Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-10/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “X9 adına tərtib edilmiş A seriyalı 104253 nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 60000 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)- 584/2019 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X21 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki rayon X6 xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə X9 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 60000 m2 torpaq sahəsi verilmiş və adına A seriyalı 104253 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq Dövlət X13 xx.xx.2008-ci il tarixdə 765 nömrə ilə uçota alınmışdır. X14 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və İddiaçı onun vərəsəsi olaraq tanınaraq adına xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. İddiaçı anasından miras qalmış 60000 m2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli **********39 nömrəli və xx.xx.2019-cu il tarixli **********74 nömrəli məktublarla imtina edərək bildirmişdir ki, torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, ayrılmış torpaq sahəsinə dair sxem tərtib edilməmiş və təqdim edilmiş sənədlər “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermir. Bununla razılaşmayan iddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, X14 onun anasıdır. Şəki rayon AİK-nın xx.xx.2006-cı il tarixli 02 nömrəli iclas protokolundan çıxarışa əsasən anasına 6 ha pay torpaq sahəsi verilmişdir. Atası xx.xx.2003-cü il tarixdə, anası xx.xx.2007-ci il tarixdə vəfat etmişdir və iddiaçı onların vərəsəsidir. Mülkiyyətlərinə torpaq sahəsi verilərkən sərhədləri müəyyən olunub və torpaq sahəsinə plan-ölçü sənədi hazırlanıb. X6 qərarı qüvvədədir və ləğv edilməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin qərar əsasında hazırlanmış plan-ölçü sənədində qeyd olunan 6 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı və adına çıxarış verilməlidir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********12 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətindən imtina dəlilləri ilə əsaslandırmışdır. İddiaçının nümayəndəsi X1 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X17 iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxx 2019-cu il tarixli 2- 1(84)-584/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin üzərinə X9 adına tərtib edilmiş A seriyalı 104253 nömrəli xx.xx.2008ci il qeydiyyat tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 60000 m2 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə “xxxx” MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının həmin tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin cəlb edilməsi qərara alınmış və rəy alınanadək işin icraatı dayandırılmışdır. Ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Şəki rayonu Bolludərə bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara A seriyalı 104253 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surəti, AZ-İ seriyalı 185350 nömrəli ölüm haqqında şəhadətnamə, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surəti, cavabdeh inzibati orqanın xx.xx.2018ci il tarixli **********39 nömrəli və xx.xx.2019-cu il tarixli **********74 nömrəli imtina məktubları, xx.xx.2019-cu il tarixli **********12 nömrəli etirazı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 27198 nömrəli ekspert rəyi, Şəki rayonu Bolludərə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 16 nömrəli sorğuya cavab məktubu və s. daxildir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döviəi Reyestri Xidmətinin 12 saylı X21 daşınmaz əmlakın dövlət reyestrində müvrh qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildirmişlər ki, X9 adına tərtib edilmiş A seriyalı, 104253 saylı,, xx xxxxxx 2008-ci il qeydiyyat tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşməsi, həmin torpaq sahəsinin digər mülkiyyətçinin xeyrinə yüklü edilmiş torpaq sahəsi daxilində olması 6.0 ha torpaq sahəsi üzərində vətəndaşın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını mümkünsüz edir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)- 584/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi X15 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-584/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-584/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şəki rayonu Bolludərə bələdiyyəsinin sədri X10 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxs “xxxx” MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Şəki rayon AİK-nın xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə X9 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 60000 m2 torpaq sahəsi verilmiş və adına A seriyalı 104253 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq Dövlət X13 xx.xx.2008-ci il tarixdə 765 nömrə ilə uçota alınmışdır. X14 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və İddiaçı onun vərəsəsi olaraq tanınaraq adına xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. İddiaçı anasından miras qalmış 60000 m2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli **********39 nömrəli və xx.xx.2019-cu il tarixli **********74 nömrəli məktublarla imtina edərək bildirmişdir ki, torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi ilə üstüstə düşür, ayrılmış torpaq sahəsinə dair sxem tərtib edilməmiş və təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, inzibati iş üzrə mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İnzibati iş üzrə cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin hüquqi statusu, kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək torpağın verilməsinin mümkünlüyü ilə bağlı məsələ tam araşdırılmamış və qiymətləndirilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh sözügedən X9 adına tərtib edilmiş A seriyalı, 104253 saylı, xx.xx.2008-ci il qeydiyyat tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşməsi, həmin torpaq sahəsinin digər mülkiyyətçinin xeyrinə yüklü edilmiş torpaq sahəsi daxilində olması 6.0 ha torpaq sahəsi üzərində vətəndaşın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını mümkünsüz etdiyini bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”. İddianın təmin edilməli olduğuna dair mövqeyini birinci instansiya məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçı X9 vərəsəsidir. Miras qoyana verilmiş torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi mövcuddur ki, hər iki sənəd iddiaçı vərəsənin hüquqlarının qeydiyyatı üçün əsasdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi mərhum X11 qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinin plan-ölçü sənədi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən, iddiaçı Mədinə Abbasovanın qanun üzrə vərəsəsi olduğundan iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının anasına məxsus olmuş və ondan sonra iddiaçıya miras qalmışdır. X9 adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 60000 m2 torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus torpaq sahəsi ilə üstüstə düşməsi barədə cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi barədə sübutlar iş materiallarında mövcud deyil və cavabdeh inzibati orqan da məhkəməyə bu halı sübut edən hər hansı sənəd təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin əsas dəlili olan torpaq sahəsinin dövlət torpaq sahəsinə aid olması ilə bağlı dəlil üzrə yalnız torpaq sahəsi ayrılarkən toplanmış sənədlərə istinadla qiymətləndirmə aparmışdır və məhkəmənin belə yanaşması nəticəsində isə cavabdehin bildirdiyi əsas dəlil üzrə araşdırma tam aparılmamış qalmış, mübahisəyə dair bütün zəruri hallar müəyyənləşdirilmədən qərar çıxarılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə mübahisəli olan torpaq sahəsinin dövlət torpaq sahəsinə aid olması ilə bağlı məsələni həm də işə baxdığı vaxt tam və hərtərəfli araşdırma aparmaqla müəyyənləşdirmək vəzifəsi daşımışdır. Bu, onun İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsində təsbit edilmiş mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olması ilə bağlı xidməti vəzifəsindən irəli gəlir. Bununla bağlı olaraq həmçinin kollegiya qeyd edir ki, öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Bu mənada, məhkəmə qərarının çıxarıldığı vaxt mübahisəli torpaq sahəsinin həqiqətən dövlət torpaq sahəsinə aid olması ilə bağlı məsələ tam və dəqiq müəyyənləşdirilməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. İnzibati Prosessual Məcəllənin: - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.2-ci maddəsinə əsasən, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. - 60-cı maddəsinə görə inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüquqi forması, habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yükləməni araşdırmalı və buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Buna görə məhkəmə kollegiyası tərəfindən apelyasiya şikayəti tam və hərtərəfli araşdırılaraq obyektiv qərar qəbul edilməsi baxımından kollegiyanın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 27198 nömrəli ekspert rəyinə əsasən, Şəki rayonu Bolludərə kəndində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin koordinatları ilə X9 adına verilmiş A seriyalı 104253 nömrəli xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 60000 m2 torpaq sahəsinin və həmçinin xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı il tarixə kimi “xxxx” MMC-nin icarəsinə verilmiş Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarına aid olan 189.41 ha torpaq sahəsinin koordiantları ilə üst-üstə düşür. Bundan başqa iş materiallarında olan Şəki rayon AİK-nın xx.xx.2006-cı il tarixli 02 saylı iclas protokolundan çıxarışdan görünür ki, rayonun keçmiş “Bolludərə” taxılçılıq sovxozunda torpaq islahatı aparılarkən torpaq payı almaq hüququ olan, lakin adları texniki səhv səbəbli torpaq payı alacaq subyektlərin siyahısına daxil edilmədiyindən torpaq payı almayan Bolludərə kəndində yaşayan X11 mərhum əri X2 da nəzərə alınmaqla Bolludərə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı iclasının qərarına əsasən orta torpaq payı normasına uyğun olaraq 6 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Şəki rayonu Bolludərə bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Şəki rayonu Bolludərə bələdiyyəsinə xx xxxxxx 2005-ci il tarixdə verilmiş 6 ha torpaq sahəsinin Bolludərə bələdiyyəsi tərəfindən X11 verilməsi barədə qərarın, protokolun, həmçinin həmin torpaq sahəsinə dair digər sənədlərin, eyni zamanda verilmiş 6 ha torpaq sahəsinin həmin dövrdə bələdiyyə torpaqlarına aid olub-olmaması barədə məlumatın məhkəmə kollegiyasına təqdim edilməsi barədə sorğu edilmişdir. Şəki rayonu Bolludərə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 16 nömrəli sorğuya cavab məktubuna əsasən, Bolludərə kənd sakinləri olmuş X2 və X9 adları texniki səhv olaraq siyahıya düşməməsi səbəbli X20 Komissiyası tərəfindən onlara torpaq sahəsi verilməmişdir. Lakin həmin vaxtda ərazidə olan dövlət fondu torpaqlarının istifadəsi bələdiyyəyə tapşırıldığı üçün bələdiyyə tərəfindən hər iki şəxsə 3 ha olmaqla, cəmi 6 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli 11 saylı bələdiyyənin qərarı ilə onlara verilmişdir. 2006cı ildə ərazidəki dövlət fondu torpaqları bələdiyyənin istifadəsindən geri alınaraq Şəki Şəhər İcra Hakimiyyətinin sərəncamına qaytarılmışdır. Sözügedən torpaq sahəsindən 2017-ci ilə qədər həmin vətəndaşlar əkib-becərərək istifadə etmişlər. 2017-ci ildə həmin torpaqlar Şəki Şəhər İcra Hakimiyyətinin qərarı ilə Şəki-Oğuz “xxxx” MMC-yə uzunmüddətli icarəyə verilmişdir. Sözügedən 6 ha torpaq sahəsinin sənədləşmə işləri başa çatmadığı və bazada yerləşdirilmədiyi üçün vətəndaşların istifadəsindən həmin torpaq sahəsi Şəki Şəhər İcra Hakimiyyətinin qərarı ilə Şəki-Oğuz “xxxx” MMC-yə uzunmüddətli icarəyə verilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci hissəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. xx xxxxx 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 5-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabə rhüquqludur və dövlət tərəfindən qorunur. 2-ci bəndinə əsasən, mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -8-ci maddəsinə əsasən, Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. - 33-cü maddəsinin 2-ci bəndinə əsasən, dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. - 46-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət ehtiyat fondu torpaqları da dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü bəndinə əsasən, dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü bəndinə əsasən, dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. - 47-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 6-cı bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. - 56-cı maddəsinin 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. - 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə) Yuxarıda qeyd olunan qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri olmaqla həmin mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur və müvafiq olaraq mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslər müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Şəki rayonu Bolludərə kəndində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin koordinatları ilə X9 adına verilmiş A seriyalı 104253 nömrəli xx.xx.2008-ci tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Şəki rayonu Bolludərə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarı verilmiş 60000 m2 torpaq sahəsinin və həmçinin xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı il tarixə kimi “xxxx” MMC-nin icarəsinə verilmiş Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarına aid olan 189.41 ha torpaq sahəsinin koordiantları ilə üst-üstə düşür. Göründüyü kimi, X2 və X11 Şəki rayonu Bolludərə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarı ilə dövlət fondu torpaqlarına aid olan 6 ha torpaq sahəsi verilmişdir. Bundan başqa istər cavabdeh orqanın münasibəti, iş materiallarında olan sənədlər, istərsə də iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Şəki rayonu Bolludərə bələdiyyəsinin sədri X3 məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət ehtiyat fondu torpaqlarına aid olan torpaq sahəsi olmuşdur. Kollegiyaya görə, qeyd olunan torpaq sahəsinin 2005-ci il tarixədək bələdiyyəyə aid olmasını təsdiq edən hər hansı sübut yoxdur. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan dövlət ehtiyat fonduna aid torpaq sahəsi Şəki rayonu Bolludərə bələdiyyəsinin mülkiyyətində olmamışdır. Belə olan halda həmin torpaq sahəsi bələdiyyə tərəfindən hər hansı bir şəxsin mülkiyyətinə verilə bilməzdi. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları qüvvədən düşmüş hesab edilsin: 7.1. "Dövlət X5 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və 7.2. "Azərbaycan Respublikası Dövlət X12 haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı. Həmin Fərmanla 8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, 8.3. bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası Dövlət X5 müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin X4 sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin. Göründüyü kimi, xx xxxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə "Dövlət X5 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və Azərbaycan Respublikası Dövlət X12 haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüşdür. Bununla da Azərbaycan Respublikası Dövlət X12 haqqında Əsasnaməsinin 2.2-ci maddəsinə əsasən, Dövlət Komissiyasının öz vəzifəsini yerinə yetirmək üçün sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi Qaydalarının layihəsini hazırlamaq və Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etmək funksiyalarını həyata keçirmək səlahiyyəti də qüvvədən düşmüşdür. Göründüyü kimi, "Dövlət X5 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və Azərbaycan Respublikası Dövlət X12 haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanının xx xxxxx 2005-ci ildə qüvvədən düşməsinə baxmayaraq Şəki rayon AİK-nın xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə X9 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 60000 m2 torpaq sahəsi verilmiş və onun əsasında plan və ölçü sənədi hazırlanmışdır. Ən sonda isə mütəxəssis və ekspert rəyləri ilə də bir daha mübahisə predmeti olan torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarına aid olması təsdiqləndiyindən cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Bütün bunlar onu göstərir ki, Şəki rayonu Bolludərə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə dövlət fondu torpaqlarından Bolludərə kənd sakinləri olmuş X2 və X11 ayrı-ayrılıqda 3 ha olmaqla, cəmi 6 ha torpaq sahəsinin verilməsi ilə bağlı bələdiyyənin hərəkətləri qanunazidd olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Şəki rayonu Bolludərə bələdiyyəsi tərəfindən dövlət ehtiyat fonduna aid olan torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə X2 və X11 verilməsi barədə hərəkətlərində qanuni əsas olmamış, bələdiyyənin vəzifəli şəxsləri verdiyi qərarla öz vəzifə səlahiyyətlərini aşmış və həmin şəxslərin hərəkətlərində vəzifə cinayətlərinin əlamətləri olmuşdur. “İnzibati icraat haqqında” Qanunun: -20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə kollegiyasının qənaətinə görə, həqiqətən də, cavabdeh inzibati orqan iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qeyri-mümkün olması ilə bağlı irəli sürdüyü dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-584/2019 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “X9 adına tərtib edilmiş A seriyalı 104253 nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 60000 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) və mütəxəsis rəyinin dəyəri 107 (bir yüz yeddi) manat Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kodu: 200071, VÖEN 990003611, müxbir hesabı AZ 37NABZ********************) üçüncü şəxs “xxxx” MMC-dən tutulub köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-10/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-10/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver