Məhkəmə qərarları › İş №2-1(107)-104/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-104/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-104/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X6 adına verilmiş xx.xx.2018ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2-1(116)-525/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X6 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X15 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər, Mingəçevir “Asan xidmət” Mərkəzinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. İddiaçı tələbində qeyd etmişdir ki, mərhum qayınatası X3 şəhəri, M.Əliyev prospekti 1/7 (keçmiş Ağdaş şəhəri, Lenin küçəsi, ev 1/7) ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.m olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat kontorunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mərhum əri X2. Mərhum X10 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon Notariat Ofisində reyestr kitabında 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olan Ağdaş şəhəri, H.Əliyev prospekti, 1/7 ünvanında (keçmiş ünvan 3 1/7) yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını ona, yəni arvadı İddiaçı vəsiyyət etmişdir.

5. X10 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Müəyyən səbəblərdən ərinin ölümündən sonra ondan miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamışdır.

6. Bundan istifadə edən qaynı olan cavabdeh X15 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini saxta sənədlər, yəni Ağdaş rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışa, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHB-nın Memarlıq və Tikinti Şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

7. X15 həmin çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunun xx.xx.2019-cu il tarixli. 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X1. Həmin müqavilə əsasında həyətyanı torpaq sahəsi və yaşayış evi xx.xx.2019-cu il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində X6 adına qeydə alınmış və bu barədə onun adına həmin tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

8. Bildirir ki, mərhum əri tərəfindən adına verilmiş vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. Həmin evin və həyətyanı torpaq sahəsinin cavabdeh X6 adına qeydə alınmasına razılıq verməmiş və ondan cavabdeh X7 xeyrinə imtina etməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə şəxs xüsusi mülkiyyətində olan əmlakını başqasının xeyrinə özgəninkiləşdirilməsi bağışlama, alqı-satqı, dəyişdirmə və s. rəsmi qaydada rəsmiləşdirilmiş müqavilələr əsasında həyata keçirilir. Ona görə də hesab edir ki, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavabdeh X6 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun nəticələri ləğv edilməlidir.

9. Bundan başqa mərhum ərinin ölümündən sonra qanun üzrə birinci növbə vərəsə kimi vəsiyyətnamə üzrə vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Ağdaş rayon Notariat Ofisi məktubla cavabdeh orqan DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət edərək onun notariat ofisinə təqdim etdiyi sənədlərə əsasən X12 ölümünədək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış torpaq sahəsi və fərdi yaşayış evinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış verilməsi xahiş olunmuşdur.

10. Cavabdeh orqan X6 adına verilmiş sənədlərin qanunsuz yollarla əldə edilməklə onlara təqdim olunmasını bildikləri halda, özləri tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinin onların səlahiyyətlərində olmamasını əsas göstərməklə əsassız olaraq bundan imtina etməklə onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur.

11. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-151/2021 saylı məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-151/2021 saylı məhkəmə qətnaməsindən narazı qalan İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Mülki iş üzrə mübahisəyə dair apellyasiya məhkəməsində məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati və Mülki Prosessual Məcəlləsinin mövcud tələblərinə əsasən İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1708/2021 saylı inzibati iş üzrə icraat eyni tələblə bağlı Şəki Apellyasiya Məhkəməsinin icraatında olan mülki mübahisə üzrə məhkəmə qərarı çıxarılanadək dayandırılması xahiş edilmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Üçüncü şəxs Mirzahir Şirinov iddia tələbinə münasibətində iddia tələbinin rədd edilməsini xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 sentyabr 2022-ci il tarixli 2-1(116)-525/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

16. Üçüncü şəxs X19 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 1-ci dalan, 7 ünvanında yerləşən fərdi yaşayış evini Sənani Əhmədovdan satın alarkən evin onun adına necə keçiyini, hansı əsasla adına çıxarış verdildiyini araşdırmamışdır və bu onun vəzifəsi deyildir. Reyestrdən çıxarış dövlət sənədidir, o həmin çıxarışda Sənani Əhmədovdan başqa heç kimin adını görməmişdir, reyestr idarəsində də belə bir qeyd yoxdur, əvəllər Sənani Əhmədovlıa evin rəsmiləşdirilməsi, sənədləşdirilməsi ilə bağlı hər hansı bir şəkildə sövdələşmə olmamışdır. O, qanunla çərçivəsində evi Sənani Əhmədovdan almışdır və onun adına həmin evə verilən çıxarışın ləğv edilməsi gələckdə onun adına olan çıxarışın ləğvinə səbəb olacağından hazırkı qərarla razı deyildir. Birinci instansiya məhkəməsi Sənani Əhmədovun adına çıxarışın ləğvinə əsas olan sənədləri araşdıraraq düzgün nəticəyə gələs də qərarda həmin çıxarışın ləğv edilməsinin onun mülkiyyət hüquqlarının pozulacağı ilə nəticələnəcəyini bildirməli və iddiaçının tələbini təmin etməyərək izah etməli idi ki, evin Sənani Əhmədovun adına keçirilməsi qanunsuz olsa da üçüncü şəxs Mirzahir Şirinovun vicdanlı alıcı kimi hüquqları qorunmalı, iddiaçının Sənani Əhmədova qarşı satdığı evin pulunun qaytarılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddiasının mümkün olacağı izah edilməli idi. Lakin işə baxan birinci instansiya məhkəməsi bunu etməmiş, vicdanlı alıcı olaraq onun hüquqlarını pozmuşdur. Bundan başqa iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə sübut olaraq təqdim edilən vəsiyyətnamə əsas kimi göstərilsə də həmin vəsiyyətnamə əsasında ev iddiaçının adına rəsmiləşdirilməmiş, iddiaçı əri öldükdən sonra başqa şəxsə ərə getmiş, hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Əgər o, əri vəfat etdikdən sonra vaxtında onun adına vərəsəlik işi açdıraraq vərəsəlik şəhadətnaməsi alsa və vəsiyyətnamə əsasında ona vəsiyyət edilən əmlakı öz adına rəsmiləşdirsə di hazırkı mübahisə də olmazdı. Onun isə bunlardan heç bir məlumatı olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2-1(116)-525/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X19 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2- 1(116)-525/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2-1(116)-525/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və X15 məhkəmə iclasına gəlməmişdir.

21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 41 nömrəli məktubundan görünür ki, Ağdaş rayon X26 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-ci il tarixli 12 saylı iclas protokol kitabını tapılmadığı üçün məlumat verilmir. - ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 1-ci dalan, 7 ünvanında yerləşən fərdi yaşayış evi X6 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. - AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 Əliyev prospekti, 1-ci dalan, 7 ünvanında yerləşən fərdi yaşayış evini alıcı X1. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 1-ci dalan, 7 ünvanında yerləşən fərdi yaşayış evi X9 xüsusi mülkiyyətindədir. - 371073 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. - 10.01.2009-cu il tarixli vəsiyyətnamədən görünür ki, Ağdaş şəhəri H.Əliyev prospekti 1/7-də yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Ağdaş şəhəri H.Əliyev prospekti 31-də yaşayan arvadı İddiaçı vəsiyyət etmişdir. - Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 30 nömrəli məktubundan görünür ki, Ağdaş rayon X26 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı iclas protokolu tapılmadığı üçün məlumat verilmir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********81 nömrəli məktubunda idarənin arxiv materiallarına istinadən Lenin küçəsi, ev 1/7 ünvanı ilə ünvan 5ası barədə heç bir məlumatın aşkarlanmadığını bildirsə də, iş materiallarında olan notariat işindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X5 məxsus olmuş və sonuncu tərəfindən həmin fərdi yaşayış evi X16 bağışlanmışdır. Faiq Əhmədov tərəfindən həmin daşınmaz əmlak iddiaçıya vəsiyyət edilmişdir. Beləliklə, cavabdeh orqan Ağdaş şəhəri H.Əliyev prospekti 1-ci dalan ev 7 ünvanına dair yuxarıda qeyd edilmiş sənədlər olduğu halda Ağdaş rayon X26 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı iclas qərarından çıxarışa istinad etməklə sözügedən daşınmaz əmlak üzərində üçüncü şəxsin mülkiyyət hüququnu əsassız olaraq dövlət qeydiyyatına almışdır. Belə ki, iş materiallarında olan Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 30 nömrəli məktubundan da görünür ki, Ağdaş rayon X26 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı iclas protokolu tapılmadığı üçün məlumat verilə bilməmişdir.

34. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qeyd edilmişdir. Göründüyü kimi, mübahisələndirilən çıxarışın X6 adına tərtib edilməsi və həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı hüquqi əsas mövcud olmadığından həmin daşınmaz əmlak üzərində Ağdaş rayon X26 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı iclas qərarı əsasında müvafiq qeydiyyatın aparılması qanunvericiliyin tələblərinə zidd olmuşdur.

35. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər mövcud olduğu halda, həmin torpaq sahəsinin üçüncü şəxs X6 mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir.

36. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

37. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2-1(116)-525/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar