Məhkəmə qərarları › İş №2-1(107)-101/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-101/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-101/2024 22.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı Dövlət Sosial Yardımın dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərarın ləğvi və ödənişin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-ci il tarixli, 2- 1(116)-1545/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-ci il tarixli, 2-1(116)-1545/2023 nömrəli saylı qərarı ilə (hаkim Fəxri Hacızadə) iddia təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2022ci il tarixli müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımının dayandırıldığı xx.xx.2022-ci il tarixindən bərpa edilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-ci il tarixli, 2-1(116)-1545/2023 saylı qərarından apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılan zaman cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə vəsatət göndərilmişdir. Məhkəmə kollegiyasının iclası 22 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatət müdafiə edərək bildirmişdir ki, iddiaçının hazırkı iş üzrə tələbi cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardım xx.xx.2022-ci il tarixdən bərpa olunmuş, aylıq 385,90 manat olmaqla, cəmi 3473,10 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin 67-ci mаddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli ünvanlı dövlət sosial yardımı üzrə ödəniş barədə xidməti məktubdan görünür ki, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-ci il tarixli, 2-1(116)-1545/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş İddiaçı ailəsinə xx.xx.2022-ci il tarixdən aylıq 385,90 (üş yüz səksən beş manat 90 qəpik) manat məbləğində təyin edilmiş sosial yardım üzrə cəmi 3473,10 (üç min dörd yüz yetmiş üç manat 10 qəpik) manat məbləğində vəsaitin vətəndaşən plastik kart hesabına köçürülməsi 2024-cü ilin yanvar ayında Mərkəzi Filial tərəfindən təmin edilmişdir . Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı Dövlət Sosial Yardımın dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərarın ləğvi və ödənişin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə tərəflər arasında mübahisə məhkəməyə qədər həll edildiyindən məhkəmədə baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1.maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək, cavabdehin xahişini dinləyərək belə qənаətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı Dövlət Sosial Yardımın dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərarın ləğvi və ödənişin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar