Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-99/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1697/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1697/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü ildə doğulmuş, Sabirabad rayonu hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə müddətli hərbi xidmətə çağırılmışdır. 1992-ci ildən 1994-cü ilin may ayına qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1996-cı ildə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. Lakin ona verilmiş AO ******* nömrəli hərbi biletdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir qeyd aparılmamışdırdır. O, hərbi hissəni özbaşına tərk etməmiş, hərbi cinayətlərə görə əvvəllər məhkum olunmamış, haqqında heç bir amnistiya aktı və əfv sərəncamı olmamışdır. O, veteran adının və vəsiqəsinin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq həmçinin bildirdi ki, o, 1992-1994-cü illərdə N və N nömrəli hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Beyləqan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə Beyləqanda və N nömrəli hərbi hissə isə Cəlilabadda yerləşirdi. O, xx.xx.1996cı il tarixdən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. N nömrəli hərbi hissə Beyləqanda yerləşirdi. O, hərbi biletini 1996-cı ildən əvvəl itirmişdir, hərbi biletinin dublikatını sonradan almışdır. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidməti, o cümlədən xx.xx.N992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidməti ilə bağlı əlavə sübutu yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə Sabirabad rayonu, Bulduq kəndində doğulmuş, Sabirabad rayonu, Bulduq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.N997-ci il tarixli, AO ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, həmin hərbi bilet İddiaçı itirilmiş hərbi bilet əvəzinə Sabirabad rayon hərbi komissarlığı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmişdir. Həmin hərbi biletdə İddiaçı həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.N992-ci il tarixdə hərbi hissəyə göndərildiyi, xx.xx.N996-cı il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçdiyi, xx.xx.N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli, N4N nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2020-ci il tarixli, N/7N-6705 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Komissiyanın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-N947 nömrəli arayışına əsasən İddiaçı N8N və N nömrəli hərbi hissələrdə hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N994-cü ildən sonraya) təsadüf etdiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-3825 nömrəli məktubda qeyd edilmişdir ki, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, Sabirabad rayon hərbi komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü, sıravi X3 N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 57 nömrəli əmrilə (əsas: §6, sıra 47, səh. N94, əmrdə adı Vidadi yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 6N nömrəli əmrilə (əsas: §5, səh. 94) qazan təminatından çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Əmrə adlı siyahı əlavə olunmamışdır. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, Sabirabad rayon hərbi komissarlığının çağırışçısı, N974-cü il təvəllüdlü, artilleriya divizionunun ştatdan kənar sıravisi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N996cı il tarixli, 63 nömrəli əmrilə (əsas: §5, səh. N69, sıra 70) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən tərxis olunmuş, N974-cü il təvəllüdlü, artilleriya divizionunun tuşlayıcısı, sıravi İddiaçı N nömrəli hissə komandirinin xx.xx.N996-cı il tarixli, 230 nömrəli əmrilə (əsas: §6, səh. N77, sıra 42) heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sabirabad rayon hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin N994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. NN0 nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək, N nömrəli hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmış, lakin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 639 nömrəli arayışda qeyd edilmişdir ki, Sabirabad rayon Bulduq kəndində qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N nömrəli hərbi hissənin tərkibində xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 141 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (əsas: Qeydiyyat kartası). Hərbi vəzifəli İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, hərbi xidmət zamanı yaralanması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətə baxılması barədə məlumatları və hərbi hissəni özbaşına tərk etməsi, fərariliyi, digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində heç bir məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş qeydiyyat kartının təsdiq edilmiş surətindən görünür ki, həmin qeydiyyat kartında İddiaçı həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.1992-ci il tarixdə hərbi hissəyə göndərildiyi, xx.xx.N996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçdiyi, döyüşlərdə iştirak etmədiyi, xx.xx.N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 141 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı qeyd edilmiş, lakin onun xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidməti barədə hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun 181 və N nömrəli hərbi hissələrdə hərbi xidməti atəşkəs dövrünə (xx.xx.1994-cü ildən sonraya) təsadüf etdiyi əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı məxsus AO ******* nömrəli hərbi bilet ona itirilmiş hərbi bilet əvəzinə Sabirabad rayon hərbi komissarlığı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmişdir, yəni sonradan tərtib edilmişdir. Həmin hərbi biletdə, həmçinin iddiaçıya aid qeydiyyat kartında iddiaçının həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.1992-ci il tarixdə hərbi hissəyə göndərildiyi, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçdiyi, xx.xx.N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 141 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı qeyd edilmişdir. Sözügedən qeydiyyat kartında həmçinin iddiaçının döyüşlərdə iştirak etmədiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafizə Nazirliyinin Mərkəzi Arxivində də İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidməti barədə məlumat vardır. Qanunvericiliyə əsasən müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər şəxslərin hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidməti, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidməti öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı da bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1697/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-99/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-99/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver