Məhkəmə qərarları › İş №2-1(106)-998/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-998/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-998/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-586/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) xx.xx.2025-ci il tarixli, 2-1(120)- 586/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etməmiş və qeyd etmişdir ki, iddia əsaslı hesab edilməli və ididaçıya əlillik təyin edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildən xx.xx.2020- ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və hazırda ehtiyatda olan baş leytenantdır. O, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “qapalı kəllə-beyin travması, Sol gözün küt travması” ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyə olunmuşdur. Buna dair N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 464 №-li arayışı tərtib olunmuşdur. Daha sonra iddiaçının aldığı xəsarətlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 339 №-li göndərişi ilə iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Adıçəkilən xx.xx.2022-ci il tarilxi 4651 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin postravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, dissosiativ daxil olmamalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Partlayış travması, sol tərəfli xroniki koxlear nevrit. Sol tərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sol qulaqda 5 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuş və həmin diaqnoz əsasında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnoz: sol gözün pteriqiumu nəticəsində görmə itiliyinin 0.2 qədər azalması, korreksiya ilə 0.3 olmaqla, sağ gözün görmə itiliyinin 1.0 olmaqla” “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. O, yaralandığı vaxtdan etibarən hazırkı dövrə qədər müxtəlif vaxtlarda Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində, Səhiyyə Nazirliyinin Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, X14 Dispanserində müayinələrdən keçmiş və müalicələr almışdır. Həmin müayinə və müalicələrin nəticəsi olaraq iddiaçı barəsində qeydiyyatda olduğu poliklinika tərəfindən elektron qaydada Forma 88 tərtib edilərək əlillik qiymətləndirilməsinin həyata keçirilməsi üçün TSERAS sisteminə yönləndirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən göndərilmiş Forma 88 üzrə onlayn şəkildə qiymətləndirilmə həyata keçirilmiş və “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsaslı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqni tapır. Odur ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Üzvi dissosiativ pozuntu, Üzvi dissosiativ pozuntu, cəngolma tutmaları ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Füzuli rayon sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 4651 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2020), baş-beyin silkələnməsinin posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, dissosiativ daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş Dostkommosion sindrom. Partlayış travması (xx.xx.2020, soltərəfli xroniki koxlear nevrit. Soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 (beş) metr sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol gözün Dterigiumu nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 0,3 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 658 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu, cəngolma tutmaları ilə. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10128733 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi dissosiativ pozğunluğu. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10685093 nömrəlixəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, hər iki qulağında küydən, zəif eşitmədən şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, emosional iradi sferası labildir, zahirən narahat, əhval-ruhiyyəsinin aşağı olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh iddiaya qarşı etiraz ərizəsində qeyd edilmiş dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli, 2265 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi emosional-labil pozuntu. F 06 Postkornmosion sindrom. F 07.2 - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli, 9319 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müavinə olunub. Diaqnoz: Üzvi dissosiativ pozuntusu F 06.5 Posttravmatik stress pozuntusu F 43.1 - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2023cü il tarixli, 658 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müavinə olunub. Diaqnoz: Üzvi dissosiativ pozuntu, cəngolma tutmaları ilə F 06.5 Posttravmatik stress pozuntusu F 43.1 - xx.xx.2022-ci il tarixli, 4651 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçı “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. - N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 464 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, Leytenant İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Qapalı kəllə-beyin travması, “Sol gözün küt travması” ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə ücün təxliyyə olunmuşdur. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. - İddiaçıya dair Əlillik altsistemdən çıxarışlardan müəyyən olunur ki: xx.xx.2022-ci il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmiş, xx.xx.2023-cü il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 1VF80P80004 nömrəli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməsəsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-17693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 13 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Füzuli rayon sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 4651 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2020), baş-beyin silkələnməsinin posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, dissosiativ daxil olmalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Partlayış travması (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit. Soltərəfli davamlı nevrosensor ağıresitmə, pıçıltı nitqini sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol gözün Dterigiumu nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya ilə 0.3 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 658 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu, cənqolma tutmaları ilə. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10128733 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi dissosiativ pozğunluq. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10685093 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, hər iki qulağında küydən, zəif eşitmədən şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, emosional iradi sferası labildir, zahirən narahat, əhval ruhiyyəsi aşağı olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X6 Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 2 nömrəli X2 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Üzvi dissosiativ pozuntu, funksional tutmalarla. Uzun gedişli postravmatik stress pozuntusu” kimi müəyyən edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğunolaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” aitsistemində məlumat aşkarlanmadı. Müəyyən olunmuşdur ki, vətəndaş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağdam Ruhi X4 0462003AAEV9 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, müalicə potensialı tükənmədiyindən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə Ağdam Ruhi X4 Y00037575AHK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə şəxsin əlillik vəziyyəti Ağdam Ruhi X4 P00098630LME nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və diaqnozlar ilə psixi status və kliniki-anamnestik məlumatlar uyğunsuzluq təşkil etdiyindən natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonuncu dəfə E.X13 X4 P00098630LME nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 4651 nömrəli Şəhadətnaməsi və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, vətəndaşın əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində Agentliyə müraciəti daxil olmamışdır. - N nömrəli Hərbi Hissə Komandirinin 1323 nömrəli, 17 dekabr 2020-cı il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, Ermənistan Silahlı Qüvvələri sentyabr ayının sonları hərbi hissənin müdafiə zolağında təmas xətti boyunca döyüş mövqelərimizi və ona yaxın yaşayış məntəqələrimizi intensiv olaraq müxtəlif növ silahlardan atəşə tuturdu. Düşmən tərəfindən həyata keçirilən təxribatlara son qoymaq üçün hərbi hissənin qarşısına düşmənin atəş nöqtələrinin susdurulması, onun darmadağın edilərək böyük tələfata uğradılması və taktiki cəhətdən əlverişli ərazi qisimlərinin ələ keçirilməsi tapşırığı verilmişdir. Gizli həyata keçirilən hazırlıqdan sonra hərbi hissə, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir. Hərbi hissə uzlaşmış və qətiyyətli fəaliyyəti nəticəsində düşmənə ağır zərbələr vurmuş, bir neçə əlverişli yüksəklikləri, kənd və qəsəbələri işğaldan azad edərək düşmənin döyüş ruhunu sarsıtmışdır. Döyüş əməliyyatlarında, şəxsi heyət döyüş tapşırığının icrasında yüksək peşakarlıq və əzmkarlıq nümayiş etdirərək, döyüş meydanında hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar göstərmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəziflərini layiqincə yerinə yetirən hərbi qulluqçuların adlı siyahısına İddiaçı adı əlavə olunmaqla siyahı tərtib edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə Ağdam Ruhi X4 P00098630LME nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə qərardadınıza uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. - Ağdam Ruhi X4 xx.xx.2023-cü il tarixli, P00098630LME nömrəli göndərişi əsasında iddiaçıya Əsas diaqnoz F06.5- Üzvi dissosiativ pozuntu, Üzvi dissosiativ pozuntu, cəngolma tutmaları ilə; Yanaşı xəstəliklər: F44.8-Digər dissosiativ (konversion) pozuntular; F43.1- Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2024-cü il tarixli, T54/2025 saylı rəyində qeyd edilmişdir ki, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.3.5.7. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına X14 Dispanseri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli P00098630LME saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: F06.5-Üzvi dissosiativ pozuntu. Üzvi dissosiativ pozuntu, cəngolma tutmaları ilə; Yanaşı xəstəliklər: F44.8-Digər dissosiativ (konversion) pozuntular; F43.1-Posttravmatik stress pozuntusu” diaqnoz ona stasionarda müalicəsi zamanı kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və proqnozu qənaətbəxş olmuş, şəxsin DTSERA-da əyani müayinələrində ünsiyyətə həvəssiz girmiş, emosional iradi sferası labil olmuş, zahirən narahat, əhval ruhiyyəsi aşağı olması izlənmiş, bələdliyi bütün növlər üzrə saxlanmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər aşkar olunmamışdır. 4. Qeyd edilən diaqnozlarla əlaqədar onun hazırda əlavə medikamentoz müalicəsinə ehtiyacı yoxdur, zərurət yarandığı halda müalicəyə cəlb oluna bilər. 6.İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli, 1703 nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, Davranış pozuntuları və Koqnitiv funksiyalarin enməsi ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, qıcolma tutmalarının olması, baş ağrılarından əziyyət çəkməsi, əsəbiolması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi (İİ Qarabağ mühahbəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və koqnitiv funksiyalann enməsi ilə” (F07.0) aşkar edilir. İddiaçı barəsində müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (forma 88) qeyd edilən xəstəlik əyani müayinə zamanı öz təsdiqini tapır və iddiaçıda olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə səbəbli əlaqəsi var. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh orqan tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X11 müvafiq sahə üzrə ixtisaslaşması baxımından həmin müəssisə tərəfindən verilmiş rəy Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2024-cü il tarixli, T54/2025 saylı rəyi ilə müqayisədə daha mötəbər hesab edilməlidir. Eyni zamanda, məhkəmələrin bu qəbildən olan işlər üzrə işin faktiki halı nəzərə alınmaqla xüsusi bilik tələb olunan hallarda məhz ekspertiza rəylərinə istinadən yekun nəticəyə gəlmələri yeganə çıxış yolu olmaqla, qanunvericiliyin tələblərinə zidd deyil. İddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərlə də öz təsdiqini tapır.Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-586/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar