Məhkəmə qərarları › İş №2-1(107)-104/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-104/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-104/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nümayəndəsi Nümayəndə, İddiaçı1 (İddiaçı2 qəyyumu) iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Cavabdeh2 başçısının Muxax kənd İƏD üzrə nümayəndəliyinin 08.05.2019-cu il tarixli 504 nömrəli arayışından görünür ki, Muxax kəndində İddiaçı2 məxsus 0,03 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində 76 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. İşdə olan, 27.08.2016-cı il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayon Muxax kəndində yerləşən 0,0305 ha həyətyanı torpaq sahəsinə İddiaçı2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan, cavabdehin 16.07.2019-cu il tarixli 37/kd-03884 nömrəli məktubundan görünür ki, təbii fəlakət nəticəsində ziyan dəymiş evlərə baxış keçirilərək müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 məxsus fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbirlər görüləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 08.12.2020-ci il tarixli, 2-1(116)- 96/2020 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qızı İddiaçı2 Zaqatala rayon Muxax kəndində yerləşən, zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 12, 43, 71-ci maddələrinə, Nazirlər Kabinetinin 08.05.2012- ci il tarixli, 117s nömrəli sərəncamına, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi haqqında Əsasnamə"nin 7.2- ci maddəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli, 511 nömrəli Fərmanının müddəalarına əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçı fərdi yaşayış evinin tikintisini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 08.12.2020-ci il tarixli, 2-1(116)-96/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2- 1(107)-154/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 08.12.2020-ci il tarixli, 2-1(116)-96/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-154/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(102)-2330/2021 nömrəli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2- 1(107)-154/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Zaqatala rayonu, Muxax kənd sakini İddiaçı1 və onun qızı İddiaçı2 Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı 2012-ci ildə baş verən təbii fəlakət zamanı zərər dəymiş fərdi yaşayış evinin əvəzinə yeni yaşayış evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2- 1(116)-96/2020 saylı qərarı ilə iddiaçının tələbi təmin olunmuşdur. Həmin qərar 21 dekabr 2020-ci il tarixdə Agentliyə daxil olmuşdur. Hesab edirlər ki, 1-ci instansiya məhkəməsinin qeyd olunan qərarı aşağıda göstərilənlərə görə ləğv edilməlidir. Məlum olduğu kimi, 2012ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. Həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan kəskin qəzalı vəziyyətdə olan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan tədbirlər çərçivəsində iddiaçı Zaqatala rayonu, Muxax kənd sakini İddiaçı1 və onun qızı İddiaçı2 evlərinə baxış keçirilmiş və 28 fevral 2013-cü il tarixində tərəfimizdən İddiaçı1 adına, 23 may 2012-ci il tarixində İddiaçı2 adına baxış aktları tərtib olunmuşdur. Həmin Aktlara uyğun olaraq evlər bərpa gücləndirməyə ehtiyac olan kimi qeyd olunub. Bununla bağlı, dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına müvafiq tədbirlər yerinə yetirilmişdir. Hər iki vətəndaşa bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçı1 5000 AZN (beş min manat, 00 qəpik), İddiaçı2 4000 AZN (dörd min manat, 00 qəpik) birdəfəlik maddi yardım ödənilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin 01 may 2014-cü il tarixli, 83 nömrəli məktubuna əsasən İddiaçı2 məxsus ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddənin 3-cü bəndə görə kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi həmin Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu da öz növbəsində İddiaçı2 məxsus ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa olunduğundan yeni evin tikintisinə əsas vermir. Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)- 96/2020 saylı Qərarın təsviri hissəsində məhkəmənin 25.02.2020-ci il tarixli Qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Halbuki, bu barədə Agentliyə qeyd olunan qərardad daxil olmamış və keçirilmiş ekspertizanın rəyi təqdim edilməmişdir. Hazırkı işdə Agentlik prosessual tərəf olduğuna görə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi Agentliyə təqdim olunmalı idi. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Nəzərinizə çatdırırıq ki, vətəndaşların şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı məhkəmə orqanlarında iddiaların qaldırılması kütləvi hal almış və Nazirlər Kabinetinin müvafiq sərəncamında təmirlə bağlı işlərin icra olunması Fövqəladə Hallar Nazirliyinə şamil olunmadığı üçün Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 saylı Qərarı tərəfimizdən icrası mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamı əsasında müvafiq tədbirlər görə bilər. Belə ki, Agentlik icra hakimiyyəti orqanı olduğundan onun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsindən məqsədli olaraq ayrılan vəsait hesabına maliyyələşdirilir. Agentliyin bundan başqa digər maliyyə mənbəyi və ya fərdi bank hesabı olmadığına görə büdcədən bu məqsədlər üçün dövlət vəsaiti ayrılmadığı təqdirdə həmin vətəndaşlar üçün tərəfimizdən evlərin tikilməsi mümkün deyil. Eyni zamanda, mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirik ki, İnzibati Prosessual Məcəlləsinin 33-cü və 38.1 -ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Həmçinin, iddiaçının iddia tələbi yeni evin tikilib verilməsindən ibarətdir, halbuki Şəki İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(116)-954/2020 saylı qərarına əsasən evin təmir edilməsi Agentliyin öhdəliyinə qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxa bilməz. Odur ki, Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 saylı qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı1 (İddiaçı2 qəyyumu) məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 4000 (dörd min) manat pul zəlzələdə zərər vurulmuş evin sökülüb yenidən tikilməsi üçün kafayət deyil. Çünki ekspert rəyi ilə təsdiq edilir ki, həmin evi sökülüb yenidən tikilməlidir. Ona görə də həmin pul onlar tərəfindən qəbul edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamından görünür ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012ci il X7 Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi haqqında Əsasnamə"nin 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 511 nömrəli Fərmanına əsasən, Tikintidə X2 Agentliyi haqqında Əsasnamə təsdiq edilmiş və həmin əsasnaməyə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı kimi təsbit edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən, Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərini rəhbər tutur. “İcban sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci /7 tarixli 165-İVQ saylı Qanununun: 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icban sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədəiənməsi, məhv olması, yaxud nər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası ic ba ridir 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədəiənməsi. məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(102)- 2330/2021 nömrəli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edib Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(107)- 154/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə üzrə düzgün məhkəmə qərarının qəbul edilməsi üçün işin halları birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etmə barədə hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidirBelə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “2012-ci ildə zəlzələ komissiyası evə baxış keçirdi evi qəzalı yazdılar.” İş materiallarının; 30-cu səhifəsində olan cavabdehin iddiaçıya yazdığı 12.07.2019- cu il tarixli məktubunda göstərilmişdir ki, 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələri ilə əlaqədar “tərtib olunmuş akta əsasən İddiaçı2 fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına aid edilmişdir. Bununla əlaqədar tərəfimizdən tədbir görüləcəkdir” 72-ci səhifəsində olan tikinti vəziyyəti haqqında 23 may 2012-ci il tarixli baxış aktından görünür ki, həmin baxış aktı Fövqəladə Hallar Nazirliyinin 2 məsul işçisi və Zəyəm kənd inzibati ərazi dairəsi üzrə 1 nümayəndəsi tərəfindən tərtib edilmiş və iddiaçının evinin vəziyyəti “bərpa gücləndirmə” kimi müəyyən edilmişdir 73-cü səhifəsində olan vətəndaşlara kompensasiya ödənişi cədvəlində, evin “texniki vəziyyəti” sətrində “qəzalı” çap olunduğu halda, üstündə qələmlə “bərpa” sözü yazılmış, iddiaçıya “ödəniləcək məbləğ” 4000 manat olaraq qeyd edilmişdir 85-ci səhifəsində olan cavabdehin iddiaçıya ünvanlandığı 16.07.2019-cu il tarixli 16.07.2019-cu il tarixli məktubunda yazılmışdır ki, “Həmin akta əsasən İddiaçı1 məxsus fərdi yaşayış evi bərpaya ehtiva olan evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar evinin bərpası üçün ona 5000 manat vəsait ödənilmişdir. İddiaçı2 məxsus fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir” 121-ci səhifəsində olan ekspert rəyində qeyd edilir ki, “İddiaçı2 məxsus olan və Zaqatala rayon Muxax kəndində yerləşən ev hazırda yaşayış üçün yarasız vəziyyətdədir... Buna görə də, həmin yaşayış evinin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün, sökülərək yenidən inşa edilməsi zəruri hesab edilir”. Bundan başqa işin 211-ci səhifəsində olan X8 İddiaçı1 ünvanlandığı 09.08.2021-ci il tarixli məktubunda deyilir ki, “evin bərpası üçün 4000 AZN pul vəsaiti daxil olmuşdur və həmin vəsait alınmamışdır” Apellyasiya instansiya məhkəməsi verilmiş iddia üzrə Agentliyin vəzifələrinin həcmi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini natamam araşdırma kimi qəbul edir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Əsasnamənin 8.41-ci bəndində Agentliyin vəzifəsi “fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək” kimi ifadə olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamına istinad etmişdir. Həmin Sərəncamda deylilir: 1. 2012-ci il mayın 07-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələlər nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il X7 Fondundan Azərbaycan Respublikasının X3 ilkin olaraq 20 milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. 3. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2012-ci il üzrə icra vəziyyətinə dair arayışda əksini tapmış məlumata görə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə 2012ci il may ayının 7-də Şəki-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq X4 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış Zaqatala və Balakən rayonları və kəndlərində zəlzələ nəticəsində komissiya tərəfindən yazılmış baxış aktları əsasında 12 fərdi yaşayış evinin bərpası nəzərdə tutulmuş və qəzalıdan bərpaya keçmiş vətəndaşlara kompensasiya ödənişi cədvəlindən müəyyən edilir ki, İddiaçı2 məxsus evin bərpası üçün ödəniləcək məbləğ 4000 müəyyən edilmişdir. İddiaçı1 Nüzəffər qızının əvvəlki məhkəmə iclasında təqdim etdiyi "xxxx" MMC-nin Zaqatala Poçt filialı tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli 10/257 saylı arayışdan görünür ki, Muxax kənd sakini İddiaçı2 ünvanına Fövqəladə Hallar Nazirliyi tərəfindən 13.09.2019-cu il tarixdə evin bərpası üçün 4000 (dörd min) manat pul vəsaiti daxil olmuşdur və həmin vəsait alınmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Göründüyü kimi cavabdehin inzibati praktikası əsasən fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəydiyi halda köməklik göstərilməsindən ibarətdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilərək, yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə

Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı:

Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2-1(116)-96/2020 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar