Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-10/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər X9 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin X1rşı “tələbdə qeyd edilən illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1145/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əyani təhsil müddətinin, hərbi xidmət müddətinin və işlədiyi müddətin sığorta stajına daxil edilməsi və xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddətlərini nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının tələb olunan sosial sığorta stajının 25 ildən az olmasını, əmək kitabçasının surətində qeyd olunmuş iddiaçının xx.xx.1983xx.xx.1999-cu illərdə Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi”nin əmək haqqı sənədlərinin arxivə verilmədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 11 ay 12 gün) hərbi xidmətdə olmuşdur. - 1542 nömrəli attstatdan görünür ki, iddiaçı xx.xx.1971-xx.xx.1972-ci illərdə (11 ay 24 gün) peşə təhsili almışdır. - X11 Filialının xx.xx.2007-ci il tarixli 711 nömrəli arayışından və ona əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, Şəki rayon Kolxozlarası cins malqara birliyinin işçi və qulluqçularının əmr kitablarına əsasən xx.xx.1972-ci il əmr №213 №2-də İddiaçı xx.xx.1972-ci il tarixdən birlikdə işləyir. Lakin əmrə düşməyib. Ona görə də yedəkçi təyin edilib. xx.xx.1983-cü il tarixli 182№-li əmrin 6cı paraqrafında İddiaçı işdən azad edilməsi qeyd edilmişdir. Həmçinin 19741983-cü illər üzrə əmək haqqı ödənilmişdir. - iddiaçıya məxsus, ******* nömrəli xx.xx.2007-ci ildə tərtib edilmiş əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1972-xx.xx.1975 (2 il 9 ay), xx.xx.1977-xx.xx.1983 (6 il 5 ay 23 gün). xx.xx.1983-xx.xx.1999 (15 il, 10 ay 22 gün) - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin X13 Filialının üzərinə İddiaçı - əyani təhsil, hərbi xidmət və xx.xx.1972-xx.xx.1983-cü illərdə Şəki rayonu Kolxozlararası cins malqara birliyində işlədiyi illərin və xx.xx.1983-xx.xx.1999-cu illərdə Şəki rayonu Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 2-1(107)-42/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2023 nömrəli,19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşda, yəni, 11 oktyabr 2021-ci il tarixdə pensiya yaşına çatmışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2007-ci il tarixli ИT-l № ******* saylı əmək kitabçasının surətinə əsasən onun sığorta stajı 8 il 10 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq xx.xx.2007-ci il tarixdə İddiaçı adına tərtib olunmuş ИT-l № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Şəki rayon “Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi” əmək haqqı cədvəlləri və arxiv arayışlarının Şəki rayon Dövlət Arxivinə təhvil verilmədiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun fəaliyyəti dövrləri ümumilikdə 8 il 10 ay təşkil etməklə cavabdeh inzibati orqan tərəfindən həmin müddət mübahisələndirilməmişdir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Şəki rayon “Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi”ndə işləməsinə dair əmək kitabçasında edilmiş qeydlərdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli, ИT-l № ******* nömrəli əmək kitabçasında edilmiş qeydlərin qarşılıqlı yoxlanılması aparılmış və qeyd olunan dövrlərə dair sənədlərin arxivə təhvil verilmədiyi məlum olmuşdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktı mövcuddur. Bildiririk ki, iddiaçının öz ərizəsində qeyd etdiyi kimi onun əmək kitabçası xx.xx.2007-ci il tarixdə sonradan yazılmışdır. İddiaçı ilkin sənədlərin yandırıldığını, sonradan arxiv sənədləri əsasında əmək kitabçasının yazıldığını iddia edir. Belə ki, iddiaçının Şəki rayon Kolxozlararası cins mal-qara birliyində işləməsinə (xx.xx.1972 - xx.xx.1983) dair əmək kitabçasında olan qeydlər arxivdəki sənədlərlə təsdiqlənir. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1983-cü ildə №182 nömrəli əmrlə Şəki rayon “Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi’’nə işə qəbul olunduğu № 126 nömrəli əmrlə işdən azad olduğuna dair qeydlər mövcuddur. Lakin qeydlər arxiv məlumatları ilə təsdiqlənmir, iddiaçı isə əmək kitabçasının sonradan arxivdəki qeydlər əsasında yazıldığını iddia edir. İddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2007-ci il tarixli əmək kitabçasının arxiv məlumatları əsasında yazıldığını iddia etməsini, lakin həmin qeydlərin qarşılıqlı yoxlanılması zamanı sənədlərin arxivə təhvil verilmədiyinin müəyyən edilməsini nəzərə alaraq mübahisələndirilən qeydlərin hansı sənədlərdəki məlumatlar əsasında yazılmasına və dolayısı ilə iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyinə şübhə doğurur. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 8 il 10 ay təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından azdır. İddiaçı öz tələbini müvafiq sənədlərlə sübuta yetirə bilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasındaiştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1145/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 54.1. cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.2. cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. apellyasiya şikayətinin mümkünlüyü:
Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
əsaslandırma hissəsi:
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə hazırki iş üzrə 2-1(102)-1055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarda qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işlədiyini iddia etdiyi dövr xx.xx.1983-xx.xx.1999-cu illəri əhatə edir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sənədlərlə iddiaçının 1990-1995-ci illərdə sözügedən müəssisədə işləməsi öz təsdiqini tapsa belə, bu sənədlər onun digər (1983-1990, 1995-1999-cu) illərdə də həmin müəssisədə işləməsi qənaətinə gəlməyə əsas verə bilməz. Odur ki, hazırda sözügedən müəssisənin möhürünün və sənədlərinin saxlanıldığı yer və məsul şəxs, həmin müəssisənin mövcudluğu və ya ləğvi ilə bağlı ətraflı araşdırma aparılmalı, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqiliyi dəqiqləşdirilməlidir. Ali Məhkəmənin həmin göstərişini nəzərə alan məhkəmə kollegiyası ilkin olaraq İddiaçı aşağıda qeyd olunmuş sənədlərlə öz təsdiqini tapmış və cavabdeh tərəfindən mübahisələndirilməmiş əmək stajına daxil olan müddətləri qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan iddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 11 ay 12 gün) hərbi xidmətdə olmuşdur. Həmçinin 1542 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1971-xx.xx.1972-ci illərdə (11 ay 24 gün) peşə təhsili almışdır. İddiaçıya məxsus, ******* nömrəli xx.xx.2007-ci ildə tərtib edilmiş əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1972-xx.xx.1975 (2 il 9 ay), xx.xx.1977-xx.xx.1983 (6 il 5 ay 23 gün). Göründüyü kimi iddaçı İddiaçı ümumilikdə 12 il 1 ay 29 gün əmək stajının olması öz təsdiqini tapmış və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin mövqeyinə görə Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sənədlərlə iddiaçının 1990-1995-ci illərdə sözügedən müəssisədə işləməsi öz təsdiqini tapsa belə, bu sənədlər onun digər (1983- 1990, 1995-1999-cu) illərdə də həmin müəssisədə işləməsi qənaətinə gəlməyə əsas verə bilməz. Odur ki, hazırda sözügedən müəssisənin möhürünün və sənədlərinin saxlanıldığı yer və məsul şəxs, həmin müəssisənin mövcudluğu və ya ləğvi ilə bağlı ətraflı araşdırma aparılmalı, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqiliyi dəqiqləşdirilməlidir. Ali Məhkəmənin göstərişi əsasında kollegiya tərəfindən aparılmış araşdırma zamanı əldə edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Statistika İdarəsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, Şəki rayonu üzrə statistik vahidlərin dövlət reyestrində 1983-1999-cu illərə aid məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, “Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsi”nin vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavabdan görünür ki, “Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsi” ilə bağlı hər hansı sənəd və ya məlumatlar Şəki Şəhər İcra Hakimiyyətində mövcud deyil. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müdir müavini İlyasov İqbal tərəfindən Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş məktubdan görünür ki, Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsi 27 oktyabr 1997-ci ildən "xxxx" ASC-yə çevrilmişdir. Müəssisənin nizamnamə kapitalı 51479.6 manatdır və halhazırda fəaliyyət göstərmir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Rüfət İbrahimova ünvanlamış sorğuya cavab olaraq göndərilmiş məlumatdan görünür ki, 16 mart 2005-ci il tarixli “Möhrün və ştampın ləğv edilməsi barədə” aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi yenidən təşkil edilməsi ilə əlaqədar ona məxsus olan 1 ədəd möhür ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, Şəki rayonunda yerləşən hüquqi şəxslərin qeydiyyat qovluqları 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qovluğunda xx.xx.2005-ci il tarixli inventarizasiya aktı aşkar edilməmişdir. 16 mart 2005-ci il tarixli “Möhrün və ştampın ləğv edilməsi barədə” aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi yenidən təşkil edilməsi ilə əlaqədar ona məxsus olan 1 ədəd möhür ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, “Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsi”- 1999-cu ilə qədər bu adda qeydiyyatda olmuşdur. Birinci dövlət proqramına əsasən müəssisələr özəlləşməyə açılandan sonra dövlətə məxsus olan səhmlərin 70 faizi özəlləşdiyi üçün artıq orada restruktrizasiya işləri aparılıb və müəssisə "xxxx" ASC kimi formalaşıb. O, əmək kitabçasına baxanda görmüşdür ki, 1999-cu ilə qədər qeydlər aparılıb. Ondan sonrakı müddətdə təyinatı idarə heyətinin sədri kimi onda olmuşdur. Ancaq qısa zaman olduğu üçün təhvil-təslim işləri aparılıb. "xxxx" ASC-nin yeni möhürü ilə işlər görülüb. X5 ona ünvanlanmış suallara münasibətdə bildirdi ki, 1999-cu il tarixdə təxminən noyabrın sonunda həmin cəmiyyətdə idarə heyətinin sədri kimi fəaliyyət göstərmişdir. 2000-ci ilin mart-aprel aylarında başqa yerə təyinat aldığı üçün oradan uzaqlaşdırılmışdır. Həmin müəssisə də hərrac vasitəsi ilə satışa çıxarılmışdır. O həmçinin bildirdi ki, İddiaçı görməmişdir. Belə ki, müəssisə özəlləşəndən sonra ora təyinat aldı. Səmlərin 30 faizi dövlətə məxsus olduğu üçün Əmlak Komitəsi onu həmin müəssisəyə təyinatla göndərirdi. Ondan sonra ödənnişli əsaslarla hərrac keçirilirdi. Bu müddət ərzində orada yalnız bir idarə heyətinin sədri və baş mühasib işləyib. Onun çalışdığı müddətdə müəssisənin fəaliyyəti olmamışdır. Buna baxmayaraq lazımi hesabatlar aidiyyəti orqana təqdim edilirdi. Şəxsin əmək kitabçasının 2007-ci il tarixdə doldurulması barədə məlumatı yoxdur. Müəssisənin sənədləri hamısı idarədə saxlanılırdı. O gedəndən sonra həmin sənədlər həmin rəhbərliyə təhvil verilmişdi. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş sənədlərə və şahid X3 ifadəsinə əsasən qeyd edir ki, “Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsi” həqiqətən fəaliyyət göstərmiş və 27 oktyabr 1997-ci ildən "xxxx" ASC-yə çevrilmiş, 16 mart 2005-ci il tarixli “Möhrün və ştampın ləğv edilməsi barədə” aktdan göründüyü kimi isə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi yenidən təşkil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunmuş sənədlər və şahid ifadəsi “Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsi”nin həqiqətən fəaliyyət göstərdiyini təsdiq edir. Məhkəmə kollegiyası İddiaçı xx.xx.1983-cü il tarixdən sonrakı dövrə olan əmək stajı ilə bağlı qeyd edir ki, "xxxx" ASC-in idarə heyətinin sədri Rüfət İbrahimova ünvanlamış sorğuya cavab olaraq verilmiş ərizə və ona əlavə edilmiş sənəddən görünür ki, iddaçı İddiaçı 01 yanvar 1997-ci il tarixə 14 il stajı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan sənəddəki məlumatları dəqiqləşdirmək üçün iddaçı İddiaçı ilə eyni tarixlərdə işləmiş X6 və "xxxx" ASC-in idarə heyətinin sədri Rüfət İbrahimov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanmış sənəddə adı qeyd olunmuş X2 şahid qismində dindirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, 1988-ci ildən “Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsi”nə işə düzəlmişdir. Həmin müəssisədə sürücü-çilingər vəzifəsində işləmişdir. Həmin müəssisədə 1998-ci ilə qədər işləmişdir. Həmin dövrdə də İddiaçı həmin müəssisədə işləyirdi. O, işdən çıxandan sonra da İddiaçı orada işləmişdir. X4 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, O həmin müəssisədə işə başlayan zaman İddiaçı həmin müəssisədə artıq işləyirdi və 1998-ci ildə işdən çıxan zaman İddiaçı hələ də orada işləyirdi. İddiaçı həmin müəssisədə sürücü çilingər vəzifəsində işləyirdi. X4 həmçinin bildirdi ki, pensiya yaşına çatmadığı üçün pensiya almır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, 1972- 1974-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra xx.xx.1975-ci ildə birinci iş yerinə qəbul olmuşam. Oradan da 1983-cü ildən “Şəki Rayonu Təsərrüfatlararası Heyvandarlıq fermaları təmir və texniki xidmət müəssisəsinə” rotasiya olunmuşdur. İddiaçı da sonradan həmin müəssisəyə işə qəbul olmuşdur. Məhkəmə kollegiyası "xxxx" ASC-in idarə heyətinin sədri Rüfət İbrahimova ünvanlamış sorğuya cavab olaraq verilmiş ərizə və ona əlavə edilmiş sənəddəki məlumatları şahid ifadələri ilə qarşılıqlı şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddaçı İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işləmişdir və onun həmin müəssisədə 13 il 7 gün əmək stajı vardır. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddəti 25 il 2 ay 08 günə bərabər olduğundan və həmin müddət tələb olunan 25 ildən çox olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, araşdırma zamanı iddiaçının xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şəki rayonu Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət” müəssisəsində işləməsini təsdiq edən heç bir sənəd müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2- 1(116)- 1145/2022 nömrəli qərarı cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə münasibətdə qismən, iddaçının xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şəki rayonu Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət” müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2- 1(116)- 1145/2022 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərаrа аldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 nömrəli qərarı cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə münasibətdə qismən, iddaçının xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şəki rayonu Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində” işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə idda tələbi təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlansın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.