Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-107/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “X4 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2275/2023 nömrəli qərarından iddiaçının vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X4 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9732/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir..
3. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətini göstərmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2275/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının oğlu - X1 Federasiyası Moskva vilayətinin Vidnovsk şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 h4-cü maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 10 il müddətinə azadlıqdan məhrum edilmişdir və hazırda cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. İddiaçı, oğlu X10 Tahirova ilə rəsmi nikaha daxil olmasını, xx.xx.2007-ci il təvəllüdlü Tahir Tahirli, xx.xx.2009-cu il təvəllüdlü Səma Tahirli, xx.xx.2014-cü il təvəllüdlü Xanım Tahirli, xx.xx.2018-ci il təvəllüdlü Cəlal Tahirov adlı 4 azyaşlı övladının olmasını, özünün və Roman Tahirovun digər ailə üzvlərinin Azərbaycan Respublikasının ərazisində yaşamasını, X11 Federasiyasının ərazisində cəza çəkdiyi üçün onunla görüşə bilmədiklərini, övladlarının da artıq uzun müddətdir ki, atası Tahir Romanovla görüşə bilmədiklərindən onların mənəvi cəhətdən bir çox məhrumiyyətlərlə üzləşdiklərini bildirərək Roman Tahirovun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
6. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, xx.xx.1984-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, R.Tahirov Russiya Federasiyasının Moskva vilayətinin Vidnovsk Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Russiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsinə (cinayətə hazırlıq və cinayət etməyə cəhd) və 228.1-ci maddəsinin 4-cü hissəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli xx.xx.2021-ci İl tarixdən hesablanır. Hazırda R.Tahirov cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3-cü bəndinə əsasən məhkum R.Tahirovun Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Müraciətə baxılaraq 10 (on) il müddətinə azadlıqdan məhrum edilmiş X4 Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
7. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci İl 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir.
8. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. Qaydalara uyğun olaraq müraciət təqdim edildikdən sonra Penitensiar xidmət Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi (bundan sonra İdarə) vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. Qaydaların 3.3-cü bəndinə əsasən Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə.
9. Qaydalara uyğun olaraq İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir.
10. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının inzibati Prossesual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyqun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyqun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı iddiasınının rədd edilməsi xahiş olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2275/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
13. İddiaçının vəkili (nümayəndəsi) Vəkil tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. İddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2275/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2023cü il tarixli, 2-1(116)-2275/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2275/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində xx.xx.1984-cü il təvəllüdlü X4 xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli arayış tərtib edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş demoqrafik məlumatlardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan X2 Vilayəti Vidnovsk Şəhər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 30 M.3 His.; 228.1 M.4 HİS. “T” Bən.; RF CM maddələri ilə xx.xx.2021-ci il tarixdə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. - Əməliyyat-rejim idarəsinin və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin Rusiya Federasiyasında azadlıqdan məhrum edilmiş məhkum R.Tahirovun ölkəyə qəbul edilməsinə dair arayışlarından görünür ki, Rusiya Federasiyasında azadlıqdan məhrum edilmiş məhkum R.Tahirovun cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə gətirilməsi məsələsinə Cavabdehndə baxılmış, aşağıdakılar müəyyən edilmişdir. xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış R.Tahirov Rusiya Federasiyası Moskva vilayətinin Vidnovsk şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 h4-cü maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda R.Tahirov cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. Cəzasının əvvəli: xx.xx.2021-ci il, Sonu: xx.xx.2031-ci il. İstintaq müddəti: xx.xx.2021-xx.xx.2021-ci il. Məhkəmə hökmündən göründüyü kimi məhkum R.Tahirov başqa şəxslə qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda hesab edilən narkotik vasitə olan 3,75 qram kokain və 5,71 qram metadonu əldə etmiş, lakin narkotik vasitə qəbulunun təsiri altında olduğundan polis əməkdaşları tərəfindən saxlanılmış və satış niyyətini başa çatdıra bilməmişdir. Məhkum R.Tahirov barəsində təqdim olunmuş xasiyyətnamədə sonuncu mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 2 dəfə tənbeh tədbirləri tətbiq edilmişdir. Geyim qaydalarına hər zaman riayət etmir, tərbiyəvi xarakterli tədbirlərdə iştirakdan yayınır. Psixoloji yardım tədbirlərində iştirak etmədiyinə görə barəsində akt tərtib edilmişdir. Özünü cəzanın çəkilmə qaydalarına əməl etməyən məhkum kimi tanıtmışdır. RF-nın Cəzaların İcrası Federal Xidmətinin Lipetsk vilayəti üzrə 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən R.T.Tahirov cəzanın çəkilməsi qaydalarına əməl etməyən məhkum kimi mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3-cü bəndinə əsasən məhkum R.Tahirovun Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən müsbət rəy bildirilmiş, lakin Daxili İşlər Nazirliyi R.Tahirovun ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalar”ı: 2.1. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. 2.2. Məhkumun verilməsi barədə müraciət yazılı formada tərtib olunur və məhkumun adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, cəza çəkdiyi yerin dəqiq ünvanı, ərizəçi məhkumun yaxın qohumu olduqda qohumluq dərəcəsi barədə məlumatları əks etdirir. 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - övladı X4 azadlıqdan məhrum cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsinə nail olmaqdır. Belə ki, R.Tahirov Rusiya Federasiyası Moskva vilayətinin Vidnovsk şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 h4-cü maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 10 il müddətinə azadlıqdan məhrum edilmişdir və hazırda cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir.
27. İddia tələbi “Roman Tahirovun Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilsə də, iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçı, məhkum olunmuş övladı Roman Tahirovun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə cavabdeh orqan tərəfindən rəyin verilməsində maraqlıdır.
28. Odur ki, iddiaçının hüquqi marağı nəzərə alınaraq, məhkəmə tərəfindən iddiaçının müraciəti əsasında cavabdeh orqanın məhkum Roman Tahirovun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı apardığı inzibati icraat yoxlanılmışdır.
29. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati icraata başlayaraq, “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalar”-ının tələblərinə uyğun şəkildə müvafiq orqanlara sorğular vermiş, məhkum Roman Tahirovun Azərbaycan Respublikasının vətəndaşı olması müəyyən edilmişdir. Belə ki, “Qaydaların” 3.1-ci bəndinə əsasən cavabdeh tərəfindən İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərilmiş və sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunmuşdur.
30. Eyni zamanda sözügedən şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Daxili İşlər Nazirliyinə birinci instansiya məhkəməsi tərəfindən sorğular verilmişdir.
31. Təqdim edilmiş cavab məktublarında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti sözügedən şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinə mane olan halların olmamasını qeyd etsələr də, Daxili İşlər Nazirliyi R.Tahirovun ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir.
32. İstinad olunan “Qaydaların” 3.5-ci bəndinin tələbinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra hazırlanmalıdır.
33. Yəni, cavabdeh orqan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədə uyğun olması barədə rəyi müvafiq cavab məktubları əsasında hazırlayır. Nəzərə alınmalıdır ki, iş materiallarında olan məhkum R.Tahirov barəsində təqdim olunmuş məlumatlarda o, mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 2 dəfə tənbeh tədbirləri tətbiq edilməsi, geyim qaydalarını pozması, tərbiyəvi xarakterli tədbirlərdə iştirakdan yayınması, psixoloji yardım tədbirlərində iştirak etməməsi, özünü cəzanın çəkilmə qaydalarına əməl etməyən məhkum kimi tanıtması öz əksini tapmışdır.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “X4 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçının vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2275/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.