Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-102/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “sosial sığorta stajını müəyyən etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1(116)-1728/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1955-ci ildə anadan olmuşdur. 25 fevral 2019-cu ildə ona 3-cü qrup əlillik təyin edilmişdir. 65 yaşı tamam olduqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. 30 yanvar 2021-ci il tarixli məktubla ona 24 il 5 ay iş stajının olduğu bildirilmişdir. O, kəsir olan stajını ödəmək üçün 2021-ci il fevral ayından sahibkarlıq fəaliyyətinə başlamışdır. Təkrar əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavab məktubunda stajının əskik olduğu üçün pensiyanın təyin olunmasından imtina edilmişdir.
3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə tərəfimizdən X5 rayon filialına 19 avqust 2022- ci il tarixli **********1 nömrəli sorğu göndərilmişdir. İddiaçının işlədiyini iddia etdiyi dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən əmək kitabçası olmadığından iddia olunan illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ qanunla nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 64 yaşla xx.xx.2019-cu il tarixdə yaranır. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmişdir. Beləliklə, İddiaçı ümumi sosial sığorta stajı 24 il 5 ay 5 gündür. Eyni zamanda pensiya kapitalı fərdi sığorta stajına uyğun olaraq 17641,52 manat təşkil edir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 noyabr 2022-ci il tarixli 2- 1(116)-1728/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1(116)-1728/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1(116)-1728/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1(116)-1728/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - X1 № 007141 diplomuna əsasən müəyyən edilir ki, iddiaçı 1972-ci ildə Texnikuma daxil olmuş, xx.xx.1977-ci il tarixdə tam kursu bitirmişdir.İddiaçının təhsil müddəti üzrə stajı 4 il 5 ay 26 gündür.(İddiaçının hərbi xidmət dövrü-xx.xx.1973-xx.xx.1975-ci illərdə olmaqla təhsil dövrü ilə tam əhatə olunur.) - xx.xx.1978-ci il tarixdə tərtib edilmiş “Kolxozçunun əmək kitabçası”, Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 59/H nömrəli məktubu, xx.xx.2022-ci il tarixli 59/H-1 nömrəli arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki: - Qax rayon “Lenin yolu” kolxozda kişilər üçün adam günü norması 1977-1986-ci illərdə 250 gün, 1987-1990-cı illərdə 300 gün, 1991-ci ildə 200 gün, 1992-1996-cı illərdə 240 gün müəyyən edilmişdir. İddiaçı 1979-1987,1989-1990,1992-1994-cü illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 14 ilə bərabərdir. Həmin kolxozda iddiaçı 1977-ci ildə - 190, 1978-ci ildə - 123,1988-ci ildə - 286, 1991ci ildə 52, 1995-ci ildə 217 gün, 1996-cı ildə 6 gün işləmişdir. Həmin illər üzrə iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur. Əmək stajı faktiki müddətə uyğun hesablanaraq : 1977-ci il (190*365):250=277 gün (09 ay 7 gün) 1978-ci il (123*365):250=180 gün (6 ay) 1988-ci il (286*365):300=348 gün (11 ay 18 gün) 1991-ci il (52*365):200=95 gün (03 ay 05 gün) 1995-ci il (217*365):240=330 gün (11 ay ) 1996-ci il (6*365):240=9 gün Beləliklə, iddiaçının Qax rayon “Lenin yolu” kolxozunda əmək stajı 17 il 5 ay 9 günə bərabərdir. - X4 xx.xx.2022-ci il tarixli 189 nömrəli məktubuna əlavə edilmiş əmək haqqı cədvəllərindən müəyyən edilir ki,iddiaçı 1978-ci ilin iyun,iyul,avqust,noyabr aylarında Şəki rayon 5 nömrəli mexanikləşdirilmiş dəstədə işləmiş,həmin müəssisədə sosial sığorta stajı 4 aydır. - Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi 10 ay 15 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi isə 9 ay olmaqla, cəmi 1 il 7 ay 15 gün Muxax geoloji-kəşfiyyat dəstəsində gözətçi işləmişdir. - Verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki,iddiaçı xx.xx.2021-ci il tarixdən fiziki şəxs kimi (VÖEN **********) 10 ay müddətində pensiya kapitalına ödəniş etmişdir. - Yuxarıda qeyd olunanları yekunlaşdırıraraq müəyyən olunur ki, İddiaçı ümumi sosial sığorta stajı 24 il 8 ay 20 günə bərabərdir. - Cavadehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. - e-Sosial arayışdan görünür ki, iddiaçıya müddətsiz İİİ qrup əlillik verilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, əmək günlərin və ya adam günlərin müəyyən edilmiş minimum kolxoz üzrə 1977-1986-cı illərdə 250, 1987-1990-cı illərdə 300, 1991-ci ildə 200, 1992-1996-ci illərdə 240 gün müəyyən edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1977-1995-ci il tarixlərdə “Lenin yolu” kolxozunda işləmişdir. - İqtisadiyyat Nazirliyi yanında DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan döv ərzində 255.00 manat (iki yüz əlli beş) manat məcburi dovlət sosial və işizlikdən sığorta haqqının və 100 (yüz) manat icbari tibbi sığorta haqqının dövlət büdcəsinə ödənilməsini təmin etmişdir
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alını
15. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
16. “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1(116)-1728/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, X1 № 007141 diplomuna əsasən, iddiaçı 1972-ci ildə Texnikuma daxil olmuş, xx.xx.1977-ci il tarixdə tam kursu bitirmişdir. İddiaçının təhsil müddəti üzrə stajı 4 il 5 ay 26 gündür. (İddiaçının hərbi xidmət dövrü-xx.xx.1973-xx.xx.1975-ci illərdə olmaqla təhsil dövrü ilə tam əhatə olunur.) xx.xx.1978-ci il tarixdə tərtib edilmiş “Kolxozçunun əmək kitabçası”, Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 59/H nömrəli məktubu, xx.xx.2022-ci il tarixli 59/H-1 nömrəli arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki: Qax rayon “Lenin yolu” kolxozda kişilər üçün adam günü norması 1977-1986-cı illərdə 250 gün, 1987-1990-cı illərdə 300 gün, 1991-ci ildə 200 gün, 1992-1996-cı illərdə 240 gün müəyyən edilmişdir. İddiaçı 1979-1987,1989-1990,1992-1994-cü illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 14 ilə bərabərdir. Həmin kolxozda iddiaçı 1977-ci ildə - 190, 1978-ci ildə - 123,1988-ci ildə - 286, 1991-ci ildə 52, 1995-ci ildə 217 gün, 1996cı ildə 6 gün işləmişdir. Həmin illər üzrə iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur. Əmək stajı faktiki müddətə uyğun hesablanaraq : 1977-ci il (190*365):250=277 gün (09 ay 7 gün) 1978-ci il (123*365):250=180 gün (6 ay) 1988-ci il (286*365):300=348 gün (11 ay 18 gün) 1991-ci il (52*365):200=95 gün (03 ay 05 gün) 1995-ci il (217*365):240=330 gün (11 ay ) 1996-ci il (6*365):240=9 gün. X4 xx.xx.2022-ci il tarixli 189 nömrəli məktubuna əlavə edilmiş əmək haqqı cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1978-ci ilin iyun, iyul, avqust, noyabr aylarında Şəki rayon 5 nömrəli mexanikləşdirilmiş dəstədə işləmiş, həmin müəssisədə sosial sığorta stajı 4 aydır. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi 10 ay 15 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi isə 9 ay olmaqla, cəmi 1 il 7 ay 15 gün Muxax geoloji-kəşfiyyat dəstəsində gözətçi işləmişdir. Verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən fiziki şəxs kimi (VÖEN **********) 10 ay müddətində pensiya kapitalına ödəniş etmişdir. Yuxarıda qeyd olunanları yekunlaşdırıraraq müəyyən olunur ki, İddiaçı ümumi sosial sığorta stajı 24 il 8 ay 20 günə bərabərdir.
23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.
24. Qanunvericiliyin göstərilən normalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, göründüyü kimi iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sosial sığorta stajına görə pensiya təyin edilməli deyildir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır.
25. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının sosial sığorta stajını müəyyən etməklə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
26. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2-1(116)-1728/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.