Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-101/2021 26.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6rşı “ərizəsinin rədd edilməsinə dair cavabdehin imtinasını əsassız hesab edib 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1118/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ərizəsinin rədd edilməsinə dair cavabdehin imtinasını əsassız hesab edib 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli, 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004cü il tarixli icarə müqaviləsi ilə 13 ha torpaq sahəsi 30 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqaviləyə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, bələdiyyə torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN seriyalı, 5760 saylı şəhadətnamə verilmiş, bu barədə Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2005-ci il tarixdə qeyd aparılmışdır. İddiaçı 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-cı il tarixli, 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyesterində qeydiyyata alınmasına dair dəfələrlə müraciət etsə də bu barədə qeydiyyat aparılmamış, nəhayət ərizəsi cavabdeh tərəfindən rədd edilmiş, əsas olaraq "...ləğv edilmiş keçmiş DTXK-nın Zərdab rayon Şöbəsindən götürülmüş arxiv sənədlərində torpaq sahəsinin icarəyə verilməsinə JN seriyalı, 5760 saylı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin aşkar edilmədiyi.." göstərilmişdir. İddiaçı hesab etmişdir ki, 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-cı il tarixli, 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aramızda bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə icarəsinə verilmiş 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınmasına dair ərizəsinin cavabdeh tərəfindən rədd edilməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh orqan etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu, 1-ci Alıcanlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 04 saylı qərarı ilə icarəsinə verilmiş, 13.0 ha torpaq sahəsinin icarə müddətinin 30 il göstərilməsi ilə bağlı xx.xx.2020-ci tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8 müraciət etmişdir. Aparılan araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində torpaq sahəsinin icarəyə verilməsinə dair JN-5760 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin arxivinin aşkar olunmadığı, həmçinin elektron məlumat bazasında həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ərizəsi qeydiyyata alınmadığı üçün torpaq sahəsinin müayinəsi aparılmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1118/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6rşı “ərizəsinin rədd edilməsinə dair cavabdehin imtinasını əsassız hesab edib 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1118/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1118/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6rşı "öhdəlik qoyulması barədə" iddiam mümkün sayılmamışdır. Həmin qəradad qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməlidir. Belə ki, iş üzrə icraat zamanı prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddia ərizəsində göstərdiyi kimi 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-cı il tarixli, 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aramızda bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 13 ha torpaq sahəsi 30 il müddətinə icarəsinə verilmişdir. Müqaviləyə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, bələdiyyə torpağın naturada ayrılıb istifadəmə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və xəritəçəkmə komitəsi tərəfindən “Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN seriyalı, 5760 saylı şəhadətnamə verilmiş, bu barədə Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2005-ci il tarixdə qeyd aparılmışdır. 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-cı il tarixli,04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyesterində qeydiyyata alınmasına dair dəfələrlə təşəbbüs göstərsə də bu barədə qeydiyyat aparılmamış, nəhayət ərizəsi cavabdeh tərəfindən rədd edilmiş, əsas olaraq "...ləğv edilmiş keçmiş DTXK-nin Zərdab rayon Şöbəsindən götürülmüş arxiv sənədlərində torpaq sahəsinin icarəyə verilməsinə JN seriyalı, 5760 saylı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin aşkar edilmədiyi.." göstərilmişdir. Hesab edir ki, 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-cı il tarixli,04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 13 ha torpaq sahəsi 30 il müddətinə icarəsinə verilmiş torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması barədə ərizəsinin cavabdeh tərəfindən rədd edilməsi qanunsuz və əsassız olmuşdur. Ərizəsi cavabdeh tərəfindən rədd edilərkən cavabdehin " Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun normalarına istinad etməmişdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqlarım pozulmuşdur. Barəsində şikayət verdiyim məhkəmə aktı onunla əsaslandırmışdır ki, arxiv sənədlərində JN 5760 saylı "torpaqdan müvəqqəti istifadə hüquqna dair" şəhadətnamə aşkar olunmamışdır, elektron məlumat bazasında həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi qeyd edilmişdir. Məhkəmənin bu qaydada ərizəmi rədd edərək əsaslandırması qanuna ziddir. Əvvəlla "JN 576%paylı "torpaqdan müvəqqəti istifadə hüquqna dair” şəhadətnamə aşkar olunmaması" mənim təqsirim deyildir, mən şəhadətnamənin surətini məhkəməyə təqdim etmişəm, əslini təqdim etməkdə isə problem yoxdur. İkncisi əgər "JN 5760 saylı "torpaqdan müvəqqəti istifadə hüquqna dair" şəhadətnamə aşkar olunmaması" faktı varsa onda " elektron məlumat bazasında həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi “ məsələsi məhkəmənin diqqətini cəlb etməli, həmin məlumatın hansı sənəd əsasında məlumat bazasına daxil edildiyi aydınlaşdırlmalı idi. İnzibati orqana əmlakın qeydiyyatı ilə bağlı müraciət etməməyinə dair iddialar da düzgün deyildir, ən azından iddia ərizəsinə əlavə etdiyim cavab məktubu ilə tamamilə təkzib olunur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsini rəhbər tutub xahiş edirəm ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 1118/2020 nömrəli qərardadı ədalətsiz, qanunsuz və əsassız olduğundan ləğv edəsiniz və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1118/2020 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1118/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarına əlavə edilən cavabdehin xx.xx.2020-ci il tarixli **********17 nömrəli imtina və xx.xx.2020-ci il tarixli **********34 nömrəli etiraz məktublarından müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etməmişdir. Belə ki, iddiaçı tələbində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh orqana müraciəti isə 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı icarə hüququ əsasında ona məxsus 13 ha torpaq sahəsinin icarə müddətinin 30 il göstərilməsi ilə bağlı olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılmışdır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1118/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1118/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-101/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-101/2021
26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver