Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-106/2022 17.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinə qarşı “Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi” dair inzibati iş üzrə (Açar sözlər: bələdiyyə qərarlarının ləğv edilməsi, məhkəmə xərcləri) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı2, Cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinin sədri X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinə qarşı “Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu, Daşüz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu, Daşüz Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 09 saylı iclasında 15 il müddətinə İddiaçı2 illik icarə haqqı 94 manat olmaqla 4.62 ha və İddiaçı1 illik icarə haqqı 805 manat olmaqla 40 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Qərarın verilməsi üçün əsas xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə keçirilən hərraclar olmuşdur. Hərracların qalibləri müvafiq olaraq İddiaçı2 və İddiaçı1 olmuşlar. Daha sonra qanunvericiliyin tələb etdiyi şəkildə həmin şəxslərə torpaq sahələrinin icrayə verilməsi barədə X15 Xidmət Mərkəzinin Notariat Ofisində müqavilələr bağlanaraq notariat qaydasında təsdiqlənmişdir. Həmin müqavilələr İddiaçı1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmışdır. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Daşüz Bələdiyyəsinin sənədləri inzibati nəzarət qaydasında yoxlanılaraq torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarların ləğv edilməsi təklif edilmişdir. Şəki rayonu X10 Regional Ədliyyə İdarəsinin təkliflərini müzakirəyə çıxararaq xx.xx.2020-ci il tarixli qərarla xx.xx.2020-ci il tarixli qərarını və xx.xx.2020-ci il tarixli 14 saylı iclasında xx.xx.2020-ci il tarixli 03 saylı iclasının gündəliyində olan ikinci məsələ üzrə 40 ha və 4.62 ha torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarlarını ləğv etmişdir. Şəki Regional Ədliyyə İdarəsi eyni zamanda Daşüz Bələdiyyəsinə müraciət edərək keçirilmiş hərracların protokolları üzrə qəbul edilmiş qərarların və şəhadətnamələrin etibarsız hesab edilməsi və icarə müqavilələrinin ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi zərurətini bildirmişdir. Lakin Bələdiyyə məhkəməyə müraciət etməkdən imtina etdiyi üçün Şəki Regional Ədliyyə İdarəsi həmin tələblə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-316/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-316/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2- 1(107)-287/2021 saylı qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və E.Ş.Hüseynov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarının “Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilməsi, qərarın ləğv edilməmiş hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2- 1(107)-287/2021 saylı qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1888/2021 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2-1(107)-287/2021 saylı qərarı və qərardadının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin 2-1(116)-316/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki rayonu, Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətinə əsasən Daşüz bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarından 40.0 ha örüş torpaq sahəsinin müsabiqəyə çıxarılması, qeyd olunan torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20 manat icarə haqqının müəyyən edilməsi qərara alınmışdır. Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 09 saylı iclas protokoluna əsasən İddiaçı2 maldarlıqla məşğul olmaq üçün 15 il müddətinə 4.62 ha, İddiaçı1 isə 40 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Çıxarışın surətindən müəyyən edilir ki, İddiaçı1 40.0 ha torpaq sahəsi 15 il müddətinə, hər ili üçün 805 manat olmaqla icarəyə verilmişdir. Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 12 saylı iclas protokolunun təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubların müzakirəsi bələdiyyədə aparılmışdır. İdarə tərəfindən bələdiyyənin xx.xx.2020-ci il tarixli, 09 saylı iclas protokolunda olan aktlara inzibati nəzarət qaydasında baxılmışdır. Məlum olmuşdur ki, torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəblə də X10 Regional Ədliyyə İdarəsinin İş materiallarında olan Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 4.62 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 4.62 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 156 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı2 olmuşdur. Bundan sonra ona 4.62 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011593 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı2 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (94.0 manat) bələdiyyənin hesabına ödəmişdir. Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərinə əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 40.0 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 40.0 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 186 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı1 olmuşdur. Bundan sonra ona 40 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011701 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı1 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (805.0 manat) bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan həmin iş üzrə iddiaçı Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, X15 Xidmət Mərkəzinin notariat ofisi, İddiaçı2 və İddiaçı1 qarşı Şəki Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin surətinə əsasən, bələdiyyənin xx.xx.2020-ci il tarixli, 03 saylı iclasında iştirak etdikləri qeyd edilən 9 nəfər bələdiyyə üzvündən 5-dən izahat alınmışdır. Onlar izahatlarında qeyd olunan iclasda iştirak etmədiklərini bildirmiş və bu barədə məlumatlarının olmadığını qeyd etmişlər. Nəticədə bələdiyyə yetər say olmadan iclas keçirərək qərar qəbul etmişdir. Bu səbəblərə görə İdarə məhkəmədən Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 156 nömrəli və xx.xx.2020-ci il tarixli, 186 nömrəli iclas protokolları üzrə qərarlarının ləğv edilməsini, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 011701 nömrəli və AM seriyalı, 011593 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsini, bələdiyyə ilə İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə və bələdiyyə ilə İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqavilələrinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin bələdiyyə üzvləri X2, X8, X6, X9 və X4 Şəki Regional Ədliyyə İdarəsinə verdikləri izahatlardan müəyyən edilir ki, adları qeyd olunan bələdiyyə üzvləri Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı və xx.xx.2020-ci il tarixli 09 saylı iclaslarında iştirak etməmiş və iclas barədə onların məlumatları olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 38.1, 68.1, 68.2, 69.5-ci maddələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci və 2.2, 3, 4, 6-cı maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11, 17, 24, 67-ci maddələri, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu, Daşüz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi işə mahiyyəti üzrə xx.xx.2021-ci il tarixdə baxaraq 2-1(116)-316/2021 saylı qərarla iddia tələbini təmin etməmişdir. Şəki İnzibati Məhkəməsinin həmin qərarını əsassız və ədalətsiz hesab edirik. Məhkəmə tərəfindən sözügedən qərar çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanunvericiliyin iddiaçıların xeyrinə olan mühüm tələbləri nəzərə alınmamışdır. Qeyd edək ki, məhkəmə tələbi rədd edərkən yalnız xx.xx.2020-ci il tarixli 03 saylı və xx.xx.2020-ci il tarixli 09 saylı iclaslarında bələdiyyə üzvlərinin iştirak etməməsini əsas götürmüşdür. Halbuki hazırkı iddianın predmeti həmin qərarlar deyil, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli iclas qərarları İddiaçı2 və İddiaçı1 münasibətdə ləğv edilməsi ilə bağlı olmuşdur. Məhkəmə yalnız "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsaslanmaqla hazırki tələbi əsassız hesab etmşdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmırıq. Belə ki, sözügedən norma bələdiyyənin fəaliyyətini nizamlayan normadır, həmin norma bələdiyyənin rəhbəri tərəfindən pozulmasına görə vətəndaş hər hansı məsuliyyəti nəzərdə tutulmamış və bu hal şəxsin hüquqlarının məhdudlaşdırılmasına yönəldilə bilməz. Nəzərə alsaq ki, torpaq sahəsinin icrayə verilməsinə dair qərar əsasında bağlanmış müqavilələr üzrə İddiaçı1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmışdır. Bələdiyyənin qəbul etdiyi qərarlara Şəki Regional Ədliyyə idarəsində inzibati nəzarət qaydasında baxılan zaman aşkar olunan pozuntulara görə iddiaçıların hüquqlarının pozulması yolverilməzdir. Belə ki, bələdiyyə ilə müqavilə bağlanarkən və yaxud bələdiyyə qərarı qəbul edilərkən tərəflərin bələdiyyənin fəaliyyətinə inzibati nəzarət orqanından asılılığı qeyd olunmamışdır. Şəxslərin hüquqları qeydiyyata alındıqdan sonra bu cür proseslərin mövcudluğu yalnız hüquq pozuntusu kimi qəbul edilir. Təəssüflər olsun ki, məhkəmə araşdırması zamanı bu hallara hüquqi qiymət verilməmiş, bələdiyyənin qəbul etdiyi qanunsuz qərar ləğv edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinin sədri X3 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər İddiaçı1 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Qanunun: - 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin: 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2-ci bəndəinə əsasən, icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3-cü bəndinə əsaəsən, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4-cü bəndinə əsasən, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 7-ci bəndinə əsasən, icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. - 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 87.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırki işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2- 1(116)-316/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası müəyyən edir ki, Şəki rayonu, Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətinə əsasən Daşüz bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarından 40.0 ha örüş torpaq sahəsinin müsabiqəyə çıxarılması; qeyd olunan torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20.0 manat icarə haqqının müəyyən edilməsi qərara alınmışdır. Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 09 saylı iclas protokoluna əsasən İddiaçı2 maldarlıqla məşğul olmaq üçün 15 il müddətinə 4.62 ha, İddiaçı1 isə 40.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Çıxarışın surətindən müəyyən edilir ki, İddiaçı1 40.0 ha torpaq sahəsi 15 il müddətinə, hər ili üçün 805 manat olmaqla icarəyə verilmişdir. Eyni zamanda Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 12 saylı iclas protokolunun təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubların müzakirəsi bələdiyyədə aparılmışdır. İdarə tərəfindən bələdiyyənin xx.xx.2020-ci il tarixli, 09 saylı iclas protokolunda olan aktlara inzibati nəzarət qaydasında baxılmışdır. Məlum olmuşdur ki, torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəblə də X10 Regional Ədliyyə İdarəsinin İş materiallarında olan Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 4.62 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 4.62 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 156 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı2 olmuşdur. Bundan sonra ona 4.62 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011593 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı2 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (94.0 manat) bələdiyyənin hesabına ödəmişdir. Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərinə əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 40.0 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 40.0 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 186 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı1 olmuşdur. Bundan sonra ona 40 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011701 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı1 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (805.0 manat) bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan həmin iş üzrə iddiaçı Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, X15 Xidmət Mərkəzinin notariat ofisi, İddiaçı2 və İddiaçı1 qarşı Şəki Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin surətinə əsasən, bələdiyyənin xx.xx.2020-ci il tarixli, 03 saylı iclasında iştirak etdikləri qeyd edilən 9 nəfər bələdiyyə üzvündən 5-dən izahat alınmışdır. Onlar izahatlarında qeyd olunan iclasda iştirak etmədiklərini bildirmiş və bu barədə məlumatlarının olmadığını qeyd etmişlər. Nəticədə bələdiyyə yetər say olmadan iclas keçirərək qərar qəbul etmişdir. Bu səbəblərə görə İdarə məhkəmədən Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 156 nömrəli və xx.xx.2020-ci il tarixli, 186 nömrəli iclas protokolları üzrə qərarlarının ləğv edilməsini, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 011701 nömrəli və AM seriyalı, 011593 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsini, bələdiyyə ilə İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə və bələdiyyə ilə İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqavilələrinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin bələdiyyə üzvləri X2, X8, X6, X9 və X4 Şəki Regional Ədliyyə İdarəsinə verdikləri izahatlardan müəyyən edilir ki, adları qeyd olunan bələdiyyə üzvləri Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı və xx.xx.2020-ci il tarixli 09 saylı iclaslarında iştirak etməmiş və iclas barədə onların məlumatları olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların ləğvini tələb etdiyi bələdiyyə qərarları yuxarıda qeyd olunan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasənə riayət edilməklə qəbul edilmiş, iddiaçılara torpaq sahələrinin verilməsi barədə olan qərarlar bələdiyyənin beş üzvünün xəbəri olmadan qəbul olunmuş, bələdiyyə yetər say olmadan iclas keçirərək qərar qəbul etmişdir. İnzibati nəzarət orqanı tərəfindən qeyd olunan nöqsan müəyyən olunmuş, bələdiyyəyə torpaq ayrılması barədə qərarların ləğv edilməsi təklif olunmuş, bələdiyyə də müvafiq olaraq mübahisələndirilən qərarları ilə səlahiyyətsiz iclasda verilmiş qərarları ləğv etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılara torpaq sahələrinin icarəyə verilməsi barədə qərarlar səlahiyyətsiz iclasda verildiyi üçün ayrıca olaraq ümumiyyətlə torpaq sahələrinin ayrılması barədə digər məsələlərə qiymət verilməsinə ehtiyac qalmamışdır. Qərarların ləğvi barədə iddia təmin olunmadığı üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi hissəsində də iddia təmin edilə bilməz. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının göstərişlərində bildirmişdir ki, iş materiallarında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclasların protokolları olsa da, həmin iclas nəticəsində qəbul edilmiş qərarlar iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, sorğu əsasında Şəki rayonu Daşüz Bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarını (Protokollarını) əldə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Hazırki işə münasibətdə nəzərə alınmamışdır ki, Torpaq Məcəlləsinin XİV və XV fəsilləri torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edir. Həmin normaların və oxşar münasibətləri tənzimləyən digər qanunvericilik müddəalarının bununla bağlı birbaşa göstərişlərini nəzərə almadan Qanunun 48-ci maddəsinin 4-cü bəndinə mücərrəd istinad isə son nəticədə həmin normanın real məzmununun təhrifinə səbəb olmuşdur. Göründüyü kimi, qanunvericiliklə torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırki işin hallarından məlum olur ki, iddiaçı tərəf torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Bununla bağlı cavabdeh olan Şəki rayonu Daşüz bələdiyyəsi məhkəməyə müraciət etmək əvəzinə icarə müqaviləsini iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçılara münasibətdə qanunsuz qərar qəbul etmişdir. Belə olan halda Şəki rayonu Daşüz bələdiyyəsinin müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmamışdır. Şəki rayonu Daşüz bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Şəki rayonu Daşüz kəndində yerləşən ümumi sahəsi 4.62 ha olan torpaq sahəsi İddiaçı2, Şəki rayonu Daşüz bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasn Şəki rayonu, Daşüz kəndində yerləşən ümumi sahəsi 40 ha torpaq sahəsi İddiaçı1 icarəyə verilmişdir. Bununla bağlı kollegiya onu da qeyd edir ki, Şəki rayonu Daşüz bələdiyyəsi müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmadan onun tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə qərar ləğv edilsə belə, bu tərəflər arasında bağlanmış torpaq sahəsi barədə icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Şəki rayonu, Daşüz Bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarının ləğv edilməsi «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmamaqla iddiaçının hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmiş, bununla da - bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olmaması ilə bağlı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə də zidd olmuşdur. Belə ki, Mülki və Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən görünür ki, qeyd olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şəki rayonu Daşüz bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Şəki rayonu Daşüz kəndində yerləşən ümumi sahəsi 4.62 ha olan torpaq sahəsi İddiaçı2, Şəki rayonu Daşüz bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Şəki rayonu, Daşüz kəndində yerləşən ümumi sahəsi 40 ha torpaq sahəsi İddiaçı1 icarəyə verilməsi və onların yəni iddiaçıların razılığı olmadan Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 12 saylı və xx.xx.2020-ci il tarixli protokolları ilə bələdiyə qərarlarının ləğv edilməsi iddiaçı tərəflərin ehtimad hüququnu pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, artıq bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Şəki rayonu, Daşüz kəndində olan 4.62 ha torpaq sahəsinin İddiaçı2, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Şəki rayonu, Daşüz kəndində olan 40 ha torpaq sahəsinin İddiaçı1 verilməsi nəzərdə tutulduğundan inzibati orqanın inzibati praktikasına əsasən iddiaçınların etimadı qanunla qorunmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun, “Torpaq Məcəlləsi”nin, «Bələdiyyələrin statusu haqqında» Qanunun tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuş inzibati akt qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Odur ki, məhkəmə kollegiyası Şəki rayonu Daşüz Bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarının qanunsuz və əlverişsiz inzibati akt olması qənaətinə gəlir. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin vəkilə ödənilmiş 500 manat xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı1 tərəfindən Şəki Regional Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən qanunvericiliyə uyğun olaraq hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pul cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçıların apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarları İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməli, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərc cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Nəticəvi hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarları İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilsin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat xərc cavabdehdən tutularaq İddiaçı1 ödənilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-106/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-106/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver