Məhkəmə qərarları › İş №2-1(107)-108/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-108/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-108/2022 20.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X2 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” tələbinə dаir inzibаti iş üzrə (Açar sözlər: bağçılıq təsərrüfatı, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, Çıxarışın verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X3 və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X2 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Mingəçevir «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi X4 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Bəşir Hüseynovun 20.06.2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş və 06.12.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini Bəşir Hüseynovdan alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da, o da orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X2 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi X4 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Bəşir Hüseynovun 20.06.2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq onun istifadəsinə verilmiş və 06.12.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini Bəşir Hüseynovdan satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da, o da orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlər onda olmadığından ərizəyə əlavə edə bilmir. Ancaq Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli məktubda həmin məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Həmin bağ torpraq sahəsini 2010-cu ildə X8 və X9 adlı ər-arvada satmışdır. Belə ki, bağ sahəsini 30000 (otuz min) manata satmaq istəsə də, 20000 manatını ona Ayaz Qasımovun yanında Günel Qasımovanın anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Ayaz Qasımovun adına olan 21063 markalı avtomobili mülkiyyətinə verməklə ödəmişlər. 2000 və 2000 manat olmaqla pulu müxtəlif vaxtlarda Ayaz Qasımov və Günel Qasımova ona ödəmişdir. Hazırda torpaq sahəsini Günel Qasımova və Ayaz Qasımovun adına sənədləşdirib qalıq pulunu almaq istəyir. Bu əsasla da cavabdeh orqana müraciət etsə də, imtina almışdır. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı Mingəçevir şəhər “Toxuculuq” Kombinatının “Günəşli” bağçılıq təsərrüfatından X4 ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X2 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sənəsinə dair bağçılıq pasportu verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20.06.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X6 tərəfindən 2 otaqlı, kürsülü evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DT və XK-nin Mingəçevir şöbəsi tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi ilkin hüquq sahibi X6 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqısatqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı ücün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti X7 bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, ilkin hüquq sahibi X6 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına hüquq vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X2 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 11.09.2020-ci il tarixli **********65 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli" bağçılıq təsərrüfatının adlı siyahısında X2 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sahəsinə dair bağçılıq pasport verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20.06.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X6 tərəfindən 2 otaqlı, kürsülü yaşayış evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına JTX və XK-nin Mingəçevir şöbəsi tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Göstərilənləri nəzərə alaraq Mingəçevir şəhərində yerləşən 0.049933 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş bağ evi üzərində torpaq sahəsinin ilkin sahibi X2 mülkiyyət hüququnun qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində qeyd edilən sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinə rəsmi təqdim etməklə müraciət etdiyi təqdirdə tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 24.08.2020-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X2 adı 52 sıra nömrəsi ilə qeyd olunmuşdur. Mingəçevir şəhər Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatından X2 adına torpaq sahəsinə dair bağçılıq pasportu mövcudur. Sonradan həmin daşınmaz əmlakı 20.06.2002-ci ildə ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DTX və XK-nin tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Həmin qərardan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 saylı qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «X1 Günəşli bağçılıq təsərrüfatında 52 sayla qeydə alınmış, X2 20.6.2020-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydə alınmaqla adına çıxarış verilməsi tələbi təmin edilməmişdir. İşin halları bundan ibarətdir ki, Mingəçevir «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı toraq sahəsi X4 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Bəşir Hüseynovun 20.06.2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq onun istifadəsinə vermiş və 06.12.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini Bəşir Hüseynovdan o, satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da o, orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlər onda olmadığından ərizəsinə təqdim edə bilmir. Ancaq Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli məktubda həmin məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Həmin bağ torpaq sahəsini 2010-cu ildə o və X9 adlı ər-arvada satmışdır. Belə ki, bağ sahəsini 30000 (otuz min) manta satmaq istəsə də 20000 manatını ona Ayaz Qasımovun yanında Günel Qasımovanın anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Ayaz Qasımovun adına olan 21063 markalı avtomobili mülkiyyətimə verməklə ödəmişlər. 2000 və 2000 manat olmaqla pulu müxtəlif vaxtlarda Ayaz Qasımov və Günel Qasımova ona ödəmişdir. Günel Qasımova ilə həmin torpaq sahəsini onun adına sənədləşdirildikdən sonra onların adına keçirəcəyiylə bağlı razılaşmışlar. Onların adına torpaq sahəsini sənədləşdirməyin başqa qaydası olmadığından bunu etmək məcburiyyətindədirlər. Bu məqsədlə də cavabdeh orqana hüquqmüəyyənedici sənədlər təqdim etməklə mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etsə də, imtina almışdır. İddia tələbinin bu qaydada rədd edilməsi ona dəlalət edir ki, məhkəmə faktiki «Daşınmaz əmlakın dövlət reyestri haqqında»Azərbaycan Respublikası qanunun 8 və 10- cu maddələrinə istinad etməklə iddiamı rədd etmiş, digər maddələri isə formal olaraq sadalamışdır. Hesab edir ki, məhkəmə aşağıda sadaladığı halları nəzərə almamaqla qanuni əsaslı iddia tələbimi təmin etməməkdə haqlı olmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli və Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Elgiz Vəliyev apellyasiya şikayətinə etiraz verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-293/2021 nömrəli iş üzrə 30 sentyabr 2021ci il tarixli qərarı ilə (hakim V.Məlikov sədrlik edən və məruzəçi) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddianın təmin edilməsi, İddiaçı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X2 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində icraat: AR Ali Məhkəməsinin 18.01.2022-ci il tarixli 2-1(102)-114/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 2-1(107)-293/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)- 280/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X6 qanuni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Həmin Qanunun 8.0.7-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti X7 bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu: «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 1–ci maddəsində göstərilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yerli İcra Hakimiyyəti X7 X5 X12 Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı: Yerli İcra Hakimiyyəti X7 X5 X12 Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarili 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarili 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin s i y a h ı s ı n d a g ö s t ə r i l m i ş d i r k i , Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası AR Ali Məhkəməsinin 18.01.2021-ci il tarixli 2-1(102)-114/2022 nömrəli qərarındakı göstərişlərini yerinə yetirərək belə nəticəyə gəlir ki, Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. AR Ali Məhkəməsinin yuxarıda göstərilən qərarında, həmçinin hazırki apellyasiya araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasın ona şamil olunduğunu və bununla bağlı onun hansı mötəbər sübutu inzibati orqana və ya məhkəməyə təqdim etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas hesab edilə bilməz. Çünki, sözügedən torpaq sahəsinin iddiaçıya Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 09.09.2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə verildiyini qeyd etsə də, hazırki apellyasiya baxışı zamanı alınıb öyrənilmiş həmin qərarda Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 11.02.08-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahının təsdiq edilməsi; Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçotinventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planın təsdiq edilməsi; Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır. Mingəçevir şəhəri icra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktında göstərilmişdir: Tərtib edirik həmin aktı ondan ötrü ki, həqiqətən, bizim tərəfimizdən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 8, 9 və 10-cu m addələrinə və Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-d il tarixli S34 nömrəli Fanra.ni Bə təsdiq olunmuş Əsasnamələrə əsasən onlann mülkiyyətinə verilməsi məqsədilə görülmüş işlər təhlil edilərək aşağıdakılar müəyyənləşdirildi: Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.11.2006-a il tarixli vəsatətini nəzərə alaraq Dövlət Torpaq və xaritəçəkm ə Komitəsinin 21.11.2006-cı il tarixli 17-5/3725 saylı tapşınğı ilə Dövlət Y erquruhışu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yerli orqanların verdiyi ilkin siyahıya əsasan ərazidə planaalm a işləri aparılmışdır. İşin icrası zamanı məlum olmuşdur ki, 1979-1985-d illərdə nəzdində kollektiv bağçılıq təsərrüfatı yaradılmış müəssislərin bazüari fəaliyyətini dayandırmış, bəzöari səhmdar cəmiyyətə çevrilmiş və ya tam özəlləşdirilmiş, bir çox hallarda kollektiv bağçihq üzvləri yaşayış yerlərini dəyişmiş və ya bağ torpaq sahələrini əldə hüquqi sənəd otm adan başqa şəxslərə satmışdır. Mingəçevir şəhər Bağlar təsərrüfatı idarəsinin ləğv edilərək sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi zamanı da müəyyən qarışıqlıq yaranmışdır. Komissiya vətəndaşlarda, idarə, müəssisə və təşkilatlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış və ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiqləşdirilmişdir. Buna müvafiq olaraq onlann istifadəsində olan bağ torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək yekun siyahı hazırlanmışdır. Bundan başqa müəyyən edildi ki, Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir topogeodezik Ölçü alətləri vasitəsilə aidiyyəti yerli orqanların nümayəndələri ilə birlikdə naturada uçot - inventarizasiya işləri başa çatdırılmış, yerquruluşu planı və digər sənədlər hazırlanmışdır. Komissiya qeyd olunanlan nəzərə alaraq Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış siyahının və yerquruluşu sənədlərinin təsdiq olunmasım məqsədəuyğun hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanununun 8.0.6-cı və 8.0.4-cü maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti X7 bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsi üçün əsas hesab olunur. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, ilkin hüquq sahibi X6 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına hüquq vermir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar