Məhkəmə qərarları › İş №2-1(107)-1/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-1/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-1/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi, üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs X18 qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(084)-56/2018 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə X2 adına verilmiş JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Sabir İbrahimxəlilov 13.03.2014-cü ildə ölmüş və arvadı İddiaçı1 onun vərəsəsi olmaqla ondan qalan miras əmlakı qəbul etmişdir. X60, X34, X41 və X42 17.03.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 27.05.2015-ci ildə Araz Haşımova satmışlar və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 12.06.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa, X11, X12, X13, X5 və X14 29.03.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0816 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 29.06.2016-cı ildə Araz Haşımova satmış və sonucunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 19.07.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa, X27, X35, X28 və X24 22.09.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 19.10.2015-ci ildə Araz Haşımova satmış və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 24.10.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir Bundan əlavə, X15, X6, X29 və X19 JN seriyalı 425 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə birgə mülkiyyətlərinə verilmiş 1,88 ha torpaq sahəsindən 1,811801 ha hissəsini X1, qalan 0,0654 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adlarına 07.04.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, 06.09.2017-ci il tarixdə X29 öz payına düşən torpaq sahəsini X3 bağışlamışdır. İddiaçı Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə X2 mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 13.07.2017-ci il tarixli **********40 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahələri ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur. Bununla razılaşmayan iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri Sabir İbrahimxəlilovun adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları Oğuz-Yevlax şose yolu ilə Oğuzİsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə yerləşir. Bu səbəbdən də hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh birinci instansiya məhkəməsinə 07.11.2017-ci il tarixli **********78 nömrəli iddia tələbinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıların Oğuz rayonunun Kərimli kəndi ərazisində yerləşdiyini iddia etdikləri 0,25 ha torpaq sahəsi əvvəllər alqı-satqı müqavilələri və qüvvədə olan məhkəmə qərarları əsasında qanuni əsaslarla başqa-başqa vətəndaşların adlarına dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşür. Bu məhkəmə qərarları hal-hazırda qüvvədədir. İddiaçıların iddia etdiyi ərazidə naturada həyətyanı məqsədli torpaq sahəsi mövcud deyil. İddianın rədd olunması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2018-ci il tarixli 32419 nömrəli ekspert rəyi ilə müəyən edilmişdir ki, JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X2 mülkiyətində olan 0,25 ha həyətyanı torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından, torpaq sahəsinin sənəd üzrə konkret olaraq hansı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı təyinatlı əkin torpağı olmaqla, həmin torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Araz Haşımovun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və Araz Haşımovun mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən 0.25 ha torpaq sahəsi mərhum əri X2 mülkiyyətinə verilmiş, JN 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X20 19.03.2014-cü il tarixdə vəfat etmiş və iddiaçılar onun vərəsələridir. Onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərini təqdim edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adlarına çıxarışın verilməsi ilə bağlı DƏDRX-in 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh hüquqlarını qeydə almaqdan imtina etmişdir. İmtina qanunsuzdur. Belə ki, həmin torpaq onların istifadəsindədir və torpağın təyinatı həyətyanıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Araz Haşımovun nümayəndəsi X43 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun təkrar qeydiyyatı aparıla bilməz. Həmin ərazidə həyətyanı torpaq sahəsi yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Araz Haşımov nümayəndəsinin izahatına əlavələrinin olmadığını bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir Məhkəmənin araşdırma predmetini JN seriyalı 265 B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti, 31 may 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, torpağın planı-ölçüsü sənədləri, çıxarışlar, alqısatqı müqavilələri, bağışlama müqaviləsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastrı və Layihə-Tədqiqat Mərkəzi 9 saylı Layihə-Tədqiqat İdarəsinin 18.01.2018-ci il tarixli 9/M-002 nömrəli mütəxəssis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2018-ci il tarixli 32419 nömrəli mühəndis-texniki ekspertizasının rəyi, cavabdeh orqanın imtina məktubu, etirazı, Şəki Apelyasiya Məhkəmənin 05 oktyabr 2010-cu il tarixli 2(107)-04/2010 nömrəli və 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qərarları və digər sənədləri təşkil etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2-1(84)-56/2018 nömrəli qərardadı (hakim - R.Məcidov) ilə iddia tələbinin İddiaçı3 və İddiaçı2 cavabdeh DƏDRX-in 9 saylı ərazi idarəsinə qarşı “Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən mərhum X2 mülkiyyətinə verilmiş Oğuz-Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 m, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 1 m ölçüdə 0,25 ha olan, JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2-1(84)-56/2018 nömrəli qərarı (hakim - R.Məcidov) ilə İddiaçı1 cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən mərhum X2 mülkiyyətinə verilmiş Oğuz- Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 m, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə 0,25 ha olan, JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilmişdir. İddiaçı1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-320/2018 saylı, 25 iyul 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiyev və E.Ş.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2-1(84)-56/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 40/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.A.Dadaşov, hakimlər – K.N.Bədəlov və S.Ə.Hüseynova)ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-245/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – R.Ə.Əliyev, hakimlər – A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin olunmuş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2-1(84)-56/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinə və üçüncü şəxs X18 qarşı “Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 88 nömrəli qərarına əsasən mərhum X2 mülkiyyətinə verilmiş, Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metr sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə 0,25 ha olan, JN - 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2403/2019 saylı, 24.09.2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – X.Məmmədov, hakimlər – Z.Quliyev və N.Rəsulbəyova) ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)-245/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən, 0,25 ha torpaq sahəsi iddiaçının mərhum əri X2 mülkiyyətinə verilmiş, hüquqları dövlət qeydiyyatına alınaraq torpağın mülkiyyətə verilməsinə dair 21.10.2005-ci il tarixli JN seriyalı 265 B nömrəli (kod ********) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Sabir İbrahimxəlilov 19.03.2014-cü ildə vəfat etmiş, 31.04.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, iddiaçı mərhumdan miras qalmış həmin əmlakın qanun üzrə vərəsəsi sayılmışdır. Qeyd olunan şəhadətnamə ilə koordinatları yerində göstərilməklə 0,25 ha torpaq sahəsi mərhum ərinin mülkiyyətinə verilmiş və iddiaçı onun vərəsəsi kimi miras əmlakını dövlət notariat kontorunda qəbul edərək miras əmlakının mülkiyyətçisi olmuşdur. Bundan əlavə, iş üzrə üçüncü şəxs olan Araz Haşımovla 10 ilə yaxın davam edən mübahisə üzrə çoxsaylı qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə bir daha sübut olunmuşdur ki, yuxarıda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi mərhum ərinin mülkiyyətində olmuş, indi isə vərəsəlik şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir Qanuni qüvvəsini almış məhkəmə qətnamə və qərarları ilə müəyyən olunmuşdur ki, 0,25 ha torpaq sahəsi həmin ərazidə yerləşməklə onların mülkiyyətindədir və həmin ərazi həyətyanı torpaq sahələri kateqoriyasına aiddir. Bütün bu təkzibedilməz sübutlara baxmayaraq, Şəki İnzibati-İqtisadi Məhkəməsi belə bir başa düşülməyən qənaətə gəlmişdir ki, qeyd olunan torpaq sahəsi onun əri, miras qoyan Sabir İbrahimxəlilovun mülkiyyətinə verilməmişdir və ona görə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ da dövlət qeydiyyatına alına bilməz Oğuz RAİK-in 1998-ci il 05 avqust tarixli 68 nömrəli qərarı ilə mərhum əri X2 mülkiyətinə verilmiş 0,25 ha pay torpaq sahəsi, onun üçün tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-265B KOD 40504018 nömrəli 21 oktyabr 2005-ci il tarixli şəhadətnamə də mülkiyyət sənədi sayılmırmı? Həmin şəhadətnamənin qanuni olması göstərilən qanuni qüvvəsini almış məhkəmə qatnamələri ilə də bir daha sübut olunmuşdur ki, mübahisəli torpaq sahəsi qeyd olunan koordinatlar daxilində qanuni əsasla mərhum ərinin mülkiyyətinə verilmiş və hal-hazırda da iddiaçının mülkiyyətindədir. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında hazırki iş üzrə İddiaçı1 oğlu - ilk iddia verilərkən iddiaçı olmuş və iddiası mümkün sayılmamış İddiaçı3 izahat verərək İddiaçı1 verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X30 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(084)-56/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinada ifadə olunan hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. İddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqandan faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu səbəbdən, iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3- cti maddələri) aid olan iddiaçının öhdəliyin icrası haqqında iddiası mümkündür. İddiaçı cavabdeh inzibati orqanın imtinada ifadə olunan bu hərəkətinin İPM-in 35.1 -ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddiaçı iddia tələbini Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə mərhum əri X4 mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsinin verilməsi, əri öldükdən sonra onun vərəsəsi olaraq ondan qalan miras əmlakı qəbul etməsi ilə əsaslandırır. Lakin iddiaçının tələbinin təmin olunması üçün irəli sürülən dəlillər yetərli deyildir. Belə ki, məhkəmənin 08.12.2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasnın nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.03.2018-ci il tarixli 32419 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X4 mülkiyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından torpaq sahəsinin sənəd üzrə konkret olaraq hansı ərazidə yerləşməsini müəyyən etmək nürnkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələtində kənd təsərrüfatı təyinatlı əkin torpağı olmaqla həmin torpaq sahəsi **********31, **********06, **********41,**********42, **********99 və **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən X10 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və X10 mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur. Göründüyü kimi, iddiaçının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X10 mülkiyyətinə verilmiş və sonuncunun həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, iddia olunan ərazidə həyətyanı təyinatlı torpaq sahəsi olmamaqla iddia olunan torpaq sahəsinin təyinatı əkindir. Belə olan halda iddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını cavabdeh orqandan tələb edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.3 və 8.0.5-ci maddələrinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardandır. 10.1 -ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti torpaq sahəsi iddiaçının mərhum ərinin mülkiyyətinə verilmədiyindən həmin torpaq sahəsi üzərində digər mülkiyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, habelə iddia olunan torpaq sahəsinin təyinatı həyətyanı olmadığından cavabdeh inzibati orqan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni, iddiaçının tələbi isə əsassız olduğundan iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1 -ei maddəsinə əsasən həll olunur. İddia tələbi rədd edilsə də, iddiaçı şəhid ailəsi olduğundan və Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən işə baxılması ilə əlaqədar 10 (on) manat dövlət rüsumu, aparılmış ekspertiza tədqiqatının nəticəsində əmələ gəlmiş mütəxəssisə ödənilməli olan 60 (altmış) manat və ekspertə ödənilməli olan 100 (yüz) manat haqqın məbləğləri dövlət büdcəsinin vəsaitinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2403/2019 saylı, 24.09.2019-cu il tarixli qərarında göstərilmişdir ki, işin faktiki halları ilə bağlı olaraq müəyyən edilmişdir ki, Oğuz RAİKın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən 0,25 ha torpaq sahəsi iddiaçının mərhum əri X2 mülkiyyətinə verilmiş, Sabir İbrahimxəlilovun hüquqları dövlət qeydiyyatına alınaraq, koordinatları yerində göstərilməklə torpağın mülkiyyətə verilməsinə dair 21.10.2005-ci il tarixli JN seriyalı 265 B nömrəli (kod ********) şəhadətnamə ilə rəsmiləşdirilmiş, mərhum əri Sabir İbrahimxəlilov 19.03.2014-cü ildə vəfat etmiş, 31.04.2014- cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı mərhumdan miras qalmış həmin əmlakın qanun üzrə vərəsəsi sayılmış, iddiaçı mərhum ərinin vərəsəsi kimi miras əmlakını dövlət notariat kontorunda qəbul edərək miras əmlakının mülkiyyətçisi olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən təmin edilməlidir. Həmin normaya görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaya qarşı cavabdehin etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçının öz adına qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahələri ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur. Cavabdeh bu dəlilinin əsassız olduğuna dair özünün mövqeyini isə apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələri Oğuz rayonunun Kərimli kəndində yerləşməklə bir-biri ilə qonşu olan torpaq sahələridir. Əvvəllər tərəflər arasında həmin torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı on ilə qədər davam edən məhkəmə mübahisələri olmuş, məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş və həmin qətnamələr qanuni qüvvədədirlər. Ancaq məhkəmə hazırki iş üzrə tərəflərin də vaxtilə iştirak etdikləri və onlar üçün bilavasitə preyudisial qüvvəsi olan məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə almamış, həmin mülki işləri tələb edərək onları öyrənməmiş, həmin məhkəmə qərarları ilə müəyyən edilmiş halların əksinə olaraq mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmiş, bununla da, MPM-in 82.3-cü və İPM-nin 78-ci maddələrinin tələblərinə uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin mülki işlərin tələb edilərək öyrənilməsi göstərişi yerinə yetirilmiş və iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışna, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxanş"a, 24 oktyabr 2015-ci! il tarixli ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(116)-24/2021 nömrəli inzibati iş tələb edilərək öyrənilmişdir. Göstərilən işin öyrənilməsi nəticəsində məhkəmə kollegiyası müəyyən etdi ki, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X30) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş 08 sentyabr 2008ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2-1(116)-24/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X30) “cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin (03.09.2008-ci il tarixli reyestr nömrəsi **********20- 06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, 24.10.2015-ci il tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcin iddiaçılara aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 113 manat 38 qəpiyin iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X56 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2-21-ci il tarixli 2- 1(107)-203/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 24/2021 saylı, 15.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2021ci il tarixli 2-1(102)-1810/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 may tarixli 2- 1(107)- 203/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2403/2019 saylı, 24.09.2019-cu il tarixli qərarında, həmçinin, göstərilmişdir ki, apellyasiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin birbiri ilə üst-üstə düşmədiyinin müəyyən edildiyini bildirərkən Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-cu il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnaməsinə istinad etmişdir. Lakin iş materiallarında məhkəmənin istinad etdiyi həmin qətnamələr yoxdur. Məhkəmə kollegiyası göstərilən iradla bağlı tədbir görmüş və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-cu il tarixli və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnamələri əldə edilmiş, bir daha öyrənilərək işin materiallarına əlavə edilmişdir. Həmin işlərin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, X8 nümayəndəsi İddiaçı1 cavabdeh X21 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X25 tərəfindən qeyri qanuni zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ondan 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi ilə X8 nümayəndəsi İddiaçı1 cavabdeh X22 qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması və 4000 manat pul tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı X16 cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi. X23, İddiaçı1 və İddiaçı2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiası isə təmin edilərək X4 adına verilmiş 21 oktyabr 2005-ci il tarixli JN-265B kod 40504018 nömrəli Torpağın mülkiyyətə verihnəsinə dair Şəhadətnamə etibarsız hesab edilmiş İddiaçı1, S.Ə.İbrahimxəlilov və İ .S. İbrahimxəlilovun Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən və X17 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarına dair qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 oktyabr 2010-cu il tarixli 2(107)-04/2010 nömrəli qətnaməsi ilə M.Q.İbrahixəlilovanın apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, X16 cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi, X26, İddiaçı1 və İddiaçı2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılmasına dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2011-ci il tarixli 2(102)- 569/2011 nömrəli qərarı ilə cavabdeh X31 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 05 oktyabr 2010-cu il tarixli 2(107)-04/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X23 cavabdeh X22 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə müdaxilələrə qadağa qoyulması, torpaq sahəsinin boşaldılması, aparılmış tikilinin sökülməsi və dəymiş 11000 min manat maddi ziyanın, 100000 manat mənəvi ziyanın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə (iş Ns 2(075)- '143/2011, hakim K.Ş.Süleymanovun sədrliyi ilə) iddiaçı X4 cavabdeh X22 qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, aparılmış tikilinin sökülməsi, müdaxilələrə son qoyulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X4 mülkiyyətində olan torpaq sahəsinə cavabdeh X44iu tərəfindən edilən müdaxilələrə son qoyulması və torpaq sahəsinin boşaldılması qət edilmiş, ddiaçı X4 cavabdeh X22 qarşı ;ddıa tələbinin aparılmış tikilinin sökülmə- və dəymiş 11000 manat maddi ziyanın və 100000 manat mənəvi ziyanın alınıb ona verilməsi tələbinə dair hissəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 noyabr 2011 -ci il tarixli, 2(075)-1143/2011 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikilinin sökülməsi hissəsində təmin edilmiş, cavabdeh X31 tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin qabaq tərəfindən 1 metr, arxa tərəfindən 4 metr, eni 14 metr olmaqla 35 kv.metr iddiaçının mülkiyyətində olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli 2(102)- 4246/2012 nömrəli qərarı ilə cavabdeh X31 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə üzrə verilmiş icra sənədi Oğuz rayon İcra Şöbəsinin böyük icra məmuru Sənan Quliyevin 25 sentyabr 2017-ci il tarixli qərarı ilə icrası mümkün olmayan icra sənədi kimi Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. (cild 2, i/v 101) Azərbaycan Respublikası Ali Məhkəməsi həmçinin qeyd etmişdir ki, MPM-in 82.3-cü maddəsi də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Həmin normaya görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi bu norma mülki mübahisələrə tətbiq edilə bilən normadır. Hazırki iş isə inzibati mübahisədir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in qeyd edilən norması mülki mübahisə gedişində müəyyən edilmiş faktın inzibati məhkəmə icraatı zamanı mübahisələndirilməsinin yolverilməzliyini müəyyən etmir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, işin materiallarından müəyyən olunur ki, tərəflər arasında mülki məhkəmə icraata qaydasında baxılmış çoxsaylı məhkəmə mübahisələri olmuş və həmin işlərdə məhkəmələr tərəfindən faktlarla bağlı bəzən bir-biri ilə ziddiyyət yaradan nəticələrə gəlinmişdir. Odur ki, hətta güman olunsa ki, apellyasiya məhkəməsinin istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-cu il tarixli və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnamələrində torpaq sahələrinin bir-biri ilə üstüstə düşmədiyinin müəyyən edildiyi göstrərilib, lakin üçüncü şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4730/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərarında torpaq sahələrinin üst-üstə düşdüyü göstərilib. Beləliklə, hətta MPM-in 82.3-cü maddəsindən çıxış etməklə torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi məsələsinə qiymət verilməsi məsələsi həll edilməli olsa belə, bu halda bir-birinə ziddiyyət təşkil edən məhkəmə aktları mövcuddur. Ona görə də, kollegiya hesab edir ki, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsi işin hallarının obyektiv və hərtərəfli araşdırılmasına əsaslanan ekspertiza rəyi ilə müəyyən edilməlidir. Bu məsələ üzrə məhkəmə təkrar baxışda iş üzrə ekspertiza keçirildiyini nəzərə almaqla tərəflərlə həmin rəyi hərtərəfli tədqiq etməli, zərurət yaranarsa sahələrin üstüstə düşməsi məsələsini dəqiq müəyyən edə bilmək üçün əlavə ekspertizanın keçirilməsini müzakirə etməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə verilmiş ekspert rəylərinin müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən etdi ki, ekspert rəyləri bir-biri ilə uyğun gəlir və sözügedən torpaq sahələrinin üst-üstə düşdüyünü təsdiqləyir. Belə ki, 2-1(116)-24/2021 nömrəli inzibati işin hazırki işlə əlaqəli şəkildə öyrənilməsi zamanı müəyyən edilmişdir ki, həmin işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 32419 nömrəli 12 mart 2018-ci il tarixli, 2-1(84)-1685/2017 nömrəli iş üzrə aparılan məhkəmə mühəndis-texniki ekspertizasının rəyində (cild 1, i/v 170) qeyd edilir ki, JN seriyalı 265 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X4 mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından torpaq sahəsinin sənəd üzrə konkret hansı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (əkin) torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı əkin torpağıdır. İddiaçıların iddia etdiyi torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 nömrəli çıxarışlara əsasən X10 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və X10 mülkiyyətində olan torpaq sahələri İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur. Eyni zamanda 2-1(116)-24/2021 saylı inzibati iş üzrə birinci instansiya məhkəməsinin baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verilmiş və JN-265B KOD 40504018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməsi, X18 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, 24.10.2015-ci il tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlarının üst-üstə düşməsi və iddiaçıların sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən plan-ölçü sənədlərində qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi, əgər düşürsə hansı hissədə üst-üstə düşməsi barədə rəy verilməsi tələb olunmuşdur. Məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında olmadığı üçün qoyulan sualın cavablandırılması mümkün olmamışdır. X18 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********120-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 24.10.2015-ci il tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verilən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlar üst-üstə düşür. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən X18 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 24.10.2015-ci il tarixli tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri çıxarışlarla üst-üstə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin digər bir göstərişi bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçıya ayrılmış sahənin koordinatlarını göstərməklə konkret naturada harada yerləşdiyini qərarın nəticəsi hissəsində dəqiq göstərib. Lakin məhkəmənin bu koordinatları haradan əldə etdiyi bəlli deyildir. İş üzrə keçirilmiş 32419 saylı, 12 mart 2018-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, JN-265B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsi elektron bazada öz əksini tapmamışdır. Buna görə də, ekspert X9 ayrılmış torpaq sahəsinin apellyasiya məhkəməsinin öz qərarında göstərdiyi ərazidə yerləşib-yerləşməməsi ilə bağlı suala cavab verməyin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi məhkəmə xüsusi bilik tələb edən məsələ üzrə (torpağın hansı koordinatlarda yerləşməsi) hər hansı mötəbər sübuta əsaslanmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi göstərmişdir ki, hətta torpaq sahələrinin üstüstə düşməsi halı müəyyən edilərsə belə, bu halda, məhkəmə həm cavabdehin bildirdiyi, həm də ekspert rəyində göstərilən məsələlərə də qiymət verməlidir. Sözügedən məsələlər isə ondan ibarətdir ki, həmin sahə artıq üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, həmin sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış əvvəlki və sonrakı qeydiyyatla bağlı hüquq müəyyənedici sənədlər mübahisələndirilmədən iddiaçının adına eyni yerə dair qeydiyyatın aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi yolverilməzdir. Çünki iddiaçının hüquqi marağı bu halda həmin sahəyə dair öz adına qeydiyyatın aparılmasını tələb etdiyindən sözügedən qeydiyyatın aparılması üçün o, əvvəllər və hazırda mövcud olan qeydiyyatın aparılmasına əsas təşkil etmiş sənədləri mübahisələndirməlidir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(084)-56/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(084)-56/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar