Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-105/2021 02.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçı sənədlərini cavabdeh orqana təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan iddiaçının işlədiyi “Arıçılıq” sovxozunda onun xx.xx.1993-cü il tarixdən sonra əməkhaqqı almamasını əsas gətirərək pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçı isə bildirir ki, sovxoz xx.xx.1999-cu il tarixədək fəaliyyət göstərmiş və həmin tarixdə islahata getmişdir. 1993-1999-cu illər üzrə toplanmış əmək haqqlarını sovxoz ödəyə bilmədiyi üçün islahat aparılan zaman sovxozun əmlakı hesabına əməkhaqqı və əmlak payı iddiaçıya ödənilmişdir. Cavabdeh orqan etirazında qeyd etmişdir ki, İddiaçı "işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsində yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə iddia tələbi aşağıdakı əsaslarla təmin edilməməlidir. xx xxxx 2020-ci ildə iddiaçının təqdim etdiyi sənədlər əsasında DSMF Zaqatala rayon şöbəsinin pensiya təyinatı komissiyası tərəfindən araşdırma həyata keçirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək Zaqatala “Arıçılıq” sovxozunda sürücü işləməsi barədə qeydlər aparılmışdır. Lakin şöbə tərəfindən Zaqatala “Arıçılıq” sovxozunun qarşılıqlı yoxlanılması mümkün olmadığından iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, iddiaçının Zaqatala “Arıçılıq” sovxozunda işlədiyi iş stajının Zaqatala rayon Dövlət Arxivində saxlanılan həmin sovxoza aid əmrlər kitabında yoxlanılması zamanı əmrlər kitabında sovxozdan işdən çıxma ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçının təqdim etidiyi iş stajına dair sənədlərdə Əmək Pensiyaları haqqında Qanunun 22-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixindən xx xxxx 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı olmadığına və həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajının düzgünlüyünü yoxlamaq mümkün olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, SHXÇDX Zaqatala Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 91 nömrəli arayışının təsdiq edilmiş surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 112 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, ******* nömrəli əmək kitabçasının surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1195/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 saylı qərarı ilə onun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq o, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməmişdir. Həmin qərarla razı deyil. Belə ki, iddianın təmin edilməməsi qənaətinə gələn birinci instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1976-cı ildə 28 nömrəli əmrlə sovxoza sürücü təyin olunması müəyyən edilsə də, onun xx.xx.1993-cü il ildən sonra əməkhaqqı alması, həmçinin işdən çıxmasına dair müvafiq əmr xx.xx.1999-cu ilin əmr kitablarında aşkar edilməmişdir. Buna görə 1993-1999-cu illərdə iddiaçının Zaqatala rayonu keçmiş "Arıçılıq" sovxozunda işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Diqqətinizə çatdırmaq istəyir ki, cavabdeh təşkilatın imtinasında onun xx.xx.1993-cü ildən sonra əmək haqqının almaması yazılmamışdır, yəni imtinanın əsasını yalnız əmrin olmaması və cavabdeh tərəfindən X1rşılıqlı yoxlanılmasının mümkün olmaması təşkil etmişdir. 1993-cü ildən sonra sovxozların işləyə bilməməsi hamıya məlum olan haldır, əmək haqqları da islahat getdiyi üçün əmlak payı ilə ödənilirdi. Arıçılıq sovxozu xx xxxxxx 1998-ci ildən islahata başlamışdır. Həmin vaxtdan sovxoz fəaliyyət göstərmir. Belə olan halda cavabdeh sovxozda yoxlama apara bilməz. Cavabdeh arxiv kitabları ilə yoxlama aparmışdır və əmr kitabında onun işdən çıxma əmrinin olmadığını əsas gətirmişdir. Arxiv kitablarında onun işdən çıxma əmrinin olmaması onun təqsiri deyildir. Onun əlində olan onun işdən çıxmasına dair əmr vardır. Həmin sovxozun direktoru işləmiş Cücüy Hacıyev hələki sağdır yaşayır, cavabdeh təşkilat və yaxud da məhkəmə həmin şəxsin vasitəsilə onun sovxozda surucü işləməyini və sovxoz islahata gedən vaxtadək işləməyini araşdıra bilərdi. Lakin görünür ki, məhkəmə heç də onun cavabdeh tərəfindən pozulmuş hüququnu müdafiə etmək istəmir, buradan görünür ki, məhkəmə cavabdeh təşkilatla əlbir olub onun kimi sadə insanların hüquqlarının pozulmasına dəstək verir. Lakin onun və onun kimi sadə insanların son ümid yeri məhkəmə olduğundan və məhkəmədən də ümidimiz üzüldüyündən dövlət təşkilatlarına olan etibarımızı itiririk. Bundan başqa məhkəmənin diqqətini birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasının ikinci cümləsinə yönəltmək istəyirəm. Həmin cümlədə deyilir: "işdən çıxmasına dair müvafiq əmr xx.xx.1999-cu ilin əmr kitablarında aşkar edilməmişdir. Buna görə 1993-1999-cu illərdə iddiaçının Zaqatala rayonu keçmiş "Arıçılıq" sovxozunda işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz." Burada məhkəmə qeyd edir ki, əmr kitabda olmadığına görə onun işlədiyim müddət staja daxil edilə bilməz. Yəni məhkəmə onun həqiqətən də 1993-1999-cu illərdə də işlədiyini etiraf edir, qəbul edir, lakin arxiv kitablarında əmr olmadığına görə, əmək kitabçam olmasına baxmayaraq işlədiyim illəri staja daxil etmir. Lakin məhkəmə hansı qanuna istinadən əmək kitabçam olduğu halda onun məsuliyyətim olmayan bir faktı əsas götürdüyünü izah edə bilmir. Bundan başqa bildirirəm ki, arxiv kitablarında təkcə onun deyil bütün sovxoz işçilərinin işdən çıxma əmri yoxdur. O, bunu sovxozun direktoru olan Cücüy Hacıyevdən soruşdum, bildirdi ki, sovxoz islahata getdiyi üçün sovxozda işləyən işçilərə ayrı ayrılıqda əmr yazılmamışdır. Sovxozun islahata getməsi, fəaliyyətini dayandırmasına dair protokolların surətini şikayətimə əlavə edirəm. Bundan başqa xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Oxşar mübahisənin həllinə dair Ali Məhkəmənin mövqeyi aşağıdakı kimidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların’’nın 3.1.1- ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1992-1999-cu illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd ediliir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bu fakt artıq Ali Məhkəmə tərəfindən təsdiqlənmişdir və buna dair Ali Məhkəmənin qərarı vardır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-87-ci maddələrinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 saylı qərarının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş o,ada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş o,ada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası iddiaçı tərəfin Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 nömrəli qərarının tam ləğv edilməsi dəlili ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnao,in 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əaslıdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində birinci instansiya məhkəməsində iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının pensiya almaq hüququ xx.xx.2020-ci il tarixdən yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasının surətində qeyd edilən xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda 16 il 5 ay 18 gün və 2 il hərbi xidmət dövrü ilə birlikdə cəmi 18 il 5 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı isə 1973-cü ildə “Şəfəq” kolxozunda qaynaqçı işlədiyi 1 il və xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək keçmiş “Arıçılıq” sovxozunda işlədiyi 6 il 3 ay 9 gün olmaqla cəmi 7 il 3 ay 9 gün təşkil edir. Qeyd olunanlardan da göründüyü kimi əgər iddiaçının tələbində qeyd etdiyi və “Şəfəq” kolxozundakı iş müddəti onun sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sığorta stajı tamamlanmış olacaqdır (18 il 5 ay 18 gün mübahisələndirilməyən staj + mübahisəli 7 il 3 ay 9 gün = 25 il 8 ay 27 gün). Birinci instansiya məhkəməsinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 1973-cü ildə “Şəfəq” kolxozunda qaynaqçı işləməsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 112 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Lakin iş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli “Akt”a əsasən Zaqatala Rayon Dövlət Arxivində saxlanılan “Arıçılıq” sovxozuna dair əmrlər və əmək haqqlarının yerində qarşılıqlı yoxlanması zamanı iddiaçının xx.xx.1976-cı ildə 28 nömrəli Əmrlə sovxoza sürücü təyin olunması müəyyən edilsə də, onun xx.xx.1993-cü ildən sonra əməkhaqqı alması, həmçinin işdən çıxmasına dair müvafiq Əmr xx.xx.1999-cu ilin əmr kitablarında aşkar edilməmişdir. Ona görə də iddiaçının iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı əmək kitabçasında onun xx xxxx 1976-cı il tarixdə Zaqatala Arıçılıq sovxozunda işə götürülməsi, xx xxxx 1999-cu ildə aqrar islahatların və özələşdirmənin aparılması məqsədi ilə işdən azad edilməsi barədə qeydlər vardır. Həmin qeydlər sovxozun möhürü ilə təsdiq edilmişdir. Cavabdeh orqan isə öz etirazında göstərir ki, aparılan yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı xx xxxx 1976-cı il ildə sovxozda sürücü təyin edilmişdir. Onun əmək haqqı cədvəllərində 1992-ci ildə əmək haqqı alması barədə qeydlər vardır. Bu özü-özlüyündə təsdiq edir ki, İddiaçı xx xxxx 1976-cı ildən 1992cı ilə kimi Zaqatala Arıçılıq sovxozunda işləmişdir. Bundan başqa İddiaçı təqdim etdiyi Zaqatala rayon Aqrar Komissiyasının xx xxxxxx 1998-ci il tarixli qərarının və X2 əmək kollektivinin xx xxxxxx 1998-ci il tarixli protokolunun surətindən görünür ki, X2 fəaliyyətinin həmin tarixdən dayandırıması qərara alınmışdır. Beləliklə, iddiaçının əmək kitabçasından və digər sənədlərdən görünür ki, Zaqatala Arıçılıq sovxozu həqiqətən də 1999-cu ilə kimi fəaliəyyət görtərmiş, o da həmin tarixə kimi orada işləmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlama zamanı iddiaçının işdən çıxması barədə əmrin aşkar edilməməsi və 1993-cü ildən sonra əmək haqqı almasına dair qeydlərin olmamsı və qarşılıqlı yoxlamanının hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan hallar və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd ediliir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1195/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 1993-1999-cu illərdə Zaqatala rayonu keçmiş “Arıçılıq” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-105/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-105/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver