Məhkəmə qərarları › İş №2-1(106)-985/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-985/2025

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-985/2025 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, müəyyən etdi: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “2021 sentyabr ayı ƏDV üzrə ## ###### 2023cü il tarixli, **************** saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən məlumatlar əsasında vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin (obyektinin) və ya digər saxlanc yerlərinin olmaması nəzərə alınaraq həmçinin mal qalığının da olmaması müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən də bu faktı təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Işin hərtərəfli tədqiqi nəticəsində məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın inzibati icraat nəticəsində iddiaçı barəsində qəbul etdiyi qərar qanuni və əsaslı olmuş, onun hüquq və mənafelərinin pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olmadığından təmin edilməməlidir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021 sentyabr ayı ƏDV üzrə ## ###### 2023cü il **************** saylı, 2020 may ayı ƏDV üzrə ##.##.2023-cü il tarixli **************** saylı və 2020 sentyabr ayı ƏDV üzrə ##.##.2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlarla razılaşmır və hesab edir ki, qeyd etdiklərinə əsasən qərarlar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktubunda aşağıdakılar qeyd edilmişdir: Təqdim etdiyiniz bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 175.328,70 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzə aparılmış ödənişlər barədə məlumatlar tərəfinizdən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin * saylı əlavəsinin “Müəssisənin aldığı Sertifikatlar üzrə təqdim etdiyi malın (görülmüş işinə, göstərilmiş xidmətin) dəyəri sütununda 11024.58 manat məbləğ göstərilməsinə baxmayaraq, həmin hissədə qeyd olunan AZ seriyalı 1930690 N-li Sertifikat uçot-baza məlumatları əsasında təsdiqini tapmaması səbəbindən kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin * saylı əlavəsinin “Müəssisənin aldığı Sertifikatlar üzrə təqdim etdiyi malın (görülmüş işinə, göstərilmiş xidmətin) dəyəri sütununda 30344.39 manat məbləğ göstərilməsin baxmayaraq, həmin hissədə qeyd olunan AZ seriyalı 1930689 N-li Sertifikat uçot-baza məlumatları əsasında təsdiqini tapmaması səbəbindən kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin * saylı əlavəsinin “Müəssisənin aldığı Sertifikatlar üzrə təqdim etdiyi malın (görülmüş işinə, göstərilmiş xidmətin) dəyəri sütununda 156968.3 manat məbləğ göstərilməsinə baxmayaraq, həmin hissədə qeyd olunan AZ seriyalı 1930712 N-li Sertifikat uçot-baza məlumatları əsasında təsdiqini tapmaması səbəbindən kənarlaşma yaranmışdır. 2020 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə CƏMI) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmindən 1510004.94 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200-cü (Malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə 1519446.84 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 0 manat + 206-cı (əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri)) sətri üzrə 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdən üzərd tutulmayan digər gəlirlər, o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 0 manat, cəmi 1519446.84 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə 9441.90 manat məbləğində fərq müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin * saylı əlavəsinin “Müəssisənin aldığı Sertifikatlar üzrə təqdim etdiyi malın (görülmüş işinə, göstərilmiş xidmətin) dəyəri sütununda 86766.44 manat məbləğ göstərilməsinə baxmayaraq, həmin hissədə qeyd olunan AZ seriyalı 19030712 N-li Sertifikat uçot-baza məlumatları əsasında təsdiqini tapmaması səbəbindən kənarlaşma yaranmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişlər. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdehin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdiyi xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qərarlar Azərbaycan Respublikasının “Inzibati Icraat haqqında” Qanunun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmiş və qeyd olunmuşdur ki, idarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, 2020-ci ilin may ayı üçün vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşmiş ƏDV bəyannaməsində 326444,11 manat (ƏDV-yə sıfır faiz dərəcə ilə cəlb edilən), 4818,02 manat ((ƏDV-siz) ƏDV-yə cəlb edilən) dövriyyə məbləğləri və bəyannamənin əvəzləşdirilən bölməsinin 308-ci sətrində VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ 175328,70 manat (ƏDV-siz) göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatların təqdim edilmədiyi və bunun nəticəsində müvafiq dövr üçün təqdim edilmiş bəyannamə üzrə 30691,93 manat artıq ödəmə yarandığı müəyyən edilmişdir ki, bu hal kənarlaşmaya səbəb olmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk növbədə, cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 24.1.2. Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 23.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 53.3. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0. şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması.

159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci ilyanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamə əsasında əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır.

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinəuyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" ## ###### 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Iş materiallarında olan: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, ƏDV üzrə sentyabr 2021-ci il hesabat dövrünə dair Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 91.197.75 manat və əlavə hesablanmiş vergi və va siğorta haqqı məbləği 91.197.75 manat məbləğində müəyyən edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2020-ci ilin may ayı üçün vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşmiş ƏDV bəyannaməsində 326444,11 manat (ƏDV-yə sıfır faiz dərəcə ilə cəlb edilən), 4818,02 manat ((ƏDV-siz) ƏDV-yə cəlb edilən) dövriyyə məbləğləri və bəyannamənin əvəzləşdirilən bölməsinin 308-ci sətrində VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ 175328,70 manat (ƏDV-siz) göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatların təqdim edilmədiyi və müvafiq dövr üçün təqdim edilmiş bəyannamə üzrə 30691,93 manat artıq ödəmə yaradıldığı müəyyən edilmişdir ki, bu hal kənarlaşmaya səbəb olmuşdur. Yuxarıda qeyd edilən kənarlaşmaların aradan qaldırılması ilə bağlı vergi ödəyicisinə ##.##.2022-ci il tarixli **************** nömrəli elektron uyğunsuzluq məktubu göndərilmişdir. Nəticədə 2020-ci ilin may ayı üçün kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş ƏDV bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi səbəbindən vergi ödəyicisi tərəfindən göstərilmiş 326444,11 manat (ƏDV-yə sıfır faiz dərəcə ilə cəlb edilən) və 4818,02 manat (ƏDV-siz, ƏDV-yə cəlb edilən) dövriyyə məbləğləri saxlanılmaqla bəyannamənin 308-ci sətrində göstərilmiş 175328,70 manat (ƏDV-siz) əvəzləşmə məbləği elektron qaimə fakturalar əlavə edilmədiyi üçün çıxarılmış və 31559,17 manat əlavə vergi məbləği hesablanaraq həmin hesablama barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərar vergi ödəyicisinə təqdim edilmişdir. Əlavə olaraq bildiririk ki, 2020-ci ilin sentyabr ayı üçün vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşmiş ƏDV bəyannaməsində 325034,59 manat (ƏDV-yə sıfır faiz dərəcə ilə cəlb edilən), 833,57 manat ((ƏDV-siz) ƏDV-yə cəlb edilən) dövriyyə məbləğləri və bəyannamənin əvəzləşdirilən bölməsinin 308-ci sətrində VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesabfakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ 75608,38 manat (ƏDV-siz) göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlardan 24759,84 manat (ƏDV-siz) artıq göstərildiyi və müvafiq dövr üçün təqdim edilmiş bəyannamə üzrə 13459,47 manat artıq ödəmə yaradıldığı müəyyən edilmişdir ki, bu hal kənarlaşmaya səbəb olmuşdur. Yuxarıda qeyd edilən kənarlaşmaların aradan qaldırılması ilə bağlı vergi ödəyicisinə ##.##.2022-ci il tarixli **************** nömrəli elektron uyğunsuzluq məktubu göndərilmişdir. Nəticədə 2020-ci ilin sentyabr ayı üçün kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş ƏDV bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi səbəbindən vergi ödəyicisi tərəfindən göstərilmiş 325034,59 manat (ƏDV-yə sıfır faiz dərəcə ilə cəlb edilən), 833,57 manat ((ƏDV-siz) ƏDV-yə cəlb edilən) dövriyyə məbləğləri saxlanılmaqla bəyannamənin 308-ci sətrində göstərilmiş artıq göstərilmiş 24759,84 manat (ƏDV-siz) əvəzləşmə məbləği elektron qaimə fakturalar əlavə edilmədiyi üçün çıxarılmış və 4456,77 manat əlavə vergi məbləği hesablanaraq həmin hesablama barədə ##.##.2023-cü il tarixli **************** nömrəli qərar vergi ödəyicisinə təqdim edilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində əldə edilmiş məlumatlara əsasən İddiaçı (VÖEN: **********) 2020-2021-ci illər ərzində e qaimə ilə əldə etdiyi və təqdim etdiyi (satdığı) meyvə tərəvəz məhsullarından bəzi malların miqdarında uyğunsuzluqlar (fərqlər) olduğu müəyyən edilmişdir. Uyğunsuzluqla bağlı vergi ödəyicisinin təsərrüfat subyektində faktiki mal qalığının müəyyənləşdirilməsi məqsədi ilə ##.##.2021-ci il tarixli **************** nömrəli Xidməti məktub Operativ vergi nəzarəti şöbəsinə təqdim edilmiş və cavab olaraq ##.##.2021-ci il tarixdə **************** nömrəli Xidməti məktub ilə vergi ödəyicisinin Salyan rayonu ərazisində hər hansı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi və malların saxlanması məqsədilə digər saxlanc yerinin olmadığı barədə məlumatlar qeyd edilmişdir. Yuxarıda qeyd edilən məlumatlar əsasında vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmaması nəzərə alınaraq mal qalığının olmaması müəyyən edilmişdir. Məlumat üçün bildirir ki, vergi ödəyicisi tərəfindən ##.##.2020-ci il tarixdən Sahibkarlıq fəaliyyətinin yerində araşdırıldığı ##.##.2021-ci il tarixədək e-qaimə ilə 1280839,70 manat (ƏDV-siz) dəyərində mallar alınmış, e-qaimə ilə 1743300,70 manat (ƏDV-siz) mallar satılmış və ƏDV bəyannamələri üzrə 1736943,70 manat (ƏDV-siz) dövriyyə məbləği göstərilmişdir. Əlavə olaraq bildirir ki, vergi ödəyicisinin e-qaimə ilə aldığı və satdığı mallar vergi orqanı tərəfindən araşdırılarkən yuxarıda qeyd olunan dövrlər üzrə e-qaimə ilə satışı olmadığından alış dəyəri 386,50 manat olan 25 qutu avakado 1 qutu qiyməti 15,46 manat, dəyəri 3519,50 manat olan 103 qutu coconut 1 qutu qiyməti 34,17 manat, dəyəri 315,90 manat olan 30 qutu feyxoa 1 qutu qiyməti 10,53 manat, dəyəri 6490,10 manat olan 199 qutu zəncəfil 1 qutu qiyməti 32,61 manat, dəyəri 10302,0 manat olan 300 qutu limon 1 qutu qiyməti 34,34 manat, dəyəri 504,50 manat olan 35 qutu limes 1 qutu qiyməti 14,41 manat, dəyəri 1746,0 manat olan 150 qutu mango 1 qutu qiyməti 11,64 manat, dəyəri 3453,0 manat olan 219 qutu yemiş 1 qutu qiyməti 15,77 manat, dəyəri 24906,60 manat olan 1282 qutu ananas 1 qutu qiyməti 19,43 manat, dəyəri 1729,60 manat olan 104 qutu qarpız 1 qutu qiyməti 16,63 manat, dəyəri 827,10 manat olan 98 qutu soğan 1 qutu qiyməti 8,44 manat, 118549,78 manat (58398,90x2,03) olan 58398,90 kiloqram armud 1 kiloqramın qiyməti 2,03 manat, dəyəri 943,48 manat (458x2,06) olan 458,0 kiloqram avokado 1 kiloqramın qiyməti 2,06 manat, dəyəri 10771,58 manat (7749,34x1,39) olan 7749,34 kiloqram banan 1 kiloqramın qiyməti 1,39 manat, dəyəri 13492,22 manat (7936,6x1,70) olan 7936,60 kiloqram greyfurt 1 kiloqramın qiyməti 1,70 manat, dəyəri 1,46 manat (0,5x2,91) olan 0,50 kiloqram kərəviz 1 kiloqramın qiyməti 2,91 manat, dəyəri 136999,33 manat (100734,8 x1,36) olan 100734,80 kiloqram limon 1 kiloqramın qiyməti 1,36 manat, dəyəri 8281,62 manat (7963,10x1,04) olan 7963,10 kiloqram mandarin 1 kiloqramın qiyməti 1,04 manat, dəyəri 141767,52 manat (120141,97x1,18) olan 120141,97 kiloqram portağal 1 kiloqramın qiyməti 1,18 manat, dəyəri 5120,52 manat (2798,1x1,83) olan 2798,10 kiloqram ananas 1 kiloqramın qiyməti 1,83 manat, dəyəri 10188,86 manat olan (5279,2x1,93) 5279,20 kiloqram xiyar kiloqramın qiyməti 1,93 manat olmaqla cəmi 500297,18 manat (ƏDV-siz) dəyərində 311126,45 kiloqram və 2545 qutu alınmış meyvə tərəvəz məhsulunun mal qalığı olmadığı üçün satıldığı müəyyən edilmiş və kənarlaşmaların aradan qaldırılması ilə bağlı ##.##.2021-ci il tarixli **************** nömrəli məktub vergi ödəyicisinə təqdim edilmişdir. Odur ki, miqdarı 2545 qutu və 311126,45 kiloqram olan dəyəri 500297,18 manat (ƏDV-siz) olan mallardan alış qiyməti əsas götürülərək və e-qaimə ilə təqdim edilmiş mallar ilə ƏDV bəyannamələri üzrə göstərilmiş dövriyyə məbləği arasında olan 6357,0 manat (ƏDV-siz) (1743300,70-1736943,70=6357) dövriyyə məbləği üzrə fərq olmaqla cəmi 506654,18 manat (ƏDV-siz) dövriyyə məbləği olmaqla 91197,75 manat vergi məbləğinin 2021-ci ilin sentyabr ayı ƏDV bəyannaməsi üzrə məlumatların düzgün göstərilməməsi qeyd edilən vergi məbləğinin dövlət büdcəsinə ödənilməsindən yayındırılması halı kimi qiymtələndirilmiş və nəticədə vergi ödəyicisi tərəfindən məlumatlar düzgün göstərilməklə cari bəyannamə məlumatları və kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən 2021-ci ilin sentyabr ayı ƏDV bəyannaməsi üçün 104197,26 manat kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanaraq ##.##.2022-ci il tarixli **************** nömrəli qərar vergi ödəyicisinə təqdim edilmişdir. Bildirir ki, ##.##.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən 2021-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilərək hesablanmış əlavə vergi məbləği azaldılmış və cinayət tərkibi yaradan borclar ilə bağlı ##.##.2022-ci il tarixli **************** nömrəli rəyin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş idarəsinə göndərildiyi və hesablanmış vergi məbləğinin yuxarı vergi orqanı tərəfindən ##.##.2022-ci il tarixli **************** nömrəli xidməti məktub ilə qanunamüvafiq hesab edildiyi üçün hesablanmış vergi məbləği bərpa edilərək ##.##.2023-cü il tarixli **************** nömrəli qərar vergi ödəyicisinə təqdim edilmişdir. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ##.##.2021-ci il tarixli, ********** nömrəli məktubda qeyd edilmişdir ki, tərəfinizdən bəyannamə, hesabat və ya arayış təqdim edilmədiyindən aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: Qarşılıqlı əlaqələrin təhlili nəticəsində əldə edilmiş məlumatlara əsasən İddiaçı (VÖEN: **********) 2020-2021-ci illər ərzində e-qaimə ilə əldə etdiyi və təqdim etdiyi (satdığı) meyvə tərəvəz məhsullarından bəzi malların miqdarında uyğunsuzluqlar (fərqlər) olduğu müəyyən edilmişdir. Uyğunsuzluqla bağlı vergi ödəyicisinin təsərrüfat subyektində faktiki mal qalığının müəyyənləşdirilməsi məqsədi ilə ##.##.2021-ci il tarixli **************** nömrəli Xidməti məktub Operativ vergi nəzarəti şöbəsinə təqdim edilmiş və cavab olaraq ##.##.2021-ci il tarixdə **************** nömrəli Xidməti məktub ilə vergi ödəyicisinin Salyan rayonu ərazisində hər hansı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi və malların saxlanması məqsədilə digər saxlanc yerinin olmadığı barədə məlumatlar qeyd edilmişdir. Yuxarıda qeyd edilən məlumatlar əsasında vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin olmaması nəzərə alınaraq mal qalığının olmaması müəyyən edilmişdir. Məlumat üçün bildirir ki, vergi ödəyicisi tərəfindən ##.##.2020-ci il tarixdən Sahibkarlıq fəaliyyətinin yerində araşdırıldığı ##.##.2021-ci il tarixədək e-qaimə ilə 1280839,70 manat (ƏDV-siz) dəyərində mallar alınmış, e-qaimə ilə 1743300,70 manat (ƏDV-siz) mallar satılmış və ƏDV bəyannamələri üzrə 1736943,70 manat (ƏDV-siz) dövriyyə məbləği göstərilmişdir. Əlavə olaraq bildirir ki, vergi ödəyicisinin e-qaimə ilə aldığı və satdığı mallar vergi orqanı tərəfindən araşdırılarkən yuxarıda qeyd olunan dövrlər üzrə e-qaimə ilə satışı olmadığından alış dəyəri 386,50 manat olan 25 qutu avakado 1 qutu qiyməti 15,46 manat, dəyəri 3519,50 manat olan 103 qutu coconut 1 qutu qiyməti 34,17 manat, dəyəri 315,90 manat olan 30 qutu feyxoa 1 qutu qiyməti 10,53 manat, dəyəri 6490,10 manat olan 199 qutu zəncəfil, 1 qutu qiyməti 32.61 manat, dəyəri 10302,0 manat olan 300 qutu limon 1 qutu qiyməti 34,34 manat, dəyəri 504,50 manat olan 35 qutu limes 1 qutu qiyməti 14,41 manat, dəyəri 1746,0 manat olan 150 qutu mango 1 qutu qiyməti 11,64 manat, dəyəri 3453,0 manat olan 219 qutu yemiş 1 qutu qiyməti 15,77 manat, dəyəri 24906,60 manat olan 1282 qutu ananas 1 qutu qiyməti 19,43 manat, dəyəri 1729,60 manat olan 104 qutu qarpız 1 qutu qiyməti 16,63 manat, dəyəri 827,10 manat olan 98 qutu soğan 1 qutu qiyməti 8,44 manat olmaqla ümumi dəyəri 54180,80 manat (ƏDV-siz) 2545 qutu meyvə tərəvəz məhsullarının və aldığı malların müəyyən qədəri e-qaimə ilə satıldığı üçün satış dəyəri məlum olan dəyəri 116636,62 manat (58064,8:2,01) olan 58064,80 kiloqram armud 1 kiloqramın qiyməti 2,01 manat, dəyəri 1135,04 manat (458:2,48) olan 458,0 kiloqram avokado 1 kiloqramın qiyməti 2,48 manat, dəyəri 17799,55 manat (7749,34:2,30) olan 7749,34 kiloqram banan 1 kiloqramın qiyməti 2,30 manat, dəyəri 20853,92 manat (7936,6:2,63) olan 7936,60 kiloqram greyfurt 1 kiloqramın qiyməti 2,63 manat, dəyəri 1,40 manat (0,5:2,79) olan 0,50 kiloqram kərəviz 1 kiloqramın qiyməti 2,79 manat, dəyəri 74753,94 manat (103734,8:0,74) olan 103734,80 kiloqram limon 1 kiloqramın qiyməti 0,74 manat, dəyəri 12979,81 manat (7963,10:1,63) olan 7963,10 kiloqram mandarin 1 kiloqramın qiyməti 1,63 manat, dəyəri 253024,75 manat (120141,97:2,11) olan 120141,97 kiloqram portağal 1 kiloqramın qiyməti 2,11 manat, dəyəri 13815,37 manat (2798,1:4,94) olan 2798,10 kiloqram ananas 1 kiloqramın qiyməti 4,94 manat, dəyəri 7335,44 manat olan (5279,2:1,39) 5279,20 kiloqram xiyar kiloqramın qiyməti 1,39 manat olmaqla ümumi dəyəri 518335,84 manat (ƏDV-siz) 311126,45 kiloqram meyvə tərəvəz məhsulları olmaqla cəmi 572516,64 manat (ƏDV-siz) 311126,45 kiloqram və 2545 qutu alınmış meyvə tərəvəz məhsulunun mal qalığı olmadığı üçün satıldığı müəyyən edilmişdir. Nəticədə miqdarı 2545 qutu 54180,80 manat (ƏDV-siz) olan mallardan satış olmadığı üçün alış qiyməti əsas götürülərək 54180,80 manat dövriyyə məbləğinin, miqdarı 311126,45 kiloqram malların satış qiyməti məlum olduğu üçün satış qiyməti əsas götürülərək 518335,84 manat (ƏDV-siz) dövriyyə məbləğinin və e-qaimə ilə təqdim edilmiş mallar ilə ƏDV bəyannamələri üzrə göstərilmiş dövriyyə məbləği arasında olan 6357,0 manat (ƏDVsiz) (1743300,70-1736943,70=6357) dövriyyə məbləği üzrə fərq olmaqla cəmi 578873,64 manat dövriyyə məbləği olmaqla 104197,26 manat vergi məbləğinin 2021-ci ilin sentyabr ayı ƏDV bəyannaməsi üzrə məlumatların düzgün göstərilməməsi qeyd edilən vergi məbləğinin dövlət büdcəsinə ödənilməsindən yayındırılması halı kimi qiymtələndirilir. Cavabdeh orqanın müfəttişləri tərəfindən ## ####### 2021-ci ildə tərtib edilmiş aktda qeyd edilmişdir ki, biz aşağıda imza edənlər baş dövlət vergi müfəttişi, R X1, böyük dövlət vergi müfəttişi, R X2 tərtib edirik bu aktı ondan ötəri ki, Bəyannamələrin təhlili və kameral yoxlamaları şöbəsinin ## ####### 2021-ci il tarixli **************** saylı xidməti məktubuna əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) təsərrüfat subyektində faktiki mal qalığının müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparıldı. Araşdırma nəticəsində İddiaçı məxsus Salyan rayonu ərazisində hər hansı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi və malların saxlanması məqsədilə digər saxlanc yeri aşkar olunmadı. Sahibkarlıq fəaliyyətinin yerində araşdırılması haqqında xidməti məktubda qeyd edilmişdir ki, Bəyannamələrin təhlili və kameral yoxlamaları şöbəsinin ## ####### 2021-ci il tarixli **************** saylı xidməti məktubunda bildirilir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində əldə edilmiş məlumatlara əsasən İddiaçı (VÖEN: **********) 2021-ci il ərzində e-qaimə ilə əldə etdiyi və təqdim etdiyi (satdığı) bəzi malların miqdarında uyğunsuzluqlar aşkar edilmiş və müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə vergi ödəyicisinin təsərrüfat subyektində faktiki mal qalığının müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə müvafiq araşdırmalar aparılmış və araşdırma nəticəsində İddiaçı məxsus Salyan rayonu ərazisində hər hansı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi və malların saxlanması məqsədilə digər saxlanc yerinin olmadığı aşkar olundu. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli */**** nömrəli Ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən ## ###### 2023-cü il tarixli, **************** saylı, ##.##.2023-cü il tarixli, **************** saylı və ##.##.2023-cü il tarixli, **************** saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış ƏDV məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarına (e-qaimə fakturalara, bank çıxarışlarına və s.) əsasən 2020-ci ilin may, sentyabr və 2021-ci ilin sentyabr ayları üzrə vergi ödəyicisinin fəaliyyəti ilə bağlı əlavə hesablanmış (ƏDV-yə dair kənarlaşmasının) ƏDV məbləğinin olması müəyyən olunmur. Işin hallarının araşdırılması prinsipinə görə məhkəmə yalnız tərəflərin izahatları və təqdim etdiyi sənədlərlə məhdudlaşmamalıdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən araşdırılmalıdır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu yanaşma məhkəmənin birbaşa xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Işin hallarına görə iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğvini xahiş edir. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisənin yaranmasının əsası cavabdehin xidməti məktubla vergi nəzarəti apararaq vergi ödəyicisinin Salyan rayonu ərazisində hər hansı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi, malların saxlanması üçün digər saxlanc yerinin olmadığı və beləliklə mal qalığının mövcud olmamasını müəyyən etməsi əsası ilə ##.##.2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək əlavə vergi hesablanmasıdır. Iş materiallarında olan cavabdehin ##.##.2023-cü il tarixli **************** saylı qərarından görünür ki, “qarşılıqlı əlaqələrin təhlili nəticəsində əldə edilmiş məlumatlara əsasən Cəmiyyətin 2020- 2021-ci illər ərzində e-qaimə ilə əldə etdiyi və təqdim etdiyi (satdığı) meyvə tərəvəz məhsullarından bəzi malların miqdarında uyğunsuzluqlar (fərqlər) olduğu müəyyən edilmişdir. Uyğunsuzluqla bağlı vergi ödəyicisinin təsərrüfat subyektində faktiki mal qalığının müəyyənləşdirilməsi məqsədi ilə keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə əsasən vergi ödəyicisinin Salyan rayonu ərazisində hər hansı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi və malların saxlanması məqsədilə digər saxlanc yerinin olmadığı, beləliklə mal qalığının mövcud olmaması müəyyən edilmiş, hesablama aparılmışdır”. Cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarına əsasən ƏDV sentyabr 2021ci il hesabat dövrünə kameral olaraq 91.197.75 manat məbləğində vergi hesablamışdır. Cavabdeh öz hesablamasını ##.##.2021-ci il tarixli **************** nömrəli xidməti məktuba istinad edərək operativ vergi nəzarəti şöbəsinin (##.##.2021-ci il tarixdə **************** nömrəli) yoxlama qərarı olmadan daxili xidməti məktubu ilə əsaslandırmışdır. Cavabdehin bu xidməti məktubunda sahibkarlıq fəaliyyətinin yerində araşdırılması haqqında qeyd edilmişdir ki, bəyannamələrin təhlili və kameral yoxlamalar şöbəsinin ## ####### 2021-ci il tarixli **************** saylı xidməti məktubunda bildirilir ki, “qarşılıqlı əlaqələrin təhlili nəticəsində əldə edilmiş məlumatlara əsasən İddiaçı (VÖEN: **********) 2021-ci il ərzində e-qaimə ilə əldə etdiyi və təqdim etdiyi (satdığı) bəzi malların miqdarında uyğunsuzluqlar aşkar edilmiş və müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə vergi ödəyicisinin təsərrüfat subyektində faktiki mal qalığının müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə müvafiq araşdırmalar aparılmış və araşdırma nəticəsində İddiaçı məxsus Salyan rayonu ərazisində hər hansı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi və malların saxlanması məqsədilə digər saxlanc yerinin olmadığı aşkar olundu”. Lakin Bu yanaşmanın Vergi Məcəlləsinin tələblərinə uyğun olmayan formada, inzibati icraat haqqında qanunun tələbləri pozularaq həyata keçirildiyi müəyyəən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin xidməti məktubu mal-materialın inventarizasiyası və miqdarının yerində hesablanması, mal qalığının müəyyən edilməsi ilə uyğunsuzluğun aşkar edilməsi üçün yetərli sayıla bilməz. Iddiaçının xeyrinə olan hallar nəzərə alınmadan birtərəfli qaydada qərar qəbul edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, vergi orqanı təsərrüfat subyketində mal-materialların faktiki mövcudluğunu müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinə uyğun şəkildə operativ nəzarət tədbirləri həyata keçirməlidir. Operativ nəzarət çərçivəsində aparılan bu tədbirlər növbədənkənar (plandankənar) yoxlama kimi qiymətləndirildiyindən yoxlama qərarı Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməli və reyestrdən çıxarış vergi ödəyicisinə təqdim edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən: 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Lakin iş materiallarında operativ vergi nəzarəti keçirilməsi barədə qərar, akt və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış mövcud deyil. Eyni zamanda, kollegiya bildirir ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Vergi orqanı inzibati icraat qanunvericiliyinin tələblərinə uyğun şəkildə diskresion səlahiyyətlərini həyata keçirərək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38, 39.5, 39, 41 və 49-cu maddələrinə əsasən vergi ödəyicisinin məsuliyyətə cəlb olunması barədə qərar qəbul edə, habelə vergidən yayınma ehtimalını təsdiqləyən hallar mövcud olduqda səyyar vergi yoxlaması təyin edə bilərdi. Lakin hazırkı iş üzrə aydın olur ki, vergi orqanı bu imkanlardan istifadə etməmiş, yalnız daxili xidməti məktuba istinad etməklə vergi ödəyicisinin e-qaimə əsasında əldə etdiyi və realizə etdiyi mallara dair məlumatları əsas götürmüşdürIş materiallarından görünür ki, vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlara əsasən, alış dəyəri 386,50 manat olan 25 qutu avokado, 3519,50 manat dəyərində 103 qutu kokos, 315,90 manatlıq 30 qutu feyxoa, 6490,10 manatlıq 199 qutu zəncəfil, 10302,0 manatlıq 300 qutu limon, 504,50 manatlıq 35 qutu limes, 1746,0 manatlıq 150 qutu mango, 3453,0 manatlıq 219 qutu yemiş, 24906,60 manatlıq 1282 qutu ananas, 1729,60 manatlıq 104 qutu qarpız, 827,10 manatlıq 98 qutu soğan, 118549,78 manat dəyərində 58.398,90 kiloqram armud, 943,48 manatlıq 458 kiloqram avokado, 10.771,58 manatlıq 7.749,34 kiloqram banan, 13.492,22 manatlıq 7.936,60 kiloqram qreyfurt, 1,46 manatlıq 0,50 kiloqram kərəviz, 136.999,33 manat dəyərində 100.734,80 kiloqram limon, 8.281,62 manatlıq 7.963,10 kiloqram mandarin, 141.767,52 manat dəyərində 120.141,97 kiloqram portağal, 5.120,52 manatlıq 2.798,10 kiloqram ananas və 10.188,86 manat dəyərində 5.279,20 kiloqram xiyar olmaqla, ümumilikdə 311.126,45 kiloqram və 2545 qutu məhsulun 500.297,18 manat (ƏDV-siz) dəyərində mal qalığının mövcud olmadığı və bu məhsulların satıldığı müəyyən etdiyini qeyd etmişdir. Vergi orqanı bu məlumatları “malların araşdırılması” kimi təqdim etsə də, göstərilən “araşdırma”nın aparıldığını təsdiq edən hər hansı aktlaşdırılmış və əsaslandırılmış sənəd iş materiallarına təqdim edilməmişdir. Həmçinin bu malların kənad təsərrüfatı təyinatlı mallar olması baxımından Vergi Məcəlləsində kənd təsərrüfatı mallarının vergi güzəştlərinin müəyyən edilməsi hallarıda araşdırılmamışdır. Kollegiya hesab edir ki, vergi orqanı tərəfindən aparıldığı iddia olunan “araşdırma”nı təsdiq edən sübutedici sənəd olmadan, yalnız alış qiymətlərinə və e-qaimə məlumatlarına istinad edilməklə e-qaimə üzrə təqdim edilmiş mallarla ƏDV bəyannaməsində göstərilmiş dövriyyə arasında 6.357,0 manat (ƏDV-siz) fərq müəyyən edilmiş kimi qeyd edilsə də, bu fərq əsasında cəmi 506.654,18 manat (ƏDV-siz) dövriyyə hesablanmış və nəticədə 91.197,75 manat əlavə vergi məbləği müəyyən olunmuşdur. Bildiyimiz kimi, Vergi Məcəlləsində həmçinin malların qiymətinin müəyyən edilməsi, hansı hallarda ekspert, mütəxəssis cəlb edilməsi, vergilərin hesablanma qaydaları müəyyən edilmişdir. Vergi orqanı tərəfindən bu hal 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsində məlumatların düzgün göstərilməməsi və verginin dövlət büdcəsinə ödənilməsindən yayındırılması kimi qiymətləndirilsə də, kollegiya qeyd edir ki, hesablanmış vergi məbləğlərinin hansı mənbələrə əsaslandığı və hansı hüquqi əsaslarla müəyyən edildiyi aydın şəkildə göstərilməmişdir. Bu isə qəbul edilmiş qərarın qanuniliyinə əsaslı şübhələr yaradır. Bundan əlavə birinci instansiya icraatında keçirilən məhkəmə-mühasibatlıq ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyində müəyyən edilmişdir ki, ## ###### 2023-cü il tarixli **************** saylı, ##.##.2023-cü il tarixli **************** saylı və ##.##.2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış ƏDV məbləğləri düzgün hesablanmamışdır. Ekspert rəyində eyni zamanda göstərilmişdir ki, iş materiallarına daxil olan e-qaimə fakturaları, bank çıxarışları və digər sənədlər əsasında aparılmış təhlil nəticəsində 2020-ci ilin may və sentyabr ayları, eləcə də 2021-ci ilin sentyabr ayı üzrə vergi ödəyicisinin fəaliyyəti ilə bağlı əlavə hesablanmış ƏDV məbləği (kənarlaşmanın) müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, vergi orqanının mövqeyinin əsaslı olmadığını, vergi ödəyicisinə əlavə vergi hesablanmasının hüquqi və faktiki əsaslarının yetərli dərəcədə sübuta yetirilmədiyini göstərir. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü IPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçıya əlavə vergi hesablaması istinad edilən normaların tələblərinə uyğun olmamışdır. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur və IPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən prosessual hüquq normalarını pozmuş, vergi tutma obyektini, vergi hesablanma qaydalarına riayət etmədən qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi əsaslı hesab olunmamalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və cavabdehin ##.##.2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Cavabdeh ##.##.2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar