Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-993/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2502/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekpsert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının ləğv olunması və həmin tarixdən ona Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) xx.xx.2025-ci il tarixli, 2-1(120)- 2502/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinikifunksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.1-ci bəndi ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etməmiş və qeyd etmişdir ki, ididaçıya əlillik təyin edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cü ildə anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə düşmənə qarşı 2-ci Qarabağ müharibəsinə çağrılmışdır. Dövlət başçısının sərəncamları ilə “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 2-ci Qarabağ müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “sopraorbital nahiyyə yad cismi (metal qəlpə)” ilə xəsarət almışdır. Mütəmadi olaraq müayinə və müalicələrdə olur. xx.xx.2022, xx.xx.2024-cü il tarixlərdə Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Həkim psixiatr komissiyası 2-ci Qarabağ müharibəsi zamanı alınmış partayış travması nəticəsində şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, F07 0.4821 nömrəli rəy verib. Lakin müalicələrin müsbət nəticəsi olmamışdır. 2-ci Qarabağ müharibəsi zamanı alınmış partayış travması nəticəsində şəxsiyyət pozuntusu, depressiv daxilolmalar diaqnozu ilə əlillik dərəcəsi verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. 2022-ci ilin sentyabr ayında ona 3-cü qrup 2 illik əlillik dərəcəsi verilib. 2024-cü ilə kimi xəstəxanalarda müalicə almışdır. D00231282MLU nömrəli forma 88-lə cavabdeh təşkilat ona xx.xx.2024-cü ildə imtina verib ki, diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilir. Onu komissiya əyani müayinə etməyib, heç onu çağırmayıblar, ancaq kağıza baxış keçirib imtina yazıblar ki, bu da qanuna ziddir. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarıilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydaları” əlilliyin müəyyən edilməsini və ödəmənin verilməsini tənzimləyir. Cavabdeh həmin qaydalara əməl etməmişdir. O, yuxarıda göstərilən sənədləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olmaqla cavabdehə və tibbi komissiyaya təqdim etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə xəstəlik sənədlərinə və faktiki xəstəliyinə hüquqi qiymət vermədən əsassız olaraq ərizənin təmin edilməsindən imtina etmişdir. Səbəb kimi guya diaqnozun əlillik əlamətini təyin etməməsi göstərilir. Qiymətləndirmə düzgün aparılmamışdır. Onun xəstəliyi müraciət etdiyi bütün tibb müəssisələrində təsdiq olunur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ-ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Diqqətə çatdırır ki, İmişli rayon sakini xx.xx.1999-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müdətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021ci il tarixli 20835 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, ifadəli davranış pozuntuları, retroqrad amneziya. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı. Partlayış travması (xx.xx.2020): alın nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Partlayış travması (xx.xx.2020), sol supraorbital nahiyənin yad cismi (metal qəlpə), görmə itiliyinin hər iki gözündə 0,5-ə qədər azalması, korreksiya etmir” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 9868/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 7364/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4821 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, gecələr boğulmadan, yemək yeyə bilməməkdən, insanlarla ünsiyyət qura bilməməkdən şikayətlənmişdir. Hər hansı bir klinikaya uyğun gəlməyən, ayda bir dəfə başında gurultu, cingilti kimi səs olduğunu bildirmişdir. Dərmanlardan Depakin, Aminazin qəbul etdiyini, anamnezində özünü asmaqistədiyini söyləmişdir. Üzündə metal qəlpə olduğu halda təqdim etdiyi Baş beyin MRT nəticəsinin real olması böyük şübhə doğurmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Aqrovasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin xəstədə ağırlaşmaların olubolmaması hər hansı qaydada müəyyən edilməmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, gecələr boğulmadan, yemək yeyə bilməməkdən, insanlarla ünsiyyət qura bilməməkdən şikayətlənmişdir. Hər hansı bir klinikaya uyğun gəlməyən, ayda bir dəfə başında gurultu, cingilti kimi səs olduğunu bildirmişdir. Dərmanlardan Depakin, Aminazin qəbul etdiyini, anamnezində özünü asmaq istədiyini söyləmişdir. Üzündə metal qəlpə olduğu halda təqdimetdiyi Baş beyin MRT nəticəsinin real olması böyük şübhə doğurmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Aqrovasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Prosessual məsələlər: İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - İddiaçıya dair Əlillik altsistemdən çıxarışlardan müəyyən olunur ki İddiaçı: - xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iki il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmiş, Ağdam RƏD-in xx.xx.2024-cü il tarixli, D00231282MLU nömrəli göndərişi əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Ağdam RƏD-in xx.xx.2024-cü il tarixli, D00231282MLU nömrəli göndərişi əsasında iddiaçıya Əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla”, səbəbi “Azərbaycan Respublikasının müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən edilmişdir. - N saylı hərbi hissənin X3 qeyd edilmişdir ki, iddiaçı Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını verinə yetirərkən düşmən tərəfindən atılan atəs nəticəsində “Sol supraorbital nahiyə yad cismi (metal qəlpə)” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olmuşdur. - xx.xx.2021-ci il tarixli, 20835 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasinin Qərarı: “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Səbəb Əlaqəsi ilə. - Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 4821 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F 07.0 - Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 7392 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz:Üzvi (partlayış travması nəticəsində) yaranmış şəxsiyyət pozuntusu F07.0 - İddiaçıya məxsus SX№ ******* nömrəli, xx.xx.2017-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində döyüşlərdə iştirak edib. - Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə xx.xx.2021-xx.xx.2021, xx.xx.2022xx.xx.2022; xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli mülicədə olub. - Səhiyyə Nazirliyi Məhkəmə X2 X5 xx.xx.2025-ci il tarixli, 1376 nömrəli rəyində qeyd edilmişdir ki, motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntular və depressiv daxilolmalarla” (F07.0) aşkar edilirBunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında oğlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə üçüncü dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalarla F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Həmçinin İddiaçı “üzvi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iki il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2024-cü il tarixli, D00231282MLU nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı həmin əlverişsiz inzibati aktla razı olmamış və məhkəmə qaydasında həmin qərarı mübahisələndirmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır xəsarət almışdır. Belə ki, iddiaçıya məxsus SX№ ******* nömrəli, xx.xx.2017-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində döyüşlərdə iştirak edib və N saylı hərbi hissənin X3 qeyd edilmişdir ki, iddiaçı Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını verinə yetirərkən düşmən tərəfindən atılan atəs nəticəsində “Sol supraorbital nahiyyə yad cismi (metal qəlpə)” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olmuşdur. Bundan sonra onun sağlamlıq vəziyyəti qiymətləndirilmiş vəxx.xx.2021-ci il tarixli, 20835 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasinin Qərarı: “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Səbəb Əlaqəsi ilə. İş materiallarında olan Ağdam RƏD-in xx.xx.2024cü il tarixli, D00231282MLU nömrəli göndərişi əsasında iddiaçıya Əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla”, səbəbi “Azərbaycan Respublikasının müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən edilmişdir. Bundan əlavə iş materiallarında olan Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 4821 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F 07.0 Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 7392 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (partlayış travması nəticəsində) yaranmış şəxsiyyət pozuntusu F07.0 Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022; xx.xx.2023xx.xx.2023, xx.xx.2024- xx.xx.2024-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli mülicədə olub. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması və cavabdehin etirazının və imtinasının dəlillərinin araşdırılması məqsədi ilə təyin edilmiş ekspertiza üzrə Səhiyyə Nazirliyi Məhkəmə X2 X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1376 nömrəli rəydə qeyd edilmişdir ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntular və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir və bunu hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma mənşəlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2502/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-993/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-993/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver