Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-10/2025 11.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X4 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Yevlax rayonu Salahlı kəndində yerləşən 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-58/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Yevlax rayonu Salahlı kəndində yerləşən 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə X2 və qeyrilərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş JN-396 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 3.09 ha torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinin 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi müraciətinə imtina məktubu vermişdir.
3. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər araşdırılan zaman məlum olmuşdur ki, vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə TEKUİS-də göstərilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən 3.0908 ha torpaq sahəsi ilə azalma ilə 2.71 ha göstərilmişdir. Azalmanın səbəbi onunla izah olunur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqların dövlət reyestrindən çıxarış elektron xəritə baza məlumatlarına əsasən verilsə də Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli fərmanına əsasən ölkə ərazisində təkrar inventarlaşdırma ilə bağlı “X3 İnformasiya Sistemi” yaradıldıqdan sonra faktiki istifadə etdikləri natura üzrə konfiqurasiyanın olması ilə bağlıdır. Vətəndaşa izah olunmuşdur ki, sənəd və faktiki sahə üzrə uyğunsuzluğun aradan qaldırılması üçün tələbkarın rəsmi razılığı əsasında 2.71 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi mümkündür.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 yanvar 2024-cü il tarixli 2- 1(116)-58/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişlər.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilərək, Şəki İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı JN-396 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən adına ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqları qeydə alınmış əsasında 3.09 ha torpaq sahəsinə digər subyektlərin mülkiyyətinə qeydə alınmış qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə bаxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(107)-233/2024 nömrəli inzibati iş üzrə icrааt dayandırılmışdır.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə sözügedən inzibati iş üzrə xx.xx.2025-ci il tarixdə çıxarılmış yekun məhkəmə aktı qanuni qüvvəsini aldığından, inzibati iş üzrə icraat təzələnmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər araşdırılan zaman məlum olmuşdur ki, vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə TEKUİS-də göstərilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən 3.0908 ha torpaq sahəsi ilə azalma ilə 2.71 ha göstərilmişdir. Azalmanın səbəbi onunla izah olunur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqların dövlət reyestrindən çıxarış elektron xəritə baza məlumatlarına əsasən verilsə də Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli fərmanına əsasən ölkə ərazisində təkrar inventarlaşdırma ilə bağlı “X3 İnformasiya Sistemi” yaradıldıqdan sonra faktiki istifadə etdikləri natura üzrə konfiqurasiyanın olması ilə bağlıdır. İddiaçının tələbi (yəni iddia ərizəsinin predmeti), “Yevlax rayonu Salahlı kəndində yerləşən 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olmuş, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə dürüstləşdirilmiş iddia ərizəsi təqdim edilməmişdir. İddia ərizəsinin mahiyyətindən bəlli olur ki, iddiaçının hüquqi marağı, 3.0908 ha torpaq sahəsinin yerində tanıdılması, eyni zamanda onun istifadəsinə verilməsidir. Belə olan halda, birinci instansiya məhkəməsi artıq iş üzrə mütəxəssis rəyinin alınması ilə kifayətlənməli, əlavə öhdəliyin qoyulması ilə bağlı olmayan yekun məhkəmə aktı çıxarmalı idi. Hesab edirik ki, birinci instansiya məhkəməsi iddia predmetindən kənara çıxmaqda haqlı olmamışdır. Digər tərəfdən yekun məhkəmə aktının nəticəvi hissəsində 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsi öhdəliyi qoyulmasına münasibətdə bildirilmişdir ki, faktiki vəziyyətə hüquqi qüvvəsini itirməyən çıxarışın ləğv edilməsinə və ya dəyişdirilməsinə məhkəmə münasibəti bildirilmədən, yalnız plan və ölçü sənədinin dəyişdirilməsi və 2.71 ha ölçüdə plan və ölçü sənədinin hazırlanması faktiki çıxarışa uyğun olmadığından icrası mümkün deyildir. Nəzərə alınmalıdır ki, plan və ölçü sənədi əmlaka münasibətdə mülkiyyət hüquqlarının yaranması əsası kimi çıxış etmir, bunun nəticəsidir ki, qanunverici həmin sənədin (plan və ölçü sənədinin) hüquqmüəyənedici sənəd qismində tanınmasını istisna etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-58/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işlə bağlı məhkəməyə 2 mütəxəssis rəyi daxil olmuşdur. 24 oktyabr 2023-cü il tarixdə təqdim edilmiş rəydə qoyulmuş 3-cü sual bu cür cavablandırılmışdır: sual 3. JN-396 "Torpağa mülkiyyət hüququna dair" Dövlat Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynidirmi? Cavab JN-396 ''Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahasi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etmir. Bu zaman mütəxəssis məhkəməni yanıltmağa çalışmışdır. Belə ki, rəyə əlavə olunmuş cizgidən görünür ki, faktiki istifadədə olan torpaq sahəsi Elekton uçot xəritəsində qeydiyyata alınmış JN-396 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 2.71 ha torpaq sahəsi ilə üst–üstə düşür. Digər tərəfdən mütəxəssis sualı cavablandırarkən məhkəmənin sualı tam cavablandırılmamışdır. Çünki məhkəmə Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsinin faktiki istifadə olunan torpaq sahəsi ilə eynidirmi sualını qoyarkən məhz Aktı nəzərdə tuturdu. Verilmiş cavabdan isə görünür ki, Dövlət Aktının koordinatları elektron uçot xəritəsində tam əks etdirilməmişdir. 4-cü sual üzrə isə mütəxəsis ümumiyyətlə vəzifə səlahiyyətlərini aşaraq açıq-aşkar səhv rəy verir və bunun qəsdlə edilməməsi mümkünsüzdür. Sual 4. İddiaçının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan-ölçü sənədində göstərilən torpaq sahəsi JN 396 kodlu Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi ilə eynidirmi? Cavab. İddiaçının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan-ölçü sənədində göstərilən torpaq sahəsi JN-396 "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi ilə eynidir. Halbuki, təqdim etdiyi cizgidə İddiaçı adına verilmiş Çıxarışla JN-396 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının koordinatlarının üst-üstə düşməməsi təsvir olunmuşdur. Hesab edirəm ki, mütəxəssis həmin ziddiyyəti aydınlaşdırmalı, həmçinin elektron uçot xəritəsinə uyğun deyil, kağız variantında olan JN-396 saylı Torpağa mülkiyyətə dair Dövlət Aktının koordinatları müəyyənləşdirilməlidir. Belə ki, İddiaçı məhz JN-396 saylı Torpağa mülkiyyətə dair Dövlət Aktında göstərilən torpağı satın almış və yalnız onun hüquqları qeydə alınarkən cavabdeh orqan koordinatları səhv işləmişdir. Təqdim edilmiş cizgidən də görünür ki, İddiaçı istifadə etdiyi torpaq sahəsi islahat zamanı sakinlərə paylanmış torpaq sahələrinin ardıcıllığına uyğundur. Ancaq nədənsə mütəxəssis həmin JN-396 saylı Torpağa mülkiyyətə dair Dövlət Aktının ardıcılığını gizlətmək məqsədilə JN-395 …JN 392 saylı Torpağa mülkiyyətə dair Dövlət Aktlarını cizgiyə daxil etsə də, onun satın aldığı torpaq sahəsinin ilkin sənədi olan Dövlət Aktını gizlədir. O məhkəməyə adına olan Çıxarışı təqdim etmişdir. Məhkəmə onun təqdim etdiyi Çıxarışa qiymət verməmişdir. Məhkəmə qərarını mütəxəssis rəyi ilə əsaslandırsa da rəylər arasındakı ziddiyyəti araşdırmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-58/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-58/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-58/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Salahlı kəndi ərazisində yerləşən 3.0908 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
3. A seriyalı 015299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 3.0908 ha torpaq sahəsi İddiaçı adına verilmişdir.
4. JN-396 KOD 90100038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 saylı qərarı 3.09 ha torpaq sahəsi X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2245/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına RX seriyalı, ******* nömrəli çıxarış əsasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 3.0908 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İstifadə olunan torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 3.0908 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi (sənəd üzrə olan torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etmir) torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-4131/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavə edilmiş düzəlişdən görünür ki, İddiaçı alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan ölçü sənədinin tərtib olunmasına əsas JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktıdır. İddiaçının adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli plan ölçü sənədində göstərilən torpaq sahəsi faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. JN-396 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etmir. İddiaçının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan-ölçü sənədində göstərilən torpaq sahəsi JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi ilə eynidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
18. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.
21. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;
22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən yeni plan-ölçü sənədinin verilməsindən ibarətdir. İddiaçının 3.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınsa da faktiki olaraq onun istifadəsində həmin torpaq sahəsi deyil, 2,71 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi isə ilkin texniki sənəddə qeyd olunan torpaq sahəsi ilə eyni deyildir. Hazırkı iddiaya əsasən iddiaçı cavabdeh inzibati orqandan 3,09 ha torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin koordinatlara uyğun plan-ölçü sənədinin verilməsini tələb etmişdir.
31. Belə ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 saylı qərarı ilə 3.09 ha torpaq sahəsi X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir və onlar həmin torpaq sahəsini alqı-satqı yolu ilə İddiaçı satmışdır. Mülki əqdin əsasında iddiaçının mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Belə ki, müvafiq sənədlər mülki əqdə uyğun olaraq JN-396 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının DWG məlumat bazası əsasında verilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planından da görünür ki, iddiaçının adına tərtib edilmiş Çıxarış və texniki sənədin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur.
33. İddiaçı apellyasiya şikayətini cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri arasında ziddiyyətlərin olması ilə əsaslandırmışdır.
34. Məhkəmə kollegiyası tərəfindən həmin ziddiyyətlərin araşdırılması məqsədilə DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlı məhkəmə iclasına dəvət edilmişdir. Mütəxəssis izahatında bildirmişdir ki, TEKUİS yaradıldıqdan sonra bütün vətəndaşların, həmçinin də iddiaçının mülkiyyətində olan torpaq sahələri islahat xəritəsi olan DWG məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırılmaqla təzə yaradılan bazaya işlənmişdir. İş materiallarında olan mütəxəssis rəyi də TEKUİS baza fayllarında olan məlumatlar əsasında hazırlanmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin plan-ölçü sənədi iddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edildikdən sonra JN-396 saylı Dövlət Aktına əsasən hazırlanmışdır. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi plan-ölçü sənədində göstərilən 3.09 ha torpaq sahəsi ilə eynilik təşkil etmir.
35. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının adına olan çıxarış əsasında 3,09 ha torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi mümkün deyildir. Belə ki, həmin sənədin koordinatları faktiki istifadə vəziyyətinə əsasən qeydə alınmış digər subyektlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. TEKUİS-ə əsasən təqdim olunan rəydən görünür ki, iddiaçının hazırda istifadəsində 2,71 ha torpaq sahəsi vardır. Ona görə də birinci instansiya məhkəməsi iddiaçıya TEKUİS-ə və faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul etməkdə haqlı olmuşdur.
36. Ona görə də iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
37. Bundan başqa cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia predmetindən kənara çıxmaqda haqlı olmamışdır. Digər tərəfdən yekun məhkəmə aktının nəticəvi hissəsində 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsi öhdəliyi qoyulmasına münasibətdə bildirilmişdir ki, faktiki vəziyyətə hüquqi qüvvəsini itirməyən çıxarışın ləğv edilməsinə və ya dəyişdirilməsinə məhkəmə münasibəti bildirilmədən, yalnız plan və ölçü sənədinin dəyişdirilməsi və 2.71 ha ölçüdə plan və ölçü sənədinin hazırlanması faktiki çıxarışa uyğun olmadığından icrası mümkün deyildir. Nəzərə alınmalıdır ki, plan və ölçü sənədi əmlaka münasibətdə mülkiyyət hüquqlarının yaranması əsası kimi çıxış etmir, bunun nəticəsidir ki, qanunverici həmin sənədin (plan və ölçü sənədinin) hüquqmüəyənedici sənəd qismində tanınmasını istisna etmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı JN-396 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən adına ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqları qeydə alınmış əsasında 3.09 ha torpaq sahəsinə digər subyektlərin mülkiyyətinə qeydə alınmış qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. 39 İşə əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının 3.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-396 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının DWG koordinatlarına əsasən qeydə alınmış, çıxarış və texniki sənəd verilmişdir. Lakin, real vəziyyətdə həmin çıxarış və texniki sənədlə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin məkan və ölçü fərqi mövcuddur. Bunun səbəbi isə ərazinin dürüstləşdirilməsi aparılarkən yaranmış uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Nəticə etibarı ilə iddiaçı əslində alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinin koordinatları faktiki istifadəyə uyğun olmamışdır.
40. Bununla bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə TEKUİS-ə əsasən onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi mövcudluğu mümkündür. Eyni vəziyyət çıxarışın yerləşdiyi torpaq sahəsində qeydə alınmış mülkiyyət hüququna münasibətdə də mövcuddur. TEKUİS faktiki istifadə vəziyyətini tənzimlədiyi halda cavabdeh inzibati orqan faktiki istifadənin mübahisəsiz və qanuni olmasını, o cümlədən sahənin azalmaya səbəb olmamasını nəzərə almalıdır. Odur ki, iddiaçının alqı-satqı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini deyil, DWG əsasında göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır. Yəni, iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır.
41. Bundan başqa bir daha təsdiq olunur ki, İddiaçı alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan ölçü sənədinin tərtib olunmasına əsas JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktıdır. İddiaçının adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli plan ölçü sənədində göstərilən torpaq sahəsi faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. JN-396 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etməsə də iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan-ölçü sənədində göstərilən torpaq sahəsi JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi ilə eynidir. Həmçinin, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.
42. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsini istisna edən hallar müəyyən edilməmişdir.
43. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının nümayəndəsi və vəkili və cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(116)-58/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.