Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-105/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə X7 Filialına qarşı “57 yaşının tamam olduğu 12 mart 2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-ci il tarixli, 2-1(116)-2291/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə X7 Filialına qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “57 yaşının tamam olduğu 12 mart 2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi aşağıdakı belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuşdur. 1980-ci ildə Ağdaş şəhəri 8 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra xx.xx.1980-ci ildə Mingəçevir şəhəri 39 №-li X9 məktəbinə (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) “santexnik-çilingəri və qaz qaynaqçısı” ixtisası üzrə əyani şöbəyə daxil olmuş, xx.xx.1983-cii ildə həmin peşə məktəbini tam bitirərək Dövlət İmtahan Komissiyasının qərarı ilə 4-cü dərəcəli santexnik və qaz qaynaqçısı ixtisası üzrə QN seriyalı 612805 №-li diplom almışdır. Peşə məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, iddiaçıya məxsus ******* saylı əmək kitabçasına əsasən: - xx.xx.1983-xx.xx.1984-cü illərdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında (Azərbaycan DRES) hidrotexniki sexdə təmirçi-çilingər vəzifəsində işləmişdir. - xx.xx.1984-xx.xx.1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - xx.xx.1986xx.xx.2008-ci illərdə Azərbaycan DRES-də Mərkəzləşdirilmiş təmir sexində, X2 və təmiri, Mexaniki emal sexlərində qaz turbin avadanlıqlarının təmirçi-çilingəri və usta vəzifələrində işləmişdir.
3. Bundan sonra, xx.xx.2010-xx.xx.2012-ci illərdə "xxxx"ASC-nin EAT idarəsinin Mingəçevir sahəsinin Mexaniki Emal sexində çilingər və qaz qaynaqçısı; xx.xx.2012xx.xx.2013-cü illərdə "xxxx" MMC-nin Ağırmaşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir Sahəsinin Mingəçevir turbin avadanlıqlarının təmiri bölməsində çilingər vəzifələrində işləmişdir. xx.xx.2020-xx.xx.2021-ci illərdə "xxxx"ASCnin Yığma sexində qaynaqçı; xx.xx.2021- xx.xx.2022-ci illərdə "xxxx" ASC-də qaynaqçı vəzifələrində işləmişdir. Ümumilikdə iddiaçının 34 ilə yaxın əmək stajı var ki, bunun da 28 il 9 günü Azərbaycan DRES-dədir (indiki “X5” MMC). xx.xx.2006-cı il tarixədək olan ümumi əmək stajı da 25 il 4 ay təşkil edir ki, bunun da təxminən 21 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan güzəştli şərtlərlə iş stajıdır. Azərbaycan DRES-də (indiki "xxxx"MMC-də) iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək Mərkəzi Təmir sexində “Armatur və sürüşkən yastıqların təmiri briqadası" nda 3-cü dərəcəli maşın sexinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr 953 nömrəli xx.xx.1986-cı il tarixli), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 3-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr 40/K nömrəli xx.xx.1989-cu il tarixli), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr 153/K nömrəli xx.xx.1989-cu il tarixli), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 5-cı dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr 187/K nömrəli xx.xx.1993-cü il tarixli), xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X2 və Təmiri sexində 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində (Əmr 224/K nömrəli xx.xx.1993-cü il tarixli), xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək həmin sexdə usta vəzifəsində (Əmi 52/K nömrəli xx.xx.1996-cı il tarixli), xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində (Əmr 157/K nömrəli xx.xx.1996-cı il tarixli), xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Mexaniki Emal sexində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində (Əmr 326/K nömrəli xx.xx.2001-ci il tarixli) işləyərkən əmək funksiyasını ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşlədiyi 8 saatlıq iş günü ərzində stansiyanın bilavasitə Qazan və Turbin sexində yerləşən avadanlıqların yerində təmiri ilə məşğul olmuş və bu zərərli sahədə (sexdə) kimyəvi maddələrin təhlükəsizlik sinfi 3-4 mq/m3, səsküy, titrəmə, nəmlilik, toz, sürətli hava axını (havanın hərəkət sürətinin normadan yuxarı olması), havanın temperaturunun yüksək, nisbi rütubətin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Həmin işləri belə şəraitdə yerinə yetirdiyinə görə aylıq əmək haqqımın 12%-i miqdarında ona əlavə əmək haqqı ödənilmiş və əmək məzuniyyətimə 06 təqvim günü əlavə məzuniyyət verilmişdir.
4. İddia ərizəsinə əlavə olunmuş “İşin xarakteri haqqında" Arayışlardan da görünür ki, onun elektrik stansiyasının Qazan və Turbin sexlərində yerləşən avadanlıqların yerində təmiri işlərini yerinə yetirmiş və onun tutduğu çilingər və usta vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyi hər iki qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalataların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahılarındakı vəzifələrə və peşələrə uyğundur. Odur ki, o AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan ərizənin təmin olunmasından imtina etmişdir.
5. Cavabdeh orqan, iddia tələbinə xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı 15 aprel 2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya 04 may 2023-cü il tarixli 3-17-1/2-Q98550/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək R Qarayevin ümumi iş stajı 25 ildən az (24 il 11 ay 16 gün (xx.xx.1980-xx.xx.1983-cü il. xx.xx.1983- xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il. xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.1986- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesəb edilməmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
6. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006- cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
7. Xüsusi Şərtlərlə X7 Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Beləliklə, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı tələbi üzrə ona 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: - xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; - xx.xx.2006-cı il tarixədək 12 il 06 ay güzəştli iş stajı.
8. Lakin iddiaçı tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi is stajı 25 ildən az - 24 il 11 ay 16 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cu il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındaki dövrlər) təşkil edir. R.Qaravevin güzəştli is stajı 14 il 11 ay 29 gün (xx.xx.1986-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. Yuxanda qeyd olunanlardan göründüyü kimi, İddiaçı qanunvericiliyin tələblərinə əsasən yaş və güzəştli iş stajı tələblərə uyğun olsa da, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı tələb olunan sığorta stajından az təşkil etdiyindən İddiaçı tələbi üzrə 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 noyabr 2023-ci il tarixli, 2- 1(116)-2291/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-ci il tarixli, 2-1(116)-2291/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-ci il tarixli, 2-1(116)-2291/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-ci il tarixli, 2-1(116)-2291/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1965-ci il tarixdə doğulmuşdur. - İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Mingəçevir Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli 36 nömrəli arayışından və Г 612805 nömrəli Diplomdan görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhər 39 №-li X9 Məktəbinin (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) 3 (üç) illik əyani “Santexnik-çilingəri və qaz qaynaqçısı" ixtisasına daxil olmuş və xx.xx.1983-cü il tarixdə təhsilini tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 4-cü dərəcəli Santexnik və qaz qaynaqçısı ixtisası üzrə Diplom Q№612805 verilmişdir. - “Azərbaycan X5” MMC-nin xx.xx.2022-ci il tarixli 07-91 nömrəli “İşin xarakteri haqqında” və xx.xx.2022-ci il tarixli 07-92 nömrəli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına”dair arayışdan görünür ki, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək Mərkəzi Təmir sexində “Armaturlar və sürüşkən yastıqların təmiri briqadasında” 3-cü dərəcli maşın sexinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (əmr 953 nömrəli xx.xx.1986-cı il tarixli) xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 3-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (əmr 40/K nömrəli xx.xx.1989-cu il tarixli) xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (əmr 153/K nömrəli xx.xx.1989-cu il tarixli), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 5-ci dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr 187/K nömrəli xx.xx.1993-cü il tarixli) xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X2 və Təmiri sexində 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində (əmr 224/K nömrəli xx.xx.1993cü il tarixli) xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək həmin sexdə usta vəzifəsində (əmr 52/K nömrəli xx.xx.1996-cı il tarixli). xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində (əmr 157/K nömrəli xx.xx.1996-cı il tarixli). xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Mexaniki Emal sexində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində (əmr 326/K nömrəli xx.xx.2001-ci il tarixli) işləmişdir. xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (Əmr 99/Ş xx.xx.2008-ci il tarixli) işdən azad edilmişdir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək, işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İddiaçı işlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların təmiri ilə məşğul olmuşdur. Belə ki, İddiaçı işlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3 3-4 sinif təhlükəli havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/m3 titrəmə, səs-küy, faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.1986cı il tarixdən xx.xx.2008-ci il tarixədək aylıq məvacibin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdiriməsi ilə əlaqədar “Azərbaycan DRES”-"xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES”-"xxxx" MMC adlandırılmışdır. Çilingər və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingər elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, (kod 2140000a-18455), “b” bəndinin avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz-turbini) yanacaqgötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 2140000b-23398) uyğundur. "xxxx" MMC-də zərərli sahədə ümumi iş stajı xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 21 il 07 ay 08 gün təşkil edir. - НЗ ******* nömrəli hərbi biletdə qeyd edilmişdir ki, iddiaçı xx.xx.1984 - xx.xx.1986-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Bölməsinin xx.xx.2023-cü il tarixli 3-43-45/2-1330/2023 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1984 - xx.xx.1986-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - 0412445 №-li əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 – xx.xx.1983, xx.xx.1983 – xx.xx.1984, xx.xx.1986 – xx.xx.2006. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 16 gün (xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındaki dövrlər) təşkil edir. Qeyd olunan səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Adıçəkilən şəxsin güzəştli iş stajı 14 il 11 ay 29 gün (xx.xx.1986- xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
27. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının bitdiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1965-ci ildə doğulub).
28. Cavabdeh orqan iddiaçıya 57 yaşının bitdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüzülüyünü iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması ilə əsaslandırır.
29. Məhkəmə kollegiyası cavabdeh orqanın mövqeyini əsassız hesab edərək qeyd edir ki, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. Müəyyən edilir ki, iddiaçının xüsusi iş stajı cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh orqan iddiaçının xüsusi iş stajını 14 il 11 ay 29 gün (xx.xx.1986-xx.xx.2001) olmaqla qəbul edir. “Azərbaycan X5” MMCnin xx.xx.2022-ci il tarixli 07-91 nömrəli “İşin xarakteri haqqında” və xx.xx.2022-ci il tarixli 07-92 nömrəli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına”dair arayışları ilə iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi çilingər və usta vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingər elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, (kod 2140000a-18455), “b” bəndinin avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz-turbini) yanacaqgötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 2140000b23398) uyğun olması, zərərli sahədə ümumi iş stajı 12 il 6 aydan çox olması sübuta yetirilir.
31. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına münasibətdə isə müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu (2 il, 1 ay, 13 gün), texniki peşə təhsili aldığı (2 il, 10 ay, 15 gün) və əmək fəaliyyəti ilə məşğul olduğu (20 il, 9 gün) müddətin cəmi, 25 il, 7 günə bərabərdir ki, bu da tələb olunan 25 il ümumi iş stajından çoxdur.
32. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yarandığından və xx.xx.2006-cı ilədək ümumi və xüsusi iş stajı ilə bağlı tələb iddiaçıya münasibətdə ödənildiyindən, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır.
34. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə X7 Filialına qarşı “57 yaşının tamam olduğu 12 mart 2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-ci il tarixli, 2-1(116)-2291/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.