Məhkəmə qərarları › İş №2-1(107)-104/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-104/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-104/2025 20.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X11 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs X5 və digər üçüncü şəxs Əmanətlərin Sığortalanması Fonudu LPO "xxxx" ASC–nin nümayəndəsi X1 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X8 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2578/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X8 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-28/2023 nömrəli qərardadı ilə X13 üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X4 ilə anası X17 1953-cü il tarixdə evlənmiş və 1972-ci il tarixinədək birgə nikahda yaşamışlar. Nikah 1972-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Onların arasında olan nikah pozulduqdan sonra birgə nikah zamanı əldə etdikləri ev, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə atası X4 ilə anası X17 arasında bölünmüşdür. Həmin qətnaməyə əsasən Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X2 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindən zal otaq 30 kv.m qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.molmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X8 mülkiyyətinə, digər divar tərəfdən bir otaq 26 kv.m qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m qiyməti 794 manat X2 mülkiyyətində saxlanılmışdır. Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, evlərdən zal otaq 30 kv.m, orta otaqdan isə bir qapı, bir pəncərə daxil olmaqla 15 kv.m, həm də balkondan 3 metr 75 sm İsmayılova Rənaya verilməlidir. Yan barı tərəfdə olan 26 kv.m sahədə bir otaq, orta otaqdan bir pəncərə onun tərəfində qalmaq şərti ilə evi 2.75, uzunu 4 metr sahə 11 kv.m Səlimov Abduləvvələ verilməlidir. Balkonun uzunu 14 metrdir. 10 metr 25 sm yenə Səlimovda qalmalıdır. Göründüyü kimi zal otaq anası İsmayılova Rənaya, yan barı tərəfdə olan otaq atası Səlimov Abduləvvələ verilmiş, orta otaq isə aralarında bölünmüşdür. Balkon isə həmin otağın bölünmə yerindən ayrılaraq tərəflərə verilmişdir. Lakin nədənsə sonradan X12 texniki pasport hazırlanarkən orta otağın atasına düşən hissəsi və həmin hissəyə münasibətdə qarşısındakı balkon hissəsi X8 payı kimi göstərilmişdir. Halbuki, həmin texniki pasportda texniki pasportun verilməsi əsası kimi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973- cü il tarixli qətnaməsinin olması qeyd edilmişdir.

4. Buradan da aydın şəkildə görünür ki, cavabdeh Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələblərini kobud şəkildə pozmuşdur. Buradan da aydın şəkildə görünür ki, 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasport qanunsuz və əsassız tərtib edilmişdir. xx.xx.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X2 payı onunla dəyişdirilmişdir. Həmçinin, eyni ilə onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportda Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə onun payına düşən orta otağın 2.25 m hissəsi və ona münasib olaraq qarşısındakı balkon hissə qeyd edilməmişdir. Bununla da, Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973cü il tarixli qətnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur.

5. Həmçinin, sonradan anası X17 öz payına düşən hissəsini nəvəsi X9 bağışlamış və ondan sonra da X10 xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilərək verilmişdir. Eyni ilə əvvəlki texniki pasportda olduğu kimi yeni texniki pasportda da Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973- cü il tarixli qətnaməsi ilə X3 verilmiş evin orta otağının bir hissəsi və ona münasibətdə qarşısındakı balkonun hissəsi X10 məxsus kimi göstərilmişdir.

6. Göründüyü kimi yuxarıda qeyd etdiyi hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun tərtib edilməmişdir, ona görə də hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməlidir. İddiaçı həmin hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu verilmişdir.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evinin arxiv məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, 05 oktyabr 1972-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının atası X2 adına 9922/4488 nömrəli torpaq qeydi verilmiş, Vartaşen rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iki yerə bölünərək, sahəsi 30 kv.metr olan zal otaq, orta otağın bir qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.metr hissə iddiaçının anası X12 verilmiş, digər tərəfdən sahəsi 26 kv.metr olan otaq, orta otağın qalan 11 kv.metr olan hissəsi, 27 kv.metr eyvan X2 mülkiyyətində saxlanılmışdır. 16 yanvar 1974-cü ıl tarixdə X4 və X8 adlarına ümumi birgə mülkiyyətdə olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 23 yanvar 1974-cü il tarixli evdəyişmə müqaviləsi ilə X4 öz payını İddiaçı vermişdir. 26 yanvar 1974-cü il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X8 adlarına olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 01 sentyabr 1987- ci il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X8 adlarına olmaqla 9922/4488 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 01 sentyabr 2001 - ci il tarixdə İddiaçı adına 10864 inventar nömrəli texniki pasport verilmişdir. Məhkəmə qətnaməsində göstərilən orta otağın qalan 11 kv.metr olan hissəsi və 27 kv.metr eyvan texniki pasportda göstərilməmişdir. 22 avqust 2006-cı il tarixdə X8 adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq və qabaq eyvan bütünlüklə göstərilmişdir. 06 iyul 2007-ci il tarixdə X5 adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq və qabaq eyvan bütünlüklə göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxıldığı iddia edilən texniki səhvin düzəlişinə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X13 etiraz etdiyindən, həmçinin fərdi yaşayış evinin İddiaçı aid hissəsi xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəsi ilə "Azərdəmiryolbank’’ ASC-də yüklü olduğundan ərizəçiyə xx.xx.2021-ci il tarixli **********88 Ne-li imtina məktubu verilmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 01 sentyabr 2001 -ci il tarixli 10864 inventar nömrəli, 22 avqust 2006-cı il tarixli 11759 inventar nömrəli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportlara düzəliş edilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2578/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış. apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2578/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)- 2578/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024cü il tarixli, 2-1(116)-2578/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - X8 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasportun surəti. - İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun surəti. - X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportun surəti. - Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi. - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-28/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. - İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 540/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 28/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-540/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-336/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)- 540/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidənn baxılması üçün göndərilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-373/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə işə yenidən baxılaraq, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-28/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək yenidən baxılması üçün göndərilmişdir. - Üçüncü şəxs X13 tərəfindən təqdim edilmiş etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş ekspert rəyi ilə həqiqətən də cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2006cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahsəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmaması müəyyən edilmişdir. Yəni, qaldırılmış iddia tələbi üzrə hüququn pozulması və hüquqi müdafiəyə ehtiyacınızın mövcud olması müəyyən edilir. Lakin, X8 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi tələbi mahiyyəti üzrə əsassızdır. Belə ki,ekspert rəyindən də göründüyü kimi fərdi yaşayış evinin faktiki vəziyyəti uyğun deyildir. Bu baxımdan da cavabdeh tərtib edilmiş texniki pasportu uyğunlaşdırmaq imkanı faktiki olaraq mümkün olmadığından tələbin icrasında imtina etməsi əsaslıdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/519 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli 10864 inventar nömrəli texniki pasport sənədlərində Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində qeyd olunan ölçülərdə 30 kv.m zal, orta evdən eni 4 metr, uzunluğu 3.75 metr olmaqla 15 kv.m və balkondan eni 4 metr, uzunluğu 3.75 metr olmaqla 15 kv.m, digər divar tərəfdən 26 kv.m, orta evin 11 kv.m hissəsi və 27 kv.m balkonun mövcud olmadığı müəyyən olunmuşdur. Belə olan halda xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahsəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmadığı müəyyən olunur.

28. Göründüyü kimi təqdim edilmiş ekspert rəyi ilə cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahsəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmaması müəyyən edilmişdir.

29. Həmçinin kollegiyanın iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisi X18 izahatında bildirmişdir ki, hazırkı vəziyyətdə xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportu Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq hazırlanmayıb. Belə ki, ev faktiki vəziyyətdə eni 4 metr uzunluğu 6 metr olan evin həmin qətnaməyə uzunu 3.75 metr olmaqla və qarşısındakı açıq eyvan X8 mülkiyyətinə verilməli olduğu halda, ara divarı olmadığından bütövlükdə otaq Rəna İsmayılovaya verilmişdir.

30. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

31. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə X8 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyi qoyulmalıdır.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2578/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə X8 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar