Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-102/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X18 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon Məlikkənd kəndi ərazisində yerləşən 11000,35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2na məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-814/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Məlikkənd bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə X2na ayrılmış 11000,35 kv.m torpaq sahəsi üzərində X2nun mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və onun adına müvafiq çıxarış (plan-ölçü) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Göyçay rayon Məlikkənd kəndi ərazisində yerləşən 11000,35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2na məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-814/2023 nömrəli qərardadı ilə Göyçay rayon Məlikkənd bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı X2na məxsus Göyçay rayonu, Məlikkənd kəndində yerləşən 11000.35 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən 16 oktyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. X2, islahat zamanı texniki səhv nəticəsində ona və ailə üzvlərinə pay torpaq sahəsi verilmədiyinə görə Göyçay rayon Məlikkənd Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Göyçay rayonu Məlikkənd Bələdiyyəsinin ehtiyyat fondunun kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11000.35 kv.metr torpaq sahəsi ayrılmasını xahiş etmiş, Göyçay rayon Məlikkənd Bələdiyyəsinin sədri tərəfindən ərizənin bələdiyyənin ümumi iclasının müzakirəsinə çıxarılması barədə dərkənar qoyulmuşdur. Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarı ilə X20 rayon Məlikkənd Bələdiyyəsinə ünvanladığı ərizə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müsbət rəyi və cizgisi, islahat zamanı texniki səhv nəticəsində ona və ailə üzvlərinə pay torpaq sahəsinin ayrılmaması əsas götürələrək və Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq İslahatı» haqqında qanuna və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 saylı «Torpaqların alqı-satqı qaydaları»-na uyğun olaraq Göyçay rayonu Məlikkənd Bələdiyyəsinin ehtiyyat fondunun kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11000.35 kv.metr torpaq sahəsi X2na ayrılması qərara alınmışdır. Bundan sonra Göyçay rayon Məlikkənd Bələdiyyəsinin mülkiyyətində olan 11000.35 kv.metr torpaq sahəsinin X7 ayrılmış və həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydə alınmışdır. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən Göyçay rayon Məlikkənd Bələdiyyəsinə rəy təqdim edilərək mülkiyyətində olan torpaq sahəsindən 11000.35 kv.metr kənd təsərrüfatı məqsədi ilə Abbas Məmmədova verilməsi məqsədə uyğun hesab edilərək, heç bir etriazın olmadığı qeyd edilmişdir. Göründüyü kimi X2nun Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə ayrılmış 11000.35 kv.metr torpaq sahəsini vicdansız əldə etməyi müəyyən olunmur. Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə X2na ayrılmış 11000.35 kv.metr torpaq sahəsi uzun illərdir Abbas Məmmədovun istifadəsində olmuş, həmin torpaq sahəsində müxtəlif növ meyvə ağacları əkilmiş, bağ salınmışdır. Torpaq sahəsində əkilmiş ağacların 7-8 yaşı var. Sözü gedən 11000.35 kv.metr torpaq sahəsi X2na Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə bilavasitə ayrılmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay rayonu, Məlikkənd kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Göyçay rayonu, Məlikkənd bələdiyyəsinin xx.xx.2009cu il tarixli, 12 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Göyçay rayonşöbəsi tərəfindən verilmiş AN-254456 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Göyçay rayonu, Məlikkənd bələdiyyəsi torpaq sahəsini sizə "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-lllQD nömrəli Qanunununa uyğun şəkildə ayrılmamışdır. Belə ki, torpaq sahəsinin ayrılması bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır. Qeyd edilir ki, sözügedən torpaq sahəsi Elektron ucot baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı uqodiyası örüş olmaqla bələdiyyə mülkiyyətidir. Örüş torpaq sahələri alqı-satqı predmeti olla bilməz, yalnız icarəyə verilə bilər. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri. ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isəqanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinn iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-814/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin göstərilən iş üzrə qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddianın rədd edilməsinə dair belə nəticəyə gəlmişdir ki, istinad olunan Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı hazırkı iş üzrə iddiaçıya münasibətdə etibarsız inzibati aktdır. “İnzibati İcraat haqqında” Qanunun 65.1.2ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasənetibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Buna görə də məhkəmə hesab edir ki, Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı Abbas Məmmədova münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə inzibati akt hesab edilə bilməz. Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarına etimad hüququna gəlincə məhkəmə qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilən inzibati akt müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz. 1.25 ha torpaq sahəsinin 1.0 ha hissəsi Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 12 saylı qərarı ilə X7 ayrılmış 11000.35 kv.metr torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0180 kadastr nömrəli (blank № 254456) "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə, 1.25 ha torpaq sahəsinin 0,16 ha hissəsi isə Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 12 saylı qərarı ilə X3 ayrılmış 20000.35 kv.metr torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0003 kadastr nömrəli (blank № 254455) “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşür. Hesab edirəm ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, iddiaçı X2na məxsus Göyçay rayonu, Məlikkənd kəndində yerləşən 11000.35 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən 16 oktyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. X2, islahat zamanı texniki səhv nəticəsində ona və ailə üzvlərinə pay torpaq sahəsi verilmədiyinə görə Göyçay rayon Məlikkənd Bələdiyyəsinə ərizə iləmüraciət edərək, Göyçay rayonu Məlikkənd Bələdiyyəsinin ehtiyyat fondununkənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11000.35 kv.metr torpaq sahəsi ayrılmasını xahiş etmiş, Göyçay rayon Məlikkənd Bələdiyyəsinin sədri tərəfindən ərizənin bələdiyyənin ümumi iclasının müzakirəsinə çıxarılması barədə dərkənar qoyulmuşdur. Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarı ilə X20 rayon Məlikkənd Bələdiyyəsinə ünvanladığı ərizə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müsbət rəyi və cizgisi, islahat zamanı texniki səhv nəticəsində ona və ailə üzvlərinə pay torpaq sahəsinin ayrılmaması əsas götürələrək və Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq İslahatı» haqqında qanuna və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 saylı «Torpaqların alqı-satqı qaydaları»-na uyğun olaraq Göyçay rayonu Məlikkənd Bələdiyyəsininehtiyyat fondunun kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 11000.35 kv.metr torpaq sahəsi X2na ayrılması qərara alınmışdır. Bundan sonra Göyçay rayon Məlikkənd Bələdiyyəsinin mülkiyyətində olan 11000.35 kv.metr torpaq sahəsinin X7 ayrılmış və həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydə alınmışdır. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən Göyçay rayon Məlikkənd Bələdiyyəsinə rəy təqdim edilərək mülkiyyətində olan torpaq sahəsindən 11000.35 kv.metr kənd təsərrüfatı məqsədi ilə Abbas Məmmədova verilməsi məqsədə uyğun hesab edilərək, heç bir etriazın olmadığı qeyd edilmişdir. Göründüyü kimi X2nun Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə ayrılmış 11000.35 kv.metr torpaq sahəsini vicdansız əldə etməyi müəyyən olunmur. Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə X2na ayrılmış 11000.35 kv.metr torpaq sahəsi uzun illərdir Abbas Məmmədovun istifadəsində olmuş, həmin torpaq sahəsində müxtəlif növ meyvə ağacları əkilmiş, bağ salınmışdır. Torpaq sahəsində əkilmiş ağacların 7-8 yaşı var. Sözü gedən 11000.35 kv.metr torpaq sahəsi X2na Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatıməqsədi ilə bilavasitə ayrılmışdır. Məhkəmə iddianı rədd edərkən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin mütəxəssis rəyinə istinad etmişdir. Mütəxəssis rəyi isə X8 X10 (TEKUİS) əsasən tərtib edilmişdir. Azərbaycanda X8 X16(TEKUİS) 2017-ci ildə işlənib hazırlanmağa başlanıb. Bu sistem, torpaq kadastr məlumatlarının elektron şəkildə toplanması, saxlanması və idarə olunması üçün nəzərdə tutulmuşdur. TEKUİS 2019-cu ildə istifadəyə verilib və bu zaman sistemin tətbiqi başlanıb. Sistem, torpaq sahələri ilə bağlı məlumatların daha şəffaf və dəqiq şəkildə idarə olunmasını təmin etməyə yönəlib. Bu layihənin məqsədi, torpaq mülkiyyəti və istifadəsi ilə bağlı məlumatların elektron əsasda toplanması, hüquqi münasibətlərin düzgün qurulması və torpaq resurslarının idarə olunmasında səmərəliliyin artırılmasıdır. X8 X16 (TEKUİS) istifadəyə verildikdən sonra hazırlanma dövründən qalma qüsurlar mövcuddur. Bu səbəbdən məhkəmə qərarları əsasında X8 X13 (TEKUİS) düzəlişlər və yeniliklər edilmişdir. Bu, əsasən torpaq sahələrinə dair mülkiyyət hüquqları ilə bağlı məhkəmələrin qərarları, torpaq mübahisələri və ya digər hüquqi məsələlərə aid düzəlişlərə aiddir. Göründüyü kimi iddiaçıya 11000,35 kv.m torpaq sahəsinin verilməsinə dair Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarı ləğv edilməmişdir, qüvvədədir. «Daşınmaz əmlakındövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Hesab edir ki, qeydiyyat orqanı X8 X10 (TEKUİS) əsaslanıb daşınmaz əmlaka hüquq vermə məsələsini həll etməməli, hazırda heç bir məhkəmə qərarı əsasında ləğv edilməmiş, qüvvədə olan Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarından irəli gələn hüquqları dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi məhkəmə hazırkı mübahisəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsini düzgün tətbiq etməmiş, iddiaçının dəlillərini və işin faktiki hallarını araşdırmamışdır. Şikayətin əsassızlığı, ilk növbədə iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddianın əsassız olmasından irəli gəlir. Belə ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcbur etmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (İPM-in 14.3-cümaddəsi). İş materiallarından görünür ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən hesab edir ki, Şəki İnzibati Məhkəməsinin qərarı İPM-in 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli və iddia təmin edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)- 814/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-814/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X12 izahatında qeyd etmişdir ki, həmin dövürdə bələdiyyənin sədri olmuşam. Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı ilə X7 11000,35 kv torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin islahat vaxtı istifadə etmədiyindən bələdiyyənin mülkiyyətində qalmışdır. İddiaçı həmin torpaq sahəsindəndən hal-hazırda istifadə edir həmçinin iki oğluda o bağda işləyirlər. Həmin bələdiyyənin qərarı hal-hazırda qüvvədədir. Əgər mümkün olarsa İddiaçı iddia tələbinin təmin edilməsini qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin və üçüncü şəxs nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının nümayəndələrinin iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Rayon Notariat Ofisinin xx.xx.2023-cü il məktubu; - Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12-saylı iclas Protokolundan çıxarış; - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, - mərhum Gülxanım Məmmədovaya bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılması barədə Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsi və həmin qətnamənin qanuni qüvvəsini alması barədə Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-4921/2023 saylı məktubu. - Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 11 nömrəli məlumat məktubu. - Göyçay rayonu Çaxırlı bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 11 nömrəli məktubu.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin “aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
21. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 saylı qərarında nəzərə alındığı göstərilən Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə mərhum Gülxanım Məmmədovaya torpaq islahatı vaxtı ayrılmalı olan, lakin ayrılmamış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan verildiyindən iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən Abbas Məmmədova verilməsi ilə baglı Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı hazırkı iş üzrə iddiaçıya münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsi anlamında qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə inzibati akt hesab edilə bilmədiyindən iddia tələbirədd edilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 11 nömrəli məlumat məktubundan görünür ki, Göyçay rayonu Məlikkənd bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli 12 nömrəli qərarı ilə X7 11000,35 kv.m torpaq sahəsi verilmdir. Həmin vaxtdan X9 ailə üzvlərilə birlikdə Göyçar rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarı ilə verilmiş 11000,35 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə edir. X4 istifadəsindədir. Həmin torpaq sahəsilə bağlı heç bir mübahisə yoxdur. İddiaçı sözügedən torpaq sahəsindən istifadə etməsinə Göyçay rayonu Məlikkənd Bələdiyyəsinin və yaxud digər şəxslərin etirazı yoxdur. X7 11000,35 kv.m torpaq sahəsinin verilməsinə dair Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarı ləğv edilməmiş, qüvvədədir.
30. Göyçay rayonu Çaxırlı bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 11 nömrəli məktubundan görünür ki, Göyçay rayon Məlikkənd bələdiyyəsinin hüquqi varisi Çaxırlı bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarı ilə X7 11000.35 kv.m torpaq sahəsi verilmişdir.Həmin vaxtdan X9 ailə üzvləri ilə birlikdə Göyçay rayon Məlikkənd bələdiyyəsinin hüquqi varisi Çaxırlı bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli,12 nömrəli qərarı ilə verilmiş 11000,35 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə edir.X5 ölümündən sonra həmin torpaq sahəsi İddiaçı istifadəsindədir.Həmin torpaq sahəsilə bağlı heç bir mübahisə yoxdur.İddiaçı sözügedən torpaq sahəsindən istifadə etməsinə Göyçay rayon Məlikkənd bələdiyyəsinin hüquqi varisi Çaxırlı bələdiyyəsinin və yaxud digər şəxslərin etirazı yoxdur. X7 11000,35 kv.m torpaq sahəsinin verilməsinə dair Göyçay rayon Məlikkənd bələdiyyəsinin hüquqi varisi Çaxırlı bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 nömrəli qərarı ləğv edilməmişdir, qüvvədədir.
31. Belə ki, iş üzrə materiallardan görünür ki, Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli iclas protokolundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2009-cu il tarixli 2(046)571/2009 nömrəli iş üzrə qərar nəzərə alınmış, Məlikkənd bələdiyyəsinin “Çaxırlı arası” adlanan sahəsində olan ehtiyat fondu torpağından mövcud normaya uyğun olaraq X7 və onun ailəsinə 1,10 ha, X3 və onun ailə üzvülərinə 2.00 ha, X1 0,75 ha pay torpağı ayrılmış, bələdiyyə mülkiyyətindən ayrılacaq torpaq sahəsinin sxematik planının çəkilməsi DT və XN-nın Göyçay rayon şöbəsindən və mülkiyyət hüququna dair sənədlərin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Komitəsinin Ucar Rayon Şöbəsindən xahiş edilmişdir.
32. Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı ilə kənd təsərrüfatı məqsədi ilə X2na 11000.35 kv.m torpaq sahəsinin verilməsi qərara alınmış, həmin qərara əsasən Göyçay rayon Məlikkənd kəndində kənd təsərrüfatı məqsədi ilə qərar qəbul edilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Göyçay bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
33. Həmçinin qeyd edilməlkidir ki, həmin torpaq sahəsinə dair X5 adına A seriyalı, 254456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 578 nömrə ilə uçota alınmışdır.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması göstərilmişdir.
35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
36. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).
37. Həmçinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.
38. Həmin Qanunun 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir.
39. Yuxarıda göstərilən inzibati işə əlavə edilmiş sənədlərdən, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavablardan göründüyü kimi, iddiaçının həmin torpaq sahəsinin ayrılması ilə bağlı keçirilməsi nəzərdə tutulmuş iclasda ona torpaq sahəsinin ayrılması qərara alınmışdır.
40. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.
41. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, iş üzrə zəruri olan sorğular edilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
43. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavabları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Məlikkənd kəndi ərazisində yerləşən 11000,35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2na məxsus olması baradə arayışın verilməsi öhdəliyi qoyulmalıdır.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-814/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Məlikkənd kəndi ərazisində yerləşən 11000,35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2na məxsus olması baradə arayışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.