Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-999/2025 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Cəlilabad Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, JN-1099F KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırda mübahisələndirdiyi JN-109F kod ******** nömrəli şəhadətnamə Cəlilabad rayon Aqrar Islahat komissiyasının ## #### 1999-cu il tarixli, ** saylı qərarı və Cəlilabad rayon Aqrar Islahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-109F kod ******** nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Iddiaçı (subeyktiv hüququ mövcud olduğu halda) razılaşmadığı Cəlilabad rayon Aqrar Islahat Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda hazırda islahat işləri sona çatmış və iddiaçının qərarından narazı qaldığı müvafiq Aqrar Islahat Komissiyası ləğv olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad ərazi idarəsi Aqrar Islahat Komissiyasının hüquqi varisi deyildir. Yəni aqrar islahat komissiyalarının qərarının ləğvi ilə bağlı tələb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad ərazi idarəsinə qarşı deyil, Cəlilabad Rayon Icra Hakimiyyətinə qarşı yönələ bilər. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ona qarşı iddia ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. 20 il bu məkanda yaşamağına və torpaq vergisini də verməyinə baxmayaraq, onu 20 ildən sonra ədalətsiz, əsassız müraciətlə onun qanunlarla qorunan hüquqlarını pozmuşdur. Ciddi qanun pozuntuları ilə saxtakarlıqla əldə etdiyi JN-1099F, Kod ******** saylı həmin şəhadətnamə ləğv edilməklə, qanunla qorunan hüquqlarının müdafiəsinə təminat verilməlidir. Bu gün DƏDRX-dən və Torpaq kadastrından əldə etdiyi müvafiq çıxarışdan bir daha məlum olur ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Artıq 20 ildən çoxdur ki, onun istifadəsində olduğu təsdiqlənir. Apellyasiya şikayətinin dəlilləri Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxs (qardaşı) fərdi yaşayış evini Ismayıl Əsədovdan alanda evin altında olan 0.17 ha torpaq sahəsi də ona satılmışdır. Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 şikayətin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, ləğv edilməsi tələb olunan şəhadətnamə ilə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini Bakı şəhərində yaşadıqlarına görə müvəqqəti istifadə etmək üçün iddiaçıya vermişlər. 3 il bundan əvvəl sahəni geri tələb etsələr də iddiaçı sahəni boşaltmaqdan imtina etmişdir. Həmin sahəyə bitişik qardaşı Əsədov Ismayılın evi olmuş, Ismayıl evi və altında yerləşən 0.06 ha sahəni iddiaçıya satmışdır. Həmin sahəyə bitişik 0.12 ha hissəni isə AIK ona və ailə üzvlərinə vermişdir. Üçüncü şəxs X2 bildirmişdir ki, xxxx PHŞ-də olan elektron sistemdə olan məlumata görə Əsədov Ismayılın evinin altında yerləşən 0.06 ah torpaq sahəsinin koordinatları mübahisələndirilən şəhadətnamə ilə onlara məxsus olan torpaq sahəsinə işlənmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-1099F kod ******** nömrəli şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar Islahat komissiyasının ## #### 1999-cu il tarixli, ** saylı qərarı ilə 0.12 hektar torpaq sahəsi X6 və qeyrilərinin mülkiyyətinə verilmişdir. -Alqı-satqı müqviləsinin surətindən görünür ki, ## ######## 2005-ci il tarixdə X5 özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 79,0 kvadrat metr, yaşayış sahəsi 38, 2 kvadrat metr olan fərdi yaşayış evini İddiaçı satmışdır. -Həmin fərdi yaşayış evinə dair X5 adına işlənmiş ##.##.2005-ci il tarixli Texniki pasportdan görünür ki, evin sənəd üzrə torpaq sahəsi 600.0 kv.m, faktiki isə 1770.0 kv.m, tikinti altı sahə 292.6 kv.m göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ləğv edilməsi tələb olunan şəhadətnamə AIK-nın qərarı əsasında verildiyindən və həmin qərarın mübahisələndirilməsi imkanı aradan qalxdığından iddia mümkün sayılmamamlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və qeyd edir ki, iddiaçının hüquqi marağı AIK-nın qərarının ləğvi ilə bağlı deyil, həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğvi ilə bağlıdır. Bu sənədin ləğvi ilə bağlı tələbinin qanuni əsası kimi isə şəhadətnamə üzrə torpaq sahəsinin koordinatlarının alqısatqı yolu ilə əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə işlənməsi halının hüquqlarının pozulması ilə nəticələnməsidir. Işin araşdırılmış halı və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı əldə etdiyi fərdi yaşayış evinə dair işlənmiş texniki pasportda qeyd edilmiş 1770.0 kv.m torpaq sahəsinin bütövlükdə ona satılmasına istinad edərək, üçüncü şəxslərin adına verilmiş şəhadətnamənin qanunsuz olmasını iddia edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1099F kod ******** nömrəli şəhadətnamədə üzrə torpaq sahəsinin koordinatlarının X5 adına işlənmiş ##.##.2005-ci il tarixli Texniki pasportda qeyd edilmiş evin sənəd üzrə torpaq sahəsi (600.0 kv.m), həmçinin faktiki (1770.0 kv.m) torpaq sahəsi ilə üst-üstə düşməsi vəziyyəti araşdırılmalı, əldə edilmiş nəticədən asılı olaraq, eyni zamanda həm fərdi yaşayış evinin tikilməsi və texniki pasportun işlənməsi tarixi, həm də ləğv edilməsi tələb olunan sənədin verilməsinə əsas olmuş qərarın tarixinə münasibətdə üstün hüquqi qüvvəyə malik olmaları məsələlərinə hüquqi qiymət verilməklə, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsi və yaxud mahiyyəti üzrə qiymət verilməli olmasını müəyyən etməlidir. Başqa sözlə, hazırki iddianın mümkünlük şərtlərinə qiymət verilməsi imkanı onun mahiyyəti üzrə dəyərləndirilməsindən asılıdır ki, bunun üçün məhkəmə yuxarıda qeyd edilmiş prosessual tələblərə riayət edilməli, müvafiq ekspertiza tədqiqatının nəticəsindən və işin hallarından asılı olaraq gəldiyi qənaətin hüquqi əsaslarını müəyyən etməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: -1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-999/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-999/2025
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver