Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-10/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı2) cavabdeh Şəki rayon Turan bələdiyyəsinə (bundan sonra cavabdeh və ya Şəki rayon Turan bələdiyyəsi) qarşı, üçüncü şəxs X13 (bundan sonra üçüncü şəxs və ya Nağı Tağıyev) cəlb edilməklə “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2-1(84)-846/2019 nömrəli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki rayon Turan Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq (dənli bitkilər əkmək üçün) məqsədilə 20 illik müddətə İddiaçı2 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixdə torpaq icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən bələdiyyə mülkiyyətindən 147 ha torpaq sahəsi 35 il müddətinə X8 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 324566 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22537 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin “icarəyəverən” qrafasında “İddiaçı1” yazılarının qarşısındakı imza İddiaçı1 tərəfindən icra olunmuş, xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış “Şəki rayon Turan Bələdiyyəsinin sədri” yazılarının qarşısındakı imza və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin “icarəyəverən” qrafasında “İddiaçı1” yazısının qarşısındakı imza İddiaçı1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 23266/23267 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli 23 nömrəli, xx.xx.2007-ci il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdə, Şəki rayon Turan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarışda olan möhür və ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. xx.xx.2010-cu il tarixli 23 nömrəli, xx.xx.2007-ci il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdə, Şəki rayon Turan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarışda olan Şəki rayon Turan bələdiyyəsinin möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. İddiaçı icarəsinə verilmiş 25 ha torpaq sahəsinin Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokol qərarına və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən X8 icarəsinə verilmiş 147 ha torpaq sahəsinin daxilində yerləşməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, X3 rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı və torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən 147 ha torpaq sahəsini icarəyə götürmüş və onun hüquqları xx xxxxxx 2011-ci ildə qeydə alınmışdır. Lakin, xx.xx.2007-ci il tarixli iclas protokolundan çıxarışda Turan Bələdiyyəsinin sədri İddiaçı1 imzası qarşısındakı və xx xxxxxx 2007-ci il tarixli 01 nömrəli Torpağın İcarəyə verilməsi haqqında müqavilədə Şəki rayon Turan Bələdiyyəsinin sədri A.S.Heydərov imzası qarşısındakı imzalar saxtalaşdırılmışdır və İddiaçı1 məxsus deyildir. Nağı Tağıyev həmin sənədləri bələdiyyənin mühasibi Çingizdən aldığını bildirmişdir. İddiaçı1 nə belə bir qərara, nə də icarə müqaviləsinə imza atmamışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərardadı ilə (hakim Rüfət Məcidov) İddiaçı1 cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qeyd edilən qərardaddan apelyasiya şikayəti verilməmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı ilə (hakim Rüfət Məcidov) iddianın qismən təmin edilməsi, Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizası üzrə 122 manat və məhkəmə-texniki ekspertizası üzrə 61,52 manat ekspertiza xərcinin cavabdeh Şəki rayon Turan bələdiyyəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs Nağı Tağıyev apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2-1(84)-846/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2- 1(107)-112/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar qəbul edilərək, İddiaçı2 cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə, üçüncü şəxs X9 qarşı “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(107)-112/2020 nömrəli qərarından İddiaçı2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(102)- 1277/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(107)-112/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilkin olaraq onun icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmaq iddiaçının hüquqları və mənafeyinə uyğun deyildir. Həmin torpaq sahəsi 2007-ci il tarixdə müvafiq müqavilə əsasında onun icarəsinə verildiyi halda, iddiaçı iddia edir ki, 25 hektar torpaq sahəsi 2010-cu ildə ona qanuni əsaslarla verilmişdir. 2007-ci ilin 1 dekabr tarixindən torpaq sahələrinin icarəyə müsabiqə yolu ilə verildiyini nəzərə alınarsa həmin torpaq sahəsi iddiaçıya qanunsuz verilmişdir. Bundan əlavə iddiaçıya məxsus torpaq sahəsinin hər hansı plan və ölçüsü mövcud deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Nağı Tağıyev izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-846/2019 nömrəli qərarının qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və vəkili X10 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2-1(84)-846/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki rayon Turan Bələdiyyəsinin nümayəndəsi X14 qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Onlara xx.xx.2010-cu il tarixli, xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqavilələrinin surətləri, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokolundan çıxarışın surəti, RX seriyalı ******* nömrəli çıxarışın surəti, A seriyalı 324566 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22537 nömrəli və xx.xx.2019-cu il tarixli 23266/23267 nömrəli ekspert rəyləri, apelyasiya şikayətləri və digər sənədlər aiddir. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 06 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxxxxxx 2010-cu il tarixdə Turan bələdiyyəsinin sabiq sədri İddiaçı1 və Turan qəsəbə sakini İddiaçı2 arasında 25 hektar torpaq sahəsini kənd təssərrüfatı ilə məşqul olmaq məqsədi ilə 20 (iyirmi) il müddətinə hər ili 250 (iki yüz əlli) manat ödənilməsi ilə icarə müqaviləsi bağlanmışdır. Halhazırda həmin torpaq sahəsi İddiaçı2 icarəsindədir və mütəmadi olaraq icarə haqqını bələdiyyənin büdcəsinə ödəməklə istifadə edir. Əsaslandırma hissəsi Nağı Tağıyevin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-846/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddiaçı tərəfindən iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmişdir. Birinci instansiya məhkəməsi iddianı haqlı olaraq mahiyyəti üzrə də qismən əsaslı hesab etmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx xxxx 2020-ci il tarixli 2-1(102)-1277/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(107)-112/2020 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “işin araşdırılmış hallarından müəyyən olunur ki, 2010-cu ildə Turan bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə 20 illik müddətdə İddiaçı2 icarəsinə verilmiş, tərəflər arasında xx.xx.2010-cu il tarixində icarə müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən uzun müddət ərzində 25 ha torpaqdan istifadə etmiş və müvafiq icarə haqları ödəmişdir (bax: Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(075)1/2019 nömrəli hökmü). Ali Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2la bağlanmış icarə müqaviləsi Turan Bələdiyyəsinin sədri tərəfindən imzalanmış və həmin müqavilə Şəki rayon torpaq şöbəsində xx.xx.2010-cu il tarixində torpaq sahələrinin qeydiyyat kitabında 1275 nömrə ilə qeydiyyata alınaraq Şəki rayon torpaq şöbəsinin müdiri N.Aslanov tərəfindən möhürlə təsdiqlənərək imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpağa icarə hüququnun torpaq şöbəsi tərəfindən qeydə alınması, həmin torpaq sahəsinin digər şəxslərin hər hansı bir hüququ ilə yüklü olmasını istisna edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, torpağa olan icarə hüquqlarının qeydə alınması, həmin hüquqların qorunmasına və müdafiəsinə dövlət təminat verir və qeydə alınmış hüquqların qorunması dövlət tərəfindən təmin olunur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bununla yanaşı, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin “icarəyəverən” qrafasında “İddiaçı1” yazılarının qarşısındakı imza İddiaçı1 tərəfindən icra olunmuş, xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış “Şəki rayon Turan Bələdiyyəsinin sədri” yazılarının qarşısındakı imza və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin “icarəyəverən” qrafasında “İddiaçı1” yazısının qarşısındakı imza İddiaçı1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə iddiaçının torpaqdan qanuni əsaslarla istifadə etdiyi öz təsdiqini tapmışdır. Həmin cinayət işinin gedişində iddiaçının istifadə etdiyi torpaqların hüdudları müəyyən olunmuşdur. Lakin, apellyasiya instansiya məhkəməsi göstərilənləri nəzərə almadan, heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda, prosessual normaların pozulmasına da yol vermişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Normanın məzmunundan göründüyü kimi, məhkəmələr qaldırılan iddialarda natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının ona məxsus torpaq sahəsinin plan-ölçü və sxeminin olmamasına əsaslanaraq, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsində iddiaçıya yardım etməli olduğu halda bunu etməmiş, iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilən normaların tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Göstərilənlərə əsasən, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 13-cü maddəsinin tələblərinə riayət etməklə iddiaçının qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi məqsədilə hazırkı işlə bağlı cinayət işinin materiallarını nəzərdən keçirməli, iddiaçının istifadəsində olan torpaq sahəsinə mütəxəssis cəlb etməklə yerində baxış keçirməli, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi üçün bu istiqamətdə araşdırma aparmalı və nəticədən asılı olaraq qanuni qərar qəbul etməlidir.” Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddənin tələbinə görə bələdiyyə orqanı torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verərkən ilk növbədə qərar qəbul edir, sonrakı mərhələdə müqavilə bağlanır. Bələdiyyə orqanının belə bir qərarı əmlak yönümlü inzibati aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Qanunvericilikdə birmənalı olaraq müəyyən edilmişdir ki, əgər hər hansı torpaq sahəsi xüsusi mülkiyyətə verilməmişdirsə və yaxud dövlət mülkiyyətinə saxlanılmamışdırsa, bu torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Hazırkı mübahisə üzrə də torpaq sahəsi nə xüsusi mülkiyyətdə, nə də dövlət mülkiyyətində deyildir. Deməli, bələdiyyə mülkiyyətindədir. Mübahisə predmetinə aid torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə qərarları ilə də təsdiqini tapır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydə alınması proseduruna başlanılması və qeydə alınması torpaq sahəsi ilə bağlı qərarın qəbul edilməsi üçün lazım olan təşkilati xarakterli hərəkətlərdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan fiziki və hüquqi şəxslərin istifadəsində olan bələdiyyə torpaqları icarəyə verilə bilər. 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddənin tələbindən göründüyü kimi, qanunvericilik torpaq sahələrinin icarəyə verilməsinin bir neçə halını müəyyən etmişdir. Birinci halda torpaq sahələri bilavasitə, yəni heç bir vasitə olmadan birbaşa icarəyə verilir. İkinci halda isə torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. İşin gerçək halı ondan ibarətdir ki, Şəki rayon Turan Bələdiyyəsinin qərarı ilə bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq (dənli bitkilər əkmək üçün) məqsədilə 20 illik müddətə İddiaçı2 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixdə torpaq icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində xx.xx.2010-cu il tarixdə torpaq sahələrinin qeydiyyat kitabında 1275 nömrə ilə qeydiyyata alınaraq Şöbənin müdiri N.Aslanov tərəfindən möhürlə təsdiqlənərək imzalanmış, bununla da dövlət qeydiyyatına alınmışdır. İddaçının həmin torpaq sahəsindən istifadə etməsi ilə yanaşı həmin torpaq sahəsinin üçüncü şəxsə sonradan icarəyə verilmiş torpaq sahəsinin hüdudları daxilində olması bələdiyyə sədrinin məhkəmə iclasında verdiyi izahatı ilə bir daha təsdiq olunur. İşdə olan Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 06 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxxxxxx 2010-cu il tarixdə Turan bələdiyyəsinin sabiq sədri İddiaçı1 və Turan qəsəbə sakini İddiaçı2 arasında 25 hektar torpaq sahəsini kənd təssərrüfatı ilə məşqul olmaq məqsədi ilə 20 (iyirmi) il müddətinə hər ili 250 (iki yüz əlli) manat icarə haqqı ödəməklə icarə müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin torpaq sahəsi İddiaçı2 icarəsindədir və sonuncu mütəmadi olaraq icarə haqqını bələdiyyənin büdcəsinə ödəməklə istifadə edir. İşdə olan Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokol qərarına əsasən bələdiyyə mülkiyyətindən 147 ha torpaq sahəsi 35 il müddətinə X8 icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 324566 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22537 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixli 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin “icarəyəverən” qrafasında “İddiaçı1” yazılarının qarşısındakı imza İddiaçı1 tərəfindən icra olunmuş, xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış “Şəki rayon Turan Bələdiyyəsinin sədri” yazılarının qarşısındakı imza və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin “icarəyəverən” qrafasında “İddiaçı1” yazısının qarşısındakı imza İddiaçı1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, 2007-ci ildə Şəki rayon Turan Bələdiyyəsinin sədri İddiaçı1 olmasına və bələdiyyənin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı, xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsində sədr kimi onun adı qeyd olunmasına baxmayaraq imzalar onun tərəfindən icra edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı qanunsuz inzibati aktdır və həmin inzibati akt iddiaçının icarəsinə verilmiş 25 ha torpaq sahəsinə münasibətdə ləğv edilməlidir. Belə ki, həmin qərarla iddiaçının subyektiv hüquqlarının pozulması icarəsində olan 25 ha torpaq sahəsinə münasibətdə pozulmuşdur. Bələdiyyənin qərarı qalan hissələrdə iddiaçının hüquqlarına müdaxilə təşkil etmir. Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişləri nəzərə alan Şəki Apellyasiya Məhkəməsinin X11 rayon Turan Bələdiyyəsinin xx xxxxxx 2010-cu il tarixli 08 saylı qərarı və xx xxxxxxx 2010-cu il tarixli 23 nömrəli icarə müqaviləsi ilə İddiaçı2 icarəsinə verilən və Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən 25 ha torpaq sahəsinə tərəflərin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliynin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Layihə-Tədqiqat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri X2, X5 və X6 iştirаkları ilə yerində baxış keçirmiş və həmin torpaq sahəsinin ölçüləri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən GPRS avadanlığı vasitəsi ilə ölçülərək İddiaçı2 faktiki istifadəsində olan 26.78 ha torpaq sahəsinin yerləşmə sxemi məhkəmə kollegiyasına təqdim edilmişdir. Bundan başqa Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişləri nəzərə alan Şəki Apellyasiya Məhkəməsinin X4 Rafiq Elyaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət alması haqqında cinayət işinin materiallarını sorğu edərək almış və nəzərdən keçirərkən bir daha müəyyən etmişdir ki, 2010-cu ildə Turan bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə 20 illik müddətə İddiaçı2 icarəsinə verilmiş, tərəflər arasında xx.xx.2010-cu il tarixində icarə müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən uzun müddət ərzində 25 ha torpaqdan istifadə etmiş və müvafiq icarə haqlarını ödəmişdir. Həmin cinayət işinin materiallarında olan layihə sxem sənədindən də İddiaçı2 icarəsinə verilmiş və faktiki olaraq istifadə etdiyi sözügedən torpaq sahəsinin cizgilərinin müəyyən edildiyi və Turan bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid olduğu müəyyən olunur. Məhkəmə kollegiyasına görə, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, “üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin 25 ha torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verildiyindən və bununla bağlı tərəflər arasında icarə müqaviləsi imzalandığından, mübahisə predmeti olan qərar isə bələdiyyənin səlahiyyətli şəxsi, yəni bələdiyyə sədri tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmaqla qanunsuz olduğundan iddia qismən təmin edilərək iddiaçının istifadəsində olan 25 ha torpaq sahəsinə münasibətdə bələdiyyə qərarı ləğv edilməli, qalan hissədə isə iddia rədd edilməlidir”. Kollegiya yuxarıda qeyd edilən işin hallarını, qanunvericilik normalarını, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarını İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv etməklə və iddianı qalan hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin inzibati mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-10/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-10/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver