdır. Qərarda eyni zamanda qeyd olunmuşdur ki, hesablama metodu ilə təqdim etdiyi bəyannamədə 26003,70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. -* saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **************** nömrəli, ##.##.2023-cü il tarixli qərarında qeyd olunur ki, X1 ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən 16.03.-##.##.2023-cü il tarixdə 12 213,93 manat dəyərində “Kabel, Qaza Beton, uqolnik, Alçipan, TC profili, şveller, boru sement və s” təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilir. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, * saylı Ərazi Vergilər Baş Idarəsinin **************** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi siyahısına daxil edildiyi üçün şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ yaranmışdır. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə tətbiq edilməli maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tələbin şəxsi hesab vərəqəsində silinmə hissəsinə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi–müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). -58.15-1. Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: 58.15-1.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında; 58.15-1.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında; 58.15-1.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında. 58.15-2. Bu Məcəllənin 16.1.11-15-ci maddəsinin tələblərinin pozulması baş verdikdə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikinci dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Işdən görünür ki, iddiaçının şəxsi hesab vərəqəsində 22.111,04 manat məbləğin qeyd edilməsi onun riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar əsasında müvafiq siyahıya salınması ilə bağlı olsa da, iddiaçı həmin qərarı mübahisələndirməmiş, eyni zamanda adının siyahıdan çıxarılması ilə bağlı iddia qaldırmamışdır. Başqa sözlə, qeyd edilən məbləğin yaranma əsasını təşkil edən inzibati akt qüvvədə olduğu halda şəxsi hesab vərəqəsindən bu akt əsasında qeyd edilmiş məbləğin silinməsi barədə iddia mümkün sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə bütövlükdə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamış, iddianın şəxsi hesab vərəqəsindən silinmənin aparılması hissəsi istiqamətində mümkünlük şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən, yəni “şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” xanasında qeyd olunmuş 22 111,04 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın rədd edilməsi hissəsində ləğv edilsin, iddia həmin hissədə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-983/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-983/2025
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver