Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-105/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1(116)-140/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1ci maddəsində qeyd olunur: Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır (sonuncu cümlə 2017-ci il iyulun 1dən qüvvəyə minir). 2017-ci il iyulun 1-dən sonra pensiya hüququ yaranan şəxslərə pensiya hesablanarkən Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsinin qaydası nəzərə alınmaqla pensiyanın məbləği müəyyən olunmalıdır. İddiaçıya 2018-ci il 1 yanvar tarixdən yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunan olduğu halda Qanunun 27.1-ci maddəsinin sonuncu cümləsi nəzərə alınmadan pensiya təyin edilmiş və hesablanmışdır.
3. Qeyd olunanlarla bağlı cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 156 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası elektron qaydada təyin olunmuşdur. Ona pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək 25 il, xx.xx.2006-cı ildən pensiya hüququ yaranan tarixədək 6975.40 manat pensiya kapitalı nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən onun əyani təhsil müddəti sığorta stajına daxil edilmişdir. Həmin müddətin onun xx.xx.2006-cı il tarixədək olan stajının üzərinə daxil edilərək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlərin şöbəyə təqdim olunması xahiş olunur.
4. Cavabdeh orqanın iddiaçıya ünvanladığı digər xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, ona xx.xx.2019-cu ildən elektron qaydada xx.xx.2006-cı il tarixədək 28 il 10 ay sığorta stajına, xx.xx.2006-cı ildən pensiya hüququ yaranan xx.xx.2018-cı il tarixədək 7 il 11 ay sığorta stajına, 8295.28 manat kapitala əsasən 173,87 manat pensiya təyin edilmişdir. Məhkəmə qərarına əsasən iddiaçının əyani təhsil müddəti nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən 193.10 manat pensiya təyin olunmuşdur. xx.xx.2018-ci ildən ona ödənilməmiş 2013 manat aylar üzrə pensiyasının üzərinə əlavə edilməklə (193.10 + 195.10 = 388.20 manat) aylar üzrə ödəniləcəkdir.
5. Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
6. DSMF-in Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli etiraz məkrubunda qeyd edilmişdir ki, Qullar kənd sakini İddiaçı məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsini iddia etmişdir.
7. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, 2006-cı il yanvar ayından 2017-ci ilin 1 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 6975 manata bərabər olmuşdur. Bu pensiya kapitalını Qanunun 27.1-ci maddəsinin sonuncu cümləsinə əsasən 80% artırılmaqla (6975x80%=5580) 6975+5580=12555 manata çatdırmalı, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində toplanmış və istifadə edilməmiş pensiya kapitalı 12555 manata bərabər olmalıdır. Hesab edilmişdir ki, filialın imtinası əsaslıdır və iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması həyata keçirilməməlidir.
8. Belə ki, vətəndaş xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixində 185.66 manat yaşa görə əmək pensiyası təyin edilmişdir.
9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşın yaşa görə əmək pensiyasına hüququ xx.xx.2018-ci il tarixində yaranmış və xx.xx.2019-cu il tarixli qərar ilə pensiya təyin edilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
11. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir
12. Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
13. Bununla bağlı bildirilmişdir ki, İddiaçı təqdim etdiyi staj məlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixədək 29 il 4 ay, xx.xx.2006-ci il tarixindən sonra isə 7 il 3 ay sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsi qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X2) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq xx.xx.2017-ci il tarixə 80% artırılmışdır.
14. xx.xx.2019-cu il tarixə həmin Qanunun 29-cu maddəsinə əsasən iddiaçıya aldığı yaşa görə əmək pensiyası indeksləşdirilərək 191,11 manata çatdırılmış, Qanunun 6.1-ci maddəsinə əsasən İddiaçı pensiyası 200 manatdan az olduğu üçün 2019-cu ilin 1 oktyabr tarixində 200 manata çatdırılmışdır.
15. xx.xx.2020-ci il tarixinə iddiaçının pensiyası həmin Qanunun 29-cu maddəsinə əsasən 233,2 manata çatdırılmaqla ödənişi hələ də davam etdirilir.
16. 16 saylı regional ərazi filialı (Balakən rayon şöbəsi) tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2018-ci il tarixdən pensiya hesablanaraq xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövrün alınmamış məbləği tam olaraq ödənilmişdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.
18. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).
19. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir
20. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
21. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir.
22. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
24. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 25 may 2021-ci il tarixli 2- 1(116)-140/2021 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
25. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
26. Şəki Apellyasiya Məhkəməsinin (hakim Ayaz Mahmudov) 28 sentyabr 2021-ci il tarixli 2-1(107)-329/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1(116)-140/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
27. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(102)- 2387/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-329/2021 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayış və məktublarda 2006-cı ildən pensiya təyin edilən xx.xx.2018-ci il tarixə fərdi hesabında toplanan pensiya kapitalı müxtəlifik təşkil edir. Belə ki, məktublarda pensiya kapitalı 8295 manat, 7582 manat, 6158 manat, 6320 manat və s. qeyd edilmişdir. Bu günədək cavabdeh tərəfindən 2006-cı ildən pensiyaya çıxdığı xx.xx.2018-ci il tarixə fərdi hesabının sığort hissəsində toplanan pensiya kapitalı haqda dəqiq rəqəm müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1(116)-140/2021 nömrəli qərarının ləğv edilməsini, Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqda qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1(116)-140/2021 nömrəli qərarının ləğv edilməsini, Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqda qərar çıxarılmasını xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1(116)-140/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
32. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-670/2019 nömrəli qərarının surətindən müəyyən edilir ki, iddiaçı cavabdeh DSMF-in Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.H.Vəliyev) xx.xx.2018-ci il tarixli 2-1(84)-1330/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2- 1(107)-692/2018 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1330/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-670/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-692/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixə qeydə alınır. (xx.xx.2017-ci ilədək 170 manat * 80%= 306 manat) xx.xx.2017-ci ildən sonra nəzərə alınmaqla, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla xx.xx.2017-ci il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bildirilmişdir ki, İddiaçı pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsi xx.xx.2017-ci il tarixdən qüvvəyə mindikdən sonrakı məbləği tam nəzərə alınmışdır. Belə ki, PAS-da (X2) bu artımlar həyata keçirilərək hər bir sığortaolunanların istifadə olunmamış kapitalı müvafiq olaraq xx.xx.2017-ci il tarixə 80% artırılmışdır. İddiaçı həmin kapitalın əsassız olaraq 12555 manata çatdırılmasını tələb edir. Bildirilmişdir ki, İddiaçı hesablanmış pensiya yaşa görə əmək pensiyası onun fərdi hesabında toplanmış kapitalın xx.xx.2017-ci il tarixdən sonrakı dövrə aid olduğu üçün 80% artırılmaqla nəzərə alınmışdır. Belə ki, onun pensiyası xx.xx.2006-cı il tarixədək 25 il 6 ay sığorta stajına, ayda topladığı 8295,182 manat pensiya kapitala əsasən elektron qaydada 2019-cu ildən təyin edilmişdir. Lakin şöbə tərəfindən ona yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2018-ci il tarixdən pensiya hesablanaraq xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövrün alınmamış məbləği tam olaraq ödənilmişdir. İddiaçı xx.xx.2018-ci ildə pensiya hüququ yaranmasına baxmayaraq filiala sənəd təqdim etməkdən imtina etmiş, ona görə də ona həmin tarixdən pensiya təyin edilməmişdir. Lakin sonradan xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üzrə alınmamış pensiyasını bərpa etmək üçün filiala əyani təhsil müddətini də əlavə etməklə iş stajları barədə sənədləri təqdim etmişdir. Ondan sonra ona həmin dövr üçün ödəniləcək məbləğ tam ödənilmişdir. xx.xx.2018-ci ildə ona pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək 29 il 4 ay sığorta stajından və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə topladığı 7583,22 manat kapitaldan istifadə edilmişdir. Bildirilmişdir ki, İddiaçı pensiya hüququ xx.xx.2017-ci ildən sonra yarandığından 27.1-ci maddədə göstərilən artımlar tam nəzərə alınaraq ona 233,20 manat qanunauyğun olmaqla pensiyası ödənilir. DSMF publik hüquqi şəxsin 16 saylı ərazi filialının birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi staj məlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixədək 29 il 4 ay sığorta stajı olmuşdur. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”. Həmin maddənin şərtlərini nəzərə alaraq İddiaçı xx.xx.2006-cı ilədək qazandığı sığorta stajını xx.xx.2018-ci il tarixinə artıraraq 20576.45 manat təşkil etmişdir. xx.xx.2006-cı ildən sonra İddiaçı fərdi hesabın sığorta hissəsində isə 7 il 3 ay üçün 6158,44 manat olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Beləliklə, vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixinə xx.xx.2006-cı il tarixinə kimi qazandığı 29 il 4 ay və xx.xx.2006-cı ildən sonrakı müddətdə fərdi hesabın sığorta hissəsində topladığı 6158,44 manat olmaqla 185,66 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra xx.xx.2019-cu il tarixə həmin Qanunun 29-cu maddəsinə əsasən İddiaçı aldığı yaşa görə əmək pensiyası indeksləşdirilərək 191,11 manata çatdırılmışdır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən, İddiaçı pensiyası 200 manatdan az olduğu üçün 2019-cu ilin 1 oktyabr tarixində 200 manata çatdırılmışdır. xx.xx.2020-ci il tarixinə İddiaçı pensiyası həmin Qanunun 29-cu maddəsinə əsasən 233,2 manata çatdırılmaqla ödənişi davam etdirilir. - DSMF-in Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 27.1-ci bəndinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 1.0.8-ci yarımbəndində qeyd edilir ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilmişdir ki, Qanunun 37.3.1-ci yarımbəndinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, İddiaçı hesabında xx.xx.2006-cı ilədək 28 il 9 gün sığorta stajı (xx.xx.2018-ci il tarixinə uyğun olaraq pensiya kapitalına çevrildikdən sonra 19657,44 manat) və xx.xx.2006-cı il tarixindən hüququnun yarandığı xx.xx.2018-ci il tarixədək 6320,16 (90%-lə) manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı xx.xx.2019cu il tarixindən işdən çıxdıqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ona xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1382,06 (90%-lə) manat pensiya kapitalı hesablanmışdır. Bildirilmişdir ki, X1 Sisteminin X2 İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilən zaman qeyd olunan pensiya kapitalı və təhsil aldığı müddət sığorta stajına əlavə edilmişdir. - İddiaçının pensiya işində olan arayışın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 3 il 10 ay 7 gün sosial sığorta haqqı ödəmişdir. - İddiaçının pensiya işinə əlavə edilən 112940 nömrəli diplomun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçının pensiya işinə əlavə edilən Balakən Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 05 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1970-1971-ci illərdə 104 və 182 adam günü olmaqla “Oktyabr” adına kolxozda dispetçer işləmişdir.
- Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına sorğu edilmiş və xx.xx.2022-ci il tarixli **********9 nömrəli sorğuya cavab məktubundan görünür ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək (xx.xx.2018-ci il tarixədək) ödədiyi məcburiv dövlət sosial sığorta haqlarının məbləği 7023,78 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3.511,89 manat təşkil edir (7023,78 manat məbləğin 50 faizi). Qeyd olunanlara əsasən bildirilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılaraq 6321,40 manat müəyyən edilmiş və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır (3.511,89 manat+80%=6.321,40)
TƏTBİQ EDİLƏN HÜQUQ
33. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 1.0.12-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinəqeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 1 iyul 2007-ci ildən qüvvədə olan üçüncü cümləsinə görə sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
36. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
37. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
38. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
39. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2018-ci ildə ona pensiya təyin edilmiş, təqdim etdiyi staj məlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixədək 29 il 4 ay, xx.xx.2006-cı il tarixindən sonra isə 7 il 3 ay sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsi qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X2) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq xx.xx.2017-ci il tarixə 80% artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçı hesabında xx.xx.2006-cı ilədək 28 il 9 gün sığorta stajı (xx.xx.2018-ci il tarixinə uyğun olaraq pensiya kapitalına çevrildikdən sonra 19657,44 manat) və xx.xx.2006-cı il tarixindən hüququnun yarandığı xx.xx.2018-ci il tarixədək 6320,16 (90%-lə) manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixindən işdən çıxdıqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ona xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1382,06 (90%-lə) manat pensiya kapitalı hesablanmışdır.
42. Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2-1(107)-329/2021 nömrəli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(102)-2387/2021 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi qərarında 6158,44 manat məbləğini qeyd etsə də, hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün həlledici məqam olan bu məsələni, yəni sözügedən 6158,44 manat məbləği iddiaçının pensiya kapitalına “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin tələbləri baxımından 80% artırılmaqla, yoxsa 80% daxil edilməməklə hesablanmış məbləğdir, məsələsini tam və hərtərəfli araşdırmamışdır.
43. Kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına İddiaçı pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, 6.158,44 manatın 80% artırılmaqla, yoxsa 80% daxil edilməməklə hesablanması barədə sorğu edilmiş, xx.xx.2022-ci il tarixli **********9 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək (xx.xx.2018-ci il tarixədək) ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği 7023,78 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3.511,89 manat təşkil edir (7023,78 manat məbləğin 50 faizi). Qeyd olunanlara əsasən bildirilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılaraq 6321,40 manat müəyyən edilmiş və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır (3.511,89 manat+80%=6.321,40).
44. Göründüyü kimi, iddiaçı fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80% artırılıb 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyası yenidən hesablanmasını tələb etsə də, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılmış və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır.
45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və kollegiya tərəfindən edilmiş sorğuya cavab məktubunu nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-1(116)-140/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.