Məhkəmə qərarları › İş №2-1(107)-102/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-102/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-102/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6) “cavabdeh X3 adına işlənmiş xx.xx.2013-cü il tarixli, 457280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1687/2019 nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh X4 (üçüncü şəxs DƏDRX-nin 18 saylı X6) qarşı “X3 adına işlənmiş xx.xx.2013-cü il tarixli, 457280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yaşayır. İslahat zamanı ailə üzvləri ilə birlikdə onlara 2 ha (iki hektar) torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin Yuxarı Çardaxlar kəndində yerləşən 5357 kv.m torpaq sahəsinin 0.18 ha hissəsi cavabdeh X8 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Baxmayaraq ki, həmin torpaq sahəsinə Zaqatala rayon AİK-nın 2003-cü il tarixli 110 nömrəli qərarı ilə xx.xx.2013-cü ildə 134 nömrə ilə qeydə alınmaqla 457173 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi ona verilmişdir. Həmin sənəd də ləğv olunmamışdır. İslahatdan sonra, yəni 1996-cı ildən həmin torpaq sahəsindən o istifadə edir. Cavabdeh reyestr xidmətinə saxta sənədlər təqdim etməklə, RX seriyalı ******* nömrəli çıxarışı və öz adına işlənmiş 457280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədini almışdır. Reyestr xidməti də ilkin sənədləri, daha doğrusu ilk islahat komissiyasının qərarlarına məhəl qoymadan onun hüquqlarını pozmuşdur. O, aidiyyəti üzrə Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət etmiş, mübahisənin Zaqatala Rayon Məhkəməsinə aid olduğunu bildirməklə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. O, “X3 adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsi xx.xx.2019cu il tarixində işə baxaraq, mübahisələndirilən çıxarışın verilməsinə əsas olan xx.xx.2003cü il tarixdə 241 nömrə ilə uçota alınmış AN № 457280 saylı torpaq sahəsinin öçüsü və planı sənədi Zaqatala X2 xx xxxxxxxx 2003-cü il tarixli 110 nömrəli qərarı ilə verildiyi üçün, yəni çıxarışın verilməsinə əsas olan sənəd inzibati orqan tərəfindən verildiyi üçün 2(033)- 1018/2019 saylı qərarı ilə işin icraatına xitam vermişdir. Ona görə də, o, Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etməli olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1687/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, reyestr xidmətinə göndərdiyi məktubun surətini məlumat üçün məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə müvafiq cavabın alınmasını gözləmədən hüquqlarını pozan qərardad qəbul etmişdir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1687/2019nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqram göndərərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şikayətini müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, DƏDRX-nin 18 saylı Ərazi İdarəsi isə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq məktub göndərilmiş, iddiaçının nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İddia ərizəsində isə fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Odur ki, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi (fiziki şəxs) X5 əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6 kimi, X5 isə üçüncü şəxs kimi göstərməyi təklif olunmuş, iddia tələbinin düzgün ifadə olunmadığı, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin inzibati orqanın səhvi nəticəsində verildiyi halda onun ləğvinin tələb edilə biləcəyi, həmçinin iddia tələbinin öhdəliyin icrası haqqında iddia növünə aidolması, bu növ iddianın mümkünlük şərtlərindən birinin də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət etməli olduğu, iddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədin əlavə edilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi göndərilmiş, ərizə xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuş, cavabdeh X8 3-cü şəxs kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6 cavabdeh kimi qeyd olunmaqla “cavabdeh X3 adına işlənmiş xx.xx.2013-ci il tarixli, 457280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” barədə qərar qəbul olunması xahiş edilmişdir. Lakin ərizəyə inzibati orqana xx.xx.2019-cu il tarixli “X3 adına işlənmiş xx.xx.2013-ci il tarixli, 457280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsinin xahiş olunduğu ərizə əlavə edilmişdir. İddia ərizəsinə dəqiqləşməyə dair ərizəsinə əlavə etdiyi sənədlərdə onun müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd (poçt göndərişinə dair qəbz, xəbərnamə) əlavə edilməmişdir. Həmçinin, iddiaçı yenə də “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. Bundan başqa, birinci instansiya məhkəməsi “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında fromalaşdırdığı hüquqi mövqeyinə görə, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi "passiv legitimləşdirmə" fəaliyyətini nəzərdə tutur. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, göründüyü kimi, Zaqatala Rayon X2 xx xxxxxxxx 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 5600 kv.m torpaq sahəsi verilmiş, həmin qərar əsasında adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş X2 qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisənin məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri və apelyasiya şikayətinə əlavə edilmiş cavabdeh inzibati orqanın imtina məktubuna münasibət bildirərək iddiaçının nəzərinə çatdırır ki, öhdəliyin icrası haqqında iddia növünün mümkünlük şərtlərinə uyğun olaraq iddiaçı həmin imtina məktubu əsasında yenidən inzibati icraat qaydasında iddia tələbi irəli sürə bilər. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1687/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1687/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar