Məhkəmə qərarları › İş №2-1(107)-103/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-103/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-103/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 33 il 12 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2334/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya 33 il 12 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı "xxxx"-də və digər sahələrdə işləməsini, hərbi xidmət dövrünü nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının xüsusi iş stajının olmamasını, işlədiyi sahənin zərərli sahəyə aid edilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona 60 yaşdan xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə uyğun olaraq cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə uyğun olaraq inzibati icraat aparılmışdır. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə işlədiyi elektrik montyoru, elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarım bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmadığı üçün güzəştli iş stajı müəyyən edilməmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. İş materiallarına əlavə olunmuş AZE******** seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, hal-hazırda 60 yaşı vardır.

5. Xüsusi Şərtlərlə Təyinat üzrə X1 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur.

6. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.

7. İddiaçının Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə istinadən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək M.B.Qasımov adına sovxozda fəhlə vəzifəsində işləmiş; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş; xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək B.Qasımov adına sovxozda yenidən fəhlə vəzifəsində işləmiş: xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Mardakert rayon rabitə şöbəsində poçtalyon vəzifəsində işləmiş; xx.xx.1987-cı il tarixdən xx.xx.1988-ci il tarixədək M.B.Qasımov adına sovxozda Sırxavənd kəndində fəhlə vəzifəsində işlədiyini iddia edir.

8. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC “Azərbaycan istilik Elektrik Stansiyası MMC-nin iddiaçıya dair 28 aprel 2023-cü il tarixli 07-66 nömrəli arayışında xx.xx.1990xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-nin Elektrik sexində elektrik montyoru, xx.xx.1996-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə işıqlandırma şəbəkəsinə, xidmət və təmir edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri, xx.xx.2022-ci il tarixindən bugünədək isə həmin sexdə işıqlandırma şəbəkəsinə alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi elektrik sexi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan qazanxana turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli is stajı yoxdur.

9. Beləliklə, iddiaçının xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-nin Elektrik sexində elektrik montyoru, xx.xx.1996-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə işıqlandırma şəbəkəsinə, xidmət və təmir edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri, xx.xx.2022-ci il tarixindən bugünədək isə həmin sexdə işıqlandırma şəbəkəsinə alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri vəzifəsinin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına aid edilməmişdir.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir.

11. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmaq deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

12. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret hallan (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.

13. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

14. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2334/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona 60 yaşdan xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə uyğun olaraq cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə uyğun olaraq inzibati icraat aparılmışdır. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə işlədiyi elektrik montyoru, elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarım bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmadığı üçün güzəştli iş stajı müəyyən edilməmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2334/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2334/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2334/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

20. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 134 nömrəli arayışından görünür ki, iddiaçı, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-68 nömrəli “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzşətli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Elektrik sexi İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlik elektrik avadanlıqlarına təmir edən elektrik çilingəri vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 32 il 10 ay 06 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri 3-4-cü sinif təhlükəli, səs-küy, CO2, karbon qazı, elektromaqnit sahəsi kv/m, nisbi nəmlik %, iş yerində havanın temperaturu, hava cərəyanının sürəti, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluq), əsəb emosional və intellektual gərginlikdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-a bəndinə/(yarımbəndinə) və (və ya) 2140000a-18455 vəzifə koduna uyğundur. Zərərli iş sahəsinə görə 12% əlavə əmək haqqı və 06 t.g əlavə məzuniyyət günü verilir. - Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin xx.xx.2023-cü il tarixli 07-66 nömrəli “işin xarakteri haqqında” arayışdan görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdə "xxxx"-nin Elektrik sexinə 2-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur (Əmr137/k, xx.xx.1990), xx.xx.1990-cı il tarixdə 3-cü dərəcə verilmişdir (Əmr137/k xx.xx.1990), xx.xx.1993-cü il tarixdə tutduğu vəzifədə 4-cü dərəcə verilmişdir (Əmr20/k, xx.xx.1993), xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir (Əmr48/k xx.xx.1995), xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək həmin sexdə İşıqlandırma şəbəkəsinə, xidmət və təmir edən briqada”ya elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri 6-cı dərəcə verilmişdir (Əmr189/k xx.xx.1996), xx.xx.2022-ci il tarixdən hal-hazıradək yeni təşkilati struktura əsasən həmin sexdə “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada"ya elektrik avadanlıqlarına təmir edən elektrik çilingəri (ödəmə dərəcəsi 6) vəzifəsində işləyir. (Əmr 52/Ş.xx.xx.2022) İddiaçı işlədiyi müddət ərzində xx.xx.1990-cı il tarixdən hal- hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, səsküy, C02, karbon qazı, elektromaqnit sahəsi KV/m, nisbi nəmlik %, iş yerində havanın temperaturu, hava cərəyanının sürəti, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluq), əsəb emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün xx.xx.1990-cı il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qnunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "Azərbaycan DRES”-Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək buxarqaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu 2140000a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. "xxxx" MMC-də ümumi iş stajı 32 il 10 ay,06 gün təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-67 nömrəli “istehsalat fəaliyyəti haqqında” arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən "xxxx"-nin Elektrik sexinin “İşıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqada”ya 2-ci dərəcəli elektirk avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə 3-cü dərəcə elektrik montyoru vəzifəsi verilmişdir. xx.xx.1993-cü il tarixdə tutduğu vəzifədə 4-cü dərəcə verilmişdir. xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci ilədək elektrik sexində “İşıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqada”dada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri (6-cı dərəcə) vəzifəsində işləyib. xx.xx.2022-ci ildən hal-hazıradək Elektrik sexinin “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada”da elektrik avadanlıqlarını təmir edən 6-cı dərəcə elektrik çilingəri vəzifəsində işləyir. xx.xx.1990-cı il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Mazut təsərrüfatında, 330/500kV APQ sahəsində, Kimya sexində, Kənar obyektlərdə işıqlandırmanı təmin etmək məqsədilə ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşlədiyi müddət ərzində 330/500kV APQ, YNS, QTS ərazisində hündürlükdə, projektor matçolarında quraşdırılmış işıqlanma avadanlıqlarına xidmət göstərmişdir. O, zərərli iş şəraitində işlədiyi üçün ona hər ay əmək haqqının 12% həcmində əlavə əmək haqqı ödənilmişdir. - ИT-İ ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1984- xx.xx.1985, xx.xx.1988- xx.xx.1990, xx.xx.1985- xx.xx.1986, xx.xx.1990– xx.xx.2023 xx.xx.1987- xx.xx.1988, - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1963-cü il tarixində doğulmuşdur. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-9-100/01-07-38 nömrəli məktubuna əsasən, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü), xx.xx.1990-cı il tarixdə "xxxx"-nin Elektrik sexinə 2-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur (Əmr 137/k, xx.xx.1990), xx.xx.1990-cı il tarixdə tutduğu vəzifədə 3-cü dərəcə verilmişdir. xx.xx.1993-cü il tarixdə tutduğu vəzifədə 4-cü dərəcə verilmişdir (Əmr 20/k, xx.xx.1993), xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir (Əmr48/k xx.xx.1995), xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək həmin sexdə İşıqlandırma şəbəkəsinə, xidmət və təmir edən briqada”ya elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri 6-cı dərəcə verilmişdir (Əmr 189/k xx.xx.1996), xx.xx.2022-ci il tarixdən halhazıradək Yeni təşkilati struktura əsasən həmin sexdə “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada”ya elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri (ödəmə dərəcəsi 6) vəzifəsində işləyir. (Əmr 52/Ş,xx.xx.2022) İddiaçı işlədiyi müddət ərzində xx.xx.1990-cı il tarixdən hal-hazıradık zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-sü sinif təhlükləli , səs-küy, CO2 , karbon qazı, elektromaqnit sahəsi KV/m, nisbi nəmlik %, iş yerində havanın temperaturu, hava cərəyanının sürəti, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluq), əsəb emosional və intellektual gərgnlik faktorları mövcud olmuşdur. İddiaçı xx.xx.1990-cı il tarixdən hal-hazıradək tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Yanacaq-nəqliyyat sexində mazut təsəttüfatında, 330/500 kV APQ sahəsində, kimya sexində, kənar obyektlərdə işıqlandırmanı təmin etmək məqsədilə ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşlədiyi müddət ərzində 330/500 kV APQ,YNS,QTS ərazisində hündürlükdə, projektor qülləsində quraşdırılmış işıqlanma avadanlıqlarına xidmət göstərmişdir. Zərərli iş sahəsində işlədiyi üçün xx.xx.1990-cı il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər ərzində xx.xx.1990-cı il tarixdən hal-hazıradək işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru və elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahf’sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinin xüsusiyyətlərinə uyğundur. “Azərenerji “ ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

24. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2334/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1– 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:

1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

2. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

34. İş materiallarından görünür ki, iddiaçının ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.

35. Müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.

36. Cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlili- iddiaçının güzəştli iş stajının müəyyən edilməməsi ilə bağlıdır.

37. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1990-xx.xx.1996-cı il tarixlərdə "xxxx"nin Elektrik sexində elektrik montyoru, xx.xx.1996-xx.xx.2022-ci il tarixlərdə həmin sexdə işıqlandırma şəbəkəsinə, xidmət və təmir edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri, xx.xx.2022-ci il tarixindən bugünədək isə həmin sexdə işıqlandırma şəbəkəsinə alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri vəzifəsinin qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmadığını bildirir.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olması müəyyən edilmişdir.

39. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

40. İddiaçının yerinə yetirdiyi işin xüsusiyyətləri barədə arayışdan görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Mazut təsərrüfatında, 330/500kV APQ sahəsində, Kimya sexində, Kənar obyektlərdə işıqlandırmanı təmin etmək məqsədilə ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşlədiyi müddət ərzində 330/500kV APQ, YNS, QTS ərazisində hündürlükdə, projektor matçolarında quraşdırılmış işıqlanma avadanlıqlarına xidmət göstərmişdir.

41. O, zərərli iş şəraitində işlədiyi üçün ona hər ay əmək haqqının 12% həcmində əlavə əmək haqqı ödənilmişdir, əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, səs-küy, C02, karbon qazı, elektromaqnit sahəsi KV/m, nisbi nəmlik %, iş yerində havanın temperaturu, hava cərəyanının sürəti, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluq), əsəb emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur.

42. Apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-9-100/01-07-38 nömrəli məktubuna əsasən, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü), xx.xx.1990-cı il tarixdə "xxxx"-nin Elektrik sexinə 2-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur (Əmr 137/k, xx.xx.1990), xx.xx.1990-cı il tarixdə tutduğu vəzifədə 3-cü dərəcə verilmişdir. xx.xx.1993-cü il tarixdə tutduğu vəzifədə 4-cü dərəcə verilmişdir (Əmr 20/k, xx.xx.1993), xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir (Əmr48/k xx.xx.1995), xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək həmin sexdə İşıqlandırma şəbəkəsinə, xidmət və təmir edən briqada”ya elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri 6-cı dərəcə verilmişdir (Əmr 189/k xx.xx.1996), xx.xx.2022-ci il tarixdən halhazıradək Yeni təşkilati struktura əsasən həmin sexdə “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqada”ya elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri (ödəmə dərəcəsi 6) vəzifəsində işləyir. (Əmr 52/Ş,xx.xx.2022) İddiaçı işlədiyi müddət ərzində xx.xx.1990-cı il tarixdən hal-hazıradık zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-sü sinif təhlükləli , səs-küy, CO2 , karbon qazı, elektromaqnit sahəsi KV/m, nisbi nəmlik %, iş yerində havanın temperaturu, hava cərəyanının sürəti, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluq), əsəb emosional və intellektual gərgnlik faktorları mövcud olmuşdur. İddiaçı xx.xx.1990-cı il tarixdən hal-hazıradək tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Yanacaq-nəqliyyat sexində mazut təsəttüfatında, 330/500 kV APQ sahəsində, kimya sexində, kənar obyektlərdə işıqlandırmanı təmin etmək məqsədilə ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşlədiyi müddət ərzində 330/500 kV APQ,YNS,QTS ərazisində hündürlükdə, projektor qülləsində quraşdırılmış işıqlanma avadanlıqlarına xidmət göstərmişdir. Zərərli iş sahəsində işlədiyi üçün xx.xx.1990-cı il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər ərzində xx.xx.1990-cı il tarixdən hal-hazıradək işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru və elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahf’sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinin xüsusiyyətlərinə uyğundur. “Azərenerji “ ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.

43. İstinad olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr”in siyahısından görünür ki, 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə avadanlığınının işini təmin edən elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aiddir.

44. Odur ki, iddiaçının "xxxx"-nin Elektrik sexində işlədiyi elektrik montyoru, işıqlandırma şəbəkəsinə, xidmət və təmir edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri və işıqlandırma şəbəkəsinə alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadada elektrik avadanlıqlarını təmir edən elektrik çilingəri vəzifəsi də, məhz qazanxana, turbin (buxar-qaz turbini) və yanacaqötürmə avadanlığının işini təmin elektrik montyoru və elektrik çilingəri kimi nəzərdən keçirilərək onun güzəştli iş stajı müəyyən edilməlidir. Hər bir halda iddiaçının əmək fəaliyyətini tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində və digər sahələrdə həyata keçirməsi iş materialları ilə sübuta yetirilir.

45. Odur ki, cavabdeh orqan qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə avadanlıqlarının fəaliyyətində (işinin təmin edilməsində) birbaşa iştirak etmiş iddiaçının elektrik montyoru və çilingəri olaraq fəaliyyət göstərdiyi müddəti xüsusi iş stajına daxil etməməkdə səhvə yol vermişdir.

46. Qeyd edilən sahələr üzrə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olduğundan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2334/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar