Məhkəmə qərarları › İş №2-1(107)-101/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-101/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-101/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N364/20N9 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletdə (təkrar) onun aprel N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi, habelə xx.xx.N994-cü ildə N nömrəli hərbi hissədə yaralanması barədə qeydlər olsa da, Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N994-N997-ci il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzinə daxil olmadığından araşdırma aparılmasının mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və XN və Azərbaycan Respublikası Hərbi Prokurorluğunda iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu ilə bağlı məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciəti xx.xx.20N9-cu il tarixli məktubla cavablandırılaraq hərbi xidmət keçməsi və xidmətdən qanuni əsaslarla təxris edilməsi barədə məlumat olmadığından müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bununla razılaşmayan, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrinə əsasən hərbi hissənin tərkibinə daxil edilmiş, sonra N nömrəli hərbi hissəyə gətirilmişdir. Qarabağın azadlığı uğrunda Ağdam, Ağdərə, Papravənd, İlxıçı, Güllücə, Şotlantlı və Qırmızıkənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Manqa komandiri olmuş və döyüşlər zamanı qəlpə yarası almışdır. Aldığı yara yüngül olduğundan hərbi hissədə ambulator müalicə olunmuşdur. N997-ci ilin noyabr ayında hərbi xidmətdən təxris edilmişdir. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsi hərbi biletində qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.20N9-cu il tarixli NN/4579 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətinin təmin edilməsindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N364/20N9 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N364/20N9nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsinixahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N364/20N9 nömrəli qərarının ləğv edilərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Həmin SX seriyalı ******* nömrəli hərbi biletin surəti, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən verilmiş tələbnamə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli məktubu və iddiaçının “qeydiyyat kartası”nın surəti, Müdafiə Nazirliyinin imtina məktubu, etirazı, xx.xx.20N9-cu il tarixli, xx.xx.20N9-cu il tarixli məktubları, N saylı hərbi hissənin komandiri tərəfindən iddiaçıya verilmiş Xasiyyətnamə və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletdə (təkrar) onun aprel N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi, habelə xx.xx.N994-cü ildə N nömrəli hərbi hissədə yaralanması barədə qeydlər olsa da, N nömrəli hərbi hissə komandirinin N994-N997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzinə daxil olmadığından həmin qeydlər öz təsdiqini tapmır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının N nömrəli hərbi hissədə xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından o, qanunvericiliyin tələbi baxımından müharibə veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bəndində göstərilmişdir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədənrespublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Belə ki, iş materiallarında olan SX seriyalı ******* nömrəli (təkrar) hərbi biletə əsasən iddiaçı xx.xx.N994-cü il tarixdə hərbi xidmətə göndərilmiş, xx.xx.N997-ci il tarixdə isə Müdafiə Nazirliyinin xx.xx.N997-ci il tarixli N60 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Həmçinin, hərbi biletdə göstərilmişdir ki, iddiaçı N997-ci ilin yanvar ayında N saylı hərbi hissəyə kursant olaraq daxil olmuş, N994-cü ilin aprel ayında həmin hərbi hissənin siyahısından çıxarılmış, həmin tarixdə N nömrəli hərbi hissəyə manqa komandiri olaraq daxil olmuş, xx.xx.N994-xx.xx.N994-cü ilədək N saylı hərbi hissənin tərkibində Ağdərə rayonunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N994-cü il tarixdə N saylı hərbi hissədə yaralanmışdır (sol ayağından qəlpə yarası almışdır), xx.xx.N997-ci ildə həmin hərbi hissənin siyahısından çıxarılmışdır. Bundan başqa N saylı hərbi hissənin komandiri tərəfindən iddiaçıya verilmiş xasiyyətnamədən görünür ki, “çavuş İddiaçı N saylı xüsusi təyinatlı taborda N994-cü il aprel ayının N-dən hərbi xidmətini davam etdirmişdir. O, xidmətə başladığı müddətdən özünü nümunəvi bir hərbi qulluqçu kimi göstərmişdir. Çavuş Rəhimov X3 azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. Ağdam, Ağdərə rayonunun Papravənd, Güllücə, Qırmızı kənd, Şotlantlı kəndləri ətrafında gedən döyüşlərdə cəsarətlə vuruşmuşdur. N994-cü ilin may ayının 3-də Qırmızı kənd ətrafında gedən döyüşlərdə qəlpə yarası almışdır. Döyüşlər qurtardıqdan sonra atəşkəs dövründə çavuş İddiaçı özünü bacarıqlı maqna komandiri kimi göstərmişdir.....” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.20N9-cu il tarixli sorğuya cavab məktubunda da göstərilmişdir ki, iddiaçı N nömrəli hərbi hissədə xx.xx.N993-yanvardan N994-cü ilədək və xx.xx.N994-xx.xx.N994cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. İnzibati işə əlavə edilmiş yuxarıda qeyd olunan sənədlərdən təsdiq olunur ki, iddiaçı həqiqətən döyüşçü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta N994-cü ilin may ayının 3-də Qırmızı kənd ətrafında gedən döyüşlərdə qəlpə yarası (sol ayağından) almışdır. xx.xx.N997-ci il tarixdə isə Müdafiə Nazirliyinin xx.xx.N997-ci il tarixli N60 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən N nömrəli hərbi hissə komandirinin N994-N997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzinə daxil olmadığından həmin qeydlərin öz təsdiqini tapmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin N994-N997-ci il tarixli nizami hissə üzrə əmrlərini Müdafiə Nazirliyinin Mərkəzinə daxil etmək inzibati orqanın vəzifəsi olmuşdur. Həmin məlumatların mərkəzə daxil edilməməsi iddiaçının günahı deyildir və bu hal onu müharibə veteranı adı almaqdan məhrum etməməlidir. Bundan əlavə iddiaçıya xx.xx.N994-cü ildə verilmiş ИЗ seriyalı ******* nömrəli hərbi bilet itdiyi üçün ona təkrar hərbi bilet verilmişdir. Təkrar hərbi bilet isə iddiaçıya inzibati orqan olan SHXÇDX-nin Göyçay rayon şöbəsi tərəfindən verilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, SX seriyalı ******* nömrəli (təkrar) hərbi biletdə olan məlumatlar, N saylı hərbi hissənin komandiri tərəfindən iddiaçıya verilmiş xasiyyətnamədə qeyd olunanlar, həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.20N9-cu il tarixli sorğuya cavab məktubundakı məlumatlarla iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla təxris olunması öz təsdiqini tapır ki, həmin hallar iddiaçının tələbinin təmin edilməsi üçün əsaslardandır. Sadalananlardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə yanaşı, həmçinin şəhid ailəsindəndir. Bu hal iş materiallarında olan Göyçay rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 004406 nömrəli vəsiqə ilə öz təsdiqini tapır. Belə ki, həmin vəsiqəyə əsasən, iddiaçının anası Rəhimova Rövşanə Ağa qızının şəhid anası olaraq Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunauyğun olmamışdır. İPM-in 87.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli 2-N(84)-N364/20N9 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar