Məhkəmə qərarları › İş №2-1(106)-99/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-99/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-99/2025 30.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə. Şirvan İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(120)-80/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiya ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, İddiaçı məhkəməyə ərizə təqdim edərək “1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 2 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X1 üzrə X4 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 09 il 06 ay 01 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə xx.xx.1974cü ildə X3 fəhlə kimi işə başlamış və xx.xx.1975-ci ilə kimi həmin işdə çalışmış, xx.xx.1975-ci ildən xx.xx.1977- ci ilə kimi hərbi xidmətdə olduğu dövr (2 il 23 gün), 1979- 1985-ci illərdə (qanuna əsasən 1 il 6 ay) Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, xx.xx.1988- ci ildən xx.xx.1989-cu ilə kimi (1 il 1 ay 23 gün) Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə (1 il 2 ay 16 gün) kimi həmin aparatda Sosial Hüquq Şöbəsinin müdiri, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə (1 il 2 ay 20 gün) kimi Lənkəran rayon icra hakimiyyətində Hüquq Şöbəsində böyük məsləhətçi, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə kimi (3 il 7 ay 22 gün) isə hüquq şöbəsinin müdiri, xx.xx.1997-ci ildən xx.xx.2007-ci ilə kimi Ədliyyə Nazirliyi Hüquqi X1 üzrə X4 rəisi (10 il 7 ay 17 gün), xx.xx.2007-ci ildən hal hazıra kimi Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi vəzifəsində işləyir. 04 avqust 2011-ci il tarixdə 25 il staja görə pensiya hüququ yaransada, xidmətini davam etdirmiş və ona aylıq əmək haqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilməli idi. Lakin təqaüdə çıxmamış və xidmətini davam etdirmiş və buna görə ödənilməli olan pensiya məbləği ona ödənilməmişdir. Bununla əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin imtina cavabı almışdır. 10 sentyabr 2021-ci il tarixli imtina məktubunda imtinaya əsas kimi Əmək pensiyaları haqqında qanunda göstərilən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş və həmin siyahıda Lənkəran rayon İcraiyyə komitəsində olan vəzifələr yerli icra hakimiyyətində müvafiq vəzifələrə uyğunlaşdırılınası göstərilmişdir. Bu qanunun dövlət qulluqçularının pensiya təminatına aid olduğunu özləridə məktubda bir növ təsdiq etmişdirlər. Qeyd edilənləri nəzərə alaraq 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 1 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977- ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X1 üzrə X4 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 14 il 10 ay 15 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.7-ci maddəsinin 1-ci bəndinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahı”sı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X2 rayon X5 İcraiyyə Komitəsində işlədiyi vəzifələr yerli icra hakimiyyəti orqanında müvafiq vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda bildiririk ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və va təşkilati təminatı ilə baqlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci ii tarixli 06/24- 552 nömrəli arayışda (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş) qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq İddiaçı ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021-ci il tarixə (hərbi xidmətdə, Lənkəran rayon X5 İcraiyyə Komitəsində, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutan vəzifələrdə) 29 il 11 ay 23 gün təşkil edir”. Müvafiq arayış və İddiaçı hüququnun “xx.xx.2016-ci il tarixdə yaranması” iddiasından belə nəticəyə gəlinir ki, İddiaçı ədliyyə orqanlarında qulluq iiləri xx.xx.2016-ci il tarixədək 24 il 10 ay 12 gün təşkil ədir (xx.xx.2016- xx.xx.2021 - 5 il 1 ay 11 gün). Həmçinin Lənkəran rayon XDS İcraiyyə Komitəsində işlədiyi illər yuxarı icra hakimiyyəti orqanlarına deyil, yerli icra hakimiyyəti orqanına aid olduğu üçün həmin müddət ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, xx.xx.1988-xx.xx.1991-ci illərin (3 il 11 ay 8 gün) ədliyyə orqanlarında qulluq illərinə aid edilmədiyi üçün İddiaçı stajı 20 il 11 ay 4 gün təşkil edir. Həmçinin xx.xx.1993- xx.xx.1997-ci il tarixlərində Lənkəran rayon İcra Hakimiyyətində işlədiyi dövrlərə münasibətdə qeyd etmək lazımdır ki, yuxan icra hakimiyyəti orqanlarına deyil, yerli icra hakimiyyəti orqanına aid olduğu üçün həmin müddət ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Yuxanda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(120)-80/2024 nömrəli (hakim Hilal Nəcəfov) qərarı ilə iddia təmin edilmiş, İddiaçı “1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 2 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X1 üzrə X4 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 09 il 06 ay 01 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. Qərarda qeyd olunmuşdur ki, hərbi qulluqçulara pensiya hesablanarkən onların təhsil müddətlərinin xidmət müddətlərinə əlavə olunması ilə bağlı müddəa xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır. Belə ki iddiaçının 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil aldığından həmin müddətin hər bir ilini altı ay saymaqla iddiaçının iş stajına, yəni 5 illik təhsil müddətinə görə 02 il 06 ay hesablanıb iddiaçının stajına əlavə edilməlidir. Məhkəmənin “hərbi qulluqçulara pensiya hesablanarkən onların təhsil müddətlərinin xidmət müddətlərinə əlavə olunması ilə bağlı müddəa xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır” mövqeyinə münasibətdə bildiririk ki, Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası" ilə müəyyən edilir. Həmin Qaydada ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşlarının təhsil dövrünün onların qulluq illərinin hesablanması zamanı nəzərə alınmasına dair müddəa mövcud deyil. Qeyd olunur ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə əsasən Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Həmçinin göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasf’nın 2.2.3-1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinin qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət daxil edilir. Qeyd edilənlərə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətində böyük məsləhətçi və şöbə müdiri vəzifələrində iş müddəti ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-6/2-239 nömrəli məktubuna istinad edərək hesab etmişdir ki, İddiaçı qulluq illəri(qulluq stajı) yenidən hesablanarkən həqiqi hərbi xidmətdə olduğu (xx.xx.1975xx.xx.1977-ci illər), Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, müdir işlədiyi (xx.xx.1988-xx.xx.1991-ci illər), Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatında kadrlar üzrə böyük inspektor, Hüquq və müdafiə məsələləri şöbəsində böyük məsləhətçi, müdir (xx.xx.1991 -xx.xx.1997-ci illər) və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə (xx.xx.1997-xx.xx.2022-ci illər) işlədiyi dövrlərin nəzərə alındığı müəyyən edilir. Mərkəzi Filialı tərəfindən münahisələndirilən xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, xx.xx.1989-xx.xx.1991 -ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq şöbəsinin müdiri, xx.xx.1992-xx.xx.1993-cu il tarixlər arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi, xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri işlədiyi dövrlərə münasibətdə bildiririk ki, müvafiq dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4- cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Sözügedən dövrlər ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanlarında işlədiyi dövrlərin ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müvafiq Qaydanın 2.2.4-cü yarımbəndindən “ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında,” sözləri çıxarılmasına münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, müvafiq dəyişiklik Nazirlər Kabinetinin 25 noyabr 2021 -ci il tarixli 368 nömrəli qərar ilə edilmişdir. Lakin iddiaçı hüququnun xx.xx.2011 -ci il tarixdə yarandığını iddia edir. Belə ki müvafiq dəyişiklik həmin dövrə münasibətdə tətbiq edilə bilməz. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olduğu müddət və xx.xx.1997-xx.xx.2007-ci il və xx.xx.2007xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzindəki fəaliyyət müddəti onun ədliyyə orqanında qulluq illəri hesablanarkən nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Lakin göründüyü kimi qanunvericiliklə tələb olunan staj (35 il) ödənilmir. Belə olan halda İddiaçı ədliyyə qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə bu halları araşdırmamışdır. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 80/2024 nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: Cavabdehin nümayəndəsi Nümayəndə4 şikayətin dəlillərini müdafiə edərək bildirmişdir ki, İddiaçı istinad etdiyi qanunun müvafiq normasına əsasən, yalnız yuxarı icra hakimiyyəti orqanlarında işləyən şəxslərin işlədiyi illər ədliyyə qulluqçusu kimi staja daxil edilə bilər. İddiaçı işlədiyi Lənkəran Rayon XDS İcrayə Komitəsi və İcra Hakimiyyətində yuxarı icra hakimiyyəti orqanı hesab olunmur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 80/2024 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 80/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: -Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.2. maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 8.1.3.inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3 və 1.0.4-cü maddələrinə əsasən həmin Qanunun məqsədləri üçün “hərbi qulluqçular” dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər, “xüsusi rütbəli şəxslər” dedikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər başa düşülür. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir (3.3-cü maddə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.4-cü bəndinə uyğun olaraq həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Qanunun 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 4.3-cü bəndinin 2026-cı il yanvarın 1-dək qüvvədə olan redaksiyasına görə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsaslı hesab olunmalıdır. Belə ki, iddia tələbi üzrə nəzər yetirilməli hal iddiaçının uyğunlaşdırlmasını arzu etdiyi əmək stajının hansı orqanlarda yaranmasıdır. Bununla bağlı sübutlardan görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuş, 1979-cu ildə C.M.Kirov adına X6 Ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1985-ci ildə hüquqşunaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Bundan başqa o, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində 1 il 8 ay 23 gün hüquq məsləhətçisi, xx.xx.1989-cu ildən xx.xx.1991ci ilə qədər 1 il 18 gün Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər 1 il 2 ay 20 gün Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə 3 il 7 ay 22 gün hüquq şöbəsinin müdiri, xx.xx.1997xx.xx.2007-ci il tarixə kimi 10 il 7 ay 18 gün Ədliyyə Nazirliyi Hüquqi X1 üzrə X4 rəisi və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər 09 il 06 ay 01 gün Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir. İddiaçının iş yerlərinin apellyasiya şikayətinin dəlilləri üzrə yuxarı icra hakimiyyəti orqanına aid edilməsini müzakirə edərək kollegiya qeyd edir ki, İddiaçı xx.xx.1975xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olduğu müddət və xx.xx.1997-xx.xx.2007-ci il və xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzindəki fəaliyyət müddəti onun ədliyyə orqanında qulluq illəri hesablanarkən nəzərə alınmışdır. Digər mübahisə yaradan illərlə bağlı nəzərə alınmaldır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.4-cü bəndinə əsasən İddiaçı qeyd etdiyi mübahisəli illər üzrə vəzifələri 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrə uyğun olmalıdır. Bununla əladəaq qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Məhkəmə kollegiyası bu qərarın 15-18-ci bəndlərində nəzərdə tutulmuş normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7- 1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanının 2.4-cü bəndinə uyğun olaraq, həmin şəxslərin dairəsinə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərdən əlavə, daxili işlər, vergi və gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslər aid edilmişdir. İddiaçının ədliyyə orqanında qulluğa qəbul edilənədək xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə (qulluq etməklə) xüsusi rütbəyə malik olduğuna dair hər hansı sübut işdə yoxdur. Nəticə olaraq, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərar qanunsuz və əsassızdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(120)-80/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı “1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 2 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X1 üzrə X4 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 09 il 06 ay 01 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması“ barədə iddia tələbi təmin olunmasın. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar