Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-996/2025 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı və nümayəndəsi Məmmədov Əziz Məhərrəm oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Masallı Rayon Polis şöbəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki. “...R İddiaçı ##.##.2011-ci ildən Daxili İşlər Orqanlarında xidmətə qəbul olunmuş, ##.##.2023-cü ildən Masallı Rayon Polis şöbəsinin Boradigah BP-nin polis sahə rəisi vəzifəsində xidmət edir. R İddiaçı bədən çəki indeksi və boy ölçüsü nisbəti normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticələr əldə olunmadığından barəsində tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərilir. R İddiaçı - yaş 38, boy - 173, çəki - 125 kq, turnikdə dartınma - 0.” ##.##.2024-cü il tarixli **/****/** saylı əmrdən görünür ki, “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 9 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cü bədlərinin, ##.##.2023-cü il tarixli *-**/Q**/**** nömrəli qərarının tələbələrinə uyğun olaraq icraatında olan materialların icrasını vaxtında icra etməyərək süründürməçiliyə yol verdiyindən icra intizamının pozulmasına səbəb olmuş və eyni zamanda xarici görkəminin səliqəsiz, dəfələrlə fiziki hazırlığının səviyəsinin artırılması tələb olunmasına baxmayaraq, fiziki hazırlıq dərslərində iştirak etmədiyi müəyyən edildiyinə görə RPŞ-nin Boradigah PB-nin polis sahə rəisi, R İddiaçı “Töhmət” intizam cəzası elan elan edilmişdir.” Masallı Rayon Polis şöbəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki. “...R İddiaçı ##.##.2011-ci ildən Daxili İşlər orqanlarında xidmətə qəbul olunmuş, ##.##.2023-cü ildən Masallı Rayon Polis şöbəsinin Boradigah BP-nin polis sahə rəisi vəzifəsində xidmət edir. R İddiaçı bədən çəki indeksi və boy ölçüsü nisbəti normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticələr əldə olunmadığından DİN-in BKİ-nə ##.##.2024-cü il tarixdə **/*-*****/** nömrəli məktubla məlumat verilmişdir. DİN-in BKİ-nin ##.##.2024-cü il tarixdə *-**-**/*-****/**** nömrəli məktubuna əsasən R İddiaçı fiziki hazırlıq məşğələrinə cəlb olunmaqla çəkisinin nəzarətdə saxlaması ilə bağlı 4 ay müddət verilməsi diqqətinə çatırılmaqla profilaktiki söhbətlər aparılmışdır. R İddiaçı bədən çəki indeksi və boy ölçüsü nisbəti normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz, fiziki hazırlıq səviyyəsinin qeyri-kafi olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticələr əldə olunmadığından və icratına daxil olmuş materilların icra müddətinin pozulması hallarına yol verdiyinə görə ##.##.2024-cü il tarixdə **/Ə***/** nömrəli əmr ilə “Töhmət” intizam cəzası elan edilmişdir. R İddiaçı qeyd olunanlardan müsbət nəticə çıxartmadığından barəsində tədbir görülməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş edirəm.” Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyindən görünür ki, İddiaçı Xüsusi Həkim Homissiyasında ## ###### 2024-cü il tarixdə şəhadətləndirilərkən boyu 173 sm, çəkisi 131 kq, 39 kq artıq, ona “Alimentar piylənmə IV dərəcə (morbid piylənmə)” diaqnozu qoyulmuş və DİN-in ** saylı ##.##.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin II qrafasının 13 a maddəsinə İ təyinat qrupu üzrə DİO-da xidmətə yararsız hesab edilmişdir. ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmrdən görünür ki, İddiaçı “istefada olan R” sayılmaqla ## ###### 2024-cü il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric edilmişdir. Əsas: DİN-in Xüsusi Həkim Komissiyasının ## ###### 2024cü il tarixli ** nömrəli rəyi. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin mart ayında daxili işlər orqanlarında xidmətə qəbul edilmiş və Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən Masallı Rayon Polis şöbəsinin Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Daha sonralar DİN-nin Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Bölgəsinin Regional şöbəsində və Cəlilabad Rayon Polis şöbəsinin Göytəpə Polis bölməsində xidmətini davam etdirmişdir. 2023-cü ilin aprel ayından isə Masallı Rayon Polis şöbəsinin Boradigah Polis bölməsində polis sahə rəisi kimi xidmətini davam etdirmişdir. Boradigah PB-də xidmətdə olduğu müddətdə ona təhkim olunmuş Boradigah inzibati ərazi dairəsindən əlavə, vakant olan daha iki polis sahə rəisinin xidmət göstərməli olduğu ərazidə eyni zamanda xidmət aparmışdır. Xidmət dövründə üzərinə düşən xidməti vəzifəsini layiqincə yerinə yetirməyə çalışmışdır. Lakin ## ###### 2024-cü il tarixdə məlumat almışdır ki, DİN-nin Xüsusi Həkim Komissiyasının müvafiq rəyinə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric edilmişdir. Əsasnamənin əmrdə istinad edilən həmin bəndinə görə isə əməkdaş xidmətdən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda xaric edilə bilər. O, isə xidməti vəzifəsini yerinə yetirməyini qeyri-mümkün edən hər hansı uzun müddətli xəstəlik keçirməmişdir. RPŞ-nin göndərişi əsasında ##.##.2024 cü il tarixdə DİN-nin Xüsusi Həkim Komissiyasında müayinədə olmuşdur. Yoxlanılma nəticəsində onda xidməti vəzifəsini yerinə yetirməyini qeyri-mümkün edən hər hansı bir xəstəliyin olması barədə xəbərdarlıq edilməmişdir. Lakin ##.##.2024-cü il tarixdə RPŞ-də ona elan olunmuşdur ki, Xüsusi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli rəyinə əsasən nazirin ##.##.2024-cü il tarixli əmri ilə xidmətdən xaric edilmişdir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 142-ci maddəsində göstərilir ki, bu Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11ci bəndlərinə müaviq olaraq xidmətdən xaric edilən daxili işlər orqanlarının əməkdaşları xidmətdən xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər. 04 noyabrda həkim müayinəsində olmuş, ##.##.2024 cü il tarixdə isə xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə əmrin verilməsində Masallı RPŞnin rəisinin ona qarşı qərəzli münasibəti olması yəqin ki, əsas rol oynamışdır. Belə ki, RPŞ-nin rəisi ona qarşı qərəzli münasibətdə olduğu üçün uzun müddət onun xidmət yerinin Cəlilabad RPŞ-dən Masallı RPŞ-yə dəyişilməsinin qəti əleyhinə olmuş, Masallı RPŞ-də xidmətdə olduğu müddətdə də ona qərəzli münasibət sərgiləmişdir. Sonuncu qərəzli münasibəti də ondan ibarət olmuşdur ki, xidmət etdiyi RPŞ-də ondan başqa da bədən çəkisi və boy ölçüsü nisbəti (bədən çəki indeksi) normalara uyğun olmayan əməkdaşların olmasına baxmayaraq, təkcə o, həkim müayinəsinə göndərilmiş, müayinədən sonra da dərhal daxili işlər orqanlarında xidmətdən xaric olunmasından ötrü əlindən gələni etmişdir. Daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə əmr DİN-nin Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyinə əsasən verildiyini nəzərə alaraq, həmin rəylə tanış olmaq məqsədi ilə ## ###### 2024-cü il tarixdə ərizə ilə Xüsusi Həkim Komissiyasının yerləşdiyi ünvana getmişdir. Lakin Komissiyanın inzibati binasına buraxılmamışdır. Girişdə xidmət aparan personal ona bildirmişdir ki, ancaq divardakı telefon vasitəsi ilə Komissiya ilə əlaqə saxlaya bilər. Ona görə də qeyd edilmiş nömrəni yığmış, özünü Komissiyanın sədri kimi təqdim edən şəxslə danışmış, rəyin surətini istəmişdir. Telefonda özünü Komissiya sədri kimi təqdim edən şəxs bildirmişdir ki, əməkdaşa rəy verilmir, rəy daxili işlər orqanına göndərilmişdir, surətini ordan ala bilər. Rəyin təqdim edilməsi barədə yazdığı ərizə də qəbul edilməmişdir. ## ###### 2024-cü il tarixdə DİN-ə ərizə ilə müraciət edərək, xidmətdən azad olunması barədə əmrin və Xüsusi Həkim Komissiyasının rəyinin surətlərinin ona təqdim olunmasını xahiş etmişdir. Lakin həmin sənədləri ala bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə əmrin surəti, əmək kitabçası son haqq-hesabla birlikdə sonuncu iş günü ona verilməli idi. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.2024-cü il tarixli normativ yoxlama zamanı bədən çəkisi (125 kq) və boy ölçüsü (173 sm) nisbətinin normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəminin səliqəsiz olması ilə bağlı xəbərdarlıq edilmiş və ona fiziki hazırlıq məşğələlərinə cəlb olunmaqla çəkisinin nəzarətdə saxlanması ilə bağlı 4 ay müddət verilərək profilaktik söhbət aparılmışdır. Növbəti yoxlama zamanı iddiaçının bədən çəkisi və boy ölçüsü nisbəti normalara uyğun olmadığı (boy 173, çəki 132 kq) müəyyən edilərək, fiziki hazırlıq səviyyəsinin qeyri-kafi olması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmadığı nəzərə alınaraq, barəsində ##.##.2024-cü il tarixdə **/Ə***/** nömrəli əmrlə “Töhmət” intizam cəzası elan edilmişdir. İddiaçı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında müayinə zamanı IV dərəcə alimentar piylənmə (morbid piylənmə) diaqnozu ilə hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən ##.##.2024-cü il tarixli ** nömrəli rəy nəzərə alınmaqla, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmr ilə xidmətdən xaric edilmişdir. İddiaçı yoxlamalar zamanı çəkisinin artıq olması faktını mübahisələndirmir, müdafiəsini hazırda çəkisinin normaya uyğun olması üzərində qurmuşdur. İddiaçıya görə hazırda çəkisi qaydasındadır və hər hansı xəstəliyi yoxdur. İddiaçının yoxlamalar zamanı çəkisinin artıq olması isin mübahisəsiz halıdır və iddiaçı tərəfindən də mübahisələndirilmir. İddia mübahisələndirmə haqqında iddiadır. Məhkəmə araşdırmasının əsas istiqaməti müvafiq əmrin əsaslı olub-olmamasını araşdırmaqdır. Təqdim olunan inzibati icraat materiallarından aydın olur ki, iddiaçının yoxlamalar zamanı çəkisi normadan artıq olmuş və ona çəkisinin normaya uyğunlaşdırılınası üçün 4 ay vaxt verilmişdir. Lakin, bu müddət ərzində iddiaçının çəkisində dəyişiklik olmamış və ona edilən iradlardan nəticə çıxarmamışdır. Belə olan halda mübahisələndirilən əmr qəbul edilmişdir. Əmrin ləğv olunması üçün irəli sürülmüş dəlil əsassızdır. İddiaçı hazırda səhhətinin normal olduğunu və xidmətə yararlı olduğunu düşünürsə, yenidən DİO-da xidmətə qəbul edilməsi üçün müvafiq qaydada müraciət edə bilər. Lakin, bu dəlil mübahisələndirilən əmrin ləğvi üçün əsas hesab edilə bilməz. İddiaçının tələbi o zaman əsaslı olardı ki, o, çəkisinin yoxlamalar zamanı normal olduğunu sübuta yetirə bilsin. İşdə olan sübutlar qeyd edilən halı təsdiq etmir, o cümlədən bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, cavabdehin bu mövqeyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən əmrin verilməsinə əsasən Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyi olmuşdur. Həmin rəy verilərkən “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə” ilə təsbit olunmuş normalar kobud şəkildə pozulmuşdur. Belə ki, Əsasnamənin 5.18-1-ci bəndinə əsasən bədən çəkisi və boy ölçüsü nisbəti (bundan sonra-bədən çəki indeksi) normalara uyğun olmayan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlılığının yoxlanılması məqsədilə tibbi müayinəsi keçirilir. Müayinə nəticəsində piylənmə xəstəliyi səbəbindən daxili işlər orqanlarında xidmətə müvəqqəti yararsız olması müəyyən edilmiş əməkdaşların bədən çəki indeksini normalara uyğunlaşdırması üçün onlara xüsusi həkim komissiyası tərəfindən 4 ay müddətədək fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarılır. Məzuniyyət müddətində əməkdaşlar tibbi nəzarətdə saxlanılır və ayda bir dəfə müayinədən keçirilir. Bu müddətdə bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyən əməkdaşların səhhətinə görə daxili işlər orqanlarında xidmətə yararsızlığı barədə qərar qəbul edilir və aidiyyəti üzrə göndərilir. Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyi hansı qaydada, hansı tibbi araşdırma və müayinələrin, analizlərin nəticələrini və hansı normativ hüquqi aktı rəhbər tutaraq qəbul etdiyi məlum deyil. Əslində Komissiya şəhadətləndirilməni apararkən Əsasnamədə göstərildiyi kimi bədən çəki indeksini normalara uyğunlaşdırmağı üçün 4 ay müddətədək fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarmalı, məzuniyyət müddətində tibbi nəzarətdə saxlanılmalı və ayda bir dəfə müayinədən keçirilməli idi. Bu müddətdə bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyəcəyi təqdirdə səhhətinə görə daxili işlər orqanlarında xidmətə yararsızlığı barədə qərar qəbul edilə bilərdi. Bu Komissiyanın vəzifəsi idi. Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyi girişdən və təsviri hissədən məhrumdur. Hüquqi və tibbi əsaslandırma yoxdur, analiz və digər yoxlamaların göstəriçiləri və nəticələri barədə məlumat yoxdur. Əslində heç bir normal müayinələr aparılmamışdır. Morbid piylənmə elə-belə piylənmə deyil, onun müalicəsi cərrahi müdaxilə olmadan mümkünsüzdür. Rəydə boyu 1 sm az, çəkisi isə faktiki olandan artıq göstərilmişdir. Çəkisində azalma baş verdiyindən hazırda bunu mübahisələndirmək çətin olsa da, mübahisəsizdir ki, hazırda çəkisi rəydə göstəriləndən 45 kq-dan da azdır. Keçən bu müddət ərzində heç bir həkim müalicəsi və müdaxiləsi olmadan bu qədər çəki atmaq mümkün deyil. Deməli, komissiya müayinə zamanı onun çəkisini artıq göstərmişdir. Çəkisinin və boyunun ölçüsünün həkim komissiyasının rəyində göstərildiyi kimi 131 kq və 173 sm olması qəbul edilib, bu göstəricilər əsasında hesablama aparıldıqda da piylənmə dərəcəsi rəydə göstərildiyi kimi IV dərəcə deyil, III dərəcə olur. Xüsusi Həkim Komissiyası onun şəhadətləndirilməsi zamanı tibbi şəhadətləndirilmənin qaydalarını müəyyən edən “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə”nin tələblərinə əməl etsəydi, xüsusən Əsasnamənin 5.18-1-ci bəndi ilə müəyyən edilmiş hüquq normalarını pozmasaydı, DİN-in ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmri də verilməzdi. Əgər o, heç bir həkim müdaxiləsi və müaliəcəsi olmadan sadə idman hərəkətləri və pəhrizlə xəstəliyinin müalicəsinə nail ola bilmişdirsə, Xüsusi Həkim Komissiyası Əsasnamədə, yəni onun 5.18-1-ci bənddə təsbit olunmuş qaydalar daxilində rəy verib, həmin bənddə nəzərdə tutulmuş tibbi tədbirlərin görülməsini təmin etsəydi, nəticəsi daha səmərəli olardı. Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyində “Xəstəliklər cədvəli”nin II qrafasının 13 a maddəsinə İ təyinat qrupu üzrə şəhadətləndirildiyi göstərilir. “Xəstəliklər cədvəli”nin 13 a maddəsi belə ifadə olunmuşdur: “IV dərəcəli piylənmə (18-25 yaşlı şəxslər BÇİ 40 və daha çox, 26 yaşdan yuxarı olanlar üçün BÇİ 41 və daha çox) yanaşı ağırlaşmalar (qlükozaya qarşı tolerantlıq pozulması, dislipidemiya, hipertoniya)”. Yəni, belə başa düşülür ki, güya XHK iddiaçını şəhadətləndirərkən onda IV dərəcəli piylənmə, Bədən Çəki İndeksi 41-dən yuxarı olan xəstəlik və yanaşı ağırlaşmalar-qlükozaya qarşı tolerantlıq pozulması, dislipidemiya, hipertoniya kimi ağır xəstəliklər aşkar etmişdir. X1 İndeksi normadan artıq olduqda onda göstərilən ağırlaşmaların olması mümkündür. Lakin belə halın mövcud olubolmaması xüsusi laborator analizlər və instrumental diaqnostika ilə müəyyən edilir. Beləliklə, “Xəstəliklər cədvəli”nin 13 a maddəsinin mətnindən göründüyü kimi şəxsin həmin maddə ilə şəhadətləndirilməsindən ötrü IV dərəcəli piylənmə və ağırlaşmalar (qlükozaya qarşı tolerantlıq pozulması, dislipidemiya, hipertoniya) aşkar olunmalıdır. Əslində isə onda aşkar olunan piylənmə nə IV dərəcədir, nədə onda maddədə göstərilən ağırlaşmaların aşkar olunduğu hər hansı bir sübut və dəlillə təsdiqlənmir. “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə”də piylənməyə aid olan, xüsusən, məhkəmədə araşdırılan iddia tələbi ilə bağlı olan məsələlərdə yanaşma fərqlidir. Xüsusən piylənmənin diaqnostikasının aparılması, o cümlədən Bədən Çəki İndeksi ilə bağlı məsələlərdə. Belə ki, Bədən Çəki İndeksinin təyin edilməsində X6 müəyyən etdiyi və bütün dünyanın qəbul etdiyi təsnifat Əsasnamədə rədd edilir. Hansı ki, Azərbaycan Respublikasının bütun tibb ictimaiyyətində ÜST-ün müəyyən etdiyi təsnifatdan istifadə olunur. Xüsusi Həkim Komissiyası tərəfindən ## ###### 2024-cü il tarixdə şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin maddələrinin tətbiqinə dair izahatları”nın 13-cü maddəsinin birinci abzasında göstərilən tələblər də pozulmuşdur. Belə ki, 13-cü maddənin birinci abzasına görə daxili işlər orqanlarında sıravi və rəis heyətində xidmətdə olan əməkdaşların tibbi şəhadətləndirilməsi onların müayinə və müalicələri stasionar qaydada edildikdən sonra keçirilir. İddiaçı isə cəmi 30-40 dəqiqə ərzində, həm də stasionara qəbul edilmədən, heç bir stasionar müayinə və müalicə prosedurası təyin edilmədən, ambulator qaydada səthi bir yoxlama apanldıqdan sonra şəhadətləndirilmişdir. Piyləmnə xəstəliklərinin diaqnostikası təkcə boyun və çəkinin ölçülməsindən ibarət deyil. Çünki piylənmə Bədən Çəki İndeksinin artıq olması ilə yanaşı ayrı-ayrı bədən üzvlərində artıq piy toxumalarının yığılması ilə xarakterizə olunur. Ona görə də piylənmə xəstəliyinin müayinəsi çoxlu müddət və çoxlu sayda instrumental analizlər və laborator müayinələri tələb edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək, digər məhkəmə iclasları ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı və nümayəndəsi apellyasiya şikayətinə və mübahisə ilə bağlı yazılı mülahizələrə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları (mübahisələndirilən ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmr verilərkən qüvvədə olan norma)
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;
DİN-in ##.##.2002-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında” Əsasnamə (mübahisələndirilən ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmr verilərkən qüvvədə olmuşdur): İ.Ümumi müddəalar 1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının ## ####### 1999-cu il tarixli “Polis haqqında” Qanununa, Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki inkişaf və sağlamlığının, habelə daxili işlər orqanları əməkdaşlarının və onların ailə üzvlərinin tibbi şəhadətləndirilməsi qaydalarını müəyyən edir. II. Xüsusi-həkim komissiyasının əsas vəzifələri və təşkili qaydaları 2.1. Xüsusi-həkim komissiyasının əsas vəzifələri aşağıdakılardan ibarətdir: ... 2.1.2. Daxili işlər orqanları əməkdaşlarının sağlamlıq vəziyyətinə xidmətə yararlılıqlarının müəyyən edilməsi; ... 2.4. Komissiya öz rəyini kollegial şəkildə, səs çoxluğu ilə qəbul edir. Komissiyanın digər üzvləri ilə razılaşmayan komissiya rəisinin və ya üzvünün xüsusi rəyi tibbi şəhadətləndirmə aktında qeyd edilir, qərar isə səsvermə yolu ilə qəbul edilir. 2.5. Barəsində çıxarılan tibbi rəydən hər bir şəxs məhkəməyə şikayət verə bilər. V. Daxili işlər orqanları əməkdaşlarının tibbi şəhadətləndirilməsi 5.18-1. Bədən çəkişi və böy ölçüsü nisbəti (bundan sonra - bədən çəki indeksi) normalar uyğun olmayan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlılığının yoxlanılması məqsədilə tibbi müayinəsi keçirilir. Müayinə nəticəsində piylənmə xəstəliyi səbəbindən daxili işlər orqanlarında xidmətə müvəqqəti yararsız olması müəyyən edilmiş əməkdaşların bədən çəki indeksini normalara uyğunlaşdırılması üçün onlara xüsusi həkim komissiyası tərəfindən 4 ay müddətədək fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarılır. Məzuniyyət müddətində əməkdaşlar tibbi nəzarətdə saxlanılır və ayda bir dəfə müayinədən keçirilir. Bu müddətdə bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyən əməkdaşların səhhətinə görə daxili işlər orqanlarında xidmətə yararsızlığı barədə qərar qəbul edilir və aidiyyəti üzrə göndərilir. 2.5. Barəsində çıxarılan tibbi rəydən hər bir şəxs məhkəməyə şikayət verə bilər. VI. Xüsusi-Həkim Komissiyasının qəraraları 6.1. Xüsusi-həkim komissiyaları tibbi müayinənin nəticələrinə əsasən aşağıdakı qərarlardan birini qəbul edirlər: ... 6.4 Daxili işlər orqanlarının sıravi və rəis heyəti barədə: ... - “C” müvəqqəti xidmətə yararsızdır (xəstəliyə görə məzuniyyət), - “D” xidmətə yararsızdır.
“Bədən çəkisinin və boyun normada və qidalanma pozulmalarında nisbəti cədvəli” * nömrəli cədvəl: b) 26-45 yaşlı şəxslərdə: boy - 173 sm, IV dərəcəli piyənmə - 122.6
“Daxili işlər orqanlarına qəbul olunan vətəndaşların, sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrinədə xidmət edən əməkdaşların sağlamlığının vəziyyətinə dair tələblər”: “Xəstəliklər cədvəlində” xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilmişdir: “D” xidmətə yararsızdır. “Xəstəliklər cədvəli” 13.....piylənmə: a) funksiyaların mühüm dərəcədə pozulması - D.
“Xəstəliklər cədvəli”nin maddələrinin tətbiqinə dair izahatlar Maddə 13. ...IV dərəcəli piylənmə
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2011-ci ildən Daxili İşlər Orqanlarında xidmətə qəbul olunmuş, ##.##.2023-cü ildən Masallı Rayon Polis şöbəsinin Boradigah BP-nin polis sahə rəisi vəzifəsində xidmət etmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...R İddiaçı bədən çəki indeksi və boy ölçüsü nisbəti normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticələr əldə olunmadığından barəsində tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərilir. R İddiaçı - yaş 38, boy - 173, çəki - 125 kq, turnikdə dartınma - 0.” İcraatında olan materialların icrasını vaxtında icra etməyərək süründürməçiliyə yol verərək icra intizamını pozduğuna, eyni zamanda xarici görkəminin səliqəsiz, dəfələrlə fiziki hazırlığının səviyəsinin artırılması tələb olunmasına baxmayaraq, fiziki hazırlıq dərslərində iştirak etmədiyinə görə iddiaçıya ##.##.2024-cü il tarixli **/****/** saylı əmr ilə “Töhmət” növündə intizam cəzası verilmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...R İddiaçı bədən çəki indeksi və boy ölçüsü nisbəti normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticələr əldə olunmadığından DİN-in BKİ-nə ##.##.2024-cü il tarixdə **/*-*****/** nömrəli məktubla məlumat verilmişdir. DİN-in BKİ-nin ##.##.2024-cü il tarixdə *-**-**/*-****/**** nömrəli məktubuna əsasən R İddiaçı fiziki hazırlıq məşğələrinə cəlb olunmaqla çəkisinin nəzarətdə saxlaması ilə bağlı 4 ay müddət verilməsi diqqətinə çatırılmaqla profilaktiki söhbətlər aparılmışdır. ...R İddiaçı qeyd olunanlardan müsbət nəticə çıxartmadığından barəsində tədbir görülməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş edirəm.” Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyindən görünür ki, İddiaçı Xüsusi Həkim Komissiyasında şəhadətləndirilərkən boyu 173 sm, çəkisi 131 kq, 39 kq artıq, ona “Alimentar piylənmə IV dərəcə (morbid piylənmə)” diaqnozu qoyulmuş və DİN-in ** saylı ##.##.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin II qrafasının 13 a maddəsinə İ təyinat qrupu üzrə DİO-da xidmətə yararsız hesab edilmişdir. İddiaçı ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmr ilə ## ###### 2024-cü il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric edilmişdir. Əsas: DİN-in Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyi. Kollegiya iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, iddiaçı əmrin mübahisələndirilməsi üçün ##.##.2024-cü il tarixdə (poçt vasitəsi ilə) məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. Apellyasiya şikayətinin dəlili olan inzibati orqan tərəfindən DİN-in ##.##.2002-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında” Əsasnamənin (mübahisələndirilən ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmr verilərkən qüvvədə olmuşdur) 5.18-1-ci bəndinin tələbinin pozularaq bədən çəki indeksini normalara uyğunlaşdırması üçün ona xüsusi həkim komissiyası tərəfindən fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarılmaması məsələsi ilə bağlı bildirilir ki, normaya diqqət yetirdikdə aydın olur ki, məzuniyyət verilməsi barədə rəy daxili işlər orqanlarında xidmətə müvəqqəti yararsız olması müəyyən edilmiş əməkdaşlar barədə çıxarılır. Belə ki, DİN-in ##.##.2002-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında” Əsasnamənin (mübahisələndirilən ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmr verilərkən qüvvədə olmuşdur) 5.18-1-ci bəndinə əsasən bədən çəkişi və böy ölçüsü nisbəti (bundan sonra - bədən çəki indeksi) normalar uyğun olmayan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlılığının yoxlanılması məqsədilə tibbi müayinəsi keçirilir. Müayinə nəticəsində piylənmə xəstəliyi səbəbindən daxili işlər orqanlarında xidmətə müvəqqəti yararsız olması müəyyən edilmiş əməkdaşların bədən çəki indeksini normalara uyğunlaşdırılması üçün onlara xüsusi həkim komissiyası tərəfindən 4 ay müddətədək fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarılır. İş materiallarından görünür ki, iddiaçının ##.##.2024-cü il tarixdə boyu - 173, çəkisi - 125 kq; Xüsusi Həkim Komissiyasında şəhadətləndirilərkən boyu 173 sm, çəkisi 131 kq, 39 kq artıq, ona “Alimentar piylənmə IV dərəcə (morbid piylənmə)” diaqnozu qoyulmuş və DİN-in ** saylı ##.##.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin II qrafasının 13 a maddəsinə İ təyinat qrupu üzrə DİO-da xidmətə yararsız hesab edilmişdir. İddiaçı tibbi müayinəsi ilə bağlı Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyində gəlinmiş nəticəni təkzib edəcək hər hansı bir sübut təqdim etməmiş, işin araşdırılması zamanı da bununla bağlı hal müəyyən edilməmişdir. Sonradan (6 aydan sonra, “Masallı Rayon Mərkəzi Xəstaxanası” PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayış) iddiaçının çəkisində dəyişikliyin baş verməsi Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyinin əsaslılığına təsir etmir və bu cərrahi müdaxilə olmadan mümkün olan haldır. İddiaçı hazırda səhhətinin normal olduğunu və xidmətə yararlı olduğunu düşünürsə, yenidən DİO-da xidmətə qəbul edilməsi üçün Qanunun tələb etdiyi şəkildə davrana bilər. Lakin, bu vəziyyət (hazırda səhhətinin normal olması) mübahisələndirilən əmrin ləğvi üçün əsas ola bilməz. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndində səhhətinə görə, o cümlədən uzun müddətli (6 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda Daxili işlər orqanlarının əməkdaşının xidmətdən xaric edilməsi göstərilmişdir. Göründüyü kimi cavabdeh mübahisələndirilən əmrin verilməsi üçün faktiki və hüquqi əsaslara istinad etmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Bundan başqa, ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmrin qəbul edilməsinə əsas olmuş Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli rəyi münahisələndirilə bilmək xüsusiyyətinə malik inzibati aktdır. İddiaçı tərəfindən həmin rəy mübahisələndirilməmiş və İPM-in 24-cü maddəsinin tələbi baxımından belə bir imkan itirilmişdir. DİN-in ##.##.2002-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında” Əsasnamənin (mübahisələndirilən ##.##.2024-cü il tarixli *-**/Ə(s/h)****/**** nömrəli əmr verilərkən qüvvədə olmuşdur) 2.5-ci bəndinə əsasən barəsində çıxarılan tibbi rəydən hər bir şəxs məhkəməyə şikayət verə bilər. Digər tələblər mübahisələndirilən əmrin nəticəsindən asılı olduğu üçün həmin məsələlərə yer ayrılmasına zərurət görülmür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.