Məhkəmə qərarları › İş №2-1(107)-1/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-1/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-1/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə,məhkəmə iclasının katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı2 (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23 (bundan sonra mətndə cavabdeh) qarşı “Qəbələ rayonu, Bum kəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təvsiri hissə Qəbələ rayon X6 1998-ci il 25 iyun tarixli 11 nömrəli qərarı ilə X2 cəmi 4 nəfər ailə üzvünə Qəbələ rayonu Bum kəndinin ərazisindən 0,85 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş, bu barədə JN-9xx xxx 40600038 nömrəli Torpağa mülkiyyət hüuquna dair Dövlət Aktı verilmişdir. Qeyd edilən Dövlət Aktının plan/cizgisində 5962,01 kv.m 954 C qeydiyyatl planşetdə bir ərazidən, 0954 planşetdə isə 2570 kv.v torpaq sahəsi başqa ərazidən, cəmi 0,85 hektar torpaq sahəsi verilmişdir. Qəbələ rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə X7 ilə İddiaçı1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən JN-954 kod ******* olan Dövlət Aktında olan torpaq sahəsinin Qanıx-Türyançay zonasına aid 0,59 hektar hissəsi 400 manat müqabilində İddiaçı1 satılmışdır. İddiaçı1 ilə İddiaçı2 ilə xx.xx.1958-ci il tarixdə 24 nömrəli qeydiyyat aktı ilə nikaha daxil olmuşlar. İddiaçı1 xx.xx.2013-cü il tarixdə ürək çatışmazlığı xəstəliyindən vəfat etmiş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsində xx.xx.2013-ci il tarixdə qeydiyyat aparılmışdır. Qəbələ rayon X19 X35 Nümayəndəliyin xx.xx.2019-cu il tarixli 171 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı1 vəfatından sonra arvadı və övladları olmaqla 10 vərəsəsi vardır. İddiaçı2 mərhum əri İddiaçı1 alqı-satqı yolu ilə əldə etdiyi 0,59 ha torpaq sahəsinin qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli məktubla bundan imtina etmişdir. Bundan sonra iddiaçı “mərhum əri İddiaçı1 ilə birgə nikah dövründə Qəbələ rayonu, Bum kəndində Qəbələ Rayon Dövlət Notariat Kontorunun xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə aldıqları 0,59 ha torpaq sahəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 xx.xx.2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “0,59 ha torpaq sahəsinə vərəsəliyin açılması üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra X16 xx.xx.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qərarın ləğv edilərək üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2- 1(84)-1140/2018 nömrəli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş və X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.Vəliyev) xx xxxxxx 2018-ci il tarixli 2-1(84)- 1140/2018 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu, Bum kəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardaları ilə iş üzrə Qəbələ rayonu Bum qəsəbəsində yaşayan X13 və Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayan X17 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmiş, eyni zamnda, məhkəmə tikintitexniki ekspertizаsı təyin edilərək ekspertiza qarşısında mübahisəli torpaq sahəsinin yerləşmə yeri və koordinatlarının uyğunluğu ilə bağlı suallar qoyulmuşdur. Məkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərək vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahəslərinin Bum Bələdiyyəsi tərəfindən təqdim edilən xəritəsinə və X17 tərəfindən təqdim edilmiş mübahisə predmeti olan 0,59 hektar torpaq sahəsinə dair JN-9xx xxx 40600038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları faktiki olaraq nəzərdən keçirilmiş mütəxəssis tərəfindən ölçülmə işləri aparılmışdır. İddiaçı və üçüncü şəxslərin iddia etdikləri torpaq sahəsinin və mübahisəli torpaq sahəsinin Dövlət Aktında və xəritədə müəyyən edilən yerləşmə yeri və koordinatlarının ölçüləri mühəndis tərəfindən elektron ölçmə cihazları vasitəsilə ölçülməsi aparılmışdır. İddiaçı2 onun mərhum əri İddiaçı1 tərəfindən alqı-satqı müqaviləsi ilə alınmış 0,59 hektar torpaq sahəsi sonradan qonşu torpaq sahəsinin sahibi olan X14 məxsus 953 nömrəli torpaq sahəsi ilə dəyişdirildiyini, lakin bununla əlaqədar hər hansı bir rəsmiləşdirmə aparılmadığını bildirir. Üçüncü şəxs X17 da qeyd etdi ki, mübahisəli torpaq sahəsi olan 0,59 hektar torpaq sahəsini o istifadə edir, həmin torpaq sahəsi qonşu torpaq sahəsinin sahibi olan X14 məxsus torpaq sahəsi ilə dəyişdirilmişdir. Məhkəmə kollegiyası iddia edilən yəni sonradan dəyişdirilən torpaq sahəsinə və rəsmi sənədlərə əsasən iddia predmeti olan torpaq sahələrinə baxış keçirdi və müəyyən etdi ki, hər iki torpaq sahəsinin sərhədləri kolluq və ağaclar vasitəsilə bağlıdır. Apelyаsiyа şikаyətinin və proses iştirakçılarının dəlilləri: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin qeyd edilən qərarı ləğv olunmalıdır. Belə ki, qeyd olunan torpaq sahəsi Qəbələ rayonu Bum kəndində yerləşən mübahisəli torpaq saəsinə dair JN-954 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının bir nüsxəsi Ərazi İdarəsində mövcud deyil, müvafiq qeydiyyat aparılmamış və həmin torpaqla bağlı arxiv məlumatları aşkar edilməmişdir. Eyni zamanda, 0,59 hektar torpaq sahəsi üzərində mübahisə mövcuddur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsi və üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasnda iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanamsını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X16 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X22 iddiaçının mərhum ərindən miras qalmış əmlaka vərəsəlik hüququ vardır. Ona görə də onun belə bir iddia qaldırmaq hüququ vardır. Məhkəmə kollegiyasının iclasında iştiak edən üçüncü şəxs X18 bildirdi ki, mübahisəli torpaq sahəsi olan 0,59 hektar torpaq sahəsini o istifadə edir, həmin torpaq sahəsi qonşu torpaq sahəsinin sahibi olan X14 məxsus torpaq sahəsi ilə dəyişdirilmişdir. Lakin rəsmi alqı-satqı müqaviləsi mövcud deyildir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonar mətndə İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarının və təqdim edilmiş sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, Qəbələ rayon X6 1998-ci il 25 iyun tarixli 11 nömrəli qərarı ilə X2 cəmi 4 nəfər ailə üzvünə Qəbələ rayonu Bum kəndinin ərazisindən 0,85 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş, bu barədə JN-9xx xxx 40600038 nömrəli Torpağa mülkiyyət hüuquna dair Dövlət Aktı verilmişdir. Qəbələ rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə X7 ilə İddiaçı1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən JN-954 kod ******* olan Dövlət Aktında olan torpaq sahəsinin Qanıx-Türyançay zonasına aid 0,59 hektar hissəsi 400 manat müqabilində İddiaçı1 satılmışdır. İddiaçı1 ilə İddiaçı2 ilə xx.xx.1958-ci il tarixdə nikaha daxil olmuş, İddiaçı1 xx.xx.2013-cü il tarixdə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. İddiaçı2 mərhum əri İddiaçı1 alqı-satqı yolu ilə əldə etdiyi 0,59 ha torpaq sahəsinin qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli məktubla bundan imtina etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli imtina məktubunda 0,59 hektar torpaq sahəsinin JN-954 (Kod 40600038) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən sahə ilə faktiki sahə arasında uyğunsuzluq olmasını, həmçinin qeyd edilən Dövlət Aktının bir nüsxəsi Ərazi İdarəsinin arxiv məlumatlarında aşkar edilmədiyini, dövlət qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmadığını və torpaq sahəsi üzərində mübahisə olmasını bildirmişdir. Bundan sonra iddiaçı “mərhum əri İddiaçı1 ilə birgə nikah dövründə Qəbələ rayonu, Bum kəndində Qəbələ Rayon Dövlət Notariat Kontorunun xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə aldıqları 0,59 ha torpaq sahəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə riayət olunmaqla hazırkı mübahisə üzrə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin araşdırılması ilə bağlı hüquq və vəzifələri mövcuddur. Həmin Qanunun: 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Məhkəmə kollegiyası hazırkı işin faktiki hallarının araşdırılması, o cümlədən cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlillərinin yoxlanılması ilə bağlı müvafiq ekspertiza təyin etmiş və mübahisəli torpaq sahəsinə baxış keçirmişdir. Daşınmaz Əmlakın adastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********32 nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki: 1.Qəbələ Rayon X6 xx.xx.1998-ci il tarixli 11 saylı Qərarı ilə verilmiş JN-954 (KOD 40600038) saylı Dövlət Aktına əsasən X4 məxsus olmuş, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmış 0,59 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin yerləşmə yeri, döngə nöqtələri və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir.

2. Qəbələ Rayon X6 xx.xx.1998-ci il tarixli 11 saylı Qərarı ilə verilmiş JN-954 (KOD 40600038) saylı Dövlət Aktına əsasən X4 məxsus olmuş, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmış 0,59 ha torpaq sahəsi ilə İddiaçı2 tərəfindən iddia olunan faktiki naturada ölçülmüş torpaq sahəsi arasında coğrafi yerləşmə fərqi vardır.

3. Qəbələ Rayon X6 xx.xx.1998-ci il tarixli 11 saylı Qərarı ilə verilmiş JN-954 (KOD 40600038) saylı Dövlət Aktına əsasən X4 məxsus olmuş, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmış 0,59 ha torpaq sahəsi ilə İddiaçı2 tərəfindən iddia olunan faktiki naturada ölçülmüş torpaq sahəsinin hər hansı bir torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır.

4. Qəbələ Rayon X6 xx.xx.1998-ci il tarixli 11 saylı Qərarı ilə verilmiş JN-954 (KOD 40600038) saylı Dövlət Aktına əsasən X4 məxsus olmuş, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmış 0,59 ha torpaq sahəsi ilə İddiaçı2 tərəfindən iddia olunan faktiki naturada ölçülmüş torpaq sahəsi arasında coğrafi yerləşmə fərqi olduğundan torpaq sahəinin kimin istifadəsində olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin həmin iş üzrə verdiyi xx.xx.2019-cu il tarixli 28340 nömrəli rəyində qeyd edilən mütəxəssis rəyinə uyğun sualların cavablandırılması aparılmışdır. Yuxarıda qeyd edilən mütəxəssis rəyinin əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilir ki, JN-954 nömrəli Dövlət Aktında olan 0,59 hektar torpaq sahəsinin naturada mövcud olduğu müəyyən edilir və həmin torpaq sahəsinin koordinat və ölçüləri təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən sübutlar əsasında müəyyən edir ki, mübahisə predmeti olan torpaq sahəsi naturada mövcuddur və həmin torpaq sahəsinin ölçüsündə hər hansı bir uyğunsuzluq mövcud deyildir. İddiaçı mübahisəli torpaq sahəsinin coğrafi yerini dəqiq göstərməyə borclu deyil, bu aidiyyəti səlahiyyətli orqan olan cavabdeh tərəfindən müəyyən edilməlidir. Bundan əlavə cavabdeh orqan qeyd edilən mübahisəli torpaq sahəsinə dair Dövlət Aktının bir nüsxəsinin DƏDRX-nin X21 mövcud olmadığına istinad edir. Məhkəmə kollegiyası müəyyən edir ki, qeyd edilən Dövlət Aktı faktiki olaraq mövcuddur və notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh inzibati orqan apelyasiya şikayətində mübahisəli torpaq sahəsi üzərində vətəndaşlar arasında mübahisənin olduğunu bildirmişdir. Bununla bağlı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı2 mərhum əri İddiaçı1 xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında JN-9xx xxx 40600038 nömrəli Dövlət Aktına əsasən X3 aldığı 0,41 hektar torpaq sahəsi ilə bağlı məhkəmə araşdırmasının predmeti olan iddiaları olmuşdur. Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və X8 cavabdehlər X9, X5, X10, X1, X11, üçüncü şəxslər Qəbələ Regional “Asan xidməti” Mərkəzində notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinə qarşı Azərbaycan Respublikası ƏMDK yanında Cavabdeh xx xxx 2017-ci il tarixli dövlət reyestrindən çıxarışın, xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Torpağa mülkiyyət hüququna dair” JN-952, kod 40600038 saylı və JN-954, kod 40600038 saylı Dövlət Aktlarının və birgə nikah dövründə xx.xx.2006-cı il alqı-satqı müqaviləsi əsasında əldə edilmiş 0,4145 ha torpaq sahəsinin onların sahibliyinə və istifadələrinə qaytarılması tələbi bаrədə iddiаsı qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsiilə Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi cavabdeh X12а münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-8089/18 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan xx xxxx 2018-ci il tarixli, 2(107)-1510/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası müəyyən etdi ki, yuxarıda sadalanan məhkəmə qərarlarının mübahisə predmeti olan 0,59 hektar torpaq sahəsinə aidiyyəti olsa da həmin hallar hazırkı iddianın qaldırılmasına hər hansı bir maneə törətmir. Məhkəmə kollegiyası müəyyən edir ki,mübahisə predmeti olan 0,59 hektar torpaq sahəsi iddiaçının mərhum əri tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi əsasında alınsa da, mərhum İddiaçı1 tərəfindən öz adına rəsmiləşdirilməyərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilən normanın iclası ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın (2 nömrəli əlavə) bəndlərində qeyd edilir ki: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası iddiaçının mərhum İddiaçı1 vərsələrindən biri olaraq miras qoyan şəxsin qeyd edilən şəxsin adına alqı-satqı müqaviləsi əsasında əldə edilmiş daşınmaz əmlakla bağlı hazırkı iddianı irəli sürmək hüququnun mövcudluğunu nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasında araşdırma zamanı cavabdeh inzibati orqanın etirazının və apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Bundan əlavə məhrum İddiaçı1 vərəsələri arasında baş verə biləcək mübahisənin nəticələrindən asılı olmayaraq hazırkı vəziyyətdə daşınmaz əmlakın ölmüş şəxsin adına qeydə alınması yuxarıda qeyd edilən qanunvericiliyin normalarına uyğundur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə düzgün nəticəyə gəlmiş, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X33 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1140/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvəsində saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar