Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-1/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X9, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Balaməmməd oğlunun və Cavabdeh nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Balaməmməd oğlunun Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarından İddiaçı Balaməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamına əsasən, X7 uzun müddətli istifadə etmək üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2 və onunla birlikdə 4 çoban ailəsinə 327 hektar qış otlaq sahəsinin uzun müddətli istifadə üçün ayrılması qərara alınmışdı. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli JN1057 kod 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Bundan sonra X4 RİH-ə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Göyçay RİH-in komissiyası tərəfindən torpaq sahələrinə baxış keçirilmiş, rayonun keçmiş R.Rza və Bığır təsərrüfatlarının inzibati ərazisinin aralığında yerləşən dövlət fondu torpaqlarından 1000 hektar torpaq sahəsinin X14 uzun müddətli icarəyə verilməsi məsləhət bilinmiş və bu barədə xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamına əsasən, rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın X14 uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. X14 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planı tərtib edilmişdir. Göyçay RİH ilə X18 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə icarəyə verilmiş 1000 ha torpaq sahəsinə X13 icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 1000 ha torpaq sahəsi ilə bağlı X13 adına xx.xx.2017-ci ildə A-123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X14 icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, X18 hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Cavabdeh Göyçay RİH iddia ilə bağlı xx.xx.2019-cu il tarixli 220 nömrəli məktubunda iddianı qəbul edib-etmədiyini bildirməmiş və yuxarıda göstərilən halları sadalamaqla kifayətlənərək, işə qanunauyğun baxılmasını və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs X18 iddiaya yazılı münasibət bildirməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 may 2020-ci il tarixli 2-1(107)-131/2020 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1608/2020-ci nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-131/2020 saylı 12 may 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyаsiyа şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək 314 ha torpaq sahəsinin icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011 -ci il tarixli, 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki “Törə dağ” adlanan dövlət torpaq fondunun 300 hektarının ona icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə onun arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)” bağlanmışdır. Bundan sonra X18 ilə Göyçay RİH-yə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Beləliklə, Göyçay RİH ilə X18 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. Nəticədə Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X14 icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə ona verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Bu səbəbdən X18 ilə aralarında narazılıqlar olmuş, sözügedən şəxs onun həmin ərazini tərk etməsini bildirmişdir. O da bununla bağlı Göyçay RİH ilə onun arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlandığını bildirmişdir. Aralarında olan narazılıqları hüquq müstəvisində həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X25-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019nömrəli qərarı ilə iddia tələbi obyektiv araşdırılmadan qərar qəbul edilmişdir.Belə ki, qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, guya ona icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu planının təsdiq edilməmiş kserosurətini məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı və xx.xx.2019-cu il tarixli məktubu ilə həmin sənədin əslinin, yaxud da notarial qaydada təsdiqlənmiş surətinin məhkəməyə təqdim olunması ona təklif edilsə də, o, həmin sənədi təqdim edə bilməmişdir. Lakin göstərilən məlumatlar həqiqəti əks etdirmir. Ona verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu planının təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etmişdir. Bütün bunlar məhkəmənin işə obyektiv baxmamasının göstəricisidir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Balaməmməd oğlu apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə üçüncü şəxs X18 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə alır. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində tələbi göstərilmişdir. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1608/2020-ci nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-131/2020 saylı 12 may 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin sözügedən qərarında qeyd etmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin yerquruluşu planına, torpaqdan müvəqqəti istifadə hüququna dair JN1057 kod 40800001 nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsinin yerini müəyyən etmək barədə mütəxəssis qarşısında sual qoymalı, zəruri hesab etdiyi halda ekspertiza təyin etməli, torpağın yerini müəyyən etmək üçün, sübutetmə vəzifəsi izah olunmaqla Cavabdeh (işin hallarından məlumatı olan) nümayəndəsinin də tədqiqatda iştirakını təmin etməli, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tam araşdırılmış dəlillər əsasında nəticəyə gəlməlidir. İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamına əsasən, X7 uzun müddətli istifadə etmək üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2 və onunla birlikdə 4 çoban ailəsinə 327 hektar qış otlaq sahəsinin uzun müddətli istifadə üçün ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli JN1057 kod 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Bundan sonra X4 RİH-ə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Göyçay RİH-in komissiyası tərəfindən torpaq sahələrinə baxış keçirilmiş, rayonun keçmiş R.Rza və Bığır təsərrüfatlarının inzibati ərazisinin aralığında yerləşən dövlət fondu torpaqlarından 1000 hektar torpaq sahəsinin X14 uzun müddətli icarəyə verilməsi məsləhət bilinmiş və bu barədə xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamına əsasən, rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın X14 uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. X14 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planı tərtib edilmişdir. Göyçay RİH ilə X18 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır. Göyçay RİH başçısının xx.xx.2013- cü il tarixli 53 nömrəli sərəncamı ilə icarəyə verilmiş 1000 ha torpaq sahəsinə X13 icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 1000 ha torpaq sahəsi ilə bağlı X13 adına xx.xx.2017-ci ildə A123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini belə əsaslandırmışdır ki, göründüyü kimi, İddiaçı icarəyə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin X14 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyil. Belə olan halda isə, o, X14 torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə qismən razılaşır və aşağıdakılara əsasən apellyasiya şikayətinin dəlillərinin mübahisələndirilən məhkəmə qərarının ləğvi üçün qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1608/2020-ci nömrəli, xx.xx.2020-ci il tarixli qərarının göstərişinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinin 03 noyabr 2022-ci il tаrixli, 2-1(107)-4/2022 nömrəli qərаrdаdı ilə təkrar texniki-tikinti ekspertizası təyin edilmişdir Qeyd edilən qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli 10/8569 nömrəli ekspert rəyində göstərilmişdir: - Cavabdeh başçısının 19 sentyabr 2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün 300 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadı. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə X13 adına **********27 reyestr nömrəli çıxarışla verilmiş 1000 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə A№ 123496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilmişdir. - X5 naturada idarənin mühəndisinə göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 303 ha torpaq sahəsi X13 adına **********27 reyestr nömrəli çıxarışla (№261120 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1000 ha torpaq sahəsinin 273.46 ha hissəsi ilə üst-üstə düşür. - X3 naturada göstərdiyi 303 ha torpaq sahəsinin 7.53 ha hissəsi isə **********64 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi üst-üstə düşür. Naturada aparılmış çölölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, yay və qış otlaqlarının torpaqları da dövlət mülkiyyətində olan torpaqlara daxildir. - 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. - 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. (3-cü hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (4-cü hissə) Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati iş üzrə olan materiallarından görünür ki, Göyçay RİH başçısının xx.xx.2011ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondundan 300 hektar, Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə isə üçüncü şəxs X14 rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın icarəyə verilməsi qərara alınmışdır. 3-cü şəxs X13 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona icarəyə verilən 1000 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Lakin məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçıya icarəyə verilmiş 300 ha torpaq sahəsinin 273,46 ha hissəsi sonradan X14 icarə müqaviləsinə əsasən verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. İPM-in 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat ödənilmiş tələblərə münasib olaraq 25 manat İddiaçı Balaməmməd oğlundan və 25 manat Cavabdehndən tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını iddia tələbini araşdıraraq belə bir nəticəyə gəlir ki, İPN-nin 87.6-ci maddəsinə əsasən, İddiaçı Balaməmməd oğlunun Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarından İddiaçı Balaməmməd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı X8 icarəyə verilmiş 300 ha torpaq sahəsinin X13 adına **********27 reyestr nömrəli çıxarışla (№261120 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 273.46 ha torpaq sahəsinə aid hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı Balaməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı X8 icarəyə verilmiş 300 ha torpaq sahəsinin X13 adına **********27 reyestr nömrəli çıxarışla (№261120 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 273.46 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat ödənilmiş tələblərə münasib olaraq 25 manat İddiaçı Balaməmməd oğlundan və 25 manat Cavabdehndən tutularaq X6nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-1/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-1/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver